M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

Dərdli könlüm qanadlanır uçmağa, 
Qarlı-qarsız bu dağları görəndə. 
Qol çatmayır göy meşəni qucmağa – 
Barlı-barsız budaqları görəndə! 
 
Dolaylarda söhbət açma düz yerdən, 
Zirvələrdə əllərini üz yerdən! 
Bağrım olur çeşmə-çeşmə yüz yerdən – 
Diş göynədən bulaqları görəndə! 
 
Qıl tamaşa hər bərəyə, bəndə sən, 
Qoy desinlər, Günyaz, mömin bəndəsən. 
Doyunca bax, amma düşmə bəndə sən, 
Gül qoxuyan dodaqları görəndə! 
 
smayıllı, 18 may l977 
 
 
DAĞLARIN GÜNYAZI 
ANAN VAXTIDI 
 
Könlümə o dağlar yenidən düşüb, 
Deyirlər, Maymağın yaman vaxtıdı! 
Aranda sünbülə yeni dən düşüb – 
Çöllərin su deyib yanan vaxtıdı. 
 
Dumandan görünməz sıldırım qaya, 
Selləri-suları axıdır çaya! 
Gül-çiçək dediyin gəlməz heç saya – 
Bulaqda dişlərin donan vaxtıdı! 
 
Buludu bir yandan, çəni bir yandan, 
Xəyal da apara səni bir yandan!.. 
Gəzməyin, a dostlar, məni bir yandan – 
Dağların Günyazı anan vaxtıdı... 
 
yun 1979 
 
     
 
  
CIĞIRLARIM DOLAYLARDAN 
SORUŞAR 
 
Gözüm qalıb qayaların qaşında, 
Zirvəsində buluddumu, qardımı?! 
Görən ola, ağacların başında, 


Yarpaqdımı, çiçəkdimi, bardımı?! 
 
Qılıncından boylanmışam 
Ay kimi, Dərələri dolanmışam çay kimi! 
Havalanıb qartallara tay kimi, 
Dəli könlüm tərlandımı, sardımı?! 
 
O dağların obasında qaldığım, 
Sinə dolu havasından aldığım! 
Bulaq üstə pərdə-pərdə çaldığım: 
Ürəkdimi, kamandımı, tardımı?! 
 
Güneylərdə Maraldımı görünən? 
Quzeylərdə Ceyrandımı bürünən? 
Çınqıllarda hörükləri sürünən 
Pəridimi, Mələkdimi, yardımı?! 
 
Sellər, sular gur çaylara qovuşar, 
Duman gələr dərələrdən sovuşar! 
Cığırlarım dolaylardan soruşar: 
Günyaz adlı bir qonağım vardımı?! 
 
Moskva, 5 oktyabr 1980 
 
SEYRƏ ÇIX, 
AY GÜNYAZ 
 
Suları dupduru, bulağı göyçək – 
Sevdiyim gözəlin gözləri kimi! 
Qoynunda açılıb süslənən çiçək – 
Vurğunun təzə-tər sözləri kimi! 
 
Torpaqda bitəni daşda bitirər, 
Durnanda azdırar, çəndə itirər... 
Vüqarlı böyüdər, məğrur yetirər – 
nsanı bu dağlar özləri kimi! 
 
Seyrə çıx, ay Günyaz, dur dolan, gəzin 
Enişdə, yoxuşda qoy qalsın izin! 
Təngiməz nəfəsin, bükülməz dizin – 
Pəhlivan Rəşidin dizləri kimü
15
 
 
13 mart l982 
                                                 
15
Rəşid Yusifov nəzərdə tutulur.  


 
 
DAĞLAR 
 
Sıralanıb qoşun-qoşun 
Babaların dağı dağlar. 
Ə
zəl başdan elin dostu – 
Yağıya da yağı dağlar! 
 
Nə əzəli, nə sonu var, 
Hər yamacın öz donu var. 
Zirvəsində bulud oynar – 
Dolu döyüb yağı dağlar. 
 
Dolaylardan sürü aşar, 
Elin varı aşıb-daşar. 
Biri gedər nıini yaşar, 
Kef damağın çağı dağlar. 
 
Göylərində qartal süzər, 
Sinəsində Günyaz gəzər... 
Qayasını çiçək bəzər, 
Süd-qatığın yağı dağlar. 
 
1975, Çubuqlu yaylağı 
 
 
VURĞUN
16
 
 
Dünənimdən sabahıma 
Müjdə idi - gəldi Vurğun. 
Ş
er-sənət dünyasına 
lhamını gərdi Vurğun. 
 
 
 
 
 
Görüb çatıq qaşlarını, 
Güllər əydi başlarını. 
Ağ dalğalı saçlarını 
Bu dağlara sərdi Vurğun. 
 
Var göyəmi, var yemşəni – 
Gəl payızda gör meşəni... 
                                                 
 
16 Cəsaret etmirdim bu ulu şairə şer yazım. Müasir söz günəşinin 70 yaşı idi. Ürəyim
 
dözmədi. Dedim: beş bəndlik şerdə beş dəfə “Vurğun” 
sözü işlətsəm - bu şer
 
olmazmı? 
 
     


Yazda şehli bənövşəni 
Ş
er deyib dərdi Vurğun. 
 
Ov tüfəngi kürəyində, 
Gözü maral sürəyində... 
Çox gəzdirib ürəyində 
Hər ağrını, dərdi Vurğun. 
 
“Ceyran qaçar, cüyür mələr....” 
Ürəyimdən keçməz nələr?.. 
Türbəsinə ellər gələr, 
Tər çiçəkdən tərdi Vurğun. 
 
May l976 
 
 
DE, VURĞUNUN 
HANI, DAĞLAR? 
 
Yaz gələndə gül-çiçəyin 
Bilinməyir sanı, dağlar. 
Gözəllərə məskən olur 
Bulaqların yanı, dağlar. 
 
Ə
riməmiş hələ qarın, 
Yağış yağır narın-narın. 
Ə
zəl vardı “düz ilqarın”, 
De, Vurğnun hanı, dağlar? 
 
Bir buludam - çəndən ayrı, 
Bir sünbüləm - dəndən ayrı. 
Günyaz ölməz səndən ayrı, 
Qurbanını tanı, dağlar! 
 
21 mart l977 
 
 
VAR OLUBSAN, 
VAR  OL, DAĞLAR! 
 
Qayalarda şimşək çaxar, 
Ay boylanar, günəş baxar... 
Dörd tərəfin axar-baxar... 
Qoynu bahar, var ol, dağlar! 
 


Gül-çiçəkdən dərə-dərə 
Dolanmışıq dərə-dərə. 
neçə gədik, neçə bərə 
Neçə kərə, var ol, dağlar! 
 
stəmişik qar olubsan, 
El-obaya yar olubsan. 
Dövlət olub, var olubsan, 
Var olubsan, var ol, dağlar! 
 
Beçə baldan doymamışam, 
Motal pendir qoymamışam. 
Erkək kəsib soymamışam, 
Saymamışam, var ol, dağlar! 
 
Unutmazdı Günyaz səni, 
Unudubdu bir az səni. 
Görəcəkmi bu yaz səni, 
Günyaz səni, var ol, dağlar! 
 
19 yanvar 1983 
 
    
 
DAĞLAR, A DAĞLAR 
 
Düzülüb yan-yana, kürək-kürəyə, 
Sığınıb beləcə dağlara dağlar... 
Dünyanın dərdini salıb ürəyə, 
Gəlmişəm qoynuna, dağlar, a dağlar. 
 
Göy üzü vurulub bir aşıq kimi, 
Yerlərə-göylərə yaraşıq kimi... 
Sarmaşıb cığırlar sarmaşıq kimi 
Dolanıb boynuna, dağlar, a dağlar. 
 
Hüsnünlə fələyi saldın kəməndə, 
“Gizlən-qaç” oynadın dumanda, çəndə... 
Günyazam, gəlmişəm baxmağa mən də 
Fələklə oynuna, dağlar, a dağlar. 
 
13 iyul 1984 
 
 
HƏR  NSANIN 
ÖZ GÜLÜ 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə