M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

1 yanvar 1980 
 
 
 
KÖNLÜMƏ SAZ DÜŞÜB 
 
Könlümə saz düşüb, Aşıq Kamandar, 
Abbasdan söz açıb, Dilqəmdən oxu! 
Ruhumu oxşayan tar-kamanım var, 
Yüz sinə dağlayan bir qəmdən oxu! 
 
De, hanı Ələsgər, de, hanı Alı?! 
Tükənməz Qəribin dərdi, məlalı! 
Barmaqlar vurduqca xal üstə xalı, 
Bir zilə çəkəndə, bir bəmdən oxu. 
 
Günyazın sevgiylə keçir hər dəmi, 
Yaxına qoymayır kədəri, qəmi! 
Məhəbbət odudu “Yanıq Kərəmi”, 
Sən Kərəm əhlisən, Kərəmdən oxu! 
 
3 mart l982 
 
YÜZ GÜNYAZ GEDƏNDƏ
YÜZ GÜNYAZ GƏL R 
 
Üzümə toxundu yazın nəfəsi, 
Qış hələ getməyib, demə, yaz gəlir! 
Obanı bürüyüb çal-çağır səsi, 
Kamandar gəlibsə, demək saz gəlir! 
 
Sinəsi dastanla, təcnislə dolu, 
Sağ olsıın Əmrahın saz tutan qolu! 
Ömrümüz, günümüz “bir karvan yolu”
23
 
Kimə çox görünür, kimə az gəlir... 
 
Gül-çiçək açmadı sağ ilən solum, 
Gül-çiçək qoymazdı sağ ikən solum! 
Günyaz da olanda sağ ikən olum 
Yüz Günyaz gedəndə, yüz Günyaz gəlir... 
 
21 mart l984 
 
                                                 
23
 Səməd Vurğuna işarədir. 
 


 
           
  
Ş
A R ABBAS ABDULLAYA 
GÜNYAZIN CAVABI
24
 
 
AbbasAbdulla. -        Buzda od var, odda buz var, Günyazım! 
Arana bax, sazağı gör, sazağı.  
Heç bilmirəm nə yazmışam, nə yazım?!  
Yaxına bax, uzağı gör, uzağı. 
 
G ü n y a z. -   Nə oddan qorx, nə buzdan qorx dünyada,  
Borandan keç, sazağa get, sazağa.  
Dünənini sən gətirmə heç yada,  
Bugünündən uzağa get, uzağa. 
 
Abbas  Abdulla    -    Əsib keçər bu dünyanın küləyi, 
Gözdə qalar çoxlarının diləyi.  
Od tutanda maralların ürəyi  
Bulağa bax, duzağı gör, duzağı. 
 
G ü n y a z    -  Əlçatmazdı maralların sürəyi,  
Niyə yanmır şairlərin ürəyi!  
Ş
evçenkoya söykəyibsən kürəyi,  
Cabirə de: duzağa get, duzağa. 
 
Abbas Abdulla     -    Bəlkə azdı, bəlkə çoxdu nöqsanım, 
Dərdim boldu, kəsilibdi amanım.  
Öz oduma qoy alışım, qoy yanım,  
Qaraya bax, düz ağı gör, düz ağı. 
 
G ü n y a z   -  Səbirli ol, kəsilməsin amanın,  
Qiymətin bil, yaxşı ilə yamanın.  
Mürvətsizdi, amanı yox zamanın,  
Qaraya bax, düz ağa get, düz ağa. 
 
Abbas Abdulla      -    Dostyanında şirinləşər boyatım, 
Bundan sonra çox çətin ki, boy atım!   
Xoşna gəlsə bircə qoşmam, bayatım  
Borçalını, Qazağı gör, Qazağı. 
 
 
 
G ü n y a z— Çox şirindi dost yanında boyatın,  
                                                 
24
 A.AbdulIa mənə göndərdiyi məktubunda beş bəndlik qoşma yazmışdı. Mən də bənd-bənd cavab verdim

 


Xoşa gəlir qoşmaların, bayatın.  
Tumarlıdı, yəhərlidi bəy atın – 
Borçalıdan Qazağı get, Qazağı. 
 
Abbas Abdulla     -    Dost olana dost bağışlar günahı! 
Dinlə məni budu sözün gütahı:  
Abbas özü günahsızlar pənahı,  
Zalıma bax, yazığı gör, yazığı. 
 
G ü n y a z   -  Qorxun yoxmuş evindəki gəlindən,  
Marfuşalar zara gəlib əlindən!  
Günyaz kimi, ağrı tutsa belindən  
Qış Kiyevə, yaz dağa get, yaz dağa. 
 
10 dekabr l980 
 
 
AZƏROĞLUYA
25
 
 
Eheyy!.. 
Cənubun və Şimalın yanar oğlu, 
fanar oğlu 
Azəroğlu! 
Yan! 
Yanmalısan 
Hikmətin oğlu Nazim kimi, 
və... 
bizim kimi! 
Yaşa! 
Yaşama 
Cənubdan Şimala sürgün kimi! 
Yan! 
Alovlan 
qaranlıqları işıqladana kimi! 
Evindəki 
və bizim qəlbimizdəki 
Gülgün kimi! 
Başımız üzərindəki Gün kimi, 
Mədinə Gülgün kimi! 
 
iyun 1978 
 
 
 
                                                 
25
 Xəstəxanada Azəroğlu ilə bir palatada yatırdım. Yeni kitabı çıxmışdı. Oxudum və həmın şeri ona həsr etdim

 


  
 
BAYATILAR 
 
...Bal alar, 
Arı güldən bal alar. 
Bəxtim elə gətirib 
Sinəmdə dərd balalar. 
 
...Qar alar, 
Çovğun gələr qar alar. 
Dərdlə elə canbirik 
Təkcə məni qaralar. 
 
...Sarıtel, 
Yarama sən sarı tel. 
Sazı çıxart köynəkdən, 
Çal-çağır sən “Sarıtel”. 
 
...Göy nədi,  
Yaşıl nədi, göy nədi? 
Məni gördün uzaqdan, 
Köhnə yaran göynədi. 
 
...Gəlindi, 
Nişanlılar gəlindi. 
Günyaz köçdü dünyadan- 
Ağlamağa gəl indi. 
 
avqust 1976 
 
* * * 
 
Şə
hərindən Kür axar, 
Sakit gələr, gur axar! 
Könlüm elə dolubdu- 
Gözyaşımdan Kür axar! 
 
Axan Kürdü, ay gözəl, 
Yaman kürdü, ay gözəl! 
Gözyaşımı sən silmə, 
Coşar kürdü, ay gözəl! 
 
* * * 
 


Gül üstə gül bitər, gülüm, 
Könlüm səni istər gülüm! 
Dünya mənə zülmət gecə, 
Gül üzünü göstər, gülüm! 
 
Həftəm ilə döndü, gözəl, 
Bəxtim belə döndü, gözəl! 
Silənim yox gözyaşımı, 
Axıb selə döndü, gözəl! 
 
 
KÖVRƏK BAYATILAR 
 
Qəmli gözlər, 
Qəm çəkən qəmli gözlər, 
Qəmsizə yol ver getsin- 
Qəmlini qəmli gözlər. 
 
Qəm ağlar, 
Qəmi çəkən qəm ağlar. 
Quruyubdu gözyaşım- 
Ürək sızlar, qəm ağlar. 
 
O yana, 
Mən alışam, o yana! 
Yar baş qoyub dizimə, 
Necə qıyım oyana? 
 
O yanar, 
Mən alışam o yanar. 
Üzün gülsə üzümə- 
Yatmış bəxtim oyanar. 
 
 
O yandı, 
O tərəfdi, o yandı. 
Dərdlə birgə tutuşduq- 
Mən ahşdım, o yandı. 
 
Dağlıdı, 
Dağdan enib dağlıdı, 
Dərdimi gəl açma sən- 
Sinəm çarpaz dağlıdı. 
 
Qalandı, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə