109
həsr olunmuş «Bu bayramın fitrəsi» məqaləsi istisna deyil («Kaspi» qəzeti, 1915-ci
il, 31 iyul, № 170). Məlum olur ki, Zaqafqaziya müftisi və şeyxülislamı bu ilki
bayram fitrəsini qarslı qaçqınlara verməyi məsləhət bilmişlər. Müəllif bu təşəbbüsü
alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu
nəcib işə qoşulaydı. Məqalə belə qurtarır: «Qoy oruc bayramı günü hər bir
müsəlman yalnız bir sözü yada salsın: «Qars!» Sonra vicdanı necə məsləhət
bilərsə, o cür hərəkət etsin».
Dəmir məntiqə, dərin müşahidə qabilyyətinə malik C.Hacıbəylinin
publisistikasında ilk baxışda çox adi görünən, diqqətdən kənarda qalan mövzu elə
təqdim edilir ki, heyrətamiz mənzərə yaranır. «Dəri məsələsi» belə
məqalələrdəndir («Kaspi» qəzeti, 1915-ci il, 5 oktyabr, № 220). Qurban
bayramında qoyun kəsilir, dərisi soyulur. Dərinin qiyməti 50-60 qəpikdir. Bu dəri
insan taleyini həll edə bilərmi, onu ölümdən qurtara bilərmi? C.Hacıbəyliyə görə,
bu suala məsələnin mahiyyətinə varmadan - «yox» demək olar. Lakin… Əgər
qurban kəsən hər kəs desə ki, 50 qəpik dəyəri olan dəri ehtiyacı olan bədbəxtə,
qaçqına nə verəcək? Yaxud, hər kəs düşünsə də, qaçqınlara yardım məqsədilə
minlərlə dəri toplanacaqsa, mənim verəcəyim bir dəriyə ehtiyac qalırmı? Lakin
fikirləşmək lazımdır ki, həmin minlər sizin verəcəyiniz birlərdən əmələ gəlir. Əgər
hamı yuxarıdakı kimi fikirləşsə, onda nəinki min, yüz, heç on da düzəlməz.
Humanizmə yüksək dəyər verən C.Hacıbəyli qurbanlıq qoyunların dərisi ilə
Qars zərərçəkənlərinə böyük miqdarda yardım etməyin mümkün olduğunu
statistika vasitəsi ilə sübuta yetirir: «Rusiyada 20-25 milyon nəfər müsəlman
yaşayır. Hər ailədə orta hesabla 5 nəfər olduğunu nəzərə alsaq, bu 4-5 milyon ailə
edir. Tutaq ki, 1 milyon ailənin qurban kəsmək imkanı yoxdur. Hər ailədə kəsilən
qoyunları hesablasaq, bu ən azı 3-4 milyon dəri edər. Elə imkanlı bəy, xan var ki,
bir yox, bir neçə qoyun kəsir. Kəsilmiş qoyunların dərisini pula çevirəndə bu 1,5
milyon –
2 milyon rubl edər. Müharibədən zərərçəkənlərə həmin vəsaitin bir
hissəsi uzun müddət kifayət edər». C.Hacıbəyli bütün bunlardan sonra oxucusuna
müraciət edir ki, Qurban bayramı günü qoyun kəsəndə bunu unutmasın.
110
«Yetimləri unutmayın» məqaləsini də böyük publisistin harayı adlandırmaq
olar («Kaspi» qəzeti, 1915-ci il, 5 oktyabr, № 22). «Siz bu gün (Qurban bayramı
nəzərdə tutulur – T.A.) şəriətin buyurduğu kimi, 10-20 rubl xərcləyir, qurbanlıq
qoyun alırsınız. O zaman yetimləri yedirməyə 50-60 qəpik xərcləməyə də
təəssüflənməyin. Axı, belələrinə əl tutmağı da şəriətimiz bizə buyurur. C.Hacıbəyli
publisistikasında inandırmaq məharəti, güclü məntiq çox böyük gücə malikdir.
«Müvəqqəti Müsəlman Komitəsində» («Kaspi» qəzeti, 1915-ci il, 19
sentyabr, № 208), «Cəmiyyətimizin borcu» («Kaspi» qəzeti, 1915-ci il, 20 noyabr,
№ 260), «Kəndə kömək» («Kaspi» qəzeti, 1917-ci il, 5 mart, № 51) və başqa
məqalələrində də C.Hacıbəyli ehtiyacı olanlara, xüsusilə müsəlman qaçqınlara
yardım göstərilməsi sahəsindəki nöqsanlardan bəhs edir, xeyriyyəçiləri fəallığa
çağırır.
İstedadlı publisist C.Hacıbəylinin yaradıcılığında əhəmiyyətli yer tutan
xeyriyyəçilik mövzusu bu gün də çox aktualdır. Onun bu mövzudakı əsərləri:
-
ənənələrimizi, xeyriyyəçilik tarixini öyrənmək, tədqiq etmək baxımından
zəngin, maraqlı mənbədir;
-
tariximizin müəyyən bir dövrünün mənzərəsini əks etdirən faktlar
toplusudur;
-
xeyriyyəçilik mövzusunda yazan jurnalist-publisistlər üçün məktəbdir;
-
indiki dövrdə xeyriyyəçilik hərəkatının güclənməsinə, ona təkan
verilməsinə təsir edən amil kimi dəyərlidir;
-
iş adamlarını, biznesmenləri müəyyən bir məsələ ətrafında səfərbər edə
biləcək qüvvədir;
-
böyüməkdə olan nəslin mənəvi tərbiyəsində güclü vasitədir;
-
nəhayət, həyatın ibrət dərsidir.
Mahir publisist Ceyhun Hacıbəylinin «Kaspi» qəzetindəki fəaliyyəti ilə bağlı
fikirlərimizi yekunlaşdırsaq, aşağıdakı qənaətə gəlmək olar: «Kaspi» qəzeti XX
əsrin əvvəlləri Azərbaycan cəmiyyəti üçün xarakterik olan dirçəliş prosesinin, milli
şüurun oyanışı hərəkatının liderlərinin, tərəqqipərvər, maarifçi ziyalıların ciddi və
111
yüksək tribunası idi. Başqa sözlə və mübaliğəsiz desək, «Kaspi» Azərbaycan
xalqının iradəsinin, istəyinin ifadəçisi, eyni zamanda istedadının parlaq nümunəsi,
nümayişi və təzahürü idi.
Üç
əsrin qəzeti. Bakı, “Qanun” nəşriyyatı, 2011, 528 səh.
«Dövl
ət və din» toplusu, № 1, yanvar-fevral 2012.
Əbdul Kərimin ilk cəhdi, yaxud «Baş tutmayan ziyarət»
İlk qələm sınaqlarına kiçik həcmli novella, hekayə və felyetonlarla başlayan
Ceyhun
Hacıbəyli qısa zamanda çox qüdrətli qələm sahibi kimi tanınmağa
başlamışdı. Onun bədii əsərləri yerli və xarici mətbu orqanlarda dərc edilirdi.
Doğrudur, Ceyhun bəyin bədii irsi kəmiyyət baxımından o qədər də çox deyil,
lakin onun əsərlərinin mövzu, məzmun, ideya, sənətkarlıq nöqteyi-nəzərindən çox
sanballı, diqqətə və təqdirəlayiq, olduğu, ən əsası isə bu gün də aktuallığını və
əhəmiyyətini itirmədiyi şübhəsizdir. Nasirin bədii obraz kimi baş və sevimli
qəhrəmanı Hacı Kərimdir. Onun Hacı Kərimlə bağlı 8 hekayəsi – «Hacı Kərimin
səhəri», «Zəruri şər», «Hacı Kərim iş başında», «Hacı Kərim qonaqlıqda», «Hacı
Kərimin məhəbbəti», «Hacı Kərimin səfərə hazırlığı», «Hacı Kərim toyda», «Hacı
Kərim hamamda» adlı əsərləri mühacirətə qədərki dövr yaradıcılığının
məhsuludur. Biz həmin hekayələrdə Hacı Kərimi hiyləgər, yalançı, ikiüzlü tacir,
son dərəcə xəsis, qəddar ailə başçısı, savadsız, cahil, simasız, saxta, əməldə yox,
sözdə mömin, şorgöz, ailəsinə xəyanət edən, yeri gələndə artistlərin də həsəd
apara biləcəyi dərəcədə özünü abırlı, həyalı, sakit, dinməz-söyləməz, dürüst,
düzgün göstərə bilən obraz kimi tanıyırıq. Hacı Kərim real tipdirmi? Bəli, XIX
əsrin sonu, XX əsrin əvvəllərində Hacı Kərimlərə təkcə Ceyhun Hacıbəylinin
qəhrəmanının yaşadığı «Ş» şəhərində yox, Azərbaycanın bütün bölgələrində bu
qəbildən olan insanlara rast gəlmək olardı. Təsadüfi deyil ki, M.F.Axundovdan üzü
bu yana yazıçıların əsərlərində Hacı Kərimin bu və ya digər keyfiyyətlərini özündə
birləşdirən çox sayda qəhrəmanlar var.
Dostları ilə paylaş: |