M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
 
BƏXTƏVƏR BAŞIMA 
DEY RLƏR MƏN M 
 
Gözləyə-gözləyə qalmışam səni, 
Yediyim-içdiyim zəhrimar olub! 
Gündüzlər yadıma salmışam səni, 
Gecələr can evim tarı-mar olub! 
 
Ə
vvəlki kimi yox gəlib-gedənim, 
ndi də çoxalıb qiybət edənim... 
Bəxtəvər başıma deyirlər mənim, 
Sən kimi bir gözəl mənə yar olub. 
 
Gəlmədin insafa, gəlmədin dinə, 
Bir ürək susanda bir ürək dinə... 
Xəbərsiz-ətərsiz itibsən yenə, 
Yenidən Günyaza dünya dar olub! 
 
10 dekabr 1982 
 
      
 
TEL AYIR TEL NDƏN, 
TEL N GÖZƏLD  
 
Saçları çiçəkdən ey xoş ətirlim, 
Tel ayır telindən, telin gözəldi! 
Dodağı məzəlim, meyxoş ətirlim, 
Gəl öpüm dilindən, dilin gözəldi! 
 
Fitnəli baxışlar vermədi aman, 
Can alan gözlərə baxdığım zaman... 
Hörüklər kəmər tək dolanıb yaman, 
Qoy açım belindən, belin gözəldi. 
 
Günyaza nə lazım dünya sərvəti, 
zin ver yanına gəlsin xəlvəti... 
Doldur öz əlinlə ölüm şərbəti, 
Ver içim əlindən, əlin gözəldi... 
 
18 dekabr 1982 
 
 
Ə
LLƏR  QOYNUNDA 


YENƏ QALMIŞAM 
 
Dolandı həftələr bir il də keçdi, 
Hardasan gözümdən uzaq gedənim? 
Yüz illik bir ömrüm bir ildə keçdi – 
Bağrımın başım ey qan edənim! 
 
Ə
lləri qoynunda yenə qalmışam, 
Mən könül vermişəm, könül almışam. 
Oduna Kərəm tək bəlkə alışam 
Od tuta bədənim, yana bədənim... 
 
Ay Günyaz, bu necə fəğandı, ahdı?! 
Göylərin göz yaşı gözündən axdı. 
Gözəli sevməmək özü günahdı – 
Olmayıb, olammaz günahım mənim. 
 
10 yanvar 1983 
 
  
 
XƏTR MƏ DÜŞÜR 
SAÇLARIN HƏRDƏ
 
Ay şirin dillim, dodağın baldı, 
Baxışın huşumu başımdan aldı... 
Kipriklərin məni kəməndə saldı, 
Bu necə haldı, 
çəkmədi dara? 
 
Bir incə belsən, bir nazik bədən, 
Boyaboy telə bürünüb gərdən! 
Xətrimə düşür saçların hərdən, 
Bilmirəm niyə, 
saçları qara! 
 
Üzümü tutdum dağlara sarı, 
Ə
ridi qışda dağların qarı... 
nsafa gəlib, gəlmədin barı, 
Günyazın yarı, 
Günyazı ara! 
 
15 yanvar 1983 
 
 
OLMAYA GÜNYAZI SƏ


QOCA  B LD N 
 
“Gizlən - qaç” oynadın mənimlə üç il 
Nə gizlənə bildin, nə qaça bildin! 
Eşqini oxudum gözündən, ey gül, 
Nə gizlədə bildin, nə aça bildin! 
 
Ə
zəldən bu həyat asıymış, ası, 
Kiminə sevincdir, kiminin yası... 
Qoynuna səslədi sevgi dünyası – 
Nə qoydun uçmağa, nə uça bildin. 
 
Bağrına basmadın məni yar kimi, 
Sözünə, əhdinə düz ilqar kimi... 
Ağarıb saçlarım dağda qar kimi, 
Olmaya Günyazı sən qoca bildin?! 
 
24 fevral 1983 
 
  
DÖNƏRƏM ULDUZA, 
DÖNƏRƏM AYA 
 
Günlərin bir günü düşərəm yada, 
Ə
llərin heç yana çatammaz onda. 
Torpaqda uçuq bir qəbrim olsa da, 
Ruhum o torpaqda yatammaz onda. 
 
Ürəyim deyildi nə daş, nə qaya, 
Dönərəm ulduza, dönərəm Aya... 
Ə
slinin Kərəmi kimi bu dünya 
Külümü külünə qatammaz onda. 
 
Məhəbbət gözəldi - ömür solmasa, 
Gözlər qan axıtmaz, ürək dolmasa... 
Ay Günyaz, gözəllər cəllad olmasa 
Oxunu sinənə atammaz onda. 
 
3 mart 1983 
 
 
KÜSƏNSƏN GÜNYAZA, 
KÜSƏN SƏN... 
 
Möhnətin yuxumu gözümdən alıb, 


Möhnətin kövrəkdi ürəyim kimi! 
Gecələr ürəyim ürəksiz qalıb, 
Gündüzlər axtarar ürəyim kimi! 
 
Bilmədim nədəndi məndə bu dözüm: 
Kipriyin odundan alışmır gözüm!.. 
Dünyanın dərdini çəkdikcə özüm, 
Saxlaram ürəkdə ürəyinkini... 
 
Yenicə süslənmiş süsənsən, gülüm, 
Baharın mehindən küsənsən, gülüm, 
Küsənsən Günyaza, küsən sən, gülüm – 
Ürəyi qocaldar ürəyin kini... 
 
7 iyun 1983 
 
 
  
B R G LƏ GÖZ YAŞ
BƏS MD ... 
 
Ay keçir, il ötür - düşmürəm yada, 
Ey məni belə tez unudan kəsim! 
Demirsən, qocam var mənim dünyada 
Halmı soruşum, bir salam kəsim?.. 
 
Mən səni könülsüz anmadım, anım, 
Halaldı əlində, halaldı qanım! 
stədim gecələr şam kimi yanım 
Gündüzlər telində meh təkin əsim. 
 
Ay Günyaz, bəxtimə, qismətimə bax: 
Köküm kök vermədi, budağım yarpaq! 
Öləndə qoy ölüm, bir qarış torpaq, 
Bir gilə göz yaşı bəsimdi, bəsim... 
 
21 iyun 1983 
 
 
GÜNYAZIN GƏLHAGƏ
O ÇAĞI KEÇ B 
 
Səndən nə gizlədim, səndən nə danım 
Soruşma ağlaram, ağlar kimiyəm! 
Nəyimi düşünüm, kimimi anım? 
Çaylar tək çağlaram, çağlar kimiyəm! 


 
Könlümü atıbsan yanar bir oda, 
Günəşi atsaydın, yanardı o da! 
stəyir doğra tök, istəyir buda 
Viranə bağlaram, bağlar kimiyəm! 
 
Günyazın gəlhagəl o çağı keçib, 
Qapısı bağlanıb, ocağı keçib... 
Öləni ölübdü, naçağı köçüb 
Çeşməsiz dağlaram, dağlar kimiyəm... 
 
3 avqust 1983 
 
      
 
GÜNYAZ OLAN B R DƏ 
DƏYMƏZ XƏTR NƏ 
 
Peşimanam, gözdərinə and olsun 
Axşam - sabah bir əlimdi, bir dizim... 
Ha çalışdım zəhər dilim qənd olsun, 
Bacarmadım, qara qaldı bir üzüm!.. 
 
Aramırsan var olanı yox kimi, 
Səndən özgə yox kimsəsi, yox kimi... 
Sinəm üstə kipriklərin ox kimi 
Düzülübdü, qoy düzülsün bir düzüm... 
 
Ə
tir çatmaz saçlarının ətrinə, 
Qızılgülün ləçəyi nə, ətri nə?! 
Günyaz olan bir də dəyməz xətrinə 
Bülbül olub bağçamızda öt bizim... 
 
5 avqust 1983 
 
 
 
 
 
 
 
SEVƏN DƏ GÜNYAZDI 
       DEY RLƏR SƏN  
 
Bir ürkək ceyransan, bir körpə maral- 
Özünə çəkməsin o yerlər səni!.. 
Cavansan, indidən öz qeydinə qal – 
Azdırar baş - ayaq şerlər səni!
8
 
                                                 
8
 Soruşdum: hardaydın? Dedi: qonaq çağırmışdılar. Məclisdə filan-fılan şairlər də var idi. Şer oxunduqca hey mənə 
baxırdılar... - deyə qürrələndi və üzündəki süni təbssümündən oxudum ki, meyli mənə sataşmaqdır. Dedim: şairlər, 
yoxsa şairçilər?.. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə