Dönüb sərv olarsan - torpağın ollam:
Ayağın altında itərəm, gülüm!
Ağlayan da özün, gülən də özün,
Özünü günahkar bilən də özün!
Üzün gözəlləşir güləndə üzün
Ağlasam mən səndən betərəm, gülüm!
Soruşma Günyazdan bu nə sevdadı
7
Sevdiyim gözəlin gözəldi adı...
O mənim bəxtimə qismət olmadı –
Gün gələr sevdama yetərəm, gülüm!
18 may 1982
MƏN M HƏR SÖZÜMÜN
Ə
ZƏL SƏNSƏN
Eşidib biləndə səni sevirəm
Qınadı yaxşılar, yamanlar səni!
Bir az da anandan qorxdun, bilirəm
Yol verməz, yaxşıca yamanlar səni!
Adınla yanaşı çəkilən addan
Ehtiyat eləmə qohumdan, yaddan.
Qurtarar, əzizim, düşdüyün oddan
Oduna-közünə yananlar səni.
Günyazın sözünün əzəli sənsən,
Qoşması, təcnisi, qəzəli sənsən.
Vəfalı-vəfasız gözəli sənsən
Unutmaz andıqca ananlar səni.
10 iyun 1982
AYRILIĞIN YAŞ GƏT RD
YAŞ ÜSTƏ
Öz dünyamsan, məndən ayrı düşübsən,
Ə
lim çatmır, ünüm yetmir, neyniyim!
7 Füzulinin misrasına işarədir.
Biləmmədim inciyibsən, küsübsən,
Nəçə vaxtdı səsin ötmür, neyniyim!
Qıvrım tellər nazlandıqca qaş üstə,
Baxışların daş qoymadı daş üstə.
Ayrılığın yaş gətirdi yaş üstə
Ömür daha vəfa etmir, neyniyim!
Xəyalımda xəyalınla qalmışam,
Niskilimi xəyalından almışam.
Günyazı da yanar oda salmışam –
Ürəyimdən eşqin getmir, neyniyim!
30 iyun 1982
GÖZ YAŞIMDAN SLANIBDI
TELLƏR N
Göz yaşımdan islanıbdı tellərin,
Qurudaram, sinəm üstə sər indi.
Ürəyimi ovundursun əllərin
Qorxma daha, əvvəlkindən sərindi.
Sehirlidi, tilsimi var sözün, yar,
Öz nurunu məndə tapar gözün yar,
Səpdiyini məndən apar özün yar,
Qəm bitirdin, qəm yetirdim, dər indi.
Yaxşı saldın eşqimizi dilə sən,
Bir də dönməz ötənləri diləsən.
Ha Günyaza yüz min mətləb dilə sən
Yaraları dəryalardan dərindi.
20 avqust 1982
TANRIYA BAX, ƏTƏY NDƏN
TÖK DAŞI
Bir gün gələr günahını anlarsan,
Bu dərd səni ömrün boyu yandırar.
Xatırlayıb öz-özünü danlarsan
Qocalığın sənə çox şey qandırar.
Camalında, kamalında yox eyib,
Tərifini qoşmalarım çox deyib...
Bel bükülər, diş tökülər, çox heyif,
Oğul-uşaq yaxın gəlməz, yan durar...
Tanrıya bax, ətəyindən tök daşı,
Kimə sevinc gətiribdi göz yaşı.
Sən Günyazsız yaşasan da yüz yaşı
Mənsizliyin yenə məni andırar...
15 iyul 1982
O YERDƏ QƏM ƏK B
B T RM ŞƏM MƏN
Bilmirəm dünyanın harasındayam,
Özümü özümdə itirmişəm mən!
Ağlımla eşqimin arasındayam
Ağlımı gözümdə itirmişəm mən!
Sevinci, kədəri məndə tapardın,
Sevinci, kədəri məndən apardın.
Qəlbimi köksümdən yarıb qopardın,
O yerdə qəm əkib bitirmişəm mən!
Bəxt yatıb, Günyazım, oyanmaz daha,
Sən yanıb kül oldun, o yanmaz daha...
Məcnun da bu dərdə dayanmaz daha
Ömrümü, günümü bitirmişəm mən!
30 iyul 1982
GÖZƏLCƏ YANDIRAR,
GÖZƏLCƏ YAXAR
Yanaqlar qızarar, dodaqlar gülər
Günyazı tilsimə salanda gözlər.
Ürəyi gözündən oxuyub, bilər
Göz ilə göz-gözə qalanda gözlər.
Gözəlcə yandırar, gözəlcə yaxar,
Gözəlcə süzülər, gözəlcə baxar,
Gözəlcə üzülər, gözəlcə axar,
Kamını gözlərdən alanda gözlər.
Coşanda bir coşğun ümmana dönər,
Ə
lçatmaz, ünyetməz gümana dönər,
Çiskinli-boranlı dumana dönər,
Kövrələr boşalıb - dolanda gözlər.
18 avqust 1982
MƏN DED M, O DED
Günyazı salıbsan bir yanar oda,
Gəl getmə, o sənsiz qalanmaz, dedim.
Ş
am özü yanmasa, billah, dünyada
Pərvanə bir oda qalanmaz, dedi.
Eşq əhli naz etməz bu qədər, dedim,
Yox onsuz nə sevinc, nə kədər dedim,
Aşiqi yandırma gəl hədər, dedim,
Yanmasa kamını alammaz, dedi.
Dodaqlar güldümü, təzə-tər dedim,
Sən ona bərabər gül göstər, dedi.
Soruş gül dodaqdan nə istər, dedim,
Bir busə götürsən talanmaz dedi.
26 avqust 1982
YÜZ GÖZƏL B R ƏSL
OLAMMAZ DAHA
Qəlbimi duymayıb getdi o mələk,
Bir də bu yanlara dolanmaz daha.
Məhəbbət hissini duymayan ürək,
Məhəbbət oduyla dolammaz daha.
Yüz gəmim od ala, yüz bərəm yana,
Yüz canım alışa, yüz kərəm yana.
Yüz Kərəm kül ola, yüz Kərəm yana
Yüz gözəl bir Əsli olammaz daha.
Meylin də kövrəkdi gül meyli kimi,
Dolanar dünyam gileyli kimi...
Sevirsə qoy sevsin lap Leyli kimi,
Günyazın könlünü alammaz daha.
27 sentyabr 1982
YUXUM Ç N OLAYDI
Yuxumda görmüşəm bu gecə səni,
Yuxum çin olaydı, həyatım yuxu!
Yamanca almışdı nişana məni,
Qaşların kamanı, kirpiyin oxu.
Dodaqlar ötürdü hey bülbül kimi,
Yanaqlar gül kimi, saçlar tül kimi.
Ə
trin xoş gəlirdi qızılgül kimi,
Kaş belə keçəydi ömrümün çoxu...
Ayrılıq şərbəti içdim əlindən,
Ayrıldım, ayrıldım qara telindən...
Ayıq ol, ay Günyaz, dostu dilindən,
Gözəli həmişə gözündən oxu.
5 noyabr 1982
GÖZLƏR N GÖZLƏRƏ
SEVlNC PAYLADI
Neçə ki, gözəlsən, neçə ki, cavan,
Bu dünya gözündə heç nədi, gülüm!
Qocalıb dünyadan köçdüyün zaman,
Bilərsən heç nədi, köç nədi, gülüm!
O zərif nəfəsin kimə layladı?!
Kim səni səslədi, kim harayladı?!
Gözlərin gözlərə sevinc payladı
Könlündən bir könül keçmədi, gülüm.
Saçların ətriydi məni məst edən,
Dodaqlar qönçədi, özün gülbədən.
Kipriklər Günyazı bilmədim nədən,
Özünə nişangah seçmədi, gülüm!
30 noyabr 1982
Dostları ilə paylaş: |