zi qalsa qalandı.
Bir baxışın oduna
Neçə Günyaz qalandı.
I2 avqust l982
DAĞ BAYATILARI
...Güldü dağlar,
Çiçəkdi, güldü dağlar.
Eşitdi Günyaz gəlib
Sevindi, güldü dağlar.
...Dağlar məni,
Səslədi dağlar məni.
Dağından qorxma dağın,
Dağlasa dağlar məni.
...Dağdan gəlir,
El köçüb dağdan gəlir.
Can verir bülbül bağda-
Naləsi dağdan gəlir.
...Çəndi dağlar,
Dumandı, çəndi dağlar.
Günyazı qəmli görüb
Mənə küsəndi dağlar.
...Yandı dağlar,
Yan durub, yandı dağlar.
O, ah çəkən Günyazdı-
Ahından yandı dağlar.
Duman çökdü bu dağa,
Ş
eh damladı budağa.
Uzaq getdin gözümdən-
Gözüm dözməz bu dağa.
Çubuqlu yaylağı, 9 iyul l982
TƏBR Z BAYATILARI
Bizimdi,
Ş
imal, Cənub bizimdi.
Azərbaycan gözlərim-
Giləsi Təbrizimdi.
zimdi,
Düşən izi izimdi.
Təbriz polad ürəyim,
Bükülməyən dizimdi.
Bir izimdir,
Hər cığır bir izimdir.
Aparsa yollar hara
Bir ucu Təbrizimdir.
Bir izdəyəm,
Yüz yolda, bir izdəyəm.
Gəzdiyim cənnət bağı
Elə bil Təbrizdəyəm.
Bizdədi,
Şə
ki, Şirvan bizdədi.
Günyaz özü bu tayda-
Ürəyi Təbrizdədi.
Ara azdı,
Yol uzaq, ara azdı.
Həsrətlilər qovuşdu,
Qovuşmayan Arazdı.
Qaş qara,
Kiprik qara, qaş qara.
Keçmişimdən keçən yol
Keçib gedir Qaşqara.
12 avqust l982
MAHNILAR
KÖNLÜM SƏN ARZULAR
(romans)
Musiqisi: Tofiq Bakıxanovundur
Gözüm səni axtarar, könlüm səni arzular,
Nə gözümdə yuxu var, nə könlümdə bir qərar.
Gizli-gizli anaram, günlərimi sanaram,
Öz oduma yanaram, məni qoydun intizar,
görüşməmiş getdin yar.
Ə
llərini mənə ver, yaxın otur, yaxın gəl,
Tellərini oxşayım, gözlərinə baxım gəl.
Ayrılığı ataq biz, əhdimizə çataq biz,
Ömrü ömrə qataq biz, ulduz olum, axım, gəl,
gözlərinə baxım, gəl.
Gözüm səni axtarar, könlüm səni arzular,
Nə gözümdə yuxu var, nə könlümdə bir qərar.
SƏN BELƏ B LMƏZD M
Musiqisi: Zabitə Məmmədovanındır
Səni belə bilməzdim, səni belə görməzdim,
Dəyişmisən son zaman, dəyişmisən sən yaman.
Vəfasıza, dönüyə, məhəbbəti sönüyə
Bilsəm könül verməzdim, səni belə bilməzdim...
N ə q a r ə t:
Saxlamıram mən səni, saxlamazlar gedəni...
Nə deyirəm, yaxşı yol,
Təki mənsiz yaxşı ol.
Get sevindir, sevindir səni məndən edəni.
Gözüm vardı üzündə, gözüm qaldı gözündə-
Danışmadın, dinmədin, inadından dönmədin...
Nə alışdın, nə yandın, nə unutdun, nə andın-
lqarsızsan sözündə, günahı gör özündə...
N ə q a r ə t:
ŞƏ
HLA GÖZLƏR
Musiqisi: Zabitə Məmmədovanındır
Camalının şöləsində sayrışıb
Şə
hla gözlər xumarlandı, süzüldü.
Baxışınla bütün dünya qarışıb
Birdən-birə məhvərindən üzüldü!
Şə
hla gözlər süzüldü,
Ulduz-ulduz düzüldü.
Bir baxışla bir dünya
Məhvərindən üzüldü!
Gözlərində mərhəmətdən yox əsər,
Niyə belə can almağa tələsər!
Kipriklərin qoşun çəkib sərasər
Sinəm üstə düzüm-düzüm düzüldü!
Şə
hla gözlər süzüldü,
Can qalmadı,üzüldü!
Kipriklərin sinəmə
Düzüm-düzüm düzüldü.
GÖZLƏR N NƏĞMƏS
Musiqisi: Zabitə Məmmədovanındır
Gözlərindən müğayət ol, göz dəyər,
Gözlərinə baxan gözlər çoxalıb!
Günahkardı, bilmək olmaz, tez dəyər-
Nahaq yerə nahaq canlar çox alıb!
N ə q a r ə t:
Qara tellər ətirlənib ay nədən?
Ay üzündə bədirlənib Ay nədən?
Qaşlarında qoşalanıb yay nədən -
Kamandımı kipriyindən ox alıb?
Baxışınla könlüm oda qalandı,
Köz-köz olub köz üstündə qalandı!
Elə bilmə, bu gözəllik qalandı -
Qocaldıqca bir də gördün yox olub!
QAYIT, GÜLÜM!
Musiqisi: Zabitə Məmmədovanındır
stərəm qayıdıb gələsən yenə,
Qayıtsın gəncliyin ötən illəri!
Sevgilim, qayıtsan qayıdar mənə
Ömrümün ömründən itən illəri!
Qayıt, gülüm, qayıt sən,
llər ötür ömürdən.
llər ötür,
llər itir
Ömürdən.
Qayıt gülüm, qayıt sən!
stərəm qayıdıb gələsən yenə,
Ağarmış saçlara düşə təzə dən.
Eşqimiz dillərdə qoşa söylənə:
Sevilək, sevinək, gülüm, təzədən.
Qayıt, qayıt, qayıt, sən,
Saçlarına düşdü dən.
tir illər,
Ötür illər
Ömürdən,
Qayıt, gülüm, qayıt sən!
stərəm qayıdıb gələsən yenə,
Dolansın fəsillər, qoy dolansın il!
Könlümü yeniden açardım sənə,
Hayıf ki, o illər qayıdan deyil!
Qayıt,qayıt, qayıt, sən,
Ş
açlarıma düşdü dən.
tir illər,
Ötür illar
Ömürdən,
Qayıt, gülüm, qayıt sən!
BEŞ K MAHNISI
26
Musiqisi: Zabitə Məmmədovanındır
Zümrüd qızım beşikdədi,
26
Gözəl müğənnimiz Flora Kərimovanın qızına yazılıb
Dostları ilə paylaş: |