M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

tənqidinə məruz qalmış “Tramvay parka gedir”, “Yarpaqlar tökülür”, “Solo” və bu 
səpgili bir neçə şer yer almışdı. Son dərəcə yüksək mədəniyyətli, etikalı, diqətcil, 
dostpərətst bir şəxsiyyət olan Günyaz Nəzirli kitabı oxudu; mənə könlümə 
toxunan, güldən ağır bir söz belə demədi; heç üzümə də vurmadı ki, bu cəncəlli 
ş
erləri mənə niyə sırımısan. Çox adamın yanında xətri əziz olan Qabilin bu kitabı 
özünün ürəyincə və mənim də ürəyimcə çapdan çıxdı. 
Hələ mənimlə tanış olmamışdan qabaq “infarkt” keçirmiş, içkidən, 
siqaretdən özünü gözləməli, xəstə ürəyini qorumalı olan Günyaz Nəzirli olduqca 
sadə, nəzakətli, əsl məclis adamı idi. Sözümüz, söhbətimiz tutub, dostlaşandan 
sonra gördü ki, mən şəraba meylli adamam. Xidmət etdiyi idarədə özü ilə bir 
otaqda oturan iş yoldaşı,  rəvandan gəlmiş kürd balası, hal-hazırda radionun kürd 
redaksiyasının baş redaktoru, dostum Əhməd Həponu da götürüb gələrdi, 
qoşulardılar mənə. Gedərdik dəniz kənarı bulvara. Orada “Venesiya” adlanan 
guşədə, ağac kölgəsində xudmani məclis qurardıq; o zaman asanlıqla tapılan əla 
növ bolqar şərabından nuş edərdik bala-bala. Bu gözəl insanla on dəfələrlə 
oturdum-durdum, evinə getdim, evimə gəldi, amma onun ağzından, toba, bir kəlmə 
belə yava söz eşitmədim. Çox uzatmaq istəmədiyim sözümün axırında əziz 
dostumun mənə etdiyi başqa bir yaxşılığı xüsusi qeyd etməsəm Allah günahımdan 
keçməz, həm də ürəyim dinclik tapmaz. 1963-cü ildə bir mənzum pyes yazdım. 
“Dağlar silkələndi” adlanan bu dram əsərimdə bütün hadisələr həm ləzgistanın dağ 
kəndlərində, həm də Bakıda məşhur ləzgi inqilabçısı, azadlıq aşiqi Müqtədir 
Aydınbəyovun ətrafında cərəyan edirdi. Dramaturgiya sahəsində ilk təcrübəm 
olmasına baxmayaraq pyes uğurlu alınmışdı. Onu Mədəniyyət Nazirliyi qəbul etdi. 
Göndərdi baş mətbuat idarəsinə. Sən demə kimsə qabaqcadan cığallıq edibmiş ki, 
ə
sərin müəllifi də, baş qəhrəmanı da ləzgidir. “Dağlar silkələndi”dən bir az 
ehtiyatlı olmaq lazımdır. O vaxt “qlavit”in rəis müavini, məni də çoxdan tanıyan 
dris Qasımov istəyib ki, əsərimi əvvəl MK-nın təbliğat-təşviqat şöbəsinə yollasın; 
orada kimsə oxusun; şöbə rəy versə, məsələni həll etsin. Yaxşı ki, onda anam 
namaz üstə imiş. Əzizim Günyaz  dris müəllimin yanında olub. Ona deyib ki, özün 
yaxşı bilirsən, ora gedən əsər dibsiz quyuya düşür, geri qayıtmır. Özü də 
katiblərdən birini ləzgi xəncəri ilə hədələmiş Kələntərin əsəri ola. Ver mənə, 
aparım evə, bu gecə oxuyum, sabah baxarıq. O da razılaşıb. Səhərisi Günyaz 
gözünə döndüyüm pyes haqqında elə yerli-yataqlı danışıb, elə tərifləyib ki,  dris də 
fikrini dəyişib. Günyaza deyib ki, onda özün imza at, möhür bas. Mənim adım 
olmasın. Beləcə “Dağlar silkələndi” xeyirxahımın hesabına teatrların birində 
tamaşaya qoyulmaq, göstərilmək hüququ qazandı. Çox təəssüf ki, təkcə mənim 
yox, onlarla kimsəsiz, arxasız, dayısız yazarın imdadına çatmış, heç nədə 
təmənnası olmayan, işi-peşəsi kimisə sevindirmək olan Günyaz Nəzirli az yaşadı; 
Nəcə deyərlər - kasıb-kusubun kisəsindən getdi. Nə etmək olar... Allah ona qəni-
qəni rəhmət eləsin, məzarı nurla dolsun. Amin! 
 
Kələntər Kələntərli 
 
 
 


PAKLIQ RƏMZ  
 
Yaxın dost, illərlə qəlbən, ruhən bağlandığın bir adam haqda xatirə yazmaq 
çox çətindir. Ona görə çətindir ki, ömrün onunla bağlı hissəsində hər nə olubsa, 
adamda onların hamısını bir nəfəsə kağız üzərinə köçürmək istəyi yaranır. Bu isə 
bir xatirə yazısına yox heç bir samballı kitaba da yerləşməz. 
Cənnətməkan Günyaz Nəzirli təbiətən, cismən, ruhən ziyalı idi. Ondan artıq 
hərəkət görən, artıq söz eşidən, məncə, olmamışdı. Ola da bilməzdi. Süfrə 
arxasında yüksək özünü aparmaq mədəniyyəti var idi, olduqca az danışardı. Dediyi 
sözü elə vaxtında deyərdi ki, dedikləri zərb-məsələ çevrilərdi. 
Bir dəfə ilin axır çərşənbə günü bizə gəlmişdi. Milli bayramlarımızı çox 
sevdiyi üçün bütün çərşənbələrimizi şəxsən gəlib təbrik edirdi. Və mənim 
çərşənbələrin hər birisi haqda söhbətimə elə bil birinci dəfə qulaq asırdı. Qızım 
Sevinc (indi həkimdir) dərs hazırlayırdı. Uşaq balacaboy olduğu üçün, boyu 
masaya çatsın deyə stulun üstünə əlavə şeylər qoymuşduq. Rəhmətliyin özünü 
Tanrı övlad payı ilə sevindirməmişdi. Ancaq o boşluğu dostların evində 
doldururdu. Uşaqlarla saatlarla söhbət etməkdən bezmirdi. Sevinc dərslərini 
hazırlayıb tamamladıqdan sonra Günyaz müəllim: - - Qızım, qurtar canını bu 
tribunadan deyib, onu başı üzərinə qaldırdı. Uşağın qıvrım saçlarını tumarlayıb, — 
yenə qiymətlərin əladırmı? — dedi. 
- Knyaz əmi, söz verirəm ki, heç vaxt başqa qiymət almayacağam. - Yaxşı, 
Knyaz əmi belə əlaçı şagirdə Novruz bayramında nə hədiyyə etsin? Nə istəsən, 
yerin dibindən də olsa çıxaracam. 
Masa üzərinə Knyaz müəllimin xüsusi zövqlə yediyi şəkərbura, paxlava və 
ş
orqoğal gətirən yoldaşım Sevincin üzünə mənalı baxdı. Bu o demək idi ki, heç bir 
ş
ey. Uşaq: Sağ olun Knyaz əmi, heç bir şey lazım deyil, — dedi. Rəhmətlik 
yoldaşımın baxışını Sevincdən əvvəl duymuşdu:  - Uşaqların körpəliyini əllərindən 
almayın. Yenidən Sevinclə söhbətə başladı. Sevinc, sinifdə də sənə oturmaq üçün 
qüllə düzəldirlər? 
- Xeyir, Knyaz əmi, sinifdə partalarda otururuq. Sinifdəki partalar mənim 
boyuma uyğundur. 
Süfrəyə bayram ərmağanları qoyulduğundan söhbətin məcrası dəyişdi. 
Knyaz müəllim çox gözəl dequstator idi. Onu tanıyanlar bilir ki, rəhmətlik 
ümumiyyətlə küçədə su içməz, yeməkxanalarda yemək yeməzdi. Qəlbən isinişdiyi 
evlərdə yeməyi iştaha ilə yeyərdi. Ev sahibəsinin-ünvanına da çeşidli xoş sözlər 
deyərdi. 
Belə xoş gündə bizə təşrif gətirdiyi üçün ona və onunla gələn iş yoldaşı 
Ə
ləmdar  sayevə minnətdarlığımızı bildirdik. Onlar çıxıb getdi. Novruz bayramına 
cəmi üç gün qalırdı.. 
Bayram axşamı hava qaranlıq idi, uşaqlar həyətdə tonqal çatmışdılar. Mən 
uşaqlara tonqal yandırmağın tarixi köklərindən söhbət edirdim. Azacıq çiskin var 
idi. Birdən pilləkanın başında bir əli ilə paltosunun ətəyini dəstələmiş, o biri əli ilə 
Nəyisə bir nəfərlə qaldıran Knyaz müəllimi gördüm. Knyaz müəllim ümumiyyətlə 
ə
linə bir şey almazdı, hətta qovluq belə gəzdirməzdi. Keçirdiyi infarktdan sonra isə 
ona heç nə götürmək olmazdı. Mən: 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə