M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

Batmasın əllərin qana qanımdan!.. 
Torpaq öz barını alar canımdan- 
Budaqlar çiçəkdən bar alan kimi! 
 
Fələklər pis günə nə yaman qaldı, 
Dünyanı gözümdən nə yaman saldı!.. 
Bir ömür vermişdi, nə yaman aldı – 
Günyazı Günyazdan yar alan kimi! 
 
20 may l983 
 
 
ÖLÜMÜN H MN  
 
Sevinci kədərə, qəmə vermişəm, 
Özümdən özümə, özüm qalmışam! 
Ömrümü bir ömrükəmə vermişəm, 
Özümdən özümü, özüm almışam! 
 
Dünyanın verdiyi - bir quru nəfəs, 
Dünyaya borcluyam - bir quru qəfəs. 
Dünyanın sevgisi - bir quru həvəs, 
Dünyanı gözümdən özüm salmışam! 
 
Yaxasız köynəkmi geyibsən, Günyaz?! 
Geyibsən soyunma, heyifsən, Günyaz! 
Günyaza nə gözəl deyibsən, Günyaz: 
Ayrılıq sazım özüm çalmışam! 
 
13 iyun l983 
 
 
SARALMIŞDI GÜNYAZ 
K M  GÜLÜM, YAR 
 
ki aydı yatağımda yatdığım, 
Iki aydı ağır düşüb yastığım! 
Ay şəklini ürəyimdən asdığım, 
Yadlar kimi yaramadın yarama, 
Sən də məni aramadın, arama! 
 
Kabab kimi alışmışdım köz üstə, 
Alışandan bir qoşmalıq söz istə! 
Ağ saçlarım dağılmışdı göz üstə – 
Oz əlinlə daramadın, darama, 


Sən də məni aramadın, arama! 
 
Saralmışdı Günyaz kimi gülüm, yar, 
Istəmirdim ağlayım, yar, gülüm, yar! 
Demədinmi ayrılıq var, ölüm var- 
Yadlar kimi yaramadın yarama, 
Sən də məni aramadın, arama! 
 
14 mart 1984 
 
 
YOLLARA BAXMAQDAN 
GÖZÜM QARALIB 
 
kinci dəfəydi ölümümlə mən 
Görüşüb, öpüşüb, ayrıldım, gülüm! 
Dünyaya qaytardı məni yenidən- 
Yenidən səninlə ağlayım, gülüm... 
 
Arabir könlümü anmadın niyə? 
Məni öz bimarın sanmadın niyə?
21
 
Yanmışdım, oduma yanmadın niyə? 
Yanmadın qarışa külünə, gülüm! 
 
Yollara baxmaqdan gözüm qaralıb, 
O yollar çən idi, duman, qar alıb!.. 
Ay Günyaz, gül üzüm solub saralıb, 
Bu dərddən, bu qəmdən ölmədim, ölüm. 
 
Mərdəkan, 14 aprel 1984 
 
 
  
BELƏ DÜNYA 
 
Aşıq olan kama yetməz, 
Abi-kövsər cama yetməz. 
Harayma səma yetməz, 
Belə getməz, belə dünya! 
 
Dərd-bəladır başdan-başa, 
Baxmaz gözdən axan yaşa. 
                                                 
21
 Füzuliyə işarədir. 
 


Heyfi gəlməz, ömrə, yaşa, 
Dönsün daşa belə dünya! 
 
Bilməsə də nağıl səni, 
Günyaz gördü mağıl səni, 
Dərk etmirsə ağıl səni, 
Dağıl səni, belə dünya! 
 
15 avqust 1972 
 
 
 
 
SÖZ DEMƏY N 
SINAR KÖNLÜM 
 
Gah şam olub şölə salar, 
Gah alışar, yanar könlüm. 
Alovunu dostlan alar – 
Dost yolunda fanar könlüm! 
 
Dost qəmini dərd bilməyi, 
Sevinc verib, dərd bilməyi. 
Mərd yaşayıb, mərd ölməyi, 
Özünə borc sanar könlüm! 
 
Ay Günyazım, verməz aman, 
Peşman eylər səni zaman! 
Kövrəlmişəm yenə yaman, 
Söz deməyin sınar könlüm! 
 
dekabr 1975 
 
 
HEÇ GÜLMƏZƏ
AĞLAR K M  
 
Kimsəsizəm, bir kimsəm yox, 
Heç gülməzəm ağlar kimi! 
Mən olmasam - kipriyi ox 
Heç bilməzəm ağlar kimi! 
 
Ürəyimdə hər istəyim, 
Bu dünyada qalar nəyim? 
Nə gülüm var, nə çiçəyim, 


Xəzan vurmuş bağlar kimi. 
 
Ömür keçər aram-aram, 
Ay Günyazım, yenə varam! 
Neçə dərdim, neçə yaram 
Sıralanıb dağlar kimi. 
 
30 oktyabr 1976 
 
 
Ə
LL  ÖTDÜ, 
YÜZDƏN OLDUQ 
 
Alışmadı eşqin odu, 
Oddan olduq, közdən olduq. 
sinmədik istisinə - 
Tüstüsündə gözdən olduq. 
 
Aranmadıq ildən-ilə, 
Aranmarıq innən belə! 
Ə
cəb düşdük qərib elə, 
Sazdan olduq, sözdən olduq. 
 
Soruş hanı oymağımız? 
Qaldı yaza doymağımız! 
Aranda yox qaymağımız!, 
Dağ yerində üzdən olduq. 
 
Yaxşılardan yaman aldıq, 
Yaman günə yaman qaldıq! 
Dəryalara cığır saldıq, 
Dərə-təpə, düzdən olduq. 
 
Bu yanlara gələn gündən, 
O yanlar da küsdü məndən! 
Ay Günyazım, hayıf səndən - 
Ə
lli ötdü, yüzdən olduq. 
 
18 fevral l977 
 
 
GÖRƏN DÜNYA 
NEYNƏYƏRD  
 
Canım oda qalanmazdı, 


Canımda can olmasaydı! 
Məni məndən alammazdı, 
Qaşı kaman olmasaydı! 
 
Könlüm ayrı dolanmazdı, 
Yaralarım sulanmazdı, 
Axar sular bulanmazdı 
Gözyaşım qan olmasaydı! 
 
Niyə açdın köhnə dərdi, 
Kimin olsa göynəyərdi. 
Görən dünya neynəyərdi 
Ə
gər Günyaz olmasaydı? 
 
aprel 1977 
 
 
OLMUŞLARI ANIRSANMI 
 
Alışıbsan, yanırsanmı? 
Yanma, Günyaz, yanmaq olmaz! 
Olmuşları anırsanmı? 
Anma, Günyaz, anmaq olmaz! 
 
 
Ötən ötdü, keçən keçdi, 
Taleh özü səni seçdi! 
Bu gün olan sabah heçdi, 
Qanma, Günyaz, qanmaq olmaz! 
 
Necə olub sən qalıbsan? 
Yanar cana od salıbsan! 
Deyən daha qocalıbsan, 
Danma, Günyaz, danmaq olmaz! 
 
1 iyun l978 
 
 
HARA GETD M, 
HARA BAXDIM 
 
Azalmadı dərdi-sərim, 
Yaram üstə yara gördüm. 
Yolmu çəkir kor gözlərim? 
Tuşlanıbdı yara gördüm! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə