M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

 
O gündən sonra Günyaz müəllim şer yazmağını məxfi saxlamadı. 
Cennətməkanın, yuxarıda qeyd etdiyim kimi, özünəməxsus təbiəti var idi, heç kəsə 
bənzəmirdi. Kostyum dəstindən xoşu gəlmirdi: 
- Hamını əsgər kimi bir-birinə oxşadır, - deyirdi. 
 
 Rəngləri kontrast təşkil edən pencək və şalvar geyərdi, yenə də kontrast 
təşkil edən bir rəngdə olmayan köynək geyər üstündən enli iri gülləri olan qalstuk 
bağlayardı. Qara rəngli ayaqqabı geyməzdi - yayda ağ, qışda şabalıdı rəngli 
ayaqqabıya üstünlük verərdi. Saçı hamı soldan sağa darayır. O isə uzun, gür ağ 
saçlarını sağdan sola darayardı. 
Gözəllikdən xüsusi zövq alırdı, pafosla danışırdı - gözəllik bu az danışan 
adamın dilini əməlli başlı açır, bülbül kimi oxudurdu. Günyaz müəllimin 
yaradıcılığı haqda publisist yazı yox, xatirə yazdığım üçün bədii yaradıcılığından 
geniş yazmaq məhrumiyyətindəyəm. Ancaq yeri gəlmişkən bir nəçə kəlmə 
deməliyəm. Günyaz müəllim gözəlləri yaman gözə qısqanırdı, cismani gözəlliyə 
nəsə bir xələl gələcəyindən qorxur, ehtiyat edirdi, bunu gizlədə bilməyib bədii 
ifadələrlə dil açırdı: 
 
Gözlərindən muğayət ol, göz deyər,  
Gözlərinə baxan gözlər çoxalıb.  
Müxənnətdir, bilmək olmaz tez dəyər –  
Nahaq yerə, nahaq canlar çox alıb... 
 
Qeyd edim ki, o əvvəllər bu şerləri ümumiyyətlə dustaq etmişdi. Sonralar 
heç olmasa dost-tanışa oxuyurdu. Günyaz müəllim ilahi eşq fədaisi idi. Əlçatmaz 
eşq obyektindən əlini üzmürdü, qəbirlər qoşa qazılarsa, axirət dünyadakı 
xoşbəxtliyə inanırdı: 
 
Səni gördüm işıq gəldi gözümə,  
Mən səndəyəm, qaytar məni özümə,  
Ay Günyazım, bəxtim gülə üzümə - 
Məzarımız söykənəydi daş-daşa. 
 
Təklikdən, təcrid olunmaqdan zəhləsi gedirdi. Əsl həyatı, gözəlliyi 
insanların biri-birinə gərək olmasında, qarşılıqlı nəvaziş və qayğıda görürdü. 
Həmişə deyirdi ki, insanların havaya, suya olan tələbatı qədər nəvazişə tələbatı var: 
 
Heyif canım, saça düşdü təzə dən,  
Təzə zəmi, təzə sünbül, təzə dən.  
Çiçəkləndi, ləçəkləndi təzədən  
Öpüşümdə çimən kimi tellərin. 
 
Allah adamı idi cənnətməkan. Ömrü boyu bir tikə haram çörək yeməmişdi. 
Kiminsə halal zəhmətlə dolandığına əmin olduqdan sonra onunla yaxınlıq edirdi. 


Riyakardan, yaltaqdan, rüşvətxordan zəhləsi gedirdi. Və zəhləsi getdiyini o 
adamlardan gizləmirdi. Belə adamlarla adi söhbət belə etmirdi: 
- Sənə ayırmağa vaxtım yoxdur, - - deyib, başını qürurla dik tutardı, özünə 
məxsus yerişlə - bir az yanlara ləngər vura-vura aralanardı. Ona yaxın olmaq 
istəyənlər olduqca çox idi. O isə yaxın buraxmırdı. 
Günyaz müəllim dövlət məmuru idi. Çapa imzalanan bütün kitablar o 
idarədən xeyir-dua almalı idi. Bəzən bir cümləyə, bir kəlməyə görə bu idarədə 
kitabın üstünə bircə kəlmə “keçmədi” sözü yazılmış möhür vurulub geri 
qaytarılırdı, heç bir izahat-filan verilmirdi. Yaxud da kitabdan hansısa fəsil, parça, 
yaxud şer çıxarılırdı. 
Rəhmətlik Nəriman Cəbrayılov o idarəyə rəhbər keçəndən az müddət sonra 
idarədə  
saf-çürük elədi. Günyaz müəllimin savadına və şəxsi keyfiyyətlərinə rəğbətini 
gizlətməyən Nəriman Fəttah oğlu onu şöbə müdiri keçirdi. Günyaz müəllimin şöbə 
müdiri olduğu dövrdə bir nəfər qələm, kəlam sahibi o idarədən incik düşmədi. O, 
məmurluğunu millətin söz xəzinəsinin mühafizəsinə yönəltmişdi. Həddən artıq 
təvazökar olduğu üçün o vaxt kitabını nəşr etdirmədi. Yaradıcılığı bağlı seyfdə, 
dövlət sənədlərinin yanında qaldı. Təkidlərimizə baxmayaraq heç dövri mətbuatda 
da yazı vermirdi. Ancaq hansı nəşriyyata kitabının çap olması sözünü desəydi, ona 
özləri yalvarardı. Bunu bilə-bilə sağlığında kitab çap etdirmədi! Təəssüf! 
Günyaz müəllim bir şair, dramaturq kimi tam yetgin idi. Özünü gözə 
soxmadı, tanıtmadı, dostlarının qəlbində əbədilik qazanıb dünyasını dəyişdi. O, 
dünyasını dəyişəndə gündəliyimə bir nəçə bayatı yazmışam, yeri gəlmişkən o 
bayatıları da bu yazıya qoşmağı məsləhət bildim: 
 
Arzum, murazım gedir,  
Eşqim avazım gedir.  
Nəyə lazımsan, dünya,  
Səndən Günyazım gedir? 
 
Sındımı telli sazı? 
  
Gözdə qaldı murazı.  
Gözün kor olsun fələk  
Nəyləmisən Günyazı? 
 
Ax Kürüm, ax Arazıra,  
Leysanlı gəlib yazım. 
Hər gözüm bir çay olub 
  
Köç elədi Günyazım. 
 
Gözümdə özü qaldı,  
Qəlbimde izi qaldı.  
Övladsız köçdü Günyaz- 
Yupdunda sözü qaldı. 
 


Köç etdi- közü qoydu,  
Yadigar sözü qoydu.  
Knyazı Günyaz etdi- 
Adını özü qoydu. 
 
ş
ləri düz olmadı,  
Səhhəti saz olmadı.  
Günyaz adı seçmişdi  
Günü də yaz olmadı. 
 
Həftəni say, günü yaz,  
Getdi, qayıtmaz Günyaz.  
Nə payızdan bar gördü,  
Nə də oldu günü yaz. 
 
Qış arxada, yaz öndə,  
Yazlığı yox yazın da.  
Yazan qələm sınaydı  
Günyaz ömrü yazanda. 
 
Bir əhli-halım gedib,  
Düz-doğru yolum gedib.  
Günyaz kimi şairim - 
Sinəsi dolum gedib. 
 
Ş
irinlərdən şirini,  
Ara, öyrən şirini.  
Ürəyin qübar etsə- 
Oxu Günyaz şerini. 
 
Mövləliyəm, söz dedim,  
Dostu axtar, gəz dedim.  
Ş
er yazsan, sözləri  
Günyaz kimi düz - dedim. 
 
           
  
Günyaz nəslinin soy-kökünün layiqli oğlu, ilham və qələm sahibi fədakar 
tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin Günyaz müəllimin şerlərini çapa 
hazırlamaq təşəbbüsünü eşidəndə uçmağa qanad axtardım. Allah Şəmistan 
Nəzirlini də, kitabın sponsoru  smayıl  mranoğlunu da pənahında saxlasın. Nurani 
Günyaz ruhu onlara xeyir-duaçı olsun. 
Günyaz Nəzirliyə də Allah qəni-qəni rəhmət eləsin. 
 
Günyaz ruhu qarşısında həmişə baş əyən  
badət Mövləli 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə