M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

 
 
SEV NCLƏR M 
 
(Günyaza oxucu və dost məktubu) 
 
Ə
zizim, Günyaz! “Seçmələr”ini oxudum. Düşünə-düşünə, araşdıra-araşdıra, 
gəlir-çıxarını götür-qoy edə-edə oxudum. Fikirləşdim ki, Günyazım anadilli 
ş
erimizin qoşma, gəraylı, bayatı “təəssüratına” yenilik gətirə bilibmi, görəsən? 
“Dədə qoşma”nın bizə məlum olan tarixindən bəri qazandığı təcrübəni 
meyar qəbul edib müqayisələr apardım. Sevinclərim də oldu, təəssüflərim də. 
Sevindim ki, Sizin qoşmaya belə ardıcıl münasibətinizə səbəb təkcə bir 
piraniyə, yaxud valideynə göstərilən hörmət hissi deyil.  nsan hisslərinin 
ə
lvanlığını, bəşər qəlbinin dürlü-dürlü hallarını, həyatın fəlsəfı mənasını qoşmanın 
ifadə edə biləcəyinə (o belə bir qüdrətə malikdir də!) olan etiqadınızdır. Yaxud 
demək mümkünsə, kamalı və camalı ilə ürəkləri yerindən qoparan bir gözələ 
vurğunluğunuzdur. Sizin qoşmaya sədaqətiniz çoxlarını utandırmalıdır. 
Sevindim ki, dünyamızın belə narahat çağında, bu narahatlığın, 
disharmoniyanın insan əsəblərinə, şüuruna, incəsənətə sirayət etdiyi bir zamanda 
Günyazım “Dədə qoşma”ya üz tutub, “Dədə qoşma”nın ürəkaçan melodiyası, 
qafiyə gözəlliyi, ritm oynaqlığı ilə gözümüzü-könlümüzü oxşayıb. Axı, həyatda 
görmədiyin harmoniyanı, dincliyi, gözəlliyi ədəbiyyatda, incəsənətdə axtarırsan. 
Tapanda sakitləşirsən, bir anlığa qayğılarını unudur, səslərin yaratdığı musiqidə, 
poetik fikirlər axınında rahat olursan. Aşağıdakı bənddə olduğu kimi: 
 
Qıvrım tellər nazlandıqca qaş üstə, 
Baxışların daş qoymadı daş üstə. 
Ayrılığın yaş gətirdi yaş üstə 
Ömür daha vəfa etmir, neyniyim! 
 
Sevindim ki, poetik tədqiqə cəlb etdiyiniz obyektə hərdəmxəyal münasibət 
bəsləmirsiniz.  lhamınızın verdiyi imkan daxilində bu obyekti hərtərəfli 
işıqlandırır, onunla təmasda olduğunuz vüsallı-hicranlı, sevincli-qəmli, fərəhli-
nisgilli anları poeziyanın ecazkar dilinə çevirə bilirsiniz. 
 
O mənəm özünü odlara yaxan! 
O sənsən - sel olub könlümə axan! 
Sinəmdən püskürən, gözümdə çaxan – 
Tanrımdan-tanrıma şikayətimdir! 
 
Yaxud: 
 
Səni gördüm işıq geldi gözümə, 
Mən səndəyəm, qaytar məni özümə, 
Ay Günyazım, bəxtim gülə üzümə - 


Məzarımız söykənəydi daş-daşa. 
 
Bu misralarda ifadə olunan hiss-heyəcan, fikir aydınlığı, əhval-ruhiyyənin 
doğmalığı hansı qəlbi həyəcana gətirməyə bilər? Kim (anormalları nəzərə almasaq) 
insan ömrünün çılğın aşiqlik dövrünü yaşamamışdır? Kimin qəlbindən öz 
sevgilisinə belə gileylər etmək keçməmiş, kim eşqinə sədaqətini “məzarımız 
söykənəydi daş-daşa” kimi qeyri-adi arzu ilə bildirmək istəməmişdir? Lakin Sizi 
başqa “kim”lərdən fərqləndirən bu deyilənləri poeziya dili (!) ilə ifadə edə 
bilməyinizdir. 
Sevindim ki, qoşmalarınız bu qədər sadə və səmimidir. Axı, həqiqət 
olmayan yerdə səmimilikdən söhbət gedə bilməz və əksinə. Siz aldatmır, bəzəmir, 
parıltılı, ekzotik ifadələr, obrazlar vasitəsilə oxucunun gözlərini qamaşdırmır, 
daxili mahiyyəti ifadə edirsiniz: 
 
Məhəbbət dediyin çiçəkli bağdı,  
Xəzan bir tərəfdən, bar bir tərəfdən.  
Hicranı, vüsalı dumanlı dağdı,  
Günəş bir tərəfdən, qar bir tərəfdən. 
 
Ağardı saçlarım, ağardı dən-dən,  
O günlər yadıma düşər yenidən...  
Beş günlük dünyada qismətə bax sən,  
Qönçə bir tərəfdən, xar bir tərəfdən. 
 
Nə qədər nadan olmalısan ki, bu şerdəki hiss və fikirlərin daxili zərurətdən 
doğduğunu, yaşanmış, ürək odunda bişmiş olduğunu başa düşməyəsən. 
Sevindim ki, qoşmalarınız forma cəhətdən kamildir. Janrın tələbləri 
baxımından gözəldir. Qafiyə sərrastlığı, heca hesabı, bölgü simmetriyası, söz 
düzümü, səs izləməsi... hər şey  
yerli-yerindədir. Doğrudur, bu cəhətlər şer üçün adi, formal, lakin vacib, gərəkli 
cəhətlərdir. 
Bunlarsız fikirdən, hissdən danışmaq olar, şerdənsə yox! Bunlarsız şer ona 
bənzəyər ki, ev tikəsən, lakin daşları necə gəldi düzəsən, daşlar bir-birinə 
yapışmaya, uyuşmaya, bağlanmaya. 
Onu da deyim ki, bayatılarmız, yumorlu və dağlar haqqında olan şerləriniz 
daha çox xoşuma gəldi. 
Bəs nələrə təəssüfləndim, nə üçün təəssüfləndim? 
Təəssüfləndim ki, bəzən şerlərinizdə sözlərin yeri düzgün müəyyən olunmur. 
Məs: “Gözlərində olsa insaf, insafsız” deyil, “ nsaf olsa gözlərində, insafsız” 
şə
klində deyilsəydi daha yaxşı səslənərdi. I variantda iki “insaf” sözünün yanaşı 
işlənməsi dilə ağırlıq gətirir. Yaxud “ay camalın Aya baxıb güzgüləndi” yox, 
təxminən belə deyilməliydi: Baxıb camalına Ay güzgüləndi. I variantda camalın 
Aya baxıb güzgülənməsi həqiqi səslənmir. Amma ikinci variantda fikir həm 
obrazlı və həqiqi olardı, həm də yarın camalının gözəlliyi əyaniləşərdi. 


Ə
zizim, Günyaz! Mən “Seçmələr”in haqqında elmi-tənqidi məqalə 
yazmadım. Bunlar şəxsi təəssürat və qənaətlərdir. Bunu Sizin yaradıcılığınızı daha 
kamil görmək istəyən oxucu və dost həyəcanı, narahatlığı kimi qəbul edin. Və əgər 
bu təəssüratlar Sizin yaradıcılığınız üçün müəyyən təkan, ya kömək olsa sevincim 
və iftixarımdır. 
 
Hörmət və sədaqətlə Sizin  
Vurğün Əyyubov 
15 oktyabr 1984-cü il 
 
 
 
VƏS YYƏ
 
26 dekabr 1984, Bakı 
 
Şə
mistan əmioğlu! 
Qərara gəldim ki, səndən yaxın və etibarlı kimim var. Danışdığım kimi, 
cızma-qaralarımı sənə verməli oldum. Varım-yoxum dörd papkadır: 
1. Birinci papkada bir nüsxədən ibarət “Seçmələr” və “Könlüm səni 
Arzular” adlı bir mənzum pyesdir.  kinci papkada isə bir kitabdır. 1982-ci ildə 
maşınkada yazdırmışam (bir nüsxəsi qardaşım Vaqifdədir). Qalanları da 
ə
lyazmalarım və bir də maşınkadan çıxanların ikinci, 
üçüncü nüsxələridir. “Seçmələri” özüm gözdən keçirmişəm, zənnimcə heç bir hərf 
səhvi yoxdur. 
2. Dördüncü papkada olanlardan, güman ki, “Seçmələr”ə düşməyənlər var! 
Ə
gər onlardan “Seçmələr”ə əlavə etməli olsan, onda onları mövzularına və bir də 
tarixlərinə görə bölmələrdə yerləşdir. 
3. Birinci  kitabla  (“Gözüm  səni  axtarır”,   1982)  işin  olmasın. 
“Seçmələr”i   onun   əsasında tərtib etmişəm. Bəzi intim və zəif bildiklərimi 
sonrakı kitaba özüm məsləhət görmədim. 
4. “Seçmələr”i çap etdirmək fikrinə düşsən, onun özündən də bəzi intim və 
zəif bildiklərini çıxara bilərsən. 
5. Mətbuatda ilk çap olunan qoşmalarımı “Səhər” adlı jurnalda (№ 8, mart 
1984) axtar. Söhrab Tahir söz verib ki, həmin jurnalın 11-ci nömrəsində də beş-altı 
qoşma çap edəcək. “Səhər”in 8-ci nömrəsi dördüncü papkadır. Bizim mətbuatda 
isə öz sağlığımda  çap olunmamışam. Təkcə Abbas Abdullanın 1984-cü ildə 
çapdan çıxmış kitabına düşmüş deyişmədən başqa. Həmin deyişməni dostum 
Abbas öz kitabına özü daxil edib.  
6. Mahnılardan “Gözüm səni axtarır”ı (musiqisi Tofiq Bataxanovundur, 
1982) Flora Kərimova arabir efirdə səsləndirir. Həmin ifada “Demirmi” (musiqisi 
Zabitə Məmmədovanındır) mahnısı da var, təəssüf ki, özüm qulaq asa bilməmişəm. 
Bakıxanovda “Gecəniz xeyrə qalsın”, “Xəzərin laylası” adlı iki mahnı mətni var. 
Özünün dediyinə görə, musiqi bəstələyib. Bir neçəsi də Zabitə xanımdadır, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə