M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

SÖZÜN DÜZÜ ZARAFATDA 
 
Söylədiniz qaramıza, 
Duz səpdiniz yaramıza. 
Hey girdiniz aramıza 
Sərin düşüb sərinəndi. 
 
Çox sevirdik bir-birmizi, 
Ayırmadı tanrı bizi... 
Qəlb üstünə qəlbin izi 
Dərin düşüb dərinnəndi. 
 
stəmədik bir kəs bilə, 
Sirrimizi saldız dilə! 
Özü gəldi Günyazgilə 
Gəlin düşüb gəlinnəndi! 
 
31 avqust l983 
 
 
DED M, DED  
 
Dedim: gözəl, qiyamətsən! 
Dedi: Günyaz, yalanmı var? 
Dedim: varıb ərə getsən? 
Dedi: hanı alanmı var? 
 
Dedim: boyun nə gözəldi! 
Dedi: bunnan iş düzəldi? 
Dedim, sizə elçi gəldi... 
Dedi: andır qalanmı var? 
 
Dedim: ay qız, bu nə nazdı? 
Dedi: deyən kefin sazdı? 
Dedim: bircə busə azdı, 
Dedi: bəsdi, talanmı var?.. 
 
23 avqust 1976 
 
 
ANA TORPAĞIN DƏRD  
 
Yaralanıb iki yana bölündüm, 
Böyük param o tərəfdi, o yandı! 
Paralanıb iki cana bölündüm, 


Bəxtimə bax: bu alışdı, o, yandı! 
 
Böyütmüşəm, yaşatmışam hər kimi, 
At oynatdı, qılınc çaldı ər kimi! 
Düşmənlərim hücum çəkdi nər kimi, 
Gələn-gələn öz qanına boyandı! 
 
Nəsillərim bəs eylərdi, bəs gəldi, 
Nəs illərim bir-birindən nəs gəldi!.. 
Oğuz Günyaz, qulağıma səs gəldi: 
Tomrisimmi, Babəkimmi oyandı?! 
 
I2 aprel 1983 
 
 
STƏ VER M 
SAĞ GÖZÜMÜ 
 
Hayıf səndən, hayıf, gözəl, 
Hayıf, özgə sonasısan! 
Kim inanar özün kimi 
Bir gözəlin anasısan! 
 
Belə zərif, belə incə, 
Yarın deyil ürəyincə! 
Mənsiz məni diləyincə 
Eşq oduna yanasısan! 
 
Ürəkdə yox dağ dözümü, 
stə verim sağ gözümü! 
Mən Günyazam, haqq sözümü 
Ə
vvəl-axır anasısan! 
 
May 1979 
 
 
ETÜD 
 
Bu yer həmən-həməndi, 
Gülü çəmən-çəməndi. 
Gecələr Ay soyunub 
Sularında çiməndi. 
 
Bu yer həmən-həməndi, 
Çölü həmən çəməndi. 


Sehirlədi Günyazı 
Gözəlliyin kəməndi. 
 
Bu yer həmən-həməndi, 
Buludları əməndi. 
Duman olub bu yerin 
Ş
imşək gözlü səməndi. 
 
Bu yer həmən-həməndi, 
Dörd yanı yasəməndi. 
Bu çəməndə qoşulub 
lk qoşmanın ilk bəndi. 
 
23 may l983 
 
* * * 
 
Alışarsan, ey nazəndə, bu nazi ilən sən, 
Gər tutuşsan eşq oduna Günyaz ilən sən! 
Cəhd eyləmə eyləyəsən mənə nazı çox, 
Kül eylərsən dünyamızı bir az ilən sən! 
Bir könüldən min könülə könül vurulub, 
Al könlümü könül ilən, muraz ilən sən. 
Gəlib dəmi, dağıt qəmi, ey gül, sərməstəm, 
Dindir məni söhbət ilən, saz ilən sən. 
Məhəbbətin bir dəryadı, hər damlası eşq – 
Qərq olaq gəl,  Kür ilən mən, Araz ilən sən! 
 
I7 avqust l982 
 
 
CƏVAH R N 
EV-EŞ Y  ŞEN OLSUN
14
 
 
Aşıq  Aydın, telli sazı sən dindir, 
Gül-çiçəkli bir oylaqdan danışaq. 
Pəmbəhlidə qarış-qarış dolanıb – 
Gəzdiyimiz o yaylaqdan danışaq. 
 
Ə
zəl başdan söhbət açaq Saraldan, 
Bir baxışda vurulduğum maraldan, 
Mahalların gözü olan mahaldan, 
                                                 
14
 Aşıq Aydın həmin yerlərdə gəzdiyindən danışdı, demə, bir toya dəvət ediblərmiş, mənidə xatalayıblar... 
 


Həm Ayrımdan, həm Maymaqdan danışaq. 
 
Lütvü bacı unutmasm bizləri, 
Qoy Ceyranın ağrımasnı dizləri!.. 
Banıgilin yol çəkməsin gözləri – 
Cacur kimi bir oymaqdan danışaq. 
 
Çubuqludan Qırxbulağa keçək biz, 
Düzlü-duzsuz çeşməsindən içək biz. 
Qaraların yurd yerinə köçək biz – 
Süd-qatıqdan, bal-qaymaqdan danışaq. 
 
Cevahirin ev-eşiyi şen ola, 
Kim istəməz bir quzusu min ola! 
Ürəyimiz onun kimi gen ola – 
Bişirdiyi tər quymaqdan danışaq. 
 
Dilarənin xoş üzünü ağ görüm, 
Mahmudun da cancığazın sağ görüm! 
Xozeyinin kef-damağın çağ görüm, 
Çəkdirdiyi buz bulaqdan danışaq. 
 
Haramıda gözəl idi ab-hava, 
Kərəm bizi yaman tutdu kababa!.. 
Özü yedi, özü yetdi savaba – 
Aşırdığı bir oğlaqdan danışaq. 
 
Qapımzda qonaq-qara çox olsun, 
Yeyib-içib, təki hamı tox olsun! 
Ay Günyazım, pis gözlərə ox olsun, 
Kəkotudan, quzqulaqdan danışaq. 
 
sentyabr 1975 
 
 
B R GÖZƏL N SIĞAL 
ÇƏK M TEL NƏ 
 
Yay gəldimi bir yaylaqda olasan, 
Narın-narın yağış yağa, çən gələ... 
Kəkotunu gül qarışıq yolasan, 
Kef çəkməkdə yar-yoldaşın tən gələ. 
 
Dolça qırmaz bulaqların buzunu, 
Yedizdirər sənə əmlik quzunu... 


Bozartmanın kəm eləmə duzunu, 
Baxan varmı heç qaşığa, çəngələ... 
 
Öyrənərsən ovçuluğun çəmini, 
Hürküdərsən kəkliklərin cəmini... 
Unutdura bu dünyanın qəmini, 
Gecələrin gündüzündən şən gələ... 
 
Bir gözəlin sığal çəkib telinə, 
Gül-çiçəkdən kəmər bağla belinə, 
Yolun düşsə obasına, elinə, 
Qonaq edə bir kündəlik xəngələ. 
 
Həzin-həzin aşıq çalıb oxuya, 
Gözəl görsə göz gedərmi yuxuya... 
Tellərindən dağ havası qoxuya, 
Bəlkə Günyaz dirsəklənib dincələ... 
 
15 avqust 1976 
 
 
GÖRƏSƏN HARDADI 
GÜNYAZIN ÖZÜ 
 
Hanı bu dağların yarpızı, gülü? 
Laləsi, nərgizi saralıb yenə! 
Bir yanda bənövşə - boynu bükülü, 
Bir yanda qönçəni xar alıb yenə! 
 
Ayağım altında sıldırım qaya, 
Harayım yetməyir ulduza, aya! 
Xəyalım əriyib qarışır çaya – 
Tərlan oylağını sar alıb yenə! 
 
Burda bulaqların tutulub gözü, 
Yanan ocaqların qaralıb közü. 
Görəsən hardadı Günyazın özü, 
Gəzdiyi yerləri qar alıb yenə. 
 
Moskva, 17 sentyabr 1976 
 
 
BAĞRIM OLUR 
ÇEŞMƏ-ÇEŞMƏ 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə