M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə25/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   21   22   23   24   25   26   27   28   ...   211

85 

 

hərəkətlərindən danışırlar. «Əsl Peyğəmbər övladı heç vaxt əlini açıb dilənməz» - 



yazan C.Hacıbəyli mərsiyəxanların bu mövqeyini də təqdir edir. 

Publisist yazır ki, bu il məhərrəmlik daha bir hadisə ilə əlamətdar olmuşdur. 

Mərsiyə  gecələrində  müharibədən  zərərçəkənlər  üçün  xeyli  yardım  toplanmışdır. 

Beləliklə,  müəllif  göstərir  ki,  builki  mərasimdən  iki  nəticə  alınmışdır:  birincisi 

odur ki, mərsiyəxanlar yalançı, fantastik hay-küydən qismən əl çəkmiş, imamı və 

onun silahdaşlarını ləyaqətlə yad etmişlər, ikincisi isə zərərçəkənlər üçün xeyli pul 

toplanmışdır.  C.Hacıbəyli  məqalənin  sonunda  yazır:  «Ümid  edirik  ki,  gələcəkdə 

bizdə  imamın  təziyyəsini  ləyaqətlə  saxlamağa  nail  olmaq  üçün  bu  işlə  məşğul 

olanlar böyük həvəs və enerji ilə məhərrəmliyə aid problemi nizama salacaqlar». 

C.Hacıbəylinin  «Aşura»  adlı  məqaləsi  bu  mərasimin  mahiyyət,  məna  və 

həmçinin  tarixini  öyrənmək  baxımından  gözəl  mənbə  olmaqla  yanaşı,  həm  də 

aşuraya «yamaq vuranlara», əndazəni aşanlara, eyni zamanda aşura mərasimlərini 

mətbuatda  ifşa  edənlərə  tutarlı,  dolğun  cavabdır.  «Aşura»  məqaləsi  geniş  oxucu 

kütləsi – ictimaiyyət üçün nəzərdə tutulub və təbliğat xarakterlidir. Ceyhun bəy bu 

səpkili  məqalələri  yazmaqla  mövhumat  və  cəhalət  «xəstələrini»  məlumatlandırır, 

dindarlar arasında əsl həqiqətin ortaya çıxmasına çalışırdı. Məqalədə müəllif yazır: 

«Min  iki  yüz  yetmiş  bir  dəfədir  ki,  müsəlmanlar  insanın  azadlığı  və  hüquqları 

uğrunda  əzabla  qətlə  yetirilmiş  imamın  xatirəsini  ehtiramla  yad  edirlər». 

C.Hacıbəyli  bu  tarixin  uzun  müddət  olmasına  baxmayaraq,  adamların  bu  yası 

əvvəlki  kimi  zəifləməyən,  azalmayan  tərzdə  saxlanılmasını  xüsusi  qeyd  edir  və 

dərhal da yazır: «Əlbəttə, mən «yas» sözünü əsl mənada qəbul edirəm; qəlbin yası, 

bədənin yox, daxili yas, nümayişkaranə yox!» C.Hacıbəyli göstərir ki, imamın və 

onu

n  72  yaxınının  əzabla  ölümünə  uzun  müddət  (2  ay)  yas  saxlanılmasının 



səbəblərini  araşdırmaq  lazımdır.  Axı  imamların  əksəriyyəti,  elə  İmam  Hüseynin 

atası İmam Əli də qətlə yetirilmişdir. Onlara bir-iki gün yas saxlanılır, həm də bu 

zaman  ümumxalq  kədəri  hiss  olunmur.  Deməli,  imam  Hüseynin  qətli  ilə  bağlı 

xalqın hafizəsinə və qəlbinə əbədi hakim kəsilmiş daha təsirli hisslər hopmuşdur. 

Müəllif  sual  verir:  «Bu  hansı  hisslərdir?»  Sonra  yazır:  «Bu  bütün  insanlar  üçün 



86 

 

həyatın  o  müqəddəs  nemətidir  ki,  indi  də  milyonlarla  insan  öz  həyatlarını  onun 



yolunda  qurban  verirlər.  Bu,  insanın  azadlığı,  ləyaqət  və  hüququdur  ki,  bunların 

naminə imam Hüseyn könüllü olaraq öz həyatını, uşaqlarının, qardaşının, qohum 

və yaxınlarının həyatını qurban vermişdir». 

Hakimiyyət  hərisləri  və  qəsbkarlarının  iradəsi  və  zorakılığı  ilə 

yaşamaqdansa, həlak olmağı üstün tutan imam bilirdi ki, onun hərəkəti despotizmə 

bir  zərbə  olacaqdır.  Beləliklə,  imam  Hüseyn  özünün  və  yaxınlarının  qanı  ilə 

insanın  azadlığı  və  hüquqlarını  əldə  etdi.  C.Hacıbəyli  yazır:  «Bax,  Kərbəla 

faciəsinin əsl əhəmiyyəti bundadır. Bu bizlərdən çoxunamı məlumdur?» Müəllifin 

təəssüflə verdiyi və məqaləni bitirdiyi bu sual oxucunu uzun müddət düşündürür və 

məhərrəmlik mərasiminin, o cümlədən aşuranın məqsəd və əhəmiyyətini dərindən 

dərk etməyə vadar edir. Tarixi hadisələrdən ibrət dərsi alan, azadlıq, müstəqillik və 

insan  hüquqlarını  dəyərləndirmək  əvəzinə  özünə  işgəncə,  əzab  vermək 

yolverilməzdir. 

Məhərrəmliklə bağlı C.Hacıbəylinin müraciət etdiyimiz yazıları Azərbaycan 

publisi

stikasının gözəl nümunələri olmaqla yanaşı, yazıldığı dövrdə də, bu gün də, 



güman  etmək  olar  ki,  sabah  da  aktuallığını,  əhəmiyyətini  itirməyən  əsərlərdir. 

Onları toplayıb, tərcümə edib, çap etmək bir çox cəhətdən faydalı olardı. Ən əvvəl, 

burada məhərrəmliyin mahiyyət və tarixi mükəmməl araşdırılmışdır. İkincisi, dini 

ədəbiyyat adı ilə adamlara sıranan zərərli, ziyanlı bəzi nümunələr öz-özünə aradan 

çıxar.  Üçüncüsü,  Məhərrəmlik  və  aşura  zamanı  əks-təbliğata  rəvac  verəcək 

hərəkətlərə yol verilməz. 

«Mövlud» (

«Kaspi»,  №  11,  15  yanvar  1915-ci  il)  adlı  məqalə  ilə 

C.Hacıbəyli, bir tərəfdən Məhəmməd Peyğəmbərin mübarək ad gününü qeyd edir, 

digər  tərəfdən  bu  əziz  gündə  o,  dindar  qardaşlarını  müharibədən  əziyyət  çəkən, 

köməksiz  adamlara,  xüsusilə  Qars  qaçqınlarına  yardım  etməyə  çağırır.  Yazır  ki, 

bizlərdən  kimsə  bu  günü  bayram  kimi  qeyd  etmək  istəsə,  o  zaman  bizə  pənah 

gətirən qaçqınlara kömək etsin. 



87 

 

Ceyhun Hacıbəyli qələmi ilə həmişə millətin, dinin təəssübkeşi, müdafiəçisi 



rolunda  çıxış  etmişdir.  Bu  mənada  onun  «Sərhəddə»  adlı  məqaləsi  çox 

ibrətamizdir.  Məqalədən  aydın  olur  ki,  bir  sıra  Qafqaz  qəzetləri  İranla  sərhəddə 

yerləşən  xristian  əhalisinin  silahlandırılmasını,  yerli  müdafiənin  təşkilini 

canfəşanlıqla təbliğ və müdafiə edirlər. «Həm rus dilində, həm də başqa xalqların 

(ermənilər  nəzərdə  tutulur  –  T.A.)  dilində  çıxan  bir  sıra  qəzetlər  ali  hakimiyyət 

orqanlarını  bu  məsələnin  müsbət  həllinə  çağırır,  bu  zaman  onu  əsas  tuturlar  ki, 

İranın  vəhşi  tayfaları  bizə    hücum  edən  təqdirdə,  sərhəd  vilayətlərdəki  xristian 

əhali  basqınçıların  zərbəsinə  məruz  qalacaqlar».  C.Hacıbəylini  təəccübləndirən, 

təəssüfləndirən həm də odur ki, Arazın o tayından gözlənilən təhlükəyə daha çox 

məruz  qala  biləcək  əhalinin  həyəcanı  «bu  çalınan  səslər  arasında»  eşidilmir. 

Müəllif  yazır  ki,  qəzetlərin  xristian  pərdəsi  ilə  təqdim  etdiyi  əhali  əsasən 

ermənilərdən ibarətdir. Onların yerləşdiyi yaşayış məntəqələri üçün heç yerdə real 

təhlükə  yoxdur.  Bu  kəndlərin  əksəriyyəti  dağlarda  yerləşir  və  ora  getmək  üçün 

hökmən  müsəlman  kəndlərindən  keçmək  lazımdır.  «Bax,  bütün  bunlar 

silahlanmağa,  xristian  əhalisini  özünümüdafiəyə  hay-küylə  çağıran  qəzetlərin 

diqqətindən niyə yayınmışdır? Yoxsa,  yenə «müsəlman həmrəyliyi» ifadəsi rəhbər 

tutulur?  Doğrudanmı,  belə  fikirləşirlər  ki,  münasib  məqamda  sərhədi  keçən 

şahsevənlər öz müsəlman qardaşlarının başlarını sığallayacaqlar?» C.Hacıbəyli çox 

böyük  məharətlə opponentlərinin  mənfur niyyətlərini  faş  edir.  Bu  zaman  o,  hay-

küydən, pafoslu ifadələrdən yox, ağılın, məntiqin, faktların gücündən istifadə edir: 

«Hər  hansı  Qafqaz  qəzetini  götürün  və  sərhəd  komissarlığının  məlumatlarını 

izləyin:  şahsevənlərin  hücumuna  məruz  qalan  müsəlman  kəndidir,  öldürülən 

müsəlmandır,  əmlakı  talan  edilən  müsəlmandır,  mal-qarası  sürülüb  aparılan 

müsəlmandır.  Ən  əvvəl,  yaxşı  coğrafi  mövqedə  yerləşdiklərinə  görə,  ikincisi  isə 

xeyli yaxşı müdafiə işi görüldüyünə görə, bu günə kimi erməni kəndlərinə heç bir 

ziyan dəyməmişdir». 

Müəllifin  fikrincə,  quldur  üçün  heç  bir  din,  dil  fərqi  yoxdur.  O,  yolunun 

üstündəki kəndin xristian, ya müsəlman əhalisinin olduğunun fərqinə varmayacaq. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə