M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 
 
114 
Qüsurlu  məhsullar  Gömrük  Məcəlləsinin  203.3-cü  maddəsində 
göstərilmiş  müddət  ərzində  üzrlü  səbəblərə  görə  ixrac  edilə 
bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu 
müddəti 2 (iki) ayadək artırırlar. 
Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərar "Malların 
emal  və  ya  xüsusi  istifadə  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsinə  icazənin  verilməsinin  yerli  istehsalçıların  mühüm 
maraqlarına  təsir  göstərmə  dərəcəsinin  müəyyənləşdirilməsi  üçün 
iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları"nın təsdiq edilməsi 
haqqında  25 iyun 2013-cü il 162  №li  Qərarı  qəbul edilmişdir.  Bu 
Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 167.5-
ci  maddəsinə  əsasən  hazırlanmışdır  və  malların  emal  və  ya  xüsusi 
istifadə  gömrük  proseduru  altında  yerləşdirilməsinə  icazənin 
verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə 
dərəcəsinin  müəyyənləşdirilməsi  üçün  iqtisadi  şəraitin  təhlilinin 
aparılması qaydalarını müəyyən edir.  
İqtisadi  şəraitin  təhlili  gömrük  orqanları  tərəfindən  aşağıdakı 
hallarda aparılır:  
1. malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru 
altında  yerləşdirilməsinə  icazənin  alınması  üçün  müraciət 
olunduqda;  
2. malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru 
altında  yerləşdirilməsi  üçün  icazənin  verilməsinin  yerli 
istehsalçıların  mühüm  maraqlarına  mənfi  təsir  göstərməsi  barədə 
kifayət qədər əsas olduqda;  
3. yerli istehsalçıların və ya aidiyyəti qurumların əsaslandırılmış 
müraciəti olduqda. İqtisadi şəraitin təhlilinin aparılması şərtləri- İqti-
sadi şəraitin təhlilinin aparılması zamanı aşağıdakılar nəzərə alınır:  
1. emal və ya xüsusi istifadə gömrük proseduru altında yerləşdi-
rilməsi məqsədi ilə gömrük ərazisinə gətirilən malların yerli istehsal-
çılar tərəfindən istehsal edilən mallarla rəqabət qabiliyyətliliyi;  
2.  daxili  malların  xaricdə  emal  edilməsi  məqsədi  ilə  gömrük 
ərazisindən  kənara  aparılması  nəticəsində  daxili  istehsal  gücünün 
istifadəsi;  


 
 
115 
3.  xarici  malların  xüsusi  istifadə  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilməsi  məqsədi  ilə  daha  güzəştli  şərtlərlə  idxalı 
nəticəsində eyni daxili mallara tələbat;  
4. ölkənin iqtisadi göstəriciləri.  
İqtisadi şəraitin təhlili aparılarkən, xüsusi istifadə xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş malların istismar olunduğu sahənin 
iqtisadi artım tempinə təsir dərəcəsi müqayisə edilir. Malların emal 
və  ya  xüsusi  istifadə  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsinə  icazənin  verilməsinin  yerli  istehsalçıların  mühüm 
maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitə dair əldə edilmiş 
bütün  məlumatların  təhlilinin  nəticəsi  əsasında  müəyyənləşdirilir. 
Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında 
yerləşdirilməsinə  icazənin  verilməsinin  yerli  istehsalçıların  mühüm 
maraqlarına  təsir  göstərməsi  ilə  bağlı  gömrük  orqanlarına  təqdim 
edilmiş  məlumatlar  yalnız  müvafiq  təhlilin  aparılması  məqsədi  ilə 
istifadə olunur.  
Malların  emal  və  ya  xüsusi  istifadə  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilməsinə  icazənin  verilməsinin  yerli  istehsalçıların 
mühüm  maraqlarına  təsir  göstərmə  dərəcəsinin  müəyyən  edilməsi 
məqsədi ilə ixtisaslaşdırılmış qurumlar da cəlb edilə bilər. Aparılmış 
təhlilin  nəticəsi  üzrə  malların  emal  və  ya  xüsusi  istifadə  xüsusi 
gömrük  proseduru  altında  yerləşdirilməsinə  icazənin  verilməsinin 
yerli  istehsalçıların  mühüm  maraqlarına  mənfi  təsir  göstərdiyi 
müəyyən  edildikdə,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
müvafiq icazənin verilməsindən imtina edilir. 
 
Ev tapşırığı: 
1.
 
Sərbəst zona necə müəyyən edilir? 
2.
 
 Sərbəst zonada tikinti işləri aparıla bilərmi? 
3.
 
Sərbəst zonada daxili və xarici malların statusunu şərh edin. 
4.
 
Müvəqqəti  idxal  gömrük  proseduru  altında  yerləşmə 
qaydalarını şərh edin. 
5.
 
Son  istifadə  xüsusi  gömrük  prosedurunun  əsas  müddəalarını 
şərh edin. 
6.
 
Emal prosedurunun əsas müddəalarını şərh edin. 


 
 
116 
7.
 
Daxildə  emal  xüsusi  gömrük  prosedurunun  başa  çatması  nə 
qədər müddətə müəyyənləşdirilmişdir?  
 
Ədəbiyyat siyahısı 
 
 1.Gömrük  Məcəlləsi  2011,  Bakı,  Hüquq  ədəbiyyatı.  2016. 
XXXI , XXXII, XXXIII fəsil 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar "Sərbəst 
zonaya  gətirilən  daxili  malların,  sərbəst  zona  daxilində  emal 
əməliyyatlarına  məruz  qalmış  daxili  malların  və  sərbəst  zona 
daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları 
tərəfindən  daxili  mallar  gömrük  statusunun  təsdiq  edilməsi 
Qaydası"nın təsdiq edilməsi haqqında Bakı şəhəri 27 fevral 2013-cü 
il tarixli 29 № li Qərarı 
4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qərar 
"Malların  emal  və  ya  xüsusi  istifadə  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilməsinə  icazənin  verilməsinin  yerli  istehsalçıların 
mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi 
üçün  iqtisadi  şəraitin  təhlilinin  aparılması  Qaydaları"nın  təsdiq 
edilməsi haqqında 25 iyun 2013-cü il 162 №li Qərarı. 
5. A.Ş.Şəkərəliyev ―İxrac potensialının iqtiadi inkişafda rolunun 
artmasının  nəzəri  və  praktiki  problemləri‖  AzDİU-də  2011  ci  ildə 
yerinə yetirilmiş elmi-tədqiqat işlərinin materiallarının tezisləri, Bakı 
2012 
6.  A.M.Məhərrəmov  Gömrük  tariflərinin  iqtisadi  təsirləri. 
―Beynəlxalq  hüquq  və  inteqrasiya  problemləri‖  jurnalı.  №1.  Bakı, 
2010-cu il. S. 132-136 
7.M.Y.Yadulla. Торговые и таможенные отношения 
вовнешнеэкономической политике Азербайджана. Вектор 
науки. Толятти.2012 
8.M.M.Aslanova. Azərbaycanın qeyri neft sektorunda ixrac 
prioritetləri. Elmi praktiki konfrans.2012 
 
 
 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə