M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 
 
111 
Malların  təmiri  və  məhv  etmə  halları  istisna  olmaqla,  daxildə 
emal  prosedurundan  yalnız  o  halda  istifadə  etmək  olar  ki,  istehsal 
materiallarından  istifadə  edilməsinə  baxmayaraq  daxildə  emal 
proseduru  altında  yerləşdirilmiş  malları  emal  məhsulları  ilə 
eyniləşdirmək  mümkün  olsun.  Daxildə  emal  xüsusi  gömrük 
prosedurundan Gömrük Məcəlləsinin 173-cü maddəsi  ilə müəyyən 
edilmiş  ekvivalent  mallarla  bağlı  şərtlərə  əməl  olunduqda  istifadə 
olunur.  Aşağıda  göstərilən  mallar  da  daxildə  emal  xüsusi  gömrük 
proseduru altında yerləşdirilə bilər:  
1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki 
şərtlərinə  uyğunluğunun  təmin  edilməsi  məqsədi  ilə  emal 
əməliyyatlarına məruz qalmalı olan mallar;  
2.  Gömrük  Məcəlləsinin  172-ci  maddəsində  qeyd  olunan  adi 
işləmə formalarına məruz qalmalı olan mallar.  
Malların daxildə emal xüsusi gömrük proseduru altında  yerləş-
dirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Daxildə  emal  xüsusi  gömrük  prosedurunun  başa  çatması 
müddəti-  Gömrük  orqanı  Gömrük  Məcəlləsinin  197-ci  maddəsinə 
müvafiq  olaraq  daxildə  emal  xüsusi  gömrük  prosedurunun  başa 
çatma  müddətini  müəyyənləşdirir.  Bu  müddət  2  (iki)  ildən  artıq 
olmamalıdır.  Bu  Məcəllənin  198.1-ci  maddəsində  nəzərdə  tutulan 
müddət  xarici  malların  daxildə  emal  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirildiyi  tarixindən  başlayır  və  emal  əməliyyatlarının, 
habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə 
edir.  Şəxsin  əsaslandırılmış  müraciəti  olduqda,  gömrük  orqanları 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
Gömrük  Məcəlləsinin  198.1-ci  maddəsində  göstərilən  müddətin 
uzadılması  barədə  qərar  qəbul  edir.  Malların  daxildə  emal  xüsusi 
gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının 
verdiyi  icazədə  onun  başlama  və  sona  çatma  müddətləri 
göstərilməlidir.  
Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac Gömrük 
orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük 
proseduru  altında  yerləşdirilmiş  mallar,  yaxud  onların  bir  hissəsi, 
habelə  emal  edilmiş  məhsullar  emalı  davam  etmək  məqsədi  ilə 


 
 
112 
xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq 
gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər. 
Xaricdə  emal  xüsusi  gömrük  proseduru  və  onun  əhatə  dairəsi- 
Xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilən  daxili 
mallar  emal  üçün  gömrük  ərazisindən  müvəqqəti  ixrac  edilir.  Bu 
mallardan  əldə  edilən  emal  məhsulları  müvafiq  icra  hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada  idxal  gömrük 
rüsumlarından  və  vergilərdən  tam  və  ya  qismən  azad  edilməklə 
sərbəst  dövriyyəyə  buraxılır.  Aşağıdakı  daxili  malların  xaricdə 
emalına icazə verilmir:  
1.  ixracı  idxal  gömrük  rüsumlarının  və  vergilərin  geriyə 
qaytarılmasına  və  ya  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda 
onlardan azad olunması ilə nəticələnə biləcək mallar;  
2.  təmiri  üzrə  əməliyyatların  aparıldığı  hallar  istisna  olmaqla, 
ixracdan  əvvəl  son  istifadə  ilə  əlaqədar  gömrük  rüsumlarından  və 
vergilərdən  tam  və  ya  qismən  azad  edilməklə  sərbəst  dövriyyəyə 
buraxılmış mallar;  
3.  ixrac  edilməsi  ixrac  üzrə  gömrük  ödənişlərinin  geriyə 
qaytarılması ilə nəticələnən mallar.  
Gömrük  Məcəlləsinin  201-ci  və  202-ci  maddələrinin  əhatə 
etmədiyi  və  advalor  gömrük  rüsumunun  tətbiq  edildiyi  hallarda 
idxal  gömrük  rüsumlarının  və  vergilərin  məbləği  gömrük 
ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən 
xərclər  əsasında  hesablanır.  Bu  hesablamanın  aparılması  qaydasını 
müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Gömrük  orqanı 
müvəqqəti  ixrac  edilmiş  malların  emal  olunduqdan  sonra  gömrük 
ərazisinə  təkrar  idxal  edilərək,  sərbəst  dövriyyəyə  buraxılması 
müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. 
Mallar  bu  müddət  ərzində  təkrar  idxal  edildikdə,  idxal  gömrük 
rüsumlarından  və  vergilərdən  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  qaydada  tamamilə  və  ya  qismən  azad  olunurlar. 
Prosedur  sahibinin  əsaslandırılmış  müraciəti  olduqda,  bu  müddət 
növbəti 1 (bir) ilədək uzadılır. Malların xaricdə emal xüsusi gömrük 
proseduru  altında  yerləşdirilməsi  qaydalarını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir.  


 
 
113 
Ödənişsiz  təmir  edilmiş  mallar  xaricdə  emal  edilərək  gömrük 
ərazisinə  qaytarılan  malların  müqavilədən  irəli  gələn  zəmanət 
öhdəlikləri,  yaxud  istehsal  və  ya  material  qüsurları  ilə  əlaqədar 
gömrük  ərazisindən  kənarda  ödənişsiz  təmir  edildiyi  müvafiq 
sənədlərlə  təsdiq  edildikdə,  onlar  idxal  gömrük  rüsumlarından  və 
vergilərdən tam azad edilir.  
Standart  mübadilə  sistemi  -  Standart  mübadilə  sistemi 
çərçivəsində  idxal  edilmiş  məhsul  (əvəzləyici  məhsul),  Gömrük 
Məcəlləsinin  202.2  -  202.5-ci  maddələrinə  müvafiq  olaraq  emal 
məhsulunu  əvəz  edə  bilər.  Gömrük  orqanları  standart  mübadilə 
sistemindən  istifadəyə  emal  əməliyyatları  qüsurlu  daxili  malların 
təmiri  ilə  əlaqədar  olduğu  hallarda  icazə  verirlər.  Əvəzləyici 
məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni 
texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası 
üzrə  eyni  rəqəmli  koda  malik  olmalıdırlar.  Qüsurlu  mallardan 
ixracdan  əvvəl  istifadə  olunmuşdursa,  əvəzləyici  məhsullar  da 
istifadə edilmiş olmalıdırlar. Əvəzləyici məhsul qanundan irəli gələn 
öhdəliklər,  müqavilədən  irəli  gələn  zəmanət  öhdəlikləri,  yaxud 
istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir 
edilmişdirsə,  gömrük  orqanları  Gömrük  Məcəlləsinin  202.4-cü 
maddəsində  qeyd  olunan  tələbdən  imtina  edirlər.  Emal  edilmiş 
məhsullara  tətbiq  olunması  nəzərdə  tutulan  müddəalar  əvəzləyici 
məhsullara da şamil edilir.  
Əvəzləyici  məhsulların  əvvəlcədən  idxalı  -  Qüsurlu  malların 
ixrac  edilməsindən  əvvəl  əvəzləyici  məhsulların  idxal  edilməsinə 
şəxsin  müraciəti  əsasında,  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  qaydada  icazə  verilir.  Bu  halda  şəxsdən  Gömrük 
Məcəlləsinin  203.2-ci  maddəsində  göstərilən  miqdarda  təminat 
alınır. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın 
miqdarı  qüsurlu  məhsullar  bu  Məcəllənin  203.3-cü  maddəsinə 
müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük 
rüsumlarının  və  vergilərin  məbləğini  əhatə  etməlidir.  Qüsurlu 
məhsullar  əvəzləyici  məhsulların  sərbəst  dövriyyəyə  buraxılması 
üçün  verilmiş  bəyannamənin  gömrük  orqanları  tərəfindən  təsdiq 
edildiyi  tarixdən  sonrakı  2  (iki)  ay  müddətində  ixrac  edilməlidir. 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə