M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə53/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   49   50   51   52   53   54   55   56   ...   91
Muhazire fəlsəfə

Mühakimə cismin hər hansı əlamətini, xassəsini, onun maddi aləmin digər cisim və hadisələri ilə əlaqəsini, habelə meydana gəlməsini, funksiyalaşmasını və inkişafını əks etdirən fikirdir. Mühakimə təfəkkürün elə formasıdır ki, onda cisim və hadisələr haqqında nə isə iqrar edilir (məsələn, atom kimyəvi cəhətdən bolünməzdir). İnsan özünün hər bir fikrini hökmən müəyyən mühakimə formasında ifadə edir.
Cisimlərin ancaq ümumi, mühüm əlamətlərini əks etdirən anlayışlardan fərqli olaraq mühakimələrdə onların hər cür xassəsi, keyfiyyəti, əlaməti, əlaqə və münasibətləri əks olunur. Fikirləşmək hər şeydən əvvəl mühakimə yürütmək deməkdir, mühakimə yürütmək isə cismi, hadisəni, prosesi fikrən mənimsəməkdir.
Dildə mühakimə cümlə formasında ifadə olunur, mühakimə də cümlə xaricində meydana gələ bilməz.
Rasional idrakın əsas formalarından biri də əqli nəticədir. Mühakimələr anlayışların əlaqəsini əks etdirdiyi kimi, əqli nəticələr də mühakimələrin münasibətini ifadə edir.
Əqli nəticə elə bir fikir aktıdır ki, onun vasitəsilə obyektiv aləmin cisim və hadisələri haqqında verilmiş mühakimələrdən yeni mühakimə çıxarılır. lakin elə mühakimələr var ki, onların həqiqiliyinə inanmaq üçün canlı seyr kifayət deyil. Məsələn, “Yer Günəş ətrafında fırlanır”, “cisimlər qarşılıqlı cəzb olunur” və s. mühakimələrin həqiqiliyi bilvasitə deyil, əqli nəticə ilə bağlı mühakimələr əsasında təsdiq olunur. İnsan hiss orqanlarının bilavasitə əks etdirə bilmədiyi hadisələri əqli nəticənin köməyilə qavrayır. Əqli nəticə şeylərin gizli, daxili xassələrini, əlaqələrini, mahiyyətini, inkişaf qanunauyğunluqlarını dərk etmək üçün çox mühüm vasitədir. Əqli nəticədən istifadə etmədən kainatın qanunauyğunluqlarını, göy cisimlərinin ölçüsünü, kütləsini, kimyəvi tərkibini, atomdaxili prosesləri, materiyanın strukturunu dərk etmək mümkün olmazdı.
Əqli nəticənin müxtəlif növləri vardır. Onlardan geniş yayılmışı induktiv, deduktiv və traduktiv əqli nəticədir.
İnduktiv əqli nəticənin gedişində təkcə və xüsusi mühakimələrdən ümumi nəticə çıxarılır. Məsələn, insanlar ictimai praktikanın gedişində inanmışlar ki, dəmir, mis, sink, gümüş və başqa metallar qızdırıldıqda genişlənir. Bu hadisəni milyon dəfələrlə müşahidə etmək əsasında onlar belə bir ümumi nəticəyə gəlmişlər ki, metallar qızdırıldıqda genişlənir.
Deduktiv əqli nəticədə ümumi mühakimədən xüsusi nəticə alınır və bu zaman insan ümumidən, abstraktdan xüsusiyə, konkretə qayıdır. Lakin bu qayıdışdan alınan bilik daha zəngin, daha əhatəli olur. Məsələn, “bütün metallar elektriki yaxşı keçirir” və “mis metaldır” mühakimələrinin müqayisəsindən belə bir deduktiv əqli nəticə çıxarmaq olar: “mis elektriki yaxşı keçirir”.
Deduktiv və induktiv əqli nəticələrdən əlavə elə əqli nəticələr də vardır ki, bu zaman xüsusi nəticə xüsusi mühakimələrdən, ümumi nəticə isə ümumi mühakimələrdən çıxarılır. Traduktiv adlanan bu əqli nəticənin əsas növlərindən biri analogiyadır.
Analogiya elə əqli nəticədir ki, bu zaman iki və daha çox predmetin, hadisənin bir neçə əlamətinin oxşarlığından onların digər əlamətlərinin də oxşar ola bilməsi nəticəsi çıxarılır. Məsələn, X.Hüygens səs və işığın eyni əlamətlərə (əks olunma, sınma, dispersiya, difraksiya və s.) malik olması faktından səs kimi işığın da dalğa təbiətli olması nəticəsinə gəlib çıxmışdır. Analogiyaya əsasən çıxarılan əqli nəticələr əsasında mühüm elmi kəşflər edilməsi faktı elm tarixində nadir hadisə deyildir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə