M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

ziyalıları görəndə məni gülmək tutur. Vaxta bax, imkana bax, məgər bu adamların 
ciddi bir işi yoxmu? Mən, əlbəttə, bu cümlələrin hamısını Mirzəağa müəllimə 
demirəm. Ürəyindən keçər ki, ədəbazlıq edirəm. Gizlədirəm ki, mənim heç 
boşqabdan xörək yeməyə vaxtım yoxdur, buna görə bəzən birbaşa qazana 
girişirəm. 
Ömür bircədir və çox qısadır, Mirzəağa müəllim! Başlıca məqsəd heç də pul 
qazanmaq deyil, alçaq və rəzil mikromühiti yırtıb dağıtmaqdır, işıq fəvvarəsi 
saçmaqdır başlıca məqsəd! Mən keçən ilin lap son günlərində Musa Cəlilin 
«Moabit dəftəri»ni yalquzaqların dişindən qoparıb mətbəəyə göndərə bildim, tam 
bir illk döyüşdən sonra. Mən Firdovsi, Sədi, Nəvai, Qafur Qulam, Zülfiyyə, 
Abdulla Arif, Erkin Vahid, Qabdulla Tukay, Tofiq Fikrət, Ovanes Tumanyan, 
Avetik  sahakyan, Silva Kaputikyan, Ovanes Şiraz, Gevork Emin,  rakli Abaşidze, 
Medeya Kaxidze, Puşkin, Lermontov, Blok, Luqovskoy, Yevtuşenko, Robert 
Rojdestvenski, Andrey Voznəsenski... kimi 300 şairdən etdiyim tərcümələri hələ 
kitab halında görə bilməmişəm. Doğrudanmı, Azərbaycanda şair fədakarlığını, 
elmi işçi qüdrətini qiymətləndirməyə qadir bircə nəfər də tapılmayacaq? 
Tərcüməçilik də, elmi işçilik də, şairlik də mənim üçün baş məqsəd deyil, 
vasitədir. Bunu dərk etməyə qadir Knyaz kimi beş-on oğul tapılarsa, mükafatımdır. 
  
Ə
ziz Knyaz! Deyəsən, uzunçuluq etdim, başını ağrıtdım. Akademiya 
“Xəbərlər”ində basılmış məqalələrimdən birini məktubuma əlavə edirəm ki, 
diqqətlə oxuyasınız və biləsiniz ki Şeyxzadə sərvətini darmadağın edənlərə qarşı 
fikrimi mən “Bilik” cəmiyyətinə büzüşə-büzüşə, oğru kimi gətirməmişəm, elm 
aləminə car çəkmişəm. Xəzinəni dağıdanlar mənim qələm dostlarım olduğu üçün 
onlara qarşı tənqidimdə son dərəcə nəzakətli, incə, həssas davranmışam. Bəs nədən 
ehtiyat edir bizim  smətimiz?! Nəzərə alın ki, ən yüngül düzəliş təklifi belə kitabı 
məhv etməyə bərabərdir. Bizim sevimli  smətimizin tərəddüdlərini aradan 
qaldırmaqda Sizə başarılar diləyən 
 
Xalil Rza, yaxud darda qalan Ş R, 
26 ocaq 1979 
rana girə biləcəkmi bu gün XOMEYN ? 
 
 
 
TƏƏSSÜF K , AZ YAŞADI 
 
Unudulmazım Günyaz Nəzirli ilə tanışlığım, dost olmağım, ona bəs qədər 
hörmət və məhəbbət bəsləməyim ömrümün son anlarına qədər yadımda qalacaq bir 
hadisə ilə, haradasa özünü zərbə altında qoyub, mənə təmənnasız etdiyi əvəzsiz bir 
yaxşılıqla bağlıdır. Belə ki, Azərbaycan Yazıçılar  ttifaqının orqanı “Azərbaycan” 
jurnalının 1964-cü il aprel sayında birinci növbədə onun baş redaktoru yazıçı 
Qılman  lkinin, poeziya şöbəsinin müdiri şair qardaşım Əli Kərimin, sonra da 
M.Hüseyn, O.Sarıvəlli,  .Əfəndiyev, Ə.Kürçaylı və B.Vahabzadənin xeyirxahlığı 
sayəsində - “Dəniz və məhəbbət” adlı iri həcmli bir poemam işıq üzü görürdü. Ay 
sona çatmışdı. Amma jurnalın siqnal nüsxəsi gəlib çıxmır, baş mətbuat idarəsində 


ləngiyirdi.  şin nə yerdə olduğunu bilmək üçün, hər gün Əli Kərimə baş çəkir, 
səksəkəli günlər yaşayırdım. Qulağım çalmışdı ki, əsərimin “ nsan var ki, ölüm 
ona ehtiyacdır” kimi, o zaman yuxarı dairələrin qəzəbinə gələ biləcək bir neçə 
misrasının qabağına “qlavlit” əməkdaşı sual işarəsi qoyub; deməli taleyi sual 
altındadır; poemanın həmin nömrədən çıxarılması təhlükəsi var. Onda bir-birinin 
ardınca çap olunan povest və romanlarını xüsusi həvəslə oxuduğum, istedadına 
pərəstiş etdiyim  sa Hüseynov jurnalda nəsr şöbəsinin müdiri vəzifəsində işləyirdi. 
Ə
li Kərimlə bir otaqda otururdu və xətrini də çox istəyirdi. Bir gün yenə getmişdim 
Ə
lini görməyə. Yeri boş idi.  sa müəllimlə salamlaşdım. Gəlişimin səbəbini 
bildiyinə görə, yaxşı gəlmisən dedi, beş dəqiqə otur, “qlavlit”ə zəng vurum; görək 
nə deyir. Nömrəni yığdı. Adını birinci dəfə eşitdiyim, üzünü görmədiyim Günyazla 
danışdı, özü də böyük ərklə. Ona çatdırdı ki, poemanın müəllifini göndərirəm 
yanına. Ozün görəcəksən kimdir, nəçidir və necə oğlandır. Sən ki, o idarədə 
ş
airlərin, yazıçıların pasibanısan; şair təbiətli adamsan. Azərbaycan dilində yazıb 
yaradan ləzgi balasına kömək elə. Onun poeması bu nömrədə qalsın. Dünyanın 
işini bilmək olmaz. Kim nə bilir ki, bir ildən sonra kimin başına nə gələcək. 
Sevinə-sevinə getdim Günyaz Nəzirlinin hüzuruna. Bu xeyli uca boylu, arıq, 
çəlimsiz kişi məni gülər üzlə, sevincək qarşıladı; həm də fərəhdən, sevincdən 
qanad taxıb yola saldı.  Bunun da səbəbi varmış. Özü söz xiridarı, şer həvəskarı 
olduğuna görə, dövrü mətbuatda çap olunmuş şerlərimi də, 1963-cü  “Azənəşr»də 
işıq üzü görmüş “Dəniz nəğmələri” adlı ilk kitabını oxumuşdu. Bir də onu bildirdi 
ki, mən Səməd Vurğunun vurğunuyam. Sənin həm şerlərində, həm də bu 
poemanda o böyük ustadın nəfəsi duyulur. Sonra sözünə bunu da əlavə etdi:  sa 
müəllimə deginən ki, işdən çıxaram, amma onun sözünü yerə salmaram. Poemada 
qabağına sual işarəsi qoyduğu misralardan birinə də toxunmadı, nəcə yazmışdımsa 
eləcə də saxladı. Jurnalın siqnal nüsxəsinə qol çəkdi, möhür basdı. Budur, indi 
apara bilərsən dedi. Onunla ilk tanışlığım belə başlandı. 
O zaman gözlənilmədən iş elə gətirdi ki, Azərbaycan Dövlət Nəşriyyatında 
ş
tatdankənar, yəni məccani redaktor işləməli oldum. Bu da 1965-ci ilə təsadüf edir. 
Mərkəzi Komitə Azərbaycanda yaşayan ləzgi yazarların əsərlərini öz ana dillərində 
çap etməyə icazə vermişdi, redaktorluğu da həvalə olunmuşdu mənə. Baş mətbuat 
idarəsində isə ləzgi dilini bilən, bu kitablara yiyə duran bir Allah bəndəsi yox idi. 
Kimsə təklif etmişdi ki, onları göndərək Dağıstana. Oranın “qlavlit”i oxusun.  şim 
xeyli çətinləşirdi. Onda Günyaz müəllim dadıma çatdı. Rəisinə dedi ki, özümə 
necə inanıramsa, Kələntərə də elə inanıram. O, bizə xəyanət etməz. Beləcə ləzgi 
dilli kitabların məsuliyyətini könüllü boynuna götürdü. Bunu ancaq Günyaz kimi 
ürəyi əlinin içində olan saf, büllur qəlbli halal bir insan, bir ziyalı, bir əsl vətəndaş 
edə bilərdi. Aradan beş-altı ay keçdi, Nəşriyyatda yer açıldı, sıravi redaktor ştatına 
götürüldüm.  ndi ləzgi müəlliflərinin əsərləri ilə yanaşı Azərbaycan şairlərinin şer 
toplularını da çapa hazırlayırdım. Onların sırasında Hökumə Billuri, Ənvər 
Ə
libəyli, Zeynal Cabbarzadə, Tofiq Mütəllibov, Qasım Cahani, Surağat Qurbani, 
xalq şairləri Nəbi Xəzri, Qabil; şairlərdən Ramiz Heydər, Yusif Həsənbəy, Teyyub 
Qurban, Cavad Cavadlı və başqaları vardı. Redaktə etdiyim bütün kitabları 
“qlavlit”də ancaq Günyaz müəllim təsdiq edirdi; özü də ruhumu belə incitmədən. 
Yaxşı yadımdadır, Qabil müəllimin “Qoy danışsın təbiət” adlı kitabında MK-nın 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə