M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

 
Yazıq Günyaz yaman günə düşübdü, 
ndi daha qalan yoxdu dərdinə! 
Dünya ondan, o, dünyadan küsübdü, 
Bilmək olmur dərmanı nə, dərdi nə? 
 
Felindədi dilbilməzin, nakəsin – 
Ha öldürün, ha doğrayın, ha kəsin! 
Vay halına o bədbəxtin, o kəsin - 
Vaxtı çata, baxtı yata, dərd dinə! 
 
Ş
ehi düşər, budağından üz gülü! 
Sən Günyazın məzarına düz gülü. 
Bu dünyada hər insanın öz gülü, 
Bitirdi nə, yetirdi nə, dərdi nə? 
 
26 yanvar 1977 
 
 
 
Q SMƏT M GÖZ YAŞI
17
 
 
Yurdumdan, yuvamdan düşdüm qürbətə, 
Qırışlar çoxaldı üzdən xəbərsiz! 
Taleyim gülmədi-dözdüm möhnətə, 
Qismətim göz yaşı, gözdən xəbərsiz! 
 
Gül əkdim, bağ saldım vermədi bəhər, 
Çörəyim qəhərdi, şərbətim zəhər. 
Od tutub yanaram hər axşam-səhər, 
Ocaqdan xəbərsiz, közdən xəbərsiz! 
 
Xəyalın xəyaldan oyatdı məni – 
Uzaqda dayanma, gəl görüm səni! 
Unutdur Günyaza qəmi, qüssəni – 
Ömür də gödəlir bizdən xəbərsiz! 
 
Aprel l977 
 
 
AĞRILARA 
GÜNYAZ K M  DAYANDIM 
 
                                                 
17
 “Şair olan qəm də yeyir” (Səməd Vurğun). 
 
     


Bir ürəyin bir kamına yetmədim, 
Yüz oduna ha alışdım, ha yandım! 
Qoruyardım hər bəladan, sevincdən, 
Gecə-gündüz özüm ona həyandım! 
 
Haray çəkdim, bəlkə bəxtim o yana, 
Səs gəlmədi göz yaşımdan o yana! 
Kim istəyər öz qanına boyana? 
Bir gün səhər al qanıma boyandım! 
 
Bu könlümdə neçə arzum gəzərdi, 
Nəçə yaram köz-köz olub közərdi! 
Ayrılığa hər kim olsa dözərdi, 
Ağrılara Günyaz kimi dayandım! 
 
Xəstəxana, 15 may 1978 
 
 
  
B R GÖZƏL N S NƏS NDƏ 
DAĞAM MƏ
 
Bu dünyadan köçməyimə baxma sən – 
Ə
bədiyəm, ölməmişəm, sağam mən! 
stəmişəm yağış olub, sən gəzən 
O yerlərə gözyaşımla yağam mən! 
 
Elə bilmə səndən uzaq getmişəm – 
Bir ulduzam gözlərindən itmişəm! 
Qargülüyəm qar altında bitmişəm, 
Dolaşdığın bağçayam, bağam mən! 
 
Arzulama, dönüb bir də yaranam, 
Gəncliyimdən yar düşünəm, yar anam! 
Düzənlərdə dolu döymüş aranam, 
Yaylaqlarda çovğun vurmuş dağam mən! 
 
Nəfəsindən məzarıma meh əsə, 
Ruhum səndən nə inciyə, nə küsə! 
nən sonra üzündəki qəm-qüssə, 
Saçındakı qaralmayan ağam mən! 
 
Qalar-qalmaz başdaşında bir yazı-
18
 
                                                 
18
 Həmin gün xəstəliyimin ürəkdən olduğunu duydum. Fikirləşdim ki, ürəyə çox etibar yoxdu. Birdən əlim bir yana 
çatmaz... heç olmazsa son sözümü deyim. 
 


Bu gün sabah unudarlar Günyazı! 
Qohum-qardaş ürəyində qəm sazı, 
Bir gözəlin sinəsində dağam mən! 
 
31 may 1978 
 
 
T RD M GƏNCL Y  
 
Sığınıb sinəmə dünyanın dərdi, 
Bir ağır yük oldu cana ürəyim! 
Gecəsi, gündüzü qüssə-kədərdi, 
Alışmır, alışa, yana ürəyim! 
 
 
Ağarıb saçlarım - başa nə qaldı? 
Tutulub gözlərim - qaşa nə qaldı? 
Ömür də gödəlib - yaşa nə qaldı? 
Boyanmır biryolluq qana ürəyim! 
 
tirdim gəncliyi duman içində, 
Gözyaşım ümmandı ümman içində. 
Günyazın günləri güman içində, 
Vurmadı mənzili sona ürəyim! 
 
yul l979 
 
 
ÖLƏNDƏ QOY ÖLÜM 
 
Könlümün yüz yerdən yüz yarası var-
19
 
Nədir bu dünyaya bağlayan məni! 
Canımda, qanımda ümmanlar axar, 
Fələk də görməyib çağlayan məni! 
 
Ağrıya, acıya olmuşam düçar, 
llərim ömürdən quş kimi uçar! 
Qohumlar yan keçər, dostlar gen qaçar, 
Bu dərddi sinəmdən dağlayan məni! 
 
Hanı yar dediyim o gözəl sənəm? 
Eşqin dərgahında alışan mənəm! 
                                                 
19
  kinci dəfə idi xəstəxanaya düşmüşdüm, Nəcə oldusa küsgünləşdim. 
 


Öləndə qoy ölüm, Günyaz tək, nə qəm- 
Tapılar, tapılmaz ağlayan məni! 
 
20 avqust 1979 
 
 
SÖZÜN DÜZÜ 
 
Ürək bu dünyaya sığmayır daha, 
Sinəmdə bir təhər təhərlənibdi... 
Görən nə pisliyim keçib Allaha? 
Allah da əlimdən qəhərlənibdi... 
 
Saçların ömrümün ölüm çələngi, 
Qaşların kipriklə başladı cəngi... 
Sən demə, dodaqlar o yaqut rəngi 
Mənim öz qanımdan bəhərlənibdi!.. 
 
Sevindim yaş ötüb qocalan vaxtı, 
Gözyaşım gözümdən könlümə axdı... 
Açıldı baxtımın baxtının baxtı: 
Günyaz məhəbbətlə zəhərlənibdi. 
 
16 avqust 1981 
 
 
 
NEÇƏ K , GÖZƏL VAR
20
 
 
Yalançı dünyadı, yalançı həyat- 
Belə bir dünyada qalmağa dəyməz! 
Arzunu-diləyi puç edir, heyhat! 
Həyatdan kamını almağa dəyməz! 
 
nsanın bəxtinə, qismətinə bax- 
Ə
zəli torpaqdı, axırı torpaq! 
Ömürdən il qopur, budaqdan yarpaq – 
Qopsa da peşiman olmağa dəyməz! 
 
Gəncliyi düşünüb andığın zaman, 
Məhəbbət oduna yandığın zaman, 
Dünyanı dərk edib qandığın zaman, 
                                                 
20
 Heç özüm də bilmirəm rıiyə belə yazdım, amma son bənddə özüm özüməqayıtdım! 
 


Gül kimi açılıb-solmağa dəyməz! 
 
Ürəyim döyünməz qızıl qəfəsdə, 
Baxım gözlərinə qoy son nəfəsdə! 
Məzarım üstünə düşüb üzüstə, 
Dil deyib, saçını yolmağa dəyməz! 
 
 
Günyaz, ölüm nədir - gətirdin yada, 
Yaşamaq gözəldi - ölüm olsa da! 
Neçə ki, gözəl var gözəl dünyada – 
Bulud tək boşalıb-dolmağa dəyməz! 
 
25 dekabr l981 
 
 
GETD Y N YOLLARDA 
GÖZYAŞIN GÖLDÜ... 
 
Getdiyin o yollar mənə tanışdı, 
O yollar sevgimin hicran yoludu. 
Getdiyin o yollar mənə danışdı: 
O yollar könlümün viran yoludu. 
 
Getdiyin o yallar aparır hara? 
Getdiyin o yollar məni apara!.. 
Qəlbimi köksümdən bəlkə qopara – 
Dünyanın dərdindən köksüm doludu. 
 
Bir gözüm ağladı, bir gözüm güldü 
Getdiyin yollarda gözyaşım göldü... 
nanma, kim desə Günyazın öldü – 
Məhəbbət ölümdən daha uludu. 
 
17 oktyabı 1982 
 
PƏŞAN-PƏŞAN 
ÖTMƏ YANIMDAN 
 
Ağarmış saçlarım qaralan deyil, 
Zəncilər günəşdən qaralan kimi! 
Hər zaman güneyi qar alan deyil, 
Hər zaman quzeyi qar alan kimi! 
 
Pərişan-pərişan ötmə yanımdan, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə