M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   54

etmişdir. Məhz bu xidmətlərinə görə Osman Əsgər oğlu Nəzirov 2000-ci  ldə 
Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
MOLLA ƏSGƏR NƏZ ROĞLUNUN 
B ZƏ ÇATMIŞ ŞERLƏR  
 
NƏ DEY M? 
 
Sənahidən düşüb yolu,  
Belə gözələ nə deyim?  
Gül - çiçəkdi sağı - solu,  
Belə gözələ nə deyim? 
 
Allahverdidən bir az bəri, 
Yorur dəli küləkləri,  
Mədəndən umur cövhəri,  
Belə gözələ nə deyim? 
 
Elə ki, üz tutur yola,  
Məəttəl qalır meşə, tala.  
Ləlvər quruyur az qala,  
Belə gözələ nə deyim? 
 
Ləlvər - cənnət ocağı,  
Cövhərnən dolub qucağı.  
Pir olub Yusif ocağı;  
Belə gözələ nə deyim? 
 
Geyibdi yaşılı, alı  
Göy çəməndi sağı, solu.  
Üç kilsəyə gedir yolu,  
Belə gözələ nə deyim? 
 
Bir yanında Lejən dağı,  
Bir yanında Güllü bağı.  
Mehman eylər qonağı,  
Belə gözələ nə deyim? 
 
Talasına gül düzülür, 
Çeşməsindən can süzülür.  
Ə
sgər kədərdən üzülür, 
 Belə gözələ nə deyim? 
 
1927-ci il, 


Yuxarı Körpülü kəndi 
 
        
  
OĞUL 
 
Sevimli oğlum Seyfəddindən kağız  
aldım. Yazırki, instituta girdim. 
 
Oxudum naməni, oğul, şad oldum, 
Elə ki, aləmdə pür murad oldum.  
Kədərdən - qüssədən tam azad oldum,  
Nə yaxşı sən varsan, sən varsan, oğul. 
 
Dərsinə davam et sən leyli - nahar,
1
  
Olsun sizə kömək qibleyi - çahar.

 
Açılsın üstünə güzari - bahar,  
Özün təbiətdə baharsan, oğul. 
 
Deyirəm həmişə sağ olsun canın, 
Ə
la qiymətlər al, durulsun qanın.  
Piranə atan da kəsə qurbanın,  
Elinə üzüağ varasan, öğul. 
 
Nə qədər oxusan, yenə az olar,  
Allahın əmrinnən bədlər pozular.  
Atan Nəzirzadə bunu arzular,  
lləri xoş günnən yorasan, oğul. 
 
1946-cı il, sentyabr 
 
DÖRDLÜKLƏ
 
Oğlum Seyfəddinə 
 
Mən sənə, ay bala, oxu deyərdim, 
 Elmi beyninə toxu deyərdim.  
Qurtaran günün görsəydim əgər  
“Getdi dərdimin çoxu” - deyərdim. 
 
                                                 
1
 Həmişə, səhər - axşam. 
 
2
 Müəllif Məhəmməd peyğəmbərdən sonra gələn dörd xəlifəni - Əbubəkr, Ömər, Osman və Əlini nəzərdə  
    tutur. - Ş.N. 
  
 


Görən niyə olmuş belə, 
Göz yaşlarım dönmüş selə.  
Qəlbim bülbüldü, bəs niyə  
Nəğmələr oxumur gülə. 
 
  
EŞ D N MAH R N DƏDƏ SÖZÜNÜ... 
 
Yurdundan ayrılmış, yuvadan uzaq...  
Dostunun könlündən, gözündən iraq. 
Ümidi sənədir, ey yaradan Haqq,  
Yaralıdır könlüm quşu, yaralı,  
Yaralandı yazıq şair olalı. 
 
Ə
hməd Cavad 
 
Çəhrayı rəngli dəftərdə cəmisi otuz bir şer. Bu, Məmiş əminin şerlərinin tam 
olmayan sayıdır. Yetmiş beş illik mənalı ömrün ürək döyüntüsü, əsirlik əzabının 
kiçik bir parçası, saf qəlbin çırpıntısından qopub bizə yadigar qalan polad bir çınqı 
var bu şerlərin ruhunda. Bütün ömrünü sovet rejimində yaşayan bu müdrik insan, 
dərin baxışlı, qayış sifətli Məmiş Nəzir oğlu nə qədər uzaqgörən imiş. Onun 
ş
erlərində nə partiyanın, nə “ellər atası” Stalinin, nə də sosializm və kolxoz 
quruluşunun bayağı tərifləri yoxdur. O, 1984-cü il avqustun 6-da rəhmətə gedəndə 
aşkarlığın, demokratiyanın işığından zərrəcə görüntü belə yox idi. Nə də sovet 
quruluşunun yıxılacağını heç xəyala belə gətirmək mümkün deyildi. 
Yetmişinci illərdə ikimiz bir otağa çəkilib uzun - uzadı, sonu görünməyən 
söhbətlər edəndə o, arabir qoşmalarından da bir - iki bənd deyərdi. Bu, qətiyyən 
ş
erilə fəxr eləmək deyildi. Sadəcə olaraq, dediyi müdrik qoşmalardan bir bənd, bir 
parça danışdığı inqilabdan əvvəlki əhvalata, ya da şəxsiyyətin vəfalı - vəfasızlığına 
dair yeri gəldikcə əlavə olardı. Mənim dəftərimdə onun daınşdığı əhvalatlar 
gündən - günə, tətildən - tətilə çoxalırdı. Qəribə, sərt və bir az da qaraqabağlığı 
vardı onun. Nə sözünə, nə də danışdığı əhvalata, hadisəyə irad tutmaq olmurdu.  
Bir dəfə cəsarətə gəlib ondan xahiş etdim ki, bəlkə vaxt tapıb şerlərinizi bir 
dəftərə yazasınız. Hamısnı olmasa da, bir neçəsini çap üçün hazırlamaq olar. Bəlkə 
yazmısınız, varsa verin, mən də oxuyum. 
Onun arıq, qaraşın sifətinə qəribə və mənim çox nadir hallarda gördüyüm bir 
təbəssüm qondu, Papirosunu dalbadal tüstülədib: 
- Yox, - dedi, - yazılı yoxumdu. Amma hamısı da olmasa, bir parası, hələ 
müharibə illərində və əsirlikdə yazdıqlarım da yadımdadı. Yəni deyirsən, bunlar, 
bu cızmaqaralarım bir şeyə yarayar? Kiminsə qəlbini ehtizaza gətirər? Vallah, 
Səməd Vurğundan sonra mən özünə şairəm deyənlərin hamısının halına acıyıram. 
Birdən mənə də şair - zad deyərsiniz... Mən elə - belə, görüb şahidi olduqlarıma, 
təsirləndiklərimə bədahətən  sözdü,   demişəm. Yoxsa,   “ay  uşaq,   kiriyin,   mən   
ş
er yazıram”. Belə şeylər məndə yoxdur. Fikirləşərəm. Sənin bir də yay tətilinə 


gəlməyinə altı ay var. Ev qayğısından, məktəbdə dərslərin vaxtından bir - iki saat 
oğurlayıb cızma - qara eləyərəm. 
Bilirdim ki, söz verdi, eləyəcək. O, sərt olduğu qədər də doğru, düz danışan 
idi. Yersiz gülmək, kiməsə əlindən gəldi - gəlmədi vəd vermək onun xasiyyətinə 
yad idi. 
Yay sessiya imtahanlarını verib kəndə gəlmişdim. Şerlərin taleyini 
soruşmağa cəsarət eləmirdim. Bir axşam üstü evdə oturmuşdum. Dedilər Məmiş 
ə
min çöldə səni gözləyir. Dərhal eşiyə çıxıb görüşdüm. Alnımdan öpdü. Heç vaxt 
özündən kiçiyin üzündən öpməzdi, Zarafatdoğru deyərdi ki, igidin alnından öpələr, 
gözəlin üzündən... - Bizə gedək, - dedi, - səninlə işim var. 
Nə cəsarətim vardı, deyəm ki, nə işdi. Ta özü mətləbi açmasaydı. ...Çay - 
çörək gəldi. Amma nə şerlərdən, nə də dəftər məsələsindən xəbər - ətər yox idi. Elə 
məni sorğu - suala tutub Bakıdakı qohumları soruşurdu. Mən də qəsdən arada 
söhbəti dəyişib dedim ki, Daş Salahlı aşıq Bəhramdan qohumun Mirzə Səmədin 
xeyli şerini almışam. Oğlu Əbdüləzim əmi də aşıq Hüseyn Bozalqanlı ilə iki 
deyişməsini verdi.  stəyirəm çap etdirəm... 
Arada kəsik - kəsik öskürüb, dinmədi. Birdən başını qaldırıb: 
- Arifə bir işarə kifayətdi, qardaşoğlu - dedi. Aynəbənddəki qızını çağırıb: 
 
- Get, Fəridədən mənim ona saxlanc üçün verdiyim dəftəri al, gətir. 
Yazmışam, məncə bu qədər də bəs eləyər... 
 
 
* * * 
 
Böyük Vətən müharibəsinin cəbhələrindən sonra, həm də əsirlik həyatının 
ə
zablarından keçib Körpülüyə qayıdan Məmişi bir müddət doğma kəndində 
müəllimlik etməyə qoymurlar. “Sən əsirlikdə olmusan” bəhanəsi partiyaçı 
namərdlərin əlinə girəvə salır. Belə bir saf ziyalını heç nədən dost - tanış yanında 
gözükölgəli edir. Dözülməz əsirlik düşərgəsindən Allahın köməyi ilə salamat gələn 
Məmiş Nəzirli doğma elində də od - alova düşür: cavanca qardaşı Nəzir müəllimin 
(1913-1942) cəbhədə həlak olması, anası Pəri xanımın ölümü, əsirlə yaşamaq 
istəməyən həyat yoldaşının ailəni dağıtması ona dərd üstündən dərd gətirir. Gücü 
başqa şeyə çatmayan, əli həyatın bütün nemətlərindən üzülən Məmiş Mahirin 
dünyaya şikayət etməkdən başqa əlacı qalmır. Qovrulan, ağrılarda yanan şair 
poetik mənzumələrində ah edib fəryad çəkir ki, bu dünya qəmi, kədəri elə mənəmi 
saxlamışdı? Mən taleyi küskünün bu işıqlı dünyada bəxti nə vaxt oyanacaq, dünya 
deyə - deyə fəryad edir: 
 
Boylanıb baxıram qardaşım hanı, 
Sellər kimi axır Mahirin qanı, 
Gəlməyir qələmə dərdimin sanı, 
De, niyə baxmırsan bu yana, dünya?! 
 
nsan yaralı olanda dərdi od püskürür. Şair Mahirin də qardaş dərdi 
gözündən qəlbinə yaş axıdıb onun varlığını sarsıdır. Nəslimin üç şairinin üçü də 
zəmanədən, quruluşdan gileyli gedib. Yəni bəxt, tale heç birinin üzünə gülməyib. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə