M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

Adını yaşadan sənətə əhsən! 
 
Bu kaşı, səmavi kitabələrə 
Ə
cəmi könlündən baxışlar düşüb 
Min dastan danışan o güşələrə 
Bir sənət odundan naxışlar düşüb. 
 
Nağıllı qoynunda bir nəğmə qalıb 
Ötən əsrlərin sədasımı o? 
Füruzə daşlarmı xəyala dalıb, 
Yoxsa bir gözəlin sevdasımı o? 
 
O el anasının xatirəsini 
Büllur kaşılara nəqş edə-edə, 
Yaradıb sənətin möcüzəsini- 
Ə
cəmi özünə qoyub abidə. 
 
 
NAXÇIVANIM 
 
Mən səndən kənara çıxdım bu axşam, 
Qayalar, təpələr üstündə gəzdim. 
Hüsnünə uzaqdan baxdım bu axşam, 
Mən səni bu qədər gözəl bilməzdim. 
 
Elə bil qoynuna sığmışdı aləm, 
Sevincim, fərəhim, dünya qədərdi. 
Ə
gər ki, əlimdə olsaydı qələm, 
Könül duyğularım sətirlənərdi. 
 
Axşamın qoynunda ay bənizinlə, 
Parlaq almaz kimi cilvələnirdin. 
Köçüb gözlərimə nur dənizinlə, 
Ordan da köksümə səpələnirdin. 
 
Elə heyran idim bu aləminə, 
On addım kənarda qəribsəyirdim. 
Sanki üfüqlər də sənin şəninə 
Bu axşam daha çox gülümsəyirdi. 
 
Araz yatağından göylərə qalxıb, 
Səni ulduzlara qərq eləmişdi. 
Ay da bu aləmə həsrətlə baxıb 
Nurunun üstündən nur ələmişdi. 
 


Mənim Naxçıvanım, doğma şəhərim, 
Nə qədər, nə qədər füsunkar idin! 
Qarşında sönürdü axşam ülkəri, 
Sönən ülkərinlə bir bahar idin. 
 
Baxdıqca bu gözəl yaraşıqlara 
Deyirəm yad olub qəm-qubar sənə. 
Sənmi yaraşırsan bu işıqlara, 
Yoxsa ki, yaraşır işıqlar sənə? 
 
 
DUZ DAĞ
 
Təbiət yaradıb sanki buz dağı, 
Səhranın qoynunda durur vüqarla. 
Görməyən var isə bizim Duz dağı 
Gəlsin tamaşaya bir etibarla. 
 
Hünər yol salıbdır bu nəhəng dağa, 
O yoldan qoynuna keçib gedirəm. 
Üstümə şöləsi hey yağa-yağa, 
nsan qüdrətinə heyrət edirəm. 
 
Burda divar da duz, tavan da duzdur, 
Lampalar nurunda hər yan bərq vurur. 
Zərrələr elə bir parlaq ulduzdur, 
Göylərdən enərək torpaqda durur. 
 
Qranit duzları yaran insanlar 
Sanki qranitdən zireh geyibdir. 
lhamı coşduran o qəhrəmanlar, 
Mənim varlığımı sehrləyibdir. 
 
Burda igid gördüm Fərhada bənzər, 
Dağın sinəsini yarır eşq ilə. 
Qopan qığılcımlar bir oda bənzər, 
Dağ oğlu ucalar dağ hünərilə. 
 
Gəzib nəfəs aldım duz havasıyla, 
O nemət ruhuma süzüldü mənim. 
Zəhmətin susmayan o sədasıyla, 
Könlümə misralar düzüldü mənim. 
 
Dedim, alqış sizə, ey dağyaranlar, 
Bu elə, obaya şərəf, şansınız. 


Yəqin hərənizin bir Şirini var, 
Odur ki, bu qədər yorulmazsınız. 
 
Gülüşüb, söylədi o qəhrəmanlar: 
nan ki, elə sən deyəndir, bacım, 
Ancaq hamımızın bir Şirini var, 
O da sevdiyimiz Vətəndir, bacım. 
 
 
BAHARIN SÖZÜ 
 
Mən qoynu laləli, 
Gür şəlaləli, 
Xoş təranəli, 
Bahar olsam da 
Bir dəfə demədim ki, mən baharam. 
 
Mən ətir havalı, 
Coşğun səmalı, 
Qaranquş yuvalı 
Bahar olsam da, 
Demədim, demədim ki, mən baharam. 
 
Mən elin önündə, sinəmi açdım 
Dağların döşünə bənövşə sancdım. 
Ə
tir nəfəsimi aləmə saçdım, 
Ellər özü dedi ki, sən baharsan. 
 
 
VƏTƏN HƏSRƏT  
 
O qürbət diyarda gəzsəm də xeyli, 
Torpağa düşmədi izlərim mənim. 
Könlümün gülməyə olmadı meyli, 
Kədərlə dinirdi sözlərim mənim. 
 
O yer öyünürdü mərtəbələrlə, 
Daha nələr deyim, daha nələrlə... 
Orda bəhsləşirdi şəhər-şəhərlə, 
Yadıma düşürdü düzlərim mənim. 
 
Bu görüş könlümə verirdi maraq, 
Gəzdim əsrləri soraqlayaraq, 
Baxdım dönə-dönə, görmədim ancaq, 
Vətən həsrətliydi gözlərim mənim. 


 
 
BƏLKƏ BU YERLƏRƏ 
GÜNYAZ DÄ GƏLƏ 
 
Gəl gedək dağların cənnət qoynuna, 
Daşında göyərək, daşında bitək! 
Sellərin, suların baxıb oynuna, 
Bir az da güneyin qaşında bitək! 
 
Çəkilək göylərə, Günəşə dönək, 
Gündüzlər alışaq, gecələr sönək... 
Bürünüb dumana dağlara enək- 
Bir yalçın qayanın başında bitək! 
 
Gəl qonaq olaq biz çiçəyə, gülə, 
Çiçəklər sevinə, çiçəklər gülə... 
Bəlkə bu yerlərə Günyaz da gələ- 
Bulağın gözünün yaşında bitək! 
 
14 oktyabr 1984 
 
 
GÜNEYLƏR GÜNYAZA  
XOŞ ÜZ GÖSTƏR B 
 
Gəl gedək dağların cənnət qoynuna 
Daşında göyərək, daşında bitək! 
Sellərin, suların baxıb oynuna, 
O yalçın qayanın başında bitək! 
 
Düşəndə düşərik yağışa, qara.. 
Ay bulud dalında göründü para!.. 
Gəl dönək yarpıza, dönək lilpara- 
Bir bulaq gözünün yaşında bitək! 
 
Günəş öz telini dağlara sərib... 
Güneylər Günyaza xoş üz göstərib... 
Gəl gedək bir ovuc kəkotu dərib 
Bir az da o yalın qaşında bitək 
 
17 avqust 1984 
 
 
O MƏN  QOCALDAN, 


QOCALDAR SƏN  
 
Həmişəbaharsan, şair Ələmdar, 
Qorxutmaz nə boran, nə də qar səni! 
Könlündə dil açmış gözəl arzular 
Aparar zirvəyə, ucaldar səni! 
 
Ş
irin qoşmaların düşüb dillərə, 
Söz açar Vurğundan təzə güllərə. 
Çox da bel bağlama şux gözəllərə, 
O məni qocaldan, qocaldar səni. 
 
Ş
axtadan quruyub yemşənin kolu... 
Uzaqdı Günyaza Saralın yolu. 
Xəzər sahilində, Ziloyun oğlu, 
Ceyranın xəngəli sozaldar səni! 
 
dekabr 1975 
 
 
AŞIQ KAMANDARA
22
 
 
Aşıqlar aşığı, Aşıq Kamandar, 
Ş
azın min havası, sözü səndədi! 
Ürəyi oxşayan incə barmaqlar- 
Sənətin ocağı, közü səndədi! 
 
Pozulmaz aşığın eşqi-ilqarı... 
Ə
ridər nəfəsin zirvədə qarı. 
Habilin kamanı, Qurbanın tarı, 
Ustad Ələsgərin özü səndədi! 
 
“Kərəm”in, “Ruhani”n, o “Sarı tel”in 
Ana laylasıdı obanın, elin. 
Ş
irincə ləhcən var, şirincə dilin, 
Nağılın, dastanın yüzü səndədi! 
 
Könlümə yaxındı “Cığalı təcnis”, 
Gəlin tək çox sevir sığalı təcnis, 
Günyazdan gözünü yığalı təcnis, 
Onun da mayası, gözü səndədi! 
 
                                                 
22
 Aşıq Kamandar Əfəndiyev Borçalıdandır. 1950-ci ildən dostluq edirəm. 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə