M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

Günyazın həmişəyaşar qoşmaya, lirik şerə müraciət etməsi təsadüfi deyildi. 
O, ulu həmkəndlisi Molla Vəli Vidadini, Mustafa ağa Arifin və Kazım ağa Salik 
Ş
ıxlinskilərin poeziyasından qidalanıb. 
Bizdən ayrılıb haqq dünyasına qovuşan Günyazın haqqında düşünürəm, 
onun bu dünyamızda nəyi qaldı: oğlumu, qızımı, nəvə-nəticəsimi? Təəssüf ki, 
Günyazımıza tale bunun heç birini qismət eləmədi. Amma təsəllimiz də var ki, onu 
bu dünyada heç vaxt unutmayan dostları qaldı. Saf bir ömür yaşayan Günyazımızı 
dostları ülvi bir məhəbbətlə hələ də yad edirlər. 
Günyazın ayrıca kitabı nəşr olunmasa da, şerləri dillərdə oxunur, ciblərdə qat 
kəsmiş kağızlarda gəzir. Belə “dərc yolu” Günyazın dostlarının, onu sevənlərin 
xidmətidir. 
Təəssüf ki, bu xidmətdə bir yanlışlıq da var. O da Günyaz Nəzirlinin pak və 
ə
bədi xatirəsinə layiq deyil. Bu gün Gəncə, Qazax və Borçalı aşıqları məclislərində 
Günyaz Nəzirlinin “Bir gözəlin sığal çəkib telinə” qoşmasını oxuyarkən 
tapşırmasında nədənsə, bəziləri mərhum aşığımız Kamandar Əfəndiyevin, ya da 
hər kəs öz adını çəkir. Qoşmanın əsl müəllifi Günyaz Nəzirli isə unudulur. 
Mərhum əmioğlu Günyaz Nəzirlinin vəfatından sonra onun sənədləri 
arasında öz dəsti - xətti ilə yazdığı üç səhifəlik “Vəsiyyət” tapıldı. O, “Vəsiyyət” 
ində bütün külliyatının çapını və qorunub saxlanmasını mənə həvalə etmişdir. 
Adını çəkdiyim şerin əlyazması və makina çapı da hazırda məndədir. Şerin 
ə
lyazmasında və makina çapındakı tapşırmada “Bəlkə Günyaz dirsəklənib 
dincələ...”dən başqa heç kəsin adı yoxdur. Ona görə də Günyaz Nəzirli poeziyasına 
ə
bədi ehtiramı olan bütün el aşıqlarından, müğənnilərdən rica edirəm ki, qoşmanı 
Günyaz Osman oğlu Nəzirlinin öz adına oxusunlar. Onda Günyazımızın ruhu da 
ş
ad olardı. 
 
 
B R GÖZƏL N 
SIĞAL ÇƏK B TEL NƏ 
 
Yay gəldimi bir yaylaqda olasan, 
Narın-narın yağış yağa, çən gələ... 
Kəkotunu gül qarışıq yolasan, 
Kef çəkməkdə yar-yoldaşın tən gələ. 
 
Dolça qırmaz bulaqların buzunu, 
Yedizdirər sənə əmlik quzunu... 
Bozartmanın kəm eləmə duzunu, 
Baxan varmı heç qaşığa, çəngələ... 
 
Öyrənərsən ovçuluğun çəmini, 
Hürküdərsən kəkliklərin cəmini... 
Unutdura bu dünyanın qəmini, 
Gecələrin gündüzündən şən gələ... 
 


Bir gözəlin sığal çəkib telinə, 
Gül-çiçəkdən kəmər bağla belinə, 
Yolun düşsə obasına, elinə, 
Qonaq edə bir kündəlik xəngələ. 
 
Həzin-həzin aşıq çalıb oxuya, 
Gözəl görsə göz gedərmi yuxuya... 
Tellerindən dağ havası qoxuya, 
Bəlkə Günyaz dirsəklənib dincələ... 
 
15 avqust 1976-cı il 
 
 
KÖNLÜM SƏN NLƏD  
 
 
DE, HANI GÜNYAZIN 
 
Tellərin töküldü gül camalına, 
Ay bulud dalında batdı, dedilər. 
Elə ki, yer üzü çilçıraq oldu – 
Rübəndi üzündən atdı, dedilər. 
 
Gözlərin saçından qaradır, qara! 
Aparır ağlımı, aparır hara?! 
Dərdimi söyləyən yoxdu o yara – 
Baş qoyub dizinə yatdı”, dedilər. 
 
De, hanı Günyazın, gəl oyat onu, 
Küsdürüb bu dünya, bu həyat onu!.. 
stər bağrına bas, istər at onu – 
Qocalıq haqlayıb çatdı, dedilər. 
 
28 dekabr 1975 
 
 
SƏN ELƏ GÖZƏLSƏ
 
Sən elə gözəlsən, zülfü pərişan, 
Vəsf edə bilməyir sözüm də səni! 
Arif məclisidi, vermirəm nişan – 
Tanıyan çox olar sözümdə səni. 
 
Daşlı - kəsəklidir ömrün yolları – 
Yol yaxın, sən uzaq, mənzil də yarı! 


Dünyadan köçməmiş tapaydım barı 
Mən səndə özümü, özümdə səni! 
 
ş
vəni, qəmzəni gəl az eylə sən, 
Boranlı qışımı gəl yaz eylə sən! 
nsafsız, Günyazı Günyaz eylə sən, 
Günyazam, saxlaram gözümdə səni. 
 
Noyabr 1975 
 
  
 
ALMIRSAN N YƏ 
 
Camalın gözümdən uzaq düşəli 
Qapıma bir kölgə salmırsan niyə? 
Ayrılıq üstündə köklənib sazım – 
Mərhəmət eyləyib çalmırsan niyə? 
 
Sənsiz nə sevilib, nə şad olmuşam, 
Ağarıb saçlarım - yaşa dolmuşam. 
Çoxları unudan bir ad olmuşam – 
Barı sən qeydimə qalmırsan niyə? 
 
Gözəl, bu dünyanın çoxdu cəfası, 
Sənin tək onun da yoxdu vəfası! 
Sevib-sevilməkdi zövqü, səfası – 
Bu zövqü Günyazdan almırsan niyə? 
 
Noyabr 1975 
 
 
SƏNS Z
5
 
 
Sənsən bu dünyada dövlətim, malım, 
zzətim, şöhrətim, cahi-cəlalım! 
Gecəli-gündüzlü tərlan xəyalım, 
Dağları, daşları aşarmı sənsiz? 
 
Sənsən məhəbbətim, ürəyim, canım, 
Həyatım, varlığım, hər həyəcanım! 
Qaynar bulaq kimi qaynayan qanım, 
Quru bir bədəndə coşarmı sənsiz? 
                                                 
5
 Cavanlıqda bu qoşmanı kimə oxuyurdum, deyirdilər guya M.P.Vaqifdən oğurlamışam... (Bundan sonra şerlərdəki 
izahlar və qeydlər Günyaz  Nəzirliyi məxsusdur - ) 


 
Sənsən ilk rübabı sinəmdə sazın, 
Sənsən ilk müjdəsi baharın, yazın! 
Eşqinlə yaşayan - sənin Günyazın, 
Bircə an, bircə gün yaşarmı sənsiz? 
 
15 may 1958 
 
 
GÖZLƏR N F TNƏS  
 
Camalının şöləsində sayrışıb – 
Şə
hla gözlər xumarlandı, süzüldü! 
Baxışınla bütün dünya qarışıb 
Birdən-birə məhvərindən üzüldü! 
 
Gözlərində mərhəmətdən yox əsər – 
Cəllad kimi can almağa tələsər! 
Kirpiklərin qoşun çəkib sərasər – 
Sinəm üstə düzüm - düzüm düzüldü! 
 
Arif olan işarədən qanandı, 
Günyaz təkin atəşlərə yanandı! 
Qapımızdan ayaq kəsmə, amandı – 
Gəlmədiyin, görmədiyim yüz ildi. 
 
30 sentyabr 1976 
 
 
YAŞARSAN HARDASA 
 
Sənsiz bu dünyanın dəyərimi var? 
Cəfası, səfası, yalandı, gülüm! 
Ucaldım, qocaldım sinəmdə qubar – 
Dərdlərim üst-üstə qalandı, gülüm! 
 
Bir zaman ayrıldıq heç görüşmədən, 
Qismətim olmadın, olmadın nədən?! 
Qayıtdı keçmişə xəyal yenidən – 
Ömrümə bir ömür calandı, gülüm! 
 
Yaşarsan hardasa - gözümdən uzaq, 
Könlümə çox yaxın - özümdən uzaq! 
Günyazam, durmadım sözümdən uzaq – 
Bu niskil ömürlük qalandı, gülüm! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə