M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə96/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   92   93   94   95   96   97   98   99   ...   171

236 

 

şәkilçilәri ilә formalaşan sırası ilә ifadә edilmәkdәdir. Türk dillәrindә köklәr vә şәkilçilәr leksik, leksik-



qrammatik  vә  qrammatik  mәnaların  yer  aldığı  ardıcıl  vә  bölünmәyәn  bir  sıra  ilә  düzülmәkdәdir. 

Sözügedәn sıralanma konkret bir ünsiyyәt vә ya kommunikasiya ehtiyacına bağlı olaraq danışıq әsnasında 

reallaşmaqdadır. Flektiv dillәrdә lüğәt tәrkibi vә söz sırasına әsasәn ünsiyyәt öncәsi durum sәviyyәsindә 

müәyyәnlәşәn  söz  forması  türk  dillәrindә  ünsiyyәt  anı  vә  dil  daxili  fәaliyyәt  fenomeni  olaraq  ortaya 

çıxmaqdadır.  Belә  bir  söz  forması  isә  dünyanın  dil  xәritәsini  tәşkil  edәn  qavramların  dәrk  olunmasını 

leksik, leksik-qrammatik vә qrammatik şәkilçilәrin mәntiqi sıralanması ilә hәyata keçirir. Bu isә Avrasiya 

mәrkәzli  ikinci  bir  dil  modellәşmәsinin  funksional  olaraq  qurulmasında  konseptual  dәrk  etmә  әsasının 

yaradılması vә orijinal bir çeviri yazılım proqramı örnәyinin hazırlanmasına imkan verә bilәr. Belәliklә, 

ümumtürk dilinin potensial imkanları gerçәklәşdirilәr vә onun sәs uyumuna, aqqilütinativ  quruluşuna vә 

söz  sırasına  söykәnәn  yeni  bir  dil  modellәşmәsi  konseptual  dәrk  etmә  әsasınada  qurula  bilәr.  Belә  bir 

modelin yaradıla bilmәsi üçün, hәr şeydәn öncә, maddә başı sözlәri Türkiyә türkcәsindә verilәn, mәnaları 

isә  müxtәlif türk  әdәbi dillәrindә әn  azı 500.000  kәlmә  vә  deyimlә  açıqlanan vә  sinxronik  olaraq  tәrtib 

olunan  “Böyük  türkcә  uyğunlaşdırmalı-açıqlamalı  lüğәt”  hazırlanmalıdır.  Bu  Mahmud  Qaşqarlının 

yazdığı  “Divani  lüğәt-it  türk”  kimi  bir  әsәrin  günümüzdә  türkcә  vә  ya  türk  dillәrindә  sinxronik  olaraq 

yazılması mәnasına gәlir. 

 

2.3.3. Türk dillәri arası әdәbi mәtn çevirilәri 

Әdәbi mәtn uyğunlaşdırması tәcrübәsindә sözügedәn mәtn çevirilәri Türk dünyasında günümüzә 

qәdәr, әsasәn, iki formada hәyata keçirilmişdir. Bunlar aşağıdakılardan ibarәtdir: 

A)  Çeviri  әsnasında  qaynaq  dil  olaraq  qәdim  türk  dili,  Cağatay  vә  Osmanlı  türkcәlәri  kimi 

klassik  vә  XIV-XVI  yüzillәlәrdәn  etibarәn  daha  çox  xalq  dili  әsasında  formlaşan  yeni  türk  әdәbi 

dillәrindәn  müxtәlif  lazımi  mәtnlәr  seçilir.  Hәmin  mәtnlәr  tarixi-diaxronik  ardıcıllığa  vә  sinxronik 

kontekstә әsasәn әn yeni çağdaş türk әdәbi dillәrinә çevirilir.   

B)  Qaynaq  vә  hәdәf  dil  sәviyyәlәrindә  hәm  şifahi,  hәm  dә  yazılı  mәtnlәr  әn  yeni  çağdaş türk 

әdәbi  dillәrindәn  bir-birinә  sinxronik  olaraq  çevirilir.  Hәmin  çeviri  prosesindә  görülәn  işlәr  әdәbi  mәtn 

uyğunlaşdırması fәaliyyәtlәrinin әsasını tәşkil edir. 

 Türk  әdәbi  dillәri  arası  mәtn  çevirilәri  prinsip  etibarilә  müxtәlif  әdәbi  mәtnlәrin  qәdim  türk 

әdәbi  dillәrindәn  çağdaş  türk  әdәbi  dillәrinә  vә  ikincilәrdә  dә  bir-birinә  çevirilmәsi  ilә  gerçәklәşir.  Bu 

fәaliyyәtlәr 1990-cı illәrdәn başlayaraq getdikcә sürәtlәnir. Ancaq bu gün hәlә әdәbi mәtnlәrin daha çox 

qәdim  vә  yeni  türk  dillәrindәn  Türkiyә  türkcәsinә,  ondan  da  digәr  türk  әdәbi  dillәrinә  vә  ya  digәr  türk 

әdәbi  dillәrindәn  Türkiyә  türkcәsinә  çevirildiyi  müşahidә  olunur.  Daha  doğrusu,  sözügedәn  әdәbi 

mәtnlәrin çevirilmәsi prosesi  dillәrә görә  qaynaq vә hәdәf mәtnlәrin yerlәrinin dәyişilmәsi  ilә daha çox 

Türkiyә türkcәsi ilә digәr türk yazı dillәri arasınada hәyata keçirilir. Mәsәlәn, Çingiz Aytmatovun, demәk 



237 

 

olar  ki,  bütün  әsәrlәri  öncә  müxtәlif  xarici  dillәrdәn  vә  günümüzdә  isә  qırğız  dilindәn  dә  Türkiyә 



türkcәsinә  tәrcümә  olunmuş  vә  ya  çevrilmişdir.  Azәrbaycan  şifahi  xalq  әdәbiyyatı  nümunәlәrinin, 

müxtәlif  әdәbi  mәtnlәrin  vә  populyar  yazıçıların  әsәrlәrinin  çağdaş  Türkiyә  türkcәsinә  çevirilmәsinin 

tarixi  isә  1950-ci  illәrә  qәdәr  gedib  çıxır.  Sözügedәn  çeviri  prosesinin  sürәtlәnmәsinә  vә  onun  konkret 

nәticәlәrinin  ortaya  çıxarılmasına  hәm  Azәrbaycanlı,  hәm  dә  Türkiyәli  alimlәr,  yazıçılar,  publisistlәr, 

türkoloqlar  vә  ümumiyyәtlә  ziyalılar  hәmişә  böyük  sәy  göstәrmişdir.  Hәlә  Sovetlәr  Birliyi  vaxtında 

Azәrbaycandan  Hәmid  Araslının  vә  Abbas  Zamanovun,  Türkiyәdәn  Әhmәd  Cәfәroğlunun,  Muharrem 

Erginin, Sәadәt Cağatayın, daha sonralar  isә Yavuz Akpınar vә onun yayınladığı “Qardaş Әdәbiyyatlar” 

jurnalının  çox  böyük  rolu olmuşdur (Ercilasun  2007).  Günümüzdә  isә  Yusif  Gәdiklinin,  Әli  Duymazın, 

İldәniz  Kurtulan  vә  digәrlәrinin  Azәrbaycan  Türkcәsindәn  Türkiyә  türkcәsinә  etdiyi  çevirilәr  diqqәti 

çәkir.  Azәrbaycan  yazarlarından  Anarın,  Elçinin  vә  Kamal  Abdullanın  bir  çox  әsәri  bu  gün  Türkiyә 

türkcәsindә  sevә-sevә  oxunmaqdadır.  Bu  әsәrlәrә    Anarın  “Ağ  liman”  vә  “Beşmәrtәbәli  evin  altıncı 

mәrtәbәsi”,  Elçinin  “Mahmud  vә  Mәryәm”  vә  “Ölüm  hökmü”,  Kamal  Abdullanın  isә  “Gizli  Dәdә 

Qorqud”,  Yarımçıq  әlyazma”  vә  Sehrbazlar  dәrsi”  әsәrlәrini  örnәk  göstәrmәk  olar.  Bütün  bu  çeviri 

işlәrinin  aparılması  vә  onların  әdәbi-linqvistik  özәlliklәri  ilә  dәyәrlәndirilmәsi  isә  türkoloji  dilçilikdә 

ayrıca  bir  әdәbi  mәtn  uyğunlaşdırması  vә  ya  çeviri  nәzәriyyәsi  vә  praktikası  filoloji  sahәsi  olaraq 

ayrılmaqdadır (Musaoğlu 2010: 24-26). Qeyd olunmalıdır ki, sözügedәn filoloji sahә araşdırma-öyrәnilmә 

baxımından türkoloji dilçilikdә günün әn aktual mәsәlәlәrdәn biri olaraq diqqәt mәrkәzindәdir. 

 

3. Türkoloji dilçilikdә bәdii mәtnin yeni yönüm vә yöntәmlәrlә öyrәnilmәsi  

Mәtnin  cümlәdәn  böyük,  yәni  MSB  sәviyyәsindә  tәdqiqi  problemi    dilçilikdә  XX 

yüzilin ikinci yarısından sonra ortaya çıxmışdır. Bütövlükdә isә mәtn  sintaksisi XX yüzilin son 

qәrinәsindә bütün parametrlәrinә görә bir filoloji elm sahәsi olaraq formalaşmışdır. XX  yüzilin  

ortalarında  Avropa  dilçiliyi,  xüsusilә  dә  Praqa  funksional  dilçilik  mәktәbi  nümayәndәlәrinin 

uğurları kommunikativ vә semantik mәzmunlu yeni linqvistik açıqlanmaların meydana çıxmasına 

vә  xüsusilә  dә  filologiyada  MSB-nin  ayrıca  olaraq  tәdqiqinә  geniş  yol  açmışdır.  Avropa  vә 

Rusiyada bu sahәdә böyük uğurlar olsa da, türkoloji dilçilikdә mәtn sintaksisi vә ya qrammatikası 

mәsәlәsi o dövrdә hәlәlik nisbәtәn çox az öyrәnilmişdir. 

Qeyd olunmalıdır ki, filologiyada mәtnin ümumi filoloji-әdәbi vә -linqvistik özәlliklәri 

daha  Antik  dövrdәn,  yәni  Aristoteldәn  başlayaraq  öyrәnilmәkdәdir.  Belә  ki,  mәtnin  ümumi  vә 

tәfәrrüatlı  filoloji  tәdqiqi  ilk  öncә  mәtnşünaslıq  vә  әdәbi  mәtnlәrin  tәnqidi  nüsxәlәrinin 

hazırlanması vә mәtn nәzәriyyәsi vә ya әdәbi mәtnlәrin müxtәlif funksional üslublar vә әn yayğın 

әdәbiyyatşünaslıq  vә  dilçilik  metodları  baxımından  müştәrәk  işıqlandırılmasıyla  bilinmәkdәdir. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə