M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

15 avqust l976 
 
 
DODAQLARA 
DODAQ DƏYD  
 
Sığal çəkdim qara telə 
Qıvrım saçlar çözələndi. 
Qol doladım incə belə, 
Nar məmələr özələndi! 
 
 
Hicran nəydi, vüsal nəydi?! 
Bənövşə tək boynun əydi. 
Dodaqlara dodaq dəydi 
Dil də dildən məzələndi! 
 
Qəm üzülüb atılanda, 
Günyaza naz satılanda. 
Bala qaymaq qatılanda
9
 
Eşqin odu təzələndi... 
 
9 avqust 1979 
 
 
D L DANIŞIB, 
DODAQ GÜLÜB 
 
Dil danışıb şirin-şirin, 
Gül dodaqlar allanıbdı... 
Demə çəkib xəcalətin 
Gül yanaqlar allanıbdı... 
 
Dil danışıb, dil-dil ötüb, 
nci dişdə bülbül ötüb... 
Gül dodaqlar yanaq öpüb, 
Dodaq əmib ballanıbdı. 
 
Dil danışıb, dodaq qaçıb, 
Sədəf dişlər inci saçıb. 
Gül yanaqlar çiçək açıb – 
Gül yanaqlar xallanıbdı... 
                                                 
9
 Ələsgərə işarədir. 
 


 
Dil danışıb, dodaq gülüb, 
Sevincini yanaq bölüb... 
Dil danışıb Günyaz ölüb – 
Dodaq öpüb hallanıbdı... 
 
5 oktyabr l98l 
 
 
 
 
 
Ə
L M YETM R 
O GÜLÜZƏ 
 
 
O gözlərə goz eyləsəm, 
Gözəl, gözdən göz əksilməz! 
Qoşma qoşub, söz söyləsəm 
Gözəl, sözdən söz əksilməz! 
 
Ə
lim yetmir o gülüzə, 
Gül yetirə, o, gül üzə! 
Üz söykəsəm o gülüzə 
Gözəl, üzdən üz əksilməz! 
 
Yad deyilsən yad qalasan, 
Günyaz yanmaz az qalasan! 
Kipriyinlə od qalasan 
Gözəl, gözdən göz əksilməz! 
 
21 may 1982 
 
 
RÜBA LƏ
 
Ala gözlü, siyah telli gözəl yar, 
O gözəllik səndən qeyri kimdə var! 
nsafa gəl, gizlətmə gəl, qoy baxım, 
Ay üzünü bürüməmiş buludlar. 
 
Ə
tirlisən, səfalısan bahar tək, 
Yanağından min rəng alır gül-çiçək. 
Qoy bəzənsin gəlişinlə məclisim, 
Dolu ürək, dolu qədəh, gəl içək. 


 
stəmirəm, yar, görəsən qada sən! 
Ürəyimi atmadınmı oda sən?! 
Axşam-səhər alışıram eşqinlə 
Ver hökmünü, bu mən, bu eşq, o da sən! 
 
3 mart l955 
 
 
SEVM ŞƏM, 
SEVƏCƏYƏM MƏ
 
Hər sözü, kəlməni hey dönə-dönə 
Oxuyur, düşünür, qubarlanıram! 
Nə qüssə, nə kədər yaraşmır sənə 
Neyləyim bu oda mən də yanıram, 
Oxuyur, düşünür, qubarlanıram! 
 
Ş
ikayət yazırsan öz taleyindən, 
Budur, məktubunda hər kəlmə başı. 
Ağrıyır ürəyim hər gileyindən, 
Tökülür vərəqə gözümün yaşı... 
Budur, məktubumda hər kəlmə başı! 
 
Dərd çəkib, qəm çəkib, qüssələnmə sən, 
Qəlbini, hissini üzməsin kədər! 
Sevmişəm, sevirəm, sevəcəyəm mən 
Səni bu dünyada dünyalar qədər! 
Qəlbini, hissini üzməsin kədər! 
 
5 aprel l958 
 
 
O YAR MƏN  
 
Mən gəzərəm sorağında, 
Nədən gəzməz o yar məni! 
Dolandıqca fərağında 
ntizarda qoyar məni! 
Oyar məni! 
 
Gah unudar, gah eylər yad, 
Gah mələkdir, gah da cəllad! 
Gözəl olan bilməz imdad 
Al qanıma boyar məni, 


O yar məni! 
 
Qəlbim nə ağlar, nə gülər! 
çimdə bir quzu mələr... 
Ay Günyazım, bir gün gələr 
Nəsimi tək soyar məni, 
O yar məni. 
 
30 yanvar 1972 
 
 
ADSIZ ŞERLƏ
 
tirdim gəncliyi, itirdim səni! 
Hər arzum, istəyim gözümdə qaldı... 
Yaşatdı, qocaltdı məhəbbət məni, 
Həyatım gül kimi solub-saraldı. 
 
Könlümə düşübsən, könlü göyçəyim, 
Alışıram sənsiz, yanıram sənsiz! 
Kimsəli dünyada, ömür çiçəyim, 
Özümü kimsəsiz sanıram sənsiz! 
 
Oduna yanıram xeyli zamandı, 
Ah! Nə əlim çatır, nə ünüm yetir! 
Ürəyində rəhm yox, Allah, amandı, 
Sən o insafsızı insafa gətir! 
 
Yenə min il əvvəl olduğu kimi- 
Yar məndən, mən yardan uzaqlaşmışam! 
O, gedib Leyliyə açsın eşqimi, 
Mən, Məcnun bəxtimlə qucaqlaşmışam! 
 
avqust 1972 
 
 
O, MƏN DEY LƏ
 
Məni Məcnun bilib gəzmə çöllərdə, 
Eşqindən didərgin, o, mən deyiləm! 
Axtarsan taparsan sonsuz göylərdə, 
Məskənim oradır, enən deyiləm! 
 
Demə, bu dünyada yalanmışam mən, 
Səni sevmək üçün yaranmışam mən! 


Məhəbbət odundan qalanmışam mən – 
Alışdım, yananam, sönən deyiləm! 
 
Bağlayan deyilsən, açma yaramı! 
Qədrimi bilmədin, qoy bilsin hamı! 
Başqadır Günyazın eşqi, məramı – 
Bir də bu dünyaya dönən deyiləm! 
 
oktyabr 1975 
 
 
ETÜDLƏ
 
Saçları qaram, 
Ə
hdimdə varam. 
Gəl getmə, qayıt, 
Açıldı yaram! 
 
Qaşları qaram, 
Yox özgə çarəm! 
Sənsiz könlümü 
Kimə açaram?! 
 
Gözləri qaram, 
Çox intizaram! 
Sən qayıdınca 
Açıb solaram... 
 
Yanağı allım, 
Dodağı ballım! 
Qurbanam sənə, 
Çənəsi xallım! 
 
Ay incə bellim, 
Ay uzaq ellim! 
Yaxın gəlsənə, 
Ay qara tellim! 
 
Gözü göyçəyim, 
Özü göyçəyim! 
Bir danış barı, 
Sözü göyçəyim! 
 
Moskva, 6 oktyabr 1980 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə