M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə52/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
Muhazire fəlsəfə

10.5. Məntiqi idrak və onun formaları

Hissi idrakın yerinə yetirə bilmədiyi vəzifələri məntiqi və ya rasional idrak yerinə yetirir. Cisim, proses və hadisələrin xarici, ayrıca cəhət və əlamətlərinin bilavasitə dərk edilməsindən onların ümumi, daxili, bilavasitə qavranılmayan qanunauyğunluqlarının rasional dərkinə məhz məntiqi təfəkkür sayəsində keçilir.


Məntiqi idrak obyektiv gerçəkliyin cisim, proses və hadisələrinin, əlaqə və münasibətlərinin insan beynində bilvasilə abstrakt və ümumiləşmiş inikasıdır. Məntiqi idraka verilən bu xarakteristikadan aydın olur ki, onun 3 fərqləndirici əlaməti vardır.
Məntiqi idrakın I əlaməti onun gerçəkliyin bilvasilə inikası olmasıdır. Məntiqi idrakın bu əlaməti aşağıdakı səbəblərlə şərtlənir:

  1. Əvvəla, təfəkkürlə maddi aləm arasında əlaqələndirici həlqəni cisim və hadisələrin hissi qavrayışları təşkil edir;

  2. İkincisi, insan xarici aləmin bir çox hadisələrini digər adamlarla ünsiyyət nəticəsində fikrən dərk edə bilir;

  3. Üçüncüsü, gerçəkliyin bizə məlum olmayan bir çox cəhətlərini əqli nəticə yolu ilə artıq məlum olan müddəalar vasitəsilə dərk edə bilirik.

Məntiqi idrakın II əlaməti onun gerçəkliyin abstrakt inikası olmasıdır. Məntiqi idrak ona görə abstraktdır ki, gerçəkliyin cisim və hadisələrinin mühüm əlamət və əlaqələrinin dərki yalnız onların qeyri-mühüm, təsadüfi cəhətlərindən sərfnəzər edilməsi yolu ilə əldə edilir.
Məntiqi idrakın III əlaməti onun gerçəkliyin ümumiləşmiş inikası olmasıdır. Bu o deməkdir ki, təfəkkürün formaları əhatə etdikləri çoxlu cisim və hadisələri vahid qrupda ümumiləşdirməyə əsas verir.
Məntiqi idrakın əsas formaları anlayış, mühakiməəqli nəticədir.
Məntiqi idrakın ilkin forması olan anlayış cisim və hadisələrin, proseslərin onların əlaqə və münasibətlərinin ümumi və mühüm əlamətlərini əks etdirən məntiqi təfəkkür formasıdır. Əks etdirdikləri cisimlərin konkret və bilavasitə inikasından ibarət olan hissi idrak formalarından (duyğu, qavrayış, təsəvvür) fərqli olaraq cisim və hadisələrin, onların əlaqə və münasibətlərinin bilavasitə, ümumiləşmiş, abstrakt obrazıdır. Qavrayışda cisim və hadisələrin ən müxtəlif, o cümlədən təsadüfi, qeyri-mühüm əlamətləri əks oluna bildiyi halda, anlayışlarda cisimlərin yalnız mühüm, zəruri, ümumi əlamətləri əks olunur. Misal üçün “insan” anlayışını götürək. Bu anlayışda hər bir ayrıca adamın bütün əlamətləri əks olunmur. Burada insanın milliyyəti, irqi, cinsi, yaşı, zahiri əlamətləri, ictimai rütbəsi haqqında məlumat yoxdur. Bu anlayışda bütün adamlara xas olan ümumi və mühüm əlamətlər - əmək qabiliyyəti, düşünmək, sosial fəallıq, istehsal etmək bacarığı təsbit olunur.
Anlayışların qərarlaşması və inkişafı prosesi göstərir ki, onlar daxilən ziddiyyətli olub, bir tərəfdən obyektiv və subyektiv, digər tərəfdən isə mütləq və nisbi momentləri ehtiva edir.
Anlayışlar obyektivdirlər, belə ki, onların məzmunu bu anlayışlarda əks olunan obyektiv gerçəklikdən asılıdır. Hər bir anlayış öz məzmununu real və obyektiv surətdə mövcud olan cisim və hadisələrdən, onların mühüm və ümumi əlamətlərindən alır.
Anlayış obyektiv olmaqla yanaşı, həm də subyektivdir. Belə ki, anlayışlar insanlar tərəfindən yaradılır və onların məqsədəuyğun fəaliyyətinə xidmət edirlər. Söz anlayışın dildə ifadəsi, maddiləşmiş formasıdır. Anlayış isə sözün daxili halı, onun məzmunudur.
Söz anlayışdan istifadə etməklə insan bəşəriyyətin çoxəsrlik ictimai praktikasının nəticələrindən istifadə etmək imkanı qazanır.
Məntiqi təfəkkürün çox mühüm ünsürünü təşkil edən anlayışlar insan şüurunda bir-birindən təcrid edilmiş halda deyil, öz aralarında əlaqələnmiş formada mövcud olurlar. Anlayışların bu daxili əlaqəsi rasional idrakın mühakimə forması vasitəsilə həyata keçirilir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə