M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
BAŞINA DÖNDÜYÜM 
 
Başına döndüyüm, a dilbər gözəl! 
Sən bizim tərəfə xoş, səfa gəldin. 
Endirib saymazdın bizləri əzəl – 
Olmuya, bu günlər insafa gəldin! 
 
Sanmışdım özümü, çox bəxtiyaram, 
Çəkdiyin dağları tez unudaram. 
Yenə səni gördüm açıldı yaram, 
Həm qubar gətirdin, həm şəfa gəldin! 
 
Düşməsin yasdığa kimsə qəmindən, 
Yüz Günyaz sağalar xoş qədəmindən! 
Gözəlsən, mələksən, neyləyim ki, mən 
Bu dünya mülkünə bivəfa gəldin! 
 
 
AY  NSAFSIZ 
 
Ay insafsız, səndən ayrı düşəli 
Daha məndə səbri-qərar qalmayıb. 
Yalvarmışam, yaxarmışam fələyə 
Sən gəlməmiş cam məndən almayıb. 
 
Doğulduğun torpağa da getmişəm, 
Kəbə bilib çox ziyarət etmişəm. 
Xəyalınla vüsalına yetmişəm, 
Belə vüsal heç Məcnunda olmayıb. 
 
Ürəyində çoxdu sözü Günyazın, 
Deyə bilmir sənə özü Günyazın. 
Bir cüt nara düşüb gözti Günyazın, 
Ə
sirgəmə nə qədər ki, solmayıb. 
 
25 iyul l972 
 
 
B R GÖZƏL GÖRMÜŞƏ
 
Bir gözəl görmüşəm qonşu mahalda: 
Sarışın telləri üzə düşübdü... 
Sanasan mələkdi belə camalda 
Allahın yanından təzə düşübdü! 


 
Xəbərdar eyləyin o qələmqaşı, 
Mən də hal əhliyəm, deyiləm naşı! 
Bir ürkək ceyrandı, cavandı yaşı, 
Ovçu bərəsindən düzə düşübdü. 
 
Qocanı cavandan seçməyir hələ, 
Özgə bir ocağa köçməyir hələ. 
Ürək beləsindən keçməyir hələ- 
Nəzakət xətrinə üzə düşübdü. 
 
Mən oldum bu elin qoca qonağı, 
Tutarlar ucadan uca qonağı! 
stədi dindirə, quca qonağı, 
Gördü bizim arvad izə düşübdü! 
 
Ay Günyaz, könlünü agah eylə sən, 
Nə fəqan eylə sən, nə ah eylə sən! 
Arabir bu yolda günah eylə sən, 
Kərəm kimi yanmaq bizə düşübdü! 
 
avqust 1975 
 
 
GÖZLƏR N 
 
Qorxuram, gözəlim, dönüb şimşəyə 
Mənim gözlərimdə çaxar gözlərin! 
Demirsən, yazığı gəlməz kimsəyə 
Dünyanı odlara yaxar gözlərin! 
 
Dodaqlar məhəbbət dolu piyalə, 
Bir yanı qızılgül, bir yanı lalə. 
Hərdən bulaq olub, hərdən şəlalə 
Gözündən gözümə axar gözlərin. 
 
Xalların yanaqda yan-yana düşüb, 
Qaşların kamanı al qana düşüb. 
Tellərin Günyazdan o yana düşüb, 
Bəs nədən Günyaza baxar gözlərin?! 
 
17 dekabr 1975 
 
          
  
QAYITMAZ DAHA 


 
Meylini daş-qaşa salandan bəri, 
Düşmədik yadına heç bizlər sənin! 
Sənə könül açdı nadanın biri, 
Elə bil deyildi o gözlər sənin! 
 
Qayıtmaz gəncliyin, qayıtmaz daha, 
Baxmadın naləmə, baxmadın aha... 
Hələ cavan ikən batdın günaha 
Yumaz günahını dənizlər sənin. 
 
Günyazın gözündə qurumadı yaş... 
Yanmadın halına, ay ürəyi daş. 
Səni belə gündə görməyəydi kaş, 
ndi xanımındı kənizlər sənin! 
 
5 yanvar 1976 
 
 
K  TEL AYRILIB 
 
ki tel ayrılıb qulağın üstə, 
Altındakı bir cüt tənə yaraşır. 
Biri də qıvrılıb buxağın üstə, 
Qulacı dağılıb, yenə yaraşır. 
 
Səndəki dodaqlar gülün ləçəyi, 
Rəngi də, ətri də bir yaz çiçəyi! 
Gəl söndür busənlə yanan ürəyi, 
Gözəlsən, bu savab sənə yaraşır. 
 
Çox görüb, çox çəkib Günyaz cəfanı, 
Neynəyir dünyada sənsiz səfanı! 
Unuda bilmirəm gözəl Vəfam, 
Vəfadan hər cəfa mənə yaraşır! 
 
15 yanvar 1976 
 
 
 
 
GÜLDODAQLAR 
 
Gül nəfəsli güldodağın hər biri 
Qızılgülün ləçəyidi təzə-tər. 
Pıçıldadı: sökülməmiş dan yeri 
Ş
eh çilənmiş tər çiçəyi təzə dər! 


 
Dedim: Bəxtim gözlərinin qarası, 
Sinəmdədir son baxışm yarası. 
Aynlıqdı qaşla gözün arası – 
Vüsal olsa məhəbbəti təzələr. 
 
Gülüb dedi: ay Günyazım, yatmısan, 
Günah edib yarıyaşa çatmısan. 
Məhəbbəti məhəbbətə qatmısan – 
Ağlı olan səvab işi tez elər. 
 
25 yanvar 1976 
 
 
Ə
T RTELƏ DÜŞÜBDÜ 
 
Çox cavansan, ayıq dolan, min göz var, 
Gözəlliyin təzə dilə düşübdü. 
Yaradanın qüdrətinə nə söz var? 
Bal-dodağa, məzə dilə düşübdü! 
 
Al yatıağm qızılgülü andmr, 
Alagözün bir baxışda yandırır! 
Kipriklərin nə qıvrılıb yan durur? 
Sürmə - qaşa, ətir -telə düşübdü. 
 
Hər çiçəyin öz rəngi var, öz adı, 
Hər meyvənin öz ətri var, öz dadı. 
Demə Günyaz əldən düşüb, qocadı – 
Ş
air gözü incə belə düşübdü. 
 
23 iyun 1976 
 
 
 
UCA DAĞ BAŞINA 
QAR DÜŞƏ
 
Soruşma saçımın ağı nədəndi: 
Uca dağ başına qar düşər, gözəl. 
Birinin bəxtinə - dünyanın dərdi, 
Birinə sənin tək yar düşər, gözəl! 
 
Baxışın kəsilib qəsdimə yağı, 
Çəkmirmi sinəmə dağ üstə dağı! 
Qoynunda behiştin ətirli bağı – 


stəsən bizə də bar düşər, gözəl. 
 
Günyaz yaxşı seçir ağı qaradan: 
Xoş gündə yaradıb səni yaradan. 
Götürüb qaçardım billah aradan – 
Qorxuram dünyaya car düşər, gözəl!
10
 
 
1976 
 
 
B R  YÜZDƏ YAXŞIDI 
 
Üzün gülür, üzügülər, yaxın gəl, 
Zərif gülüş zərif üzdə yaxşıdı! 
Sərv boyuna, gül əndama baxım gəl! 
Vəsmən qaşda, sürmən gözdə yaxşıdı! 
 
stəmərəm gözlərində göz yeri, 
Ağrıyanın qoy ağrısın yüz yeri!.. 
Xəstənin də, həkimin də öz yeri, 
Xal yanaqda, lale düzdə yaxşıdı. 
 
Ay Günyazım, hər rübabı çalma sən, 
Yığış evə, özgə yerdə qalma sən! 
Ürəyini ürəyinə salma sən- 
Gözəllər tək, biri yüzdə yaxşıdı! 
 
15 may l978 
 
 
 
SEV NMƏD K HƏR  
K M Z 
 
Hayıf, gözəl, hayıf, gözəl çox hayıf, 
Nə sən mənə, nə mən sənə yar olduq! 
Sevinmədik hər ikimiz dünyada – 
Bir nadanın ucbatından xar olduq! 
 
Başım üstə bəxt ulduzum sönəli, 
Taleh məndən, mən talehdən dönəli – 
Bizə çatdı ayrılığın gen əli, 
                                                 
10
 Bu gözəlin əri də şairdir. Özünün dediyinə görə, gözəlliyi duymur. 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə