M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

- Neyləyirsən? - - deyib ona tərəf qaçdım. On üç saylı orta məktəbin 
azərbaycan dili və ədəbiyyatı müəllimi Cümşüd Hacıyevlə Knyaz müəllim Novruz 
axşamı bizə gətirdiyi biryerlik parta idi! 
Partanın cilası hələ düz əməlli qurumamışdı. Ancaq Knyaz müəllim 
sovqatını bayram gününə çatdırmışdı. 
Sevinc üçün o Novruz bayramı bütün bayramlardan vacibi oldu.  ndi də hər 
Novruz axşamı məscidə gedib onun ruhunu şad etmək üçün şam yandırır, yasin 
oxutdurur. — Ömrümdə məni Knyaz əmi kimi sevindirən olmayıb, — deyir. 
Knyaz Osman oğlu bax belə həssas qəlbə malik idi. 
O axşam Cümşüd müəllim də Sevinclə bir az söhbət etdi sonra isə: 
- Hə, indi bildim ki, Knyaz müəllim nəyə görə bu partanı əldə etmək üçün bu 
qədər canyananlıq göstərir. 
Knyaz müəllim Sevincdən soruşdu: 
- Qızım, böyüyəndə hansı sənəti seçmək istəyirsən? 
Sevinc düşünmədən: 
- Vulkanoloq, — dedi. 
- Nə üçün? 
- Onlar axan lavanın üstünə tava qoyub qayğanaq bişirirlər. Knyaz müəllim 
gözü yaşarınca güldü. Sonra isə: 
- Qızım, bütün sənətlər yaxşıdır. Mən istəyirəm ki, sən dağlarda, çollərdə 
olan sənətə yox, evə, ailəyə bağlı peşəyə meyl göstərəsən. 
Bax sənin bu Knyaz əmiyin   bircə ürəyi var, o da xəstədir. Sevinc balası kim olsa, 
ə
misinin ürəyini müalicə edər, - deyib mənim etirazıma baxmayaraq uşağı başı 
üzərinə qaldırdı: 
Uşağı sevməkdən ürəyə heç bir şey olmaz, müəllim, - deyib üzünə xüsusi 
cazibədarlıq verən bığaltı gülüşünü nümayiş etdirdi. Rəhmətliyin sözü uşağa elə bil 
sırğa oldu, həkimliyə meyl etdi. Bu həm də elə Knyaz müəllim yaşda dünyasını 
dəyişmiş anasının istəyi idi. Sevinc deyir: 
- Mən her dəfə xalatı əynimə geyəndə cənnətməkan Knyaz müəllimin 
müqəddəslər kimi nurlu çöhrəsi gözlərim önünə gəlir, elə bil ki: - Bax belə, indi 
işləyə bilərsən, - deyir, - qəbri nurla dolsun! 
Elə o illər idi. Oğlum  lqar solaxaydır. Uşaqlıqda çətinliklə onu sağ əli ilə 
yazmağı öyrətdik. Knyaz müəllim bunu sonradan bildi. Bizdən əməlli-başlı incidi: 
-  ki nəfər ziyalı valideyin təbiətin əksinə gedirsiniz. Bu adamı təbiət belə 
xəlq  edib, niyə yaradıcı, dolandırıcı  qüvvələrin işinə qanşırsınız? Sonralar bir 
nəçə akademikin solaxaylar haqda birgə yazdığı   elmi  məqaləni oxuduqdan sonra 
Knyaz müəllimdə olan intellektə və məntiqə bir daha vurlunluğum artdı. 
Bir gün əhvali-ruhiyyəsi lap yaxşı idi. Ağdam teatrı onun pyesini hazırlayıb 
tamaşa göstərmişdi. Qonorarını alıb gəlmişdi. 
-  stəyirəm bu axşam bağlarınızı isladasınız, - dedi, - amma elə bir yer seçin 
ki, bəlkə bir tikə mən də yeyə bildim. 
- Əlbəttə, belə olan şəraitdə ən münasibi kababxanadır, - dedim, - cəmdək 
gözləriyin qabağında, harasından istəyirsən kəsdirib qoymanqala. 
- Bax buna varam, - dedi, - Borçalı balası yenə bir xal öndə gedir. Məclisin 
ş
irin yerində birdən: 


- Adımdan xoşum gəlmir, məndən nə knyaz? Maaşımla dolanan bir 
məmuram. Adımı indən belə yarıyaşa çatmışam, dəyişəsi deyiləm ki, barı mənə 
uyarlı bir milli ləqəb tapın. Qonaqlıq bax bu lələşin boynuna, - əlin yanağına 
vurdu. Kişinin tələbkar olduğunu bildiyimiz 
üçün fikirləşmək lazım olduğunu bildirdik. Bu məsələdə də rəhmətlik özü bizim 
hamımızı qabaqladı, heç üç gün keçməmişdi yenidən qonaqlıq verdi: 
- Prizi özüm aldım. Elə adım da, ləqəbim də Günyazdır dedi. Çox önəmli   
ad-ləqəb  tapmışdı  rəhmətlik. Əhsən, deyib  hamımız gülüşdük. Rəhmətlik Osman 
Sarıvəlli dedi: - Günyaz sənə yaxşı mənada paxıllığım tutdu. Nə üçün bu adı mən 
yox, sən tapmalı idin? 
Yenidən gülüşdük. Günyaz müəllimin atasının adı da Osman olduğu üçün onların 
arasında doğrudan da bir ata-bala, isti bir münasibət var idi. Osman qağa ona 
“Bizim Günyaz” deyərdi. Yaxşı xatirimdədir, Osman qağa Günyaz rəhmətliyə şer 
də ithaf eləmişdi. O gün o bizdən xahiş elədi ki, indən belə onu Günyaz deyə 
çağıraq. Belə də oldu.  ndi tnən yazılanmda əwələ də qayıtsam bu ad Günyaz kimi 
səslənəcək. 
Günyaz müəllimin şer yazdığını mənə məndən də əvvəl onu tanıyan, onunla 
dostluq edən qardaşım şair Vilayət Rüstəmzadə demişdi. 1976-cı ilin sentyabr ayı 
idi. Hərəmiz bir yanda məzuniyyətdə olmuşduq. Mən zəngsiz, filansız onun iş 
otağına qalxmışdım. Günyaz müəllim Borçalıda istirahət etmişdi. Bağlar qoynunda 
sinəsi dağa dönüb qayıtmışdı. Xüsusi pafosla  
asta-asta təəssüratlarını danışırdı. Gözləmədiyi halda ona: 
- Şerlərinizdən deyin, — dedim. Mənalı-mənalı üzümə baxıb seyfdən bir 
qovluq çıxardı, bir nəçə şer oxudu. Ona telefonla zəng oldu, başı telefona qarışanda 
ş
erin bir nüsxəsini qovluğuma qoydum. Bundan onun xəbəri olmadı. 
Səksəninci illər idi. Mən Günyaz müəllimin şerini aşıq Kamandar 
Ə
fəndiyevə vermişdim. Kamandarın qızı qəbul imtahanlarına gəlmişdi. Qız bizdə 
qalırdı — mən onunla məşğul olurdum. Hər axşam da köhnə “ nturist”ə toplaşıb 
Kamandara qulaq asırdıq. Günyaz müəllimin Kamandarla əvvəldən tanışlığı var 
idi. Odur ki, Kamandarın Bakıda olduğunu bilən kimi: 
- Bu axşam mənsiz getmə, - dedi. 
Getdik. Günyaz müəllim adəti üzrə divanın bir küncünə dirsəklənib əlini üzünə 
qoymuşdu. Mən Kamandara işarə etdim ki, verdiyim şeri ifa etsin. Kamandar 
rəhmətlik şeri xüsusi bir məlahətlə ifa elədi. Günyaz müəllim çaş-baş qalmışdı, heç 
bir şey demədən diqqətlə mənim üzümə baxırdı. Handan-hana: 
- Bizim idarəyə quş da səkmir, yazılarda seyfdə olur, qaqaş, ora məhrəm 
olan sənsən, bu səndən keçib. 
- Cinayətimə görə cəza çəkməyə hazıram, — dedim. Günyaz müəllimdən 
başqa hamı güldü. Bu, Günyaz müəllimin möhür bəndi belə tamamlanan qoşması 
idi: 
 
Həzin-həzin aşıq çalıb oxuya,  
Gözəl görse göz gedərmi yuxuya? 
 Tellərindən dağ havası qoxuya- 
Bəlkə Günyaz dirsəklənib, dincələ. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə