M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

 
Ayıq ol, vermə gəl ağlı gözlərə, 
ş
ıq da zülmətdi bağlı gözlərə... 
nanıb, əzizim, yağlı sözlərə 
Düşərsən sehrinə, sehirlər səni... 
 
Başıma gələrmiş ürəyə daman – 
Gözümdən irağa düşdüyün zaman... 
Xətrinə dəyirsən Günyazın yaman – 
Sevən də Günyazdı deyirlər səni... 
 
20 avqust 1983 
 
 
 
QIYA BAXDIN, K PR Y NDƏ
OD ÇAXDI 
 
Aç belindən, gümüş kəmər taxan yox – 
Oğrun-oğrun incə belə baxan çox... 
Açılıbdı sinən bir az, yaxan çox- 
Aralığa qan düşər ha, bilməzsən! 
 
Günahkarsan, günahını atma gəl, 
Günahımı günahına qatma gəl... 
Ayı günə, günü aya satma gəl 
Can üzülər, can düşər ha, bilməzsən. 
 
Hey deyirsən: Günyaz məndən qaçaxdı, 
Göz dikibdi gözlərinə haçaxdı... 
Qiya baxdın, kipriyindən od çaxdı – 
Odu məndən yan düşər ha, bilməzsən! 
 
Bilgəh, 20 sentyabr 1983 
 
 
BU DƏRD M BETƏRD  
HƏR GÜNAHIMDAN 
 
nciyib gedənim, küsüb gedənim, 
Günaha batmışam, keç günahımdan! 
Ə
lini əlimdən üzüb gedənim, 
Keçməsən, keçməzlər heç günahımdan! 
                                                                                                                                                             
 


 
Mətləbi anladım bircə sözündən: 
Ayıra bilməzsən məni özündən! 
Dünyanın yuxusu qaçar gözündən 
Hər gecə naləmdən, hər gün ahımdan... 
 
Günyazın meyli yox dünya varına, 
Olanı könüldü, verib yarına... 
Bəs niyə düşmədim ayaqlarına, 
Bu dərdim betərdi hər günahımdan. 
 
8 dekabr 1983 
 
      
 
YUMUŞAM, SƏRM ŞƏ
DARA SAÇLARI 
 
Baxışın canımı oda yaxanda, 
Gözlərin nə gözəl gülümsəyirdi? 
Köksümdə alışan oda baxanda 
Deyəsən, gözlərin, gülüm səyridi?! 
 
Kül olar oduna görəndə səni, 
Ömründə görməyən, görən də səni! 
Görmüşəm saçları hörəndə səni 
Hörüklər topuğa, gülüm, dəyirdi. 
 
Ə
rmağan gətirdin yara saçları, 
Yumuşam, sərmişəm, dara saçları! 
Günyaza xoş gələn qara saçları 
Qatıb ağ saçlara, gülüm, əyirdi. 
 
dekabr 1983 
 
 
MƏCNUNA YARAŞIR 
LEYL  
 
Gözündən gülənim, gözü göyçəyim, 
Gülüşün dodaqdan gözə qonubdu... 
O qıvrım saçlardan, özü göyçəyim, 
Bir cüt tel ayrılıb üzə qonubdu. 
 
Sürməsi özündən olan gözəllər, 
Candan can almamış canı üzərlər... 


Ağ sinən üstündə göyərçin əllər 
Dağlara qonubdu, düzə qonubdu... 
 
Günyazım, Məcnuna yaraşır Leyli, 
Məhəbbət əhlisən, olma gileyli! 
O bizə nazlanan mələyin meyli 
Bizim bəxtimizdən bizə qonubdu. 
 
5 iyun 1984 
 
  
B R SÖZDÜ DEM ŞƏM, 
DEMƏRƏM B R DƏ 
 
“ lahi gözlərin nə yaman baxdı!” 
Bir sözdü demişəm, demərəm bir də! 
Xoşuma gələni dildi, dodaqdı – 
Bir zaman yemişəm, yemərəm bir də! 
 
Mən ömür sürmüşəm ağlı, qaralı, 
Çox möhnət görmüşəm səndən aralı. 
Bizim bu yerlərin körpə maralı, 
Könlünə dəymişəm, dəymərəm bir də! 
 
nsana neyləsə, eylər öz əli, 
Çiçəyə bərabər tutdum xəzəli. 
Sazımda, sözümdə özgə gözəli 
Günyaza öymüşəm, öymərəm bir də. 
 
Mərdəkan, 
11 may 1984 
 
 
ARYLIĞIN ROMANT KASI 
 
Tellərini tökdün üzə, 
Üzündə Ay bədirləndi!.. 
Yayıldı xoş ətri düzə 
Bütün aləm ətirləndi. 
 
Xumarlandı ala gözlər 
Canı məndən ala gözlər... 
Heç yanmadı hala gözlər, 
Kiprik altda çətirləndi. 
 


Könlüm bilməm nədən süsdü? 
Taleyim gör nədən küsdü! 
Aramıza nə qəm düşdü – 
Bir şerim də sətirləndi?! 
 
Gözdən getmir bu dağın da, 
Günyaz ömrün bu çağında, 
Ayrılığın qucağında 
Ə
zizləndi, xətirləndi. 
 
21 avqust 1976 
 
 
 
ÖTƏNLƏR  SAL 
YADINA 
 
Sən könlümün səndən sonra 
Viran qalmış bağına bax! 
Qəm yükünü daşıdığım 
Aranına, dağına bax! 
 
Sən ömrümün hədərinə, 
Sevincinə, kədərinə, 
Taleyimin qədərinə, 
Saçlarımın bağına bax! 
 
Sən Günyazın çat dadına, 
Hər ahına, fəryadına, 
Ötənləri sal yadına 
Gəl sinəmin dağına bax! 
 
20 fevral 1977 
 
 
ADSIZ ŞER 
 
Ə
tir səpib yar sinənə - 
Qoşa düşüb nar sinənə! 
Çox yaraşır qar sinənə 
Qara telin dağılması! 
 
Saçlarında gül yoxudu, 
Saçların da gül qoxudu. 
Saçlarında gül toxudu – 
Qara telin ağ ilməsi! 


 
yanvar 1979 
 
 
 
YARIN KÖNLÜ SINIB 
MƏNDƏ
 
Yar görüşü şirin olur, 
Yar yanında qalammadım! 
Yarın könlü sınıb məndən 
Yar könlünü alammadım! 
 
Yar yarını yada salar, 
Yardan olan yara qalar! 
Yar dünyanı oda qalar 
Yar oduna qalanmadım! 
 
Günyaz, yazın boran oldu, 
Yar görüşü bir an oldu! 
Könlüm mülkü viran oldu – 
Yar yolunda talanmadım! 
 
Yanvar 1979 
 
SEVƏN KƏSLƏ
YAŞA BAXMAZ 
 
Ömrə-günə həmdəm seçən, 
Var-dövlətə, daşa baxmaz! 
Eşq yolunda candan keçən 
Qurban gedən başa baxmaz! 
 
Qismətim ol, nəsibim ol, 
Məhəbbət ol qəlbimə dol! 
ncə belə dolansın qol, 
Sevən kəslər yaşa baxmaz! 
 
Üzügülər, kipriyi ox, 
nsafı az, qəmzəsi çox! 
Ay Günyazım, mürvəti yox 
Gözümdəki yaşa baxmaz! 
 
9 dekabr l979 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə