M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

7. Pyes (“Könlüm səni arzular”) əsasən qoşma və gəraylılardan aranıb. 
Bəzən qoşma və gəraylını mənaca bir-birinə uyğunlaşdırmaq məqsədilə aralanma 
iki misralı şerlər yazmışam, eyni zamanda, pyesin Proloq və Epiloqu da yenidir, 
heç bir “kitablar”a düşməyib. Pyesdəki 
qoşma və gəraylılara diqqət yetirilsə, səhnədə yaxşı səslənməsi üçün bəzi 
misralarda düzəlişlər etmişəm. Bunlan “kitablar”dakı qoşmalara köçürməyi, əlavə 
etməyi lazım bilməmişəm. 
8. Adım barədə: uzun müddət fikirləşdikdən sonra, “Knyaz”a yaxın  
“Günyaz” tapdım.  “Günyaz” həm yaz günü deməkdir, həm də “Knyaz”la səsləşir. 
Bu ad ilk dəfə “Səhər”də gedib. Bir də Abbas Abdullanın 1984-cü ildə çıxan 
kitabında. Mahnılarda isə Knyazam. Güman edirəm, Knyazdan Günyaz olmaq 
daha maraqlıdır! 
9. Dördüncü papkada öz əlimlə yazdığım tərcümeyi-halım var. Gələcək 
nəsilləri “çaşdırmayasan”! Bir də mahnı mətnləridir ki, bir üçü də səndədir. Daha 
nə deyim, nə yazım?!   Mən   sənin   səmimiyyətinə və çalışqanlığına bələdəm. 
Sənə yaradıcılığında uğurlar diləyirəm. 
 
Hörmətlə: Sənin Günyazın  
Günyaz Nəzirli 
 
 
 
NƏSL N  ƏBƏD   MƏSLƏHƏTÇ S  
 
Həyat vermək üçün gərək həyatdan keçəsən.  
nsanı fikrin itiliyi, hissin atəşi öldürür, fikir  
və hiss nə qədər güclü olursa, ölüm də bir  
o qədər tez yetişir. 
 
A.BESTUJEV-MARL NSK  
 
Nəzir oğlu  mran... Onun adı çəkiləndə, xeyirdə, şərdə yada salınanda 
qulaqlarımda bir müraciəti səslənir: “Salam, a galladar, necəsən?” Özündən kiçiyə 
də, böyüyə də onun müraciəti belə səmimi idi. Çox sonralar Fatma xalamdan 
soruşdum ki, galladar sözünün mənası nədir? 
-Qədim türklər nəslin ağsaqqalına, məsləhətçisinə belə müraciət edərmişlər, 
- demişdi. 
Demək, Nəziroğlu  mran özündən kiçiyi özü səviyyəsində ağsaqqal, müdrik 
sayırmış. 
Qayğıkeşliyi isə bambaşqa aləm idi.  şlədiyi baş mühasib vəzifəsi elə idi ki, orda 
hamını razı salmaq, hamı ilə dil tapıb danışmaq çox çətin idi. Gecəni-gündüzü 
yaylaqda çobanlıq eləyən arana qayıdanda, əmək gününü yoxladanda bəzən haqlı-
haqsız haray salırdı ki, onun zəhməti düzgün qiymətləndirilməyib. Səbirsiz, çətin 
başa düşən adamları dəlil-sübutla inandırmaqda Allah elə bil, ona xüsusi qabiliyyət 


bəxş etmişdi. Beş-on dəqiqə əvvəl hay-küy salıb heç kəsi eşitmək istəməyən çoban 
onu dinləyəndən sonra idarədən gülə-gülə çıxıb deyirdi: 
-  Allah ömrünü uzun eləsin  mran lələmin. Elə yerli-yataqlı danışdı ki, indi 
bildim  
ə
yər-əskiyim hardadı... 
Uzun müddət Ləmbəli və Körpülü kəndlərində mühasib işləyən  mrandan 
incik düşən  
az-az adam tapılar. Çoxu onun xeyirxahlığını görüb. Qazax və Borçalı ərazisində 
Nəziroğlu  mran kimi ad-san qazanmışdı. Rayondan, ya da respublikanın 
mərkəzindən gələn hər hansı nüfuzlu qonaq onun evinə düşər, onun halal çörəyini 
kəsərdi. O vaxtlar və sonralar da kənddə nə qonaq evi, nə də mehmanxana yox idi. 
Bizim kəndə çalıb-çağırmağa Qazaxdan, Göyçə və  
Qaraqoyunludan tez-tez aşıqlar gələrdi. Kəndin mərkəzində avtobusdan düşən, ya 
da atının qantarğasını çəkən aşıq ilk öncə onun evini soruşardı: 
- A qadan alım, biz Nəziroğlu  mranın qonağıyıq, evini bizə göstərərsənmi? 
Kənddə hörmət əlaməti olaraq hamı ona “əmi” deyərdi. Balaları onu, nə ata, 
nə də qağa deyə çağırmadılar. Doğma övladları üçün də o, elin dililə əmi kimi 
dünyasını dəyişdi. 
Mənasız və üfürtməli danışan adamları sevməzdi. Onun dediyi müdrik, 
aforizmsayağı sözləri çoxdu. Heç kəsin xətrinə dəyib, kimisə sancmağı sevməyən 
mran Nəziroğlunun bir müdrik kəlamı körpülülərin indi də yadındadı: “ nsan 
gərək özündən utanmağı bacarsın”. 
Başqa mahala, ya da qonşu kəndə elçiliyə gedənlər həmişə ağayana duruşlu, ağır 
təbiətli, mərd sifətli Nəziroğlu  mranı özləri ilə aparmağı şərəf, şan bilərdilər. 
Bilirdilər ki,  mranın astanasından içəri keçdiyi hər bir evdə ona böyük ehtiram və 
hörmət olacaq. Nəslimizdən olan bir tay-tuşum qonşu kənddə bir qıza vurulmuşdu. 
Onun bu məhəbbətinə qarşı çıxan valideynləri öhdəsindən gələ bilmirdi. Ömrün 
çılğın dövrünü yaşayan bu cavan axşam da, sabah da iki kənd arasını su yoluna 
döndərmişdi. Bir günorta üstü nahara gedən  mran əmimlə idarə pilləkanının 
yanında üzbəüz gəldik. O, ikimizi də yanına çağırıb boynumuzu qucaqladı. 
- Maşallah, - dedi, a galladarlar ikinizin də boy-buxununuz artıb, hələ bığ 
yeriniz də tərləyib. Bildirçin bəyliyi dövrünüzdü, gəzin, dolanın, amma ali təhsil 
almağa getməyi ununtmayın. 
Birdən təfərünclə, həm də səmimi məhəbbətlə dostuma baxıb: - Eşitmişəm, 
qonşu kənddə divanəsi olduğun sevgilin var. Elə şey qəbahət deyil, amma yaxşı-
yaxşı düşün, tək oğulsan, sən mütləq oxuyub   ali   təhsil   almalısan...   Bir  də  
düşün  ki,   kimin  qızının divanəsisən, ən başlıcası anası kimdi?.. Atalar deyib ki, 
qırağına bax bezini al, anasına bax qızını. Anası çıxan ağacı balası budaq-budaq 
gəzəcək, - deyib uzaqlaşdı. 
Doğrudan da, o kənddə qızın anası haqqında el-obada yaxşı fikir 
söylənmirdi. Həmin dostum indi də Nəziroğlu  mrana rəhmət oxuyur ki, vaxtında 
həm ali təhsil almaqda, həm də ailə məsələsində onu ayıltdı. 
Çinlilərin belə bir müdrik deyimi var: “Sözlə düyü bişirə bilməzsən”. Amma 
mran Nəziroğlu sözlə insanı ideyasından yaxşı mənada döndərməyi bacaran 
şə
xsiyyət idi. Böyüyə də, kiçiyə də sözü elə yerində tapıb deyirdi ki, heç kəs ondan 


zərrəcə incimirdi. Əksinə, düz yola gətirdiyi adam ömürlük ona duaçı olurdu. 
Mənim həmyaşıdım kimi... 
 
Bizim hamımızı oxumağa, ali təhsil almağa təhrik edən insan təəssüf ki, heç 
birimizdən qayğı görmədi. Qırx altı yaşında dünyasını dəyişdi. 
Oxumaqdan söz düşəndə həmişə xalası Cəvahir Osman qızının deyimini 
sözünə söykənəcək edərdi. Nəsli-nəcabəti tanınmayan, ya da uzaq bir kənddən 
bizim nəsildən qız istəməyə gələnə ilk sualı bu olardı: 
- Oğlunuz buyurandı, yoxsa buyurulan? 
Elçilər sualı başa düşməyəndə yenidən soruşardı: 
- Oğlunuzu oxutmusunuzmu, diplomu varmı? “Yox” cavabı alan kimi: 
- Bizim savadsız oğlana qız verməyə halımız yoxdu, - deyərdi. - Biz 
qızımızın nökər-naib olmasını istəmirik... 
Bununla da elçilik bitərdi. 
Bütün bunlar  mran Qandalı oğlu ömrünün ziyalılıq səhifəsindən olan 
parçalardır. Bunların çoxusu onun arzu elədiyi kimi oldu. Amma təəssüf ki, bir az 
sonralar... Biz gənclərə çəkdiyi əməyin qayğısını görmək ona qismət olmadı. Onun 
vaxtsız ölümünü 1964-cü ilin qışında uzaq Orta Asiyada əsgəri xidmətdə olanda 
eşitdim. Göz yaşı içində, varlığım titrəyə-titrəyə həyatımda ilk dəfə əziz adamıma 
ş
er yazdım. Çünki o, bizim çoxumuzun həyatını doğru, düzgün yoluna qoymaqda 
ə
bədi məsləhətçimiz olmuşdu. O, Krımda topuğundan yaralanmışdı. Müharibədən 
çox sonra da o yaraların sızıltıları onun canını göynədirdi, ağrıdırdı. Mən uşaq da 
olsam, bütün bunları görür və hiss edirdim. Uşaq vaxtı da, sonralar da qohumların 
arasında onun kimi ikinci xeyirxah adam, təmənnasız yaxşılıq edən şəxsiyyət 
görməmişəm. Onun məndə əziz bir fotoşəkli var.  mran əmim 1955-ci ildə 
Gürcüstanın Sadaxlı kəndində böyük Səməd Vurğunla görüşüb, bu şəkil oradan 
yadigar qalıb. Dünyasını dəyişən yaxşı adamları xatırlamaq, yada salmaq insana 
canyanğısı gətirir. Əzizinin də ruhunu şad edir. 
 
Sən mənə ən əziz bir insan kimi,  
Qəlbimdə daima yaşayacaqsan.  
Ordudan qayıtsam qəhrəman kimi  
lk dəfə əlimi sən sıxacaqsan. 
 
Gülürdü gözlərin sənin, ay əmi,  
Məni yola saldın əsgərliyə sən.  
Qayıtdım... Göz yaşım dönsün seləmi? – 
Məni gözləmədin niyə, niyə sən? 
 
 
Ölüm yaxşılara verməz heç aman,  
zləyər onlan bir kölgə kimi.  
Həyatda sürünən riyakarlardan,  
O keçər həmişə bir döngə kimi. 
 
Nəziroğlu  mranın cavan ömründən yarımçıq qalmış arzularını vəfalı həyat 
yoldaşı Fatma xanım Molla Əsgər qızı davam etdirdi.  ki oğlunu -  smayıl və 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə