M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə28/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   24   25   26   27   28   29   30   31   ...   211

94 

 

Məsələ  burasındadır  ki,  Qafqazın  ali  ruhani  nümayəndələri  də  seminariyanın 



açılmasına  ehtiyac  olduğunu  etiraf  etməyə  başlamışlar.  Belə  təhsil  müəssisəsinin 

vacibliyini Zaqafqaziya şeyxülislamı Abdusalam Axundzadə qeyd etmiş, ilk addım 

kimi ali hakimiyyət orqanları qarşısında məsələ qaldırmışdı. Onlar razılıq versə də, 

şeyxin vəfatı bu işin davam etdirilməsinə  mane olmuşdu. Sonralar bu məsələ ilə 

şeyxülislam Axund Pişnamazzadə məşğul olsa da, vəsait çatışmazlığı ucbatından 

seminariyanın açılmasına nail ola bilməmişdir. C.Hacıbəyliyə görə, vəsait tapmaq, 

vəqfin  və  məscidlərin  yardımı  ilə,  şübhəsiz,  seminariya  açmaq  olardı.  Müəllif 

göstərir  ki,  ruhanilərimizin  kədərli,  ağır  vəziyyətə  düşməsinə  seminariyanın 

olmamasından başqa digər səbəblər də var. 

Qəzetin  növbəti  nömrələrindən  birində  verilmiş  məqalədə  bu  səbəblərdən 

bəhs  etməzdən  əvvəl,  C.Hacıbəyli  oxucunun  diqqətini  «Kaspi»nin  264-cü 

nömrəsində  Tiflisdən  verilmiş  bir  xəbərə  cəlb  edir.  Xəbərdə  bir  seminariyanın 

açılması ilə bağlı görülən tədbirlərdən bəhs olunur. Göstərilir ki, ruhani və dünyəvi 

şəxslərdən ibarət Komissiya Tiflis seminariyasının proqramını, Nizamnamə və ştat 

cədvəlini  hazırlamaqla  məşğuldur.  Komissiyanın  qənaətinə  görə,  seminariya  iki 

yolla yarana bilər: ya müstəqil, ya da hansısa dini məktəbin yenidən qurulması ilə. 

Komissiya  ikinci  yolu  seçmişdir.  C.Hacıbəyli  əmindir  ki,  Komissiyanın  işinə 

Tiflisdən  başqa  Qafqazın  digər  şəhərlərindən  də  ziyalı  müsəlmanlar  cəlb 

edilməlidir. Yalnız Tiflisin Komissiya üzvlərinin iştirakı ilə indiki tələblərə cavab 

verə bilən dini mərkəzin açılması müşkül məsələdir. 

Xalqını, onun mənəvi, maddi dəyərlərini yüksək qiymətləndirən, tərəqqi və 

maarif  naminə  yorulmadan  çalışan  C.Hacıbəyli  ayrı-seçkiliyin,  müxtəlif 

təriqətlərin  qərəzli  mübarizəsinin  qatı  əleyhdarı  olmuşdur.  Təsadüfi  deyil  ki, 

seminariyanın  açılması  ilə  bağlı  məsələlərdən  bəhs  olunarkən  tez-tez  «şiə» 

sözünün  işlədilməsi  Ceyhun  bəyi  narahat  edir.  Böyük  qələm  sahibi  yazırdı  ki, 

seminariyaya bütün müsəlmanların – həm şiələrin, həm də sünnilərin ehtiyacı var. 

Seminariyanın  açılmasına  münasibət  bu  cür  olsa,  ruhanilərin  tərbiyəsindəki 

nöqsanları  aradan  qaldırmaq,  Avropada  İslam  barəsində  yayılan  qərəzli  söz-




95 

 



hbətlərin qarşısını almaq olar. Məqalənin sonuncu hissəsində (8 dekabr, № 274) 

müəllif  ruhanilərin  vəziyyətinin  qeyri-qənaətbəxş  olması  səbəblərini  izah  etmək 

üçün  onların  gəlir  mənbəyinin  açıqlanması  vacibliyini  göstərir.  O,  yazır: 

«Ruhanilərin  müəyyən  gəlir  mənbəyi  yoxdur.  Onlar  təsadüflərin  hesabına 

yaşayırlar».  C.Hacıbəyli  təsadüflərin  nədən  ibarət  olduğunu  da  qeyd  edir  ki, 

oxucuda mollanın həyat tərzi, gəlir mənbəyi barədə tam təsəvvür yaratsın. Molla 

gözləməlidir  ki,  xeyir  və  ya  şər  məclisində  kimsə  ona  müraciət  edəcək,  yaxud 

yoldan ötən bir kəs uzun Ramazan gecəsində atasının ruhunu şad etmək xəyalına 

düşəcək,  ya  da  ki,  məhərrəmliyin  sonunda  mərsiyəxandan  sonra  növbə  mollaya 

çatacaq. Bunlardan başqa, həm də pedaqoji fəaliyyətlə məşğul olan mollalar da var 

ki,  onun  gəlirinə  qəpik-quruş  əlavə  etmək  olar.  C.Hacıbəyli  göstərir  ki,  tək 

mollanın yox, ruhanilərin bütün təbəqəsinin, hətta şeyxülislamın belə gəliri azdır. 

İqtisadi  çətinliklər  istər-istəməz  mollada  da  «yaşamaq  uğrunda  mübarizə» 

şüarı  ilə  çalışmaq  keyfiyyəti  aşılayır.  Təbii  ki,  belə  vəziyyətdə  ümumxalq 

mənafeyin  şəxsi  mənafeyə  qurban  verilməsi  şansı  çoxalır.  Molla  təbii  olaraq 

məktəb  açan,  elmə  səsləyən  dünyəvi  ziyalıların  timsalında  öz  rəqibini  görür. 

Ziyalıların  əsl  niyyətlərindən  xəbərsiz  mollalar  mədəni-maarifçilik  işini  onlara 

qarşı çevrilmiş akt kimi qəbul edirlər. Mollanın yaşadığı, işlədiyi ərazidə məktəbin 

açılması mədrəsədən axına səbəb olur ki, bu da onun cibinə zərbə vurur. Şübhəsiz, 

belə  vəziyyət  mollanı  haldan  çıxarır.  Əgər  mola  iqtisadi  cəhətdən  tam  təmin 

olunsaydı, heç şübhəsiz,  minlərcə  məktəbin  açılması  onu qıcıqlandırmaz  və  «rus 

işqolu»nun  ünvanına  söyməzdi.  C.Hacıbəylinin  fikrincə,  vəziyyət  bu  cür  davam 

etsə, kütləvi, mənəvi, fiziki şikəstliklər baş verə bilər. Bu gün ruhanilərin iqtisadi 

təminatı  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir.  Bu,  1914-cü  ildə 

keçirilmiş müsəlmanların qurultayında da qeyd olunmuşdur. 

Böyük  publisist  ruhanilərin  ehtiyacından  bəhs  edərkən  çox  vacib  bir 

məsələni də vurğulamışdır. Onun qənaətinə görə şəxsi və əmlak münasibətlərində 

müsəlman  ruhanilər  də  xristian  ruhanilərə  aid  hüquq  və  imtiyazlardan  istifadə 

etməlidirlər.  C.Hacıbəyli  məqalənin  sonunda  ruhani  dünyasında  ediləcək 



96 

 

dəyişikliklərin  rəhnini  iki  məsələnin  təxirəsalınmadan  həll  olunmasında görür: 



təlim-tərbiyə  və təminat.  Cəmiyyətdə bəziləri də  mollaların iqtisadi  mübarizəsini 

dinlə elmin, köhnəliklə yeniliyin, cəhalətlə işığın mübarizəsi kimi qiymətləndirir. 

Göründüyü  kimi,  İslamın  mahir  bilicisi  və  istedadlı  qələm  sahibi  C.Hacıbəyli 

ru

haniliyin  mövcud  problemlərini  çox  obyektiv  şəkildə  araşdırmış,  çıxış  yolunu 



göstərmiş,  bununla  da  həm,  yalnız  «ifşa  etməklə»  məşğul  olan  qafqazlı 

həmkarlarını  qınamış,  həm  də  Avropada  «fanatizm»,  «dözülməzlik»  kimi 

ibarələrlə aləmə car çəkən ideoloqlara tutarlı cavab vermişdir. C.Hacıbəylinin gənc 

yaşlarında  «Kaspi»də  dərc  etdirdiyi  İslamdan  bəhs  edən  yazılarını  onun  sonrakı 

illərdə – xüsusilə mühacirət dövründəki çox dəyərli tədqiqatlarının bünövrəsi hesab 

etmək olar. 

Xeyriyyəçilik  ötən  əsrin  əvvəllərində  digər  ictimai  işlərdən  heç  də  az 

əhəmiyyət daşımayan, əksinə xalqın taleyi və mədəni-mənəvi inkişafı baxımından 

mühüm hərəkat idi. Təsadüfi deyil ki, həmin dövrdə elm, mədəniyyət, təhsil kimi 

sahələrin  tərəqqisində,  ümumiyyətlə  xalqın  maariflənməsində  bu  hərəkatın 

müstəsna  xidmətləri  olmuşdur.  «Kaspi»  qəzeti  Bakıda  xeyriyyəçiliyin  yayılması, 

təşkilatlanması  sahəsində  çox  ciddi  işlər  görmüşdür.  Qəzetin  səhifələrində 

«Cəmiyyəti-xeyriyyə»,  «Səadət»,  «Nicat»,  «Nəşri-maarif»  cəmiyyətlərinin,  ayrı-

ayrı  xeyriyyəçilərin  fəaliyyəti  müntəzəm  işıqlandırılır,  onların  qiraətxana, 

kitabxana, məktəblər açması, kitablar nəşr etməsi, imkansız, lakin istedadlı şagird, 

tələbələrə,  ehtiyacı  olanlara  yardım  göstərməsi,  təcrübəli  müəllimlərin  qayğı  ilə 

əhatə  olunması  istiqamətindəki  fəaliyyətləri  yüksək  dəyərləndirilirdi.  «Kaspi»də 

xeyriyyəçilik problemləri mövzusunda yazan müəlliflər arasında Ceyhun Hacıbəyli 

xüsusi  fəallıq  göstərir,  xeyriyyəçilik,  onun  problemləri  ilə  bağlı  çox  ciddi 

məqalələr  qələmə  alırdı.  Maraqlıdır  ki,  Ceyhun  bəy  bu  qəbildən  olan  yazıları 

hazırlayarkən  yalnız  faktları  toplamır,  müqayisə  etmir,  müşahidə  aparmır, 

araşdırmır,  eyni  zamanda  xeyriyyəçilik  işində,  xeyriyyə  cəmiyyətlərinin 

fəaliyyətində, tədbirlərində yaxından iştirak edir. Mövzuya doğma  münasibəti  və 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə