M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

Ə
zizim, inanıram ki, bu hissləri sən də keçirəcəksən. Çünki sən də onu 
yaxından tanıyırdın. Və sənin kiçik ön sözün Günyazımı tanımayanlara da 
sevdirəcək... 
 
Hörmətlə: qardaşın 
 
Şə
mistan Nəzirli 
9 iyul 1990-cı il 
 
* * * 
 
Qələm dostum Şəmistan Nəzirli məktubunu mənə çap üçün göndərməmişdi. 
Amma, nədənsə, onu çap etmədən verdiyim sözə, üzərimə götürdüyüm vədə heç 
cür körpü sala bilmədim. 
Gündə neçə dəfə əlimizi telefon dəstəyinə atıb, nə qədər zənglər eşitməli 
oluruq. Zənglər də sevincli, zənglər də ağrılı... 
Uzağı-yaxını səs-səs beynimizə axıdan və bu gün möcüzəlikdən çıxıb, 
adidən adiyə çevrilən, telefon adlandırılan bu texnikanın əsəblərimizi tarımladığı o 
qədər günlər olub ki... 
Belə zənglərdən biri də haçansa qulağıma titrək-titrək pıçıldamışdı: Knyaz 
ölüb! 
- Hansı Knyaz? 
- “Qlavlit”. 
Bir vaxtlar onu beləcə tanımışdıq. Hər dəfə əməkdaşı olduğum “Ulduz” 
jurnalı gedib-gedib “qıl körpüdə” ilişəndə bütün redaksiyamızın əməkdaşları ilkin 
olaraq onun köməyinə, onun ağlına və məntiqinə güvənərdilər. 
Hər şey də açılıb-ağardılmazdı.  ndi adidən-adi kimi səslənən yazıların, 
cümlələrin eyhamların bir vaxtlar “keçib-keçməmək” qorxusu vardı. Yaxşı ki, 
sadəcə olaraq “Qlavlit” adlandırılan həmin təşkilatda da çoxlarından kəskin 
düşünən, senzuranın məhz bu günkü funksiyasını neçə il bundan əvvəl özündə 
görmək istəyən Knyaz da varıydı. 
tirəndən sonra qədrini-qiymətini bilib, yerini çəkdiklərimizdən biri də 
Knyaz - Günyaz yaşayırdı bu dünyada. 
Ondan ayrıldığımız zaman ölçüsü - həm də Knyazın çoxlarına bəlli olmayan 
bir keyfiyyətini də aşkarlayıb bu gün. 
Knyaz şair imiş. 
Bunu biləndən sonra istər-istəməz deməli olursan ki, dünyada bütün yaxşı 
adamlar şer yazıb. 
Azadlıq dilədiyimiz Xəlil Rzanın bir zamanlar Günyaza üz tutub məktub 
yazması da təsadüf yox, zərurətiymiş... 
Günyaz da qələm əhlini duymağa, vaxtın çərçivəsindən çıxıb irəlidə getməyə 
çalışan adam idi... 
On bir il bundan əvvəl yazılmış bu məktub isə bir daha göstərir ki, Xəlil Rza 
da elə bugünkü Xəlil Rzaymış...  
 
Taleh Həmid 


 
 
GÜNAYDIN, ƏZ Z KNYAZIMIZ! 
 
Mərdlik qanunları izn vermir ki, Sizin şəxsi fəzilətlərinizi Sizdən asılı 
olduğum bir məqamda açıb söyləyim. Yalnız bunu deməklə yetirirəm ki, 
ziyalılarımızın mühüm bir qismi Sizi Azərbaycanın pak, uca başlı və cəsur oğlu 
kimi tanıyırlar. Elə məhz buna görə də ürək qızdırıb Sizə bu məktubu yazıram. 
“Heydərbabaya salam” dastanında ustad Şəhriyarın bir beyti var: 
 
Burda bir şir darda qalıb bağırır, 
Mürüvvətsiz insanları çağırır! 
  
Sizə bəllidir ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu olan Maqsud 
Ş
eyxzadənin anadan olmasının 70 illiyi Azərbaycan KP MK-nın göstərişi və qərarı 
ə
sasında keçən il respublikamızda böyük təntənə ilə qeyd olundu. Bu qərara əsasən 
mənim “M.Şeyxzadə” adlı kitabçanı da yubiley günlərinədək “Bilik” cəmiyyəti 
tərəfindən nəşr edilməli və Daşkəndə elmi-ədəbi bir töhfə kimi aparılmalı idi. Buna 
nail olmadıq. “Bilik” cəmiyyəti mətbəəyə kağız vermədi. Hələ də verməyib. Başqa 
ə
ngəllər də ortaya çıxdı. Yalnız bu kitabçanın işıq üzü görməsi deyil, ümumən 
Azərbaycan ləngiyir. Ümumbəşəri tərəqqidən nə qədər geri qaldığımızı yəqin sən 
özün də bir azərbaycanlı olmaq etibarilə sezirsən. Bunun səbəbi, məncə, işcil və 
qüdrətli oğulların azlığıdır. Çox təəssüf ki, dahi Sabirin məşhur “Fəxriyyə” şeri 
hələ də tam qüvvədən düşməyib: “Öz xalqımızın başına əngəlkələfik biz”... “Bilik” 
cəmiyyətinin redaksiya - nəşriyyat şurasının müdiri  smət Səfərov yoldaş dünən 
məni öz yanına dəvət etmişdi. O, mənə kitabçanın qaranquş nüsxəsini göstərdi. 
Dəmir ürəkli adam olduğum halda, inanın, sevincimdən gözüm yaşardı. Heç bir 
kitabımın çıxmasına mən bunca əmək, enərji sərf etməmişəm. Təsəvvür edin, 
mürəttiblər kəmsavad, “elm” əvəzinə “ölüm” yazan mətbəə yavruları naşı. Rəssam 
yox. Korrektor yox. Texred yox. Üz qabığı yox. Kitabın özü üçün hələ də kağız 
yox. Bütün bu əngəllərə baxmayaraq, mətbəədə artıq qalan kağız tullantıları 
hesabına, “Yeni kitab mətbəəsi”nin direktor qolmancı Əkbər Vəliyevə xahişlərim, 
yalvarışları hesabına və başqa nələrinsə hesabına kitabça dünya işığı görüb. 
Ə
slində “Azərbaycan və özbək xalqlarının iftixarı”, “ensiklopedik şəxsiyyət”, 
böyük şair, alim, dramaturq, ictimai xadim, pedaqoq, möcüzəli bir insan kimi bu 
gün bizə şərəf gətirdiyi halda, sağlığında gün görməmiş, sürgün edilmiş və dama 
basılmış Şeyxə dair bu kitabça yüz min tirajla buraxılmağa, Daşkənddən, 
Səmərqənddən belə yayılmağa layiq olduğu halda ən məhdud tirajla dünyaya 
gəlmişdir: min beş yüz nüsxə. Bu tiraj artıq hazırdır. Və mənim dostum  smət bəy 
bu tirajı yaralamaq, bəzi səhifələri qoparmaq haqqında düşünür. Niyə? 
 
  smət bəy ehtiyat edir ki, kitabça dünya işığına çıxandan sonra dırnağın ucu 
boyda tənqid olunan bəzi yoldaşlar “Bilik” cəmiyyətinə qarşı əks-hücuma keçə 
bilər və kiminsə təxtini laxladarlar. O bu cümlələri və bu fikri əsaslandıran 
arqumentləri kitabçanın korrektura variantından çıxarmışdı. Kitabçanın həcmcə bir 
azca böyük çıxdığını və Sizin də buna iradınızı nəzərə alıb ixtisara mən də o vaxt - 


bildir razı olmuşdum. Korrekturanın həm bəyənilmiş, möhürlənmiş hissəsini, həm 
də ixtisar edilmiş qismini üst-üstə qoyub aparıb mətbəənin istehsalat şöbəsinə 
vermişdim. 
- Baxın, bu bəyənilmiş, icazə verilmiş hissə, bu da rədd olunmuş, - 
çıxarılmış hissə! 
Mən bu cümləni istehsalat şöbəsində çalışan qızlara dedimsə də, şöbənin 
müdiri Tanya xanıma deyə bilmədim. Çünki onun xəstələndiyini və işə 
çıxmadığını bildirdilər. Həmin gün bizim Yazıçılar  ttifaqının sədri  mran Qasımov 
yoldaş mənə zəng etdi, Daşkəndə Şeyxin yubileyinə uçmağının zəruriliyini başa 
saldı, hətta kağız da verdi ki, yalnız ona - SSR  Ali Sovetinin deputatına məxsus 
bileti təyyarə kassasından dərhal ala bilim. Uçdum və Daşkəndə ləngidim. 
Qayıtdım.  stehsalat şöbəsinə zəng vurdum. Bəlli oldu ki, Tanya xanımı Ema 
xanım əvəz edir. Bu xanım həm keçən il, həm də bu ilin başında kağız olmadığını 
mənə təəssüflə bildirdi. Kitabdan əlimi üzdüyüm halda indi onu  smət bəyin 
mübarək əlində görürəm. Belə çıxır ki, ixtisar nəzərdən qaçırılmış, kitab bütöv 
çıxmışdır. Bilmirəm, bu fəlakətdir, yoxsa səadət. 
Möhtərəm Knyazımız! Siz o zamankı “senzura” qaydalarını pozaraq 
işğalçılara qarşı 22 il müharibə aparan Babək inqilabını göz önünə gətirin. Bircə 
qırpımda Pekin imperializminin başına zirehli yumruğunu endirən Kamboca 
xalqını və bizim Arazın üç addımlığındaca zülmə qarşı cihad elan etmiş  ran 
xalqlarının keçən ildən bəri davam edən inqilab yürüşlərini göz önünə gətirin. 
Onda  smət bəylə mənim aramdakı dartışmanın nə qədər mənasız və cüzi bir şey 
olduğu lap aydın görünər. Ancaq onun üçün cüzi olan iş mənim üçün az qala tale 
məsələsidir. Mən doktorluq müdafiəsi ərəfəsindəyəm. Doktorluq idealım deyil, 
ancaq ideala azca qovuşmaq yolunda vasitədir. Hazırda yaradıcı qüvvələrimin ən 
coşğun çağlarında yaşadığımı təvazö naminə sizdən gizlətmək istəmirəm. Bunu da 
gizlətmirəm ki, yaradıcı qüdrət artdıqca, burnunun ucundan uzağı görməyən 
gədaların, xəbislərin müqaviməti, “əngəlkələf” fəaliyyətləri də artır. Keçən il 
“Yazıçı” nəşriyyatı mənim tərcüməmdə, tərtibimdə və ön sözümlə birlikdə   
M.Şeyxzadənin poeziya toplusunu çapdan buraxmalı  idi.  “Yazıçı” nəşriyyatına 
soxulmuş dargözlər bu kitabı dəfn etməyi bacardı. 
M.
Ş
eyxzadənin «Seçilmiş əsərləri»ni (25 çap vərəqi həcmində) nəşr 
etdirməyi bu
 ilki iş planıma daxil etdim. Mən Akademiyanın Nizami adına 
Ə
dəbiyyat  nstitutunda baş elmi işçiyəm. “Elm” nəşriyyatı bizə heç bir qonorar 
vermədiyi üçün masanın üstündə Şeyxin bu boyda külliyatını görən institut 
direktoru, professor Mirzəağa Quluzadə həyəcanlandı: 
- Xəlil, bilirsənmi, bu nə deməkdir? Bu, ən azı iki yüz min manat puldan 
imtina etmək deməkdir. Sən nə üçün öz nəhəng zəhmətinin bəhrəsini bizə havayı 
verirsən? 
Mən hələ üstəlik Nizami Gencəvinin «Sirlər xəzinəsi» poemasını da öz 
tərcüməmdə bu ilki iş planıma daxil etmişəm, Mirzəağa müəllim! Pulsuz, 
təmənnasız! 
- Niyə belə, niyə havayı! 
- Çünki alçaq və rəzil adamların müqavimətinə rast gəlirəm. Mirzəağa 
müəllim, onlara baş qoşmağa vaxtım, macalım yoxdur. Domino və nərd oynayan 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə