M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

zi qalsa qalandı. 
Bir baxışın oduna 
Neçə Günyaz qalandı. 
 
I2 avqust l982 
 
 
DAĞ BAYATILARI 
 
...Güldü dağlar, 
Çiçəkdi, güldü dağlar. 
Eşitdi Günyaz gəlib 
Sevindi, güldü dağlar. 
 
...Dağlar məni, 
Səslədi dağlar məni. 
Dağından qorxma dağın, 
Dağlasa dağlar məni. 
 
...Dağdan gəlir, 
El köçüb dağdan gəlir. 
Can verir bülbül bağda- 
Naləsi dağdan gəlir. 
 
...Çəndi dağlar, 
Dumandı, çəndi dağlar. 
Günyazı qəmli görüb 
Mənə küsəndi dağlar. 
 
...Yandı dağlar, 
Yan durub, yandı dağlar. 
O, ah çəkən Günyazdı- 
Ahından yandı dağlar. 
 
Duman çökdü bu dağa, 
Ş
eh damladı budağa. 
Uzaq getdin gözümdən- 
Gözüm dözməz bu dağa. 
 
Çubuqlu yaylağı, 9 iyul l982 
 
 
TƏBR Z BAYATILARI 
 
Bizimdi, 


Ş
imal, Cənub bizimdi. 
Azərbaycan gözlərim- 
Giləsi Təbrizimdi. 
 
zimdi, 
Düşən izi izimdi. 
Təbriz polad ürəyim, 
Bükülməyən dizimdi. 
 
Bir izimdir, 
Hər cığır bir izimdir. 
Aparsa yollar hara 
Bir ucu Təbrizimdir. 
 
Bir izdəyəm, 
Yüz yolda, bir izdəyəm. 
Gəzdiyim cənnət bağı 
Elə bil Təbrizdəyəm. 
 
Bizdədi, 
Şə
ki, Şirvan bizdədi. 
Günyaz özü bu tayda- 
Ürəyi Təbrizdədi. 
 
Ara azdı, 
Yol uzaq, ara azdı. 
Həsrətlilər qovuşdu, 
Qovuşmayan Arazdı. 
 
Qaş qara, 
Kiprik qara, qaş qara. 
Keçmişimdən keçən yol 
Keçib gedir Qaşqara. 
 
12 avqust l982 
 
  
MAHNILAR 
KÖNLÜM SƏN  ARZULAR 
 
(romans) 
 
Musiqisi: Tofiq Bakıxanovundur 
 
Gözüm səni axtarar, könlüm səni arzular, 


Nə gözümdə yuxu var, nə könlümdə bir qərar. 
Gizli-gizli anaram, günlərimi sanaram, 
Öz oduma yanaram, məni qoydun intizar, 
görüşməmiş getdin yar. 
 
Ə
llərini mənə ver, yaxın otur, yaxın gəl, 
Tellərini oxşayım, gözlərinə baxım gəl. 
Ayrılığı ataq biz, əhdimizə çataq biz, 
Ömrü ömrə qataq biz, ulduz olum, axım, gəl, 
gözlərinə baxım, gəl. 
 
Gözüm səni axtarar, könlüm səni arzular, 
Nə gözümdə yuxu var, nə könlümdə bir qərar. 
 
 
SƏN  BELƏ B LMƏZD M 
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 
Səni belə bilməzdim, səni belə görməzdim, 
Dəyişmisən son zaman, dəyişmisən sən yaman. 
Vəfasıza, dönüyə, məhəbbəti sönüyə 
Bilsəm könül verməzdim, səni belə bilməzdim... 
 
N ə q a r ə t: 
 
Saxlamıram mən səni, saxlamazlar gedəni... 
Nə deyirəm, yaxşı yol, 
Təki mənsiz yaxşı ol. 
Get sevindir, sevindir səni məndən edəni. 
 
      
Gözüm vardı üzündə, gözüm qaldı gözündə- 
Danışmadın, dinmədin, inadından dönmədin... 
Nə alışdın, nə yandın, nə unutdun, nə andın- 
lqarsızsan sözündə, günahı gör özündə... 
 
N ə q a r ə t: 
 
 
ŞƏ
HLA GÖZLƏ
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 
Camalının şöləsində sayrışıb 
Şə
hla gözlər xumarlandı, süzüldü. 


Baxışınla bütün dünya qarışıb 
Birdən-birə məhvərindən üzüldü! 
 
Şə
hla gözlər süzüldü, 
Ulduz-ulduz düzüldü. 
Bir baxışla bir dünya 
Məhvərindən üzüldü! 
 
Gözlərində mərhəmətdən yox əsər, 
Niyə belə can almağa tələsər! 
Kipriklərin qoşun çəkib sərasər 
Sinəm üstə düzüm-düzüm düzüldü! 
 
Şə
hla gözlər süzüldü, 
Can qalmadı,üzüldü! 
Kipriklərin sinəmə 
Düzüm-düzüm düzüldü. 
 
 
GÖZLƏR N  NƏĞMƏS  
 
 
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 
Gözlərindən müğayət ol, göz dəyər, 
Gözlərinə baxan gözlər çoxalıb! 
Günahkardı, bilmək olmaz, tez dəyər- 
Nahaq yerə nahaq canlar çox alıb! 
 
  
N ə q a r ə t: 
 
Qara tellər ətirlənib ay nədən? 
Ay üzündə bədirlənib Ay nədən? 
Qaşlarında qoşalanıb yay nədən - 
Kamandımı kipriyindən ox alıb? 
 
Baxışınla könlüm oda qalandı, 
Köz-köz olub köz üstündə qalandı! 
Elə bilmə, bu gözəllik qalandı - 
Qocaldıqca bir də gördün yox olub! 
 
 
QAYIT, GÜLÜM! 
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 


stərəm qayıdıb gələsən yenə, 
Qayıtsın gəncliyin ötən illəri! 
Sevgilim, qayıtsan qayıdar mənə 
Ömrümün ömründən itən illəri! 
 
Qayıt, gülüm, qayıt sən, 
llər ötür ömürdən. 
llər ötür, 
llər itir 
Ömürdən. 
Qayıt gülüm, qayıt sən! 
 
stərəm qayıdıb gələsən yenə, 
Ağarmış saçlara düşə təzə dən. 
Eşqimiz dillərdə qoşa söylənə: 
Sevilək, sevinək, gülüm, təzədən. 
 
Qayıt, qayıt, qayıt, sən, 
Saçlarına düşdü dən. 
tir illər, 
Ötür illər 
Ömürdən, 
Qayıt, gülüm, qayıt sən! 
 
  
stərəm qayıdıb gələsən yenə, 
Dolansın fəsillər, qoy dolansın il! 
Könlümü yeniden açardım sənə, 
Hayıf ki, o illər qayıdan deyil! 
 
Qayıt,qayıt, qayıt, sən, 
Ş
açlarıma düşdü dən. 
tir illər, 
Ötür illar 
Ömürdən, 
Qayıt, gülüm, qayıt sən! 
 
 
BEŞ K MAHNISI
26
 
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 
Zümrüd qızım beşikdədi, 
                                                 
26
 Gözəl müğənnimiz Flora Kərimovanın qızına yazılıb 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə