M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

Malikə qoşulub 
 
Uzaqdan-uzağa seyrinə daldım- 
Dumanlı göründü qaşı dağların!... 
Qəlbini oxşadım, könlünü aldım- 
Fikirdən ağarıb başı dağların!... 
 
Cığırlar dolanıb belədən-belə, 
Ceyranlar, cüyürlər axışıb gölə... 
Elə bil qarışıb yağışa, selə 
Həsrətdən gözünün yaşı dağların!... 
 
Getməsəm, inciyər, küsər Günyazdan, 
Meylini, mehrini kəsər Günyazdan, 
Qoynunda saxlamaz əsər Günyazdan 
Torpağı dağların, daşı dağların. 
 
Bilgəh, 5 sentyabr 1985 
 
 
KÖPƏY OĞLU 
 
Bir qarış boyun var - “dam dolu toyun”, 
Lap səysən, səy oğlu səy köpəy oğlu! 
Gorbagor dədənə çəkib bir suyun, 
Nökərdən törəyən “bəy” köpəy oğlu! 
 
Vəzifə veriblər özündən ağır, 
Üzündən-gözündən zəhrimar yağır. 
Gədələr eyləyib belini yağır, 
Bu ada, bu sana dəy köpəy oğlu! 
 
Qanmadın, əllini ötübdür yaşın, 
Kabinet, katibə, qapımda maşın! 
Görüm yerə girsin o kələm başın, 
Hər yoldan ötənə əy, köpəy oğlu! 
 
Tülküdən tülküsən, çaqqaldan çaqqal, 
Nə cavan qanırsan, nə də ağsaqqal! 
Bir dayın pulagir, bir dayın baqqal, 
Biri də satmırmı göy, köpəy oğlu! 
 
Günyazam, el bilir qanım təmizdir, 
Ə
cdadım, həm adım-sanım təmizdir! 
Sənin ürəyindən yanım təmizdir- 


ndi get döşünə döy, köpəy oğlu! 
 
 
MÜBARƏ
 
Qohumun, qardaşın ağzında dili, 
Hamının istəyi, gözüsən gəlin. 
Mübarək-ömrüyün bu otuz ili. 
Saralın ocağı, közüsən, gəlin 
 
Gəlinlər gəlini-həmişə cavan, 
Yaxşı bax, ocaqda ötməsin tavan. 
skəndər gedəli qalmışıq yavan- 
Qonaqcıl Banının özüsən, gəlin. 
 
Neynirəm kababı, kartofu, əti, 
Yediyim xəngəldi-sinidə gəti... 
Günyazın, Aydının ağız ləzzəti, 
Ə
ləmdar şerinin sözüsən, gəlin. 
 
24 aprel l978 
 
 
AZDIRAYDI 
DÜMAN MƏN  
 
Dərdsiz, qəmsiz yaşayardım dünyada, 
Kədərimlə qoşa böldün tən məni. 
Məhəbbəti gətiməzdim heç yada, 
Bu yollara salmadınmı sən məni? 
 
Bulud kimi bu dağları keçəydim, 
Zirvələrdə bir qayam seçəydim. 
Bulaqları udum-udum içəydim, 
Azdıraydı duman məni, çən məni. 
 
Gah bu yolda, gah o yolda bitəydim, 
Çiçəklərin arasında itəydim... 
Ay Günyazım, murazıma yetəydim 
Heç gəzməzdim bu dünyada mən məni. 
 
25 may l977 
 
 
SÖHRAB TAH RƏ 


 
Ayrılıq üstündə köklənib sazım, 
Bəmində həsrət var, zilində həsrət. 
stədim Araza bir şer yazım, 
Suyunda həsrət var, lilində həsrət. 
 
Mən geri çəkildim-düşmən öyündü, 
Cəlladlar elində toydu, düyündü... 
Bu necə ömürdü, bu necə gündü: 
Ayında həsrət var, ilində həsrət?... 
 
Günyazım, qocadır tarixdə yaşın, 
Təbriz göz bəbəyin, Araz göz yaşın. 
Tomrisin yurdunda-torpağın, daşın 
Qəlbində həsrət var, dilində həsrət... 
 
29 iyun l985 
 
 
 
MOLLA PƏNAHA 
 
“Bayram oldu heç bilmirəm neyləyim?” 
Su çoxdan kəsilib, heç qaz da yoxdu! 
Düyüsü cəhənnəm, ətdən nə deyim?! 
Tükünü yolmağa heç qaz da yoxdu! 
 
 
Açılmır arvadın qaşı, qabağı- 
Nə plov bişirib, nə şorqoğalı! 
Qəhətdi allahın “axta zoğalı!- 
Çay ilən içməyə bir az da yoxdu! 
 
Ş
orumuz tükənib, qalmışıq yaban, 
Tükəndə satılır donuzla qaban!,.. 
Xalq çalır havaxtdı zurna-balaban- 
Günyazın dəfninə heç caz da yoxdu 
 
1983 
 
 
GÖRMÜŞƏ
 
Çoxları dəm vurub qeyrət sözündən, 
Nədənsə qeyrəti atan görmüşəm. 


Millətin çörəyi gəlib gözündən – 
Vətəni havayı satan görmüşəm. 
 
Varsa süfrəsində halal çörəyi, 
gidin xalçaya gəlməz kürəyi. 
Nadanı, nacinsi, cılızürəyi, 
Özgə kölgəsində yatan görmüşəm. 
 
Ucalmaq istəsən elin gözündə, 
Elin qeyrətini yaşat özündə. 
Günyaz, nə hikmət var qeyrət sözündə - 
Eşidən qulağı batan görmüşəm. 
 
13 fevral 1976 
 
 
ARASINDA 
 
Anan yaratmayıb torpaqdan, daşdan, 
Bir zərif məxluqsan binadan, başdan. 
Ötür ay, itir il ömürdən, yaşdan, 
Yaşaram ay ilə il arasında. 
 
Yarıdın, yarı sən oğuldan, qızdan, 
Gəlsin soraqları Aydan, ulduzdan! 
Eşqin alovdandır, ürəyin buzdan – 
Qalmışam od ilə sel arasında. 
 
Qara qaş altından bir cüt qara göz, 
Baxdıqca od yaxar sinəmə köz-köz! 
Eşitmək istərəm bir şirincə söz – 
Saxlarsan diş ilə dil arasında. 
 
23 iyul l972 
 
* * * 
 
stərəm qayıdıb gələsən yenə, 
Qayıtsın gəncliyin ötən illəri! 
Qayıt sən! Qayıtsan qayıdar mənə 
Ömrümün ömürdən itən illəri! 
 
stərəm qayıdıb gələsən bir də 
Dolansın fəsillər, qoy dolansın il! 
Ya ölüm, ya olum sən olan yerdə, 


Sənsiz keçən ömür - ömürdən deyil! 
 
 
HAVALANIBDIR 
 
Gözəl dost, gözümə soxma qeyrəti, 
Vətəni, milləti, xalqı, şöhrəti. 
nsanın torpaqcan varmı qiyməti? 
Kim satıb, kim alıb, kim aldanıbdır? 
 
Dünyada görmədim bir can sirdaşı, 
Bir ömür həmdəmi, ömür yoldaşı. 
Sevənlər sevirlər zəri, daş-qaşı, 
Məhəbbət soğan tək bahalanıbdır!. 
 
Mərifət, mərhəmət qalmayıb daha, 
Dostluğun “astarı üzündən baha”, 
Adamlıq dediyin qalıb Allaha, 
Allah da Günyaz tək havalanıbdır! 
 
9iyun 1974 
 
 
MÜXƏMMƏ
 
Ay həkim, ağrın alım, 
Gətirib cana ürək! 
Özüm də istəyirəm 
Alışıb yana ürək. 
Salacaq mən yazığı 
Olmazın qana ürək. 
Gah sürür doğru yola, 
Gah çəkir yana ürək. 
Ay həkim, ağrın alım, 
Gətirib cana ürək. 
 
Eyləyib axşam-sabah 
Günümü qara ürək, 
Bilmirəm bu gedişlə 
Üz tutub hara ürək! 
Gah mənə naz satır o, 
Gah çəkir dara ürək. 
Ay həkim, ürəyimi 
Eyləyib yara ürək. 
Bir üzü qıpqırmızı, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə