M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   54

 
Qalxanda ucaya sən gülə - gülə, 
Bel bağla obaya, bel bağla elə, 
Havalansın Mahir, qoy gəlsin dilə 
Gələndə nişandan, toydan, ay könül! 
 
 
QIZLARIN 
 
Səhər - səhər tarlalara çıxanda, 
Yel vurur oynaşır teli qızların. 
Bu məğrur ölkəmin gümrah çağında, 
Nə gözəl açılır gülü qızların. 
 
Bu fədakar əməyin bol bəhrəsindən 
Sevinən igidin hər birisindən, 
Yüz min alqış yağır hər çöhrəsindən 
Var olsun qəhrəman əli qızların. 
 
 
YENƏ Ç ÇƏKLƏNƏCƏKD R 
 
Patris Lumumbanı boğmaq istəyən 
Cəlladın əlləri quruyacaqdır. 
Dünyanın azadlıq sevən bəşəri 
Mübariz oğlunu qoruyacaqdır. 
 
Çox tələsmə, cəllad, sən qan tökməyə 
Tökdüyün qanlarda boğulacaqsan. 
Ey Kasavubu, ey Mobutu, Combo 
Sanma ki, Konqoda xan olacaqsan. 
 
Yetər, nə qədər ki, dəmir qəfəsdə 
Saxladınız onu siz döyə - döyə. 
Ey qana susayan xain cəlladlar, 
“Tarixin təkəri dönməz geriyə!” 
 
Nə qədər sıxsanız qanlı əlinizdə, 
Azadlıq elçisin susdurmaq olmaz. 
Min - min, milyon - milyon arxası olan, 
Qəhrəmanı bilin asdırmaq olmaz! 
 
Günahsız tökülən qırmızı qanlar, 
Sizə şahmar kimi dolanacaqdır. 
Qurduğunuz o dar ağaclarına 


Sizin özünüzü qaldıracaqdır. 
 
Ş
air, sən yadlara boyun əymədin 
Məğrur al bayrağın vüqarı kimi! 
nandın ki, yenə çiçəklənəcək 
Böyük ölkən ilin baharı kimi! 
 
Afrika elinin qoç igidləri, 
Çıxır sınaqlardan çətində, darda. 
Havada oynayan mübariz bayraq 
Dalğalanacaqdır böyük Konqoda. 
 
02.02.61. 
 
 
AZADLIQ NƏĞMƏS  
 
Azadlıq carçısı Patris Lumumbaya həsr olunur. 
 
Hammarşeldlə birgə hiylə qurdular, 
O qara ləkəli vicdanlar sənə. 
Qanunu olmayan divan tutdular, 
Ə
li, dişi qanlı cəlladlar sənə. 
 
Aman vermədilər bir yol baxasan 
Böyük Afrikanın azad elinə. 
Basdırdılar səni qara torpağa, 
Oyan, Lumumba, bax dağlar selinə! 
 
Mübariz adamlar qəzəb səsilə 
Cəlladlara ölüm istəyir indi. 
“Elin gücü - selin gücü” önündə, 
Qaragüruhlar də titrəyir indi. 
 
Vətənpərvərlərin xalqlar dostluğu: 
Xain Hammarşelde “Ar olsun” deyir. 
O böyük Konqonun geniş torpağı, 
Hər yadellilərə dar olsun deyir. 
 
Sevimli Lumumba, dur, qalx, bir oyan, 
Yazdığın nəğmələr dillərdədir, bax! 
Günəşə diz çökür qar, boran, tufan, 
Qələbə bayrağın əllərdədir, bax! 
 
Ey alçaq Hammarşeld, çəkil, uzaqlaş, 


Mənfur niyyətlərin baş tutmayacaq. 
Konqo torpağından bircə qarış da, 
Bil, sənin qismətinə tuş olmayacaq. 
 
Kasavubunun da quldur dəstəsi, 
Cəzalara məhkum olunsun gərək! 
Versin qərarını xalq məhkəməsi, 
Canilər, qatillər boğulsun gərək! 
 
16.02.61.. 
 
 
K M  
 
Yaşayır Vurğunum, sevilir Səməd, 
Laylay ilə yatan körpələr kimi. 
Vurğunun sənəti qalxıb ucalmış, 
Ə
yilməz vüqarlı zirvələr kimi. 
 
Günəşli diyarın düzləri, dağı 
gidlər məkanı Kürün qırağı. 
Yaşadır şairi hər solu, sağı, 
Ə
bədi nur saçan şəfəqlər kimi. 
 
Ürək gəlmir hamı ağladı desin, 
El yas tutdu, qara bağladı desin, 
Mahirin qəlbini dağladı desin, 
Gülündən ayrılmış bülbüllər kimi.

 
10 aprel 1975-ci il 
 
 
CƏBHƏ YOLDAŞIM 
 
Cəbhədən qayıtmayan qardaşım Nəzirin xatirəsinə 
 
Könlünü verəndə sevdiyin qıza, 
Ə
sdi qara külək, tutuldu hava, 
                                                 
3
 1974-cü il oktyabrın 12-dən 16-dək XX əsrin azman yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətəni 
Veşşenskaya da onun qonağı olub, əziz Səməd Vurğunumuz haqqında ondan müsahibə aldım. Vətənə qayıdanda 
“Şoloxovun yanında” adlı “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində və “Ulduz”, “Literaturnaya 
Azərbaycan” jurnallarında silsilə yazılarla mətbuatda çıxış etdim. Səməd Vurğuna həsr etdiyim “Kimi” şerini Mahir 
Ə
sgər oğlu həmin silsilə yazılardan təsirlənib “Ulduz” jurnalının baş redaktoru, sevimli şairimiz Əhməd Cəmilə və 
bir nüsxəsini də mənə göndərmişdi. - Ş.N. 
 
            
 


Sən müəllim idin, tez əsgər oldun, 
Dedin: “salamat qal, əzizim Sona!” 
 
Anan öpəndə sən belə söylədin: 
“Unutmaram, səni qoruyacağam, 
Qopsa qasırğalar, çaxsa da şimşək, 
Düşmənin kökünü qazıyacağam”. 
 
Ana ürəyində qəzəb hiddəti: 
“Uğur olsun, oğul, igid ol qayıt!” 
Gəlin sinəsində ilk məhəbbəti: 
“Get yaxşı yol, verin bəşərə həyat!” 
 
 
Sarıldın silaha, cəbhəyə getdin, 
Yeridin meydana bir aslan kimi. 
Döyündü ürəyin zəfər eşqilə, 
Vətəninə sadiq ər oğlan kimi. 
 
Guruldadı səsin: “dayan, əclaflar! 
Bu torpaqdan sizə pay olmaz, bilin. 
Müqəddəs torpağa niyə girirsiz 
Bir nəfəriniz də heç qalmaz, bilin!” 
 
Faşizmə qarşı kin artdı, çoxaldı, 
Vuruşdun, döyüşdün, doğma qardaşım! 
Döyüş dostların tək mən də and içdim, 
Tabutun önündə, cəbhə yoldaşım! 
 
Berlində Reyxstağın qülləsinə bax, 
Qələbə bayrağı yellənir indi. 
“Yaşasın qələbə, faşizmə ölüm!” 
Bütün yer üzündə səslənir indi. 
 
 
DEMƏD MM  
 
Yuxarıdan bir nəfərlə yoldaş olub işləməyi məsləhət gördülər. Beynimdə iki 
fikir mübahisə etməyə başladı. Biri deyirdi: “Getmə, sonra bəxtin yatmış olar, hər 
adama dost demək olmaz”. Digəri deyirdi: “Get, dostluq edib yoldaş ol, bəxtini 
yoxla”, Mən ikinci fikrin dalınca getdim. Lakin mən yanılmışdım, Çox çəkmədi 
“dostumun” vəfasızlığını, bəxtimin yatdığını gördüm. Sən demə, dost kimi 
tanıdığım adam namərd imiş. Hamını dostluqda sadiq olmağa, namərdlərə nifrət 
etməyə çağırıram. 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə