57
normativ vә tarixi-müqayisәli yöntәmlәrlә qәlәmә alınmışdır. “Türk dillәrinin müqayisәli-tarixi
qrammatikası” (1984; 1986; 1988; 1997; 2002; 2006) qaynağı isә müqayisәli-tarixi dilçilik
yöntәmi yazılmışdır. Birincilәrdә türk әdәbi dillәrinin hәr birinin fonetik, qrammatik, leksik,
dialektoloji vә s. özәlliklәrinә dair linqvistik xarakterli açıqlanmalar, yazılı mәtnlәrindәn örnәklәr
verilmişdir. İkincilәrdә isә bir-biri ilә yaxın vә әn yaxın sәviyyәlәrdә qohum olan türk dillәri vә
dialektlәrinin diaxronik inkişafı izlәnilmәklә pra- vә protodil layları müәyyәnlәşdirilmişdir.
1.2.2. XX yüzilin sonu vә XXI yüzil: yeni linqvistik yönümlәr vә yöntәmlәr
Türkoloji dilçilikdә yeni linqvistik yönümlәr vә yöntәmlәrlә dәyişim sәciyyәli
araşdırmaların aparılması işi XX yüzilin 70-ci illәrindәn bәri sürәtlәnmişdir. Bu dilçilik
araşdırmalarının ümumi türkoloji kontekstin nәzәrә alınmaqla yazılanları әsas etibarilә türk әdәbi
dillәrinin qrammatikası vә semantikasına aiddir. Bununla yanaşı, türk әdәbi dillәrinә dair tәrcümә
vә çevirmә vә ya bir türk dilindәn digәrinә әdәbi mәtn uyğunlaşdırması nәzәriyyәsi; informasiya
texnologiyaları dilçiliyi; sosiolinqvistika vә mәtn dilçiliyi mәsәlәlәrinә dә hәmin araşdırmalarda bu
vә ya digәr şәkildә toxunulmuşdur (Cavadov 1975; Ахматов 1983; Бердалиев 1989; Nurmanov...
1992; Uzun 1995; Языки мира. Тюркские языки 1997: 160-525; Abdullayev 1999; Uğurlu 2004;
Musaoğlu 2003; 2006; 2011; Kazımov 2004: 428-457 vә s.).
XX yüzilin 70-ci illәrindәn bәri türk әdәbi dillәrinin ümumi türkoloji kontekstdә
öyrәnilmәsi işi linqvistik olaraq yenidәn formalaşmaqdadır. Hәmin yönüm hәm dilçilikdәki
mövcud klassik әnәnәdәn, hәm dә әn yeni linqvistik tәmayüldәn fәrqlәnir. Birincidәn yeni
linqvistik yöntәmlәrin türkoloji dilçilik araşdırmalarında sistematik olaraq tәtbiqi, ikincidәn isә
hәmin araşdırma prosesindә türk dillәri vә dialektlәrinin diaxronik-sinxronik mahiyyәtinin
bütövlükdә dәrk olunması ilә seçilir.
Mәlumdur ki, müqayisәli-tarixi vә ya tarixi-müqayisәli vә tәsviri-normativ xarakterli
әnәnәvi dilçilik araşdırmalarında yeni linqvistik yöntәmlәrin tәtbiq olunması sistematik xarakter
daşımır. Müasir türk әdәbi dillәrinә dair konkret dil hadisәlәrini vә faktlarını sadәcә çağdaş dil-
çilik axınları kontekstindә öyrәnәn araşdırmalarda isә ümumi türkoloji kontekst çox vaxt
unudulur. Mәsәlәn, ümumtürk dilinә dair sabit söz sıralı simmetrik sıra vә inversiya, ellipsis vә s.
özәllikli asimmetrik-sintaktik qavramlaşdırması vә uyğun kateqoriyalasdırılması prinsiplәri
flektiv sәciyyәli Hind-Avropa dillәri sintaksisinin sıralanması qaydaları ilә müәyyәnlәşdirilir
(Эргуванлы 1987; Юхансон 1987; Uzun 2000 vb.)
58
Fikrimizcә, türk әdәbi dillәrinә dair indiyә qәdәr yeni linqvistik yönümlәrlә vә
yöntәmlәrlә aparılan araşdırmaların mәqsәdyönlü nәticәlәrinin ümumilәşdirilmәsi bundan sonra
türkoloji dilçilikdә әsas iş olmalıdır. Әnәnәvi, yeni vә әn yeni araşdırma yönümlәri vә yöntәmlәri
sistematik bir bağlılıqla bir-biri ilә birlәşdirilmәlidr. Bununla da türk әdәbi dillәrinin öyrәnil-
mәsinә dair konseptual-struktur xarakterli qavramlaşdırma vә kateqoriyalaşdırma prinsiplәrinin
düzgün müәyyәnlәşdirilmәsi işi tәmin edilә bilәr.
2. Türk dillәrinin müqayisәli, müqayisәli-tarixi vә tәsviri-linqvistik yöntәmlәrlә
öyrәnilmәsi
Türkoloji dilçiliyin tarixi vә türk dillәrinin müqayisәli (comparative) öyrәnilmәsi vә ya
hәr cür müqayisәlilik (comparativizm), başqa bir ifadә ilә türk müqayisәli dilçiliyinin yaranması
Mahmud Qaşqarlının adı ilә bağlıdır. Türkologiya vә türkoloji dilçilik elmi Mahmud Qaşqarlının
XI yüzildә qәlәmә aldığı “Divanü-lüğәt-it türk” adlı әsәri ilә dünya filologiyasına açılmışdır.
“Divanü-lüğәt-it türk” (1998) әsәri hicrәt tarixi ilә 466-cı ildә, yәni 1072-ci ildә (1998:5)
yazılmışdır. Әsәr әrәblәrә türk dilini öyrәtmәk mәqsәdilә hazırlanmışdır. Sözügedәn әsәrdә
türkcә sözlәr әrәb dilinin fonetik qayda-qanunlarına görә sıralandırılmışdır. Onların mәnaları
uyğun dil örnәklәri, o sıradan müxtәlif türk lәhcәlәrindә işlәnilәn deyim vә atalar sözlәri vә
onların yer aldığı dördlüklәrlә açıqlanmışdır.
O zamanlar humanitar elmşünaslıqda vә ya Әrәb xilafәtindә bütövlükdә dörd, İraqda isә
ayrılıqda iki şәkildә formalaşan dilçilik mәktәbi vә buna uyğun yöntәmi mövcud olmuşdur.
Dilçilik elmi dә daha çox bu yöntәmlәrdәn biri ilә әdәbi vә ya nәfis әrәb dili materialları
әsasında, ikincisi ilә isә әrәb dilinin dialektlәrinә görә müqayisәli olaraq öyrәnilirdi. Mahmud
Qaşqarlı da mәhz ikinci araşdırma-öyrәnilmә metodunu mәnimsәmişdir. O, “Divanü-lüğәt-it
türk” adlı әsәrini sinxronik olaraq o zamankı türk әdәbi dillәri vә dialektlәrinin materialları
әsasında müqayisәli-tutuşdurmalı yöntәmlә yazmışdır. Buna görә dә türkologiyada müqayisәli
araşdırma-öyrәnilmә metodunun әsasını Mahmud Qaşqarlı qoymuşdur. Müqayisәli dilçiliyin
tarixi-müqayisәli vә müqayisәli-tarixi çәrçivәli yöntәmlәri isә bütün parametrlәrilә daha sonralar,
yәni XIX yüzildәn etibarәn müәyyәnlәşmişdir. XI-XVIII yüzillәrdә türkologiyada istifadә olunan
yöntәmlәr isә daha çox müqayisәli-tutuşdurmalı vә tәsviri filoloji-dilçilik metodlarından ibarәt
olmuşdur.