M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   54

Qardaşım Zahirdən telli Məhbubu 
Alıbsan qoynuna aralı, dağlar! 
 
Yazdım bu şerimi bəlkə ad ola, 
Duyan ürəklərə şirin dad ola, 
Mahirin də könlü gündə şad ola, 
Gər Məhbub Zahirə nar alı, dağlar! 
 
02.06.34 
 
 
BÜKÜLMÜŞ 
 
Sizin elə mehman olanda gördüm, 
Gümüş kəmər incə belə bükülmüş. 
Tərlanım qıyğacı baxıb ötəndə 
Mina boyun siyah telə bükülmüş! 
 
Gözəlisən, gülüm, bütün qızların 
Kaman qaş altında ala gözlərin, 
Ağ buxaq üstündə xallı üzlərin 
Darçına, mixəyə, hilə bükülmüş. 
 
Davasız dərdimin sənsən çarası, 
Bir cüt əbrulərin hilal qarası, 
Qoynundakı o narların hərəsi 
Qumaşa, ipəyə, zərə bükülmüş. 
 
Mən bülbüləm sizin çəmənli yerdə, 
Yaşıl baş ördək tək üzərmi göldə? 
Havalı könlümü salıbsan dərdə, 
Cavan qəlbim şirin dilə bükülmüş. 
 
Gətir xəyalına dəndə Mahiri, 
Tay etmə kiməsə sən də Mahiri, 
Al qoynun içinə bəndə Mahiri, 
Elə sanki bülbül gülə bükülmüş. 
 
15.09.34. 
 
 
BAXASAN 
 
Yar bəzənib sənə qarşı gələndə, 
Açıq qabaq, şirin dilə baxasan, 


Qıyğac baxıb nazi - qəmzə edəndə, 
Ə
lindəki qızılgülə baxasan. 
 
Boylana - boylana çıxanda düzə, 
O çatma qaşlara, o qara gözə, 
O alma yanaqlı, o gülər üzə, 
Nazik bədən, incə belə baxasan. 
 
Dostlar! Mahir yara qonaq gələndə, 
Ürəyimdən gələn eşqi biləndə, 
Atıb yay oxunu sinəm dələndə, 
Üzünə tökülən telə baxasan. 
 
1935-ci il, may 
 
 
CEYRANIM 
 
Süleyman Qoca oğlu Süleymanov (müəllim) ilə bir yerdə oturmuşduq. 
Gözəl geyinmiş, saçlar səliqə ilə daranmış, zahiri görünüşü də çox yaraşıqlı olan 
bir nəfər yanımızdan keçərkən bir neçə saniyə yavaşıdı və tərsinə yana baxıb yavaş 
getdi. 
Süleyman mənə dedi: “Əgər varınsa, buna bir şer yaz. Ancaq elə olsun ki, 
ş
erin bir bəndində ona müraciət et, o biri bəndində isə onu mənə təsvir elə”. 
 
Mən ki, qurbanıyam o xətti - xalın 
Bir bəri dön, baxma yana, ceyranım! 
Sənə müştəriyəm barın dərməyə, 
Durnalar içində sona, ceyranım! 
 
Gözüm qaldı onun siyah telində, 
Alqumaş geyinib, gül var əlində, 
Bəzenib - bərtənib toydan gələndə, 
Bənzər bədirlənmiş aya, ceyranım. 
 
Yeriyəndə kəklik kimi səkərsən, 
Dağıdıb bağrımın başın əzərsən, 
Çoxaldıb ömrümü uzun edərsən, 
Girəndə qırmızı dona, ceyranım. 
 
Mən: “Süleyman icazə ver, bu bənddə ona müraciət edim”, Süleyman gülüb: “olar” 
dedi. 
 
Ağzın süd qaymağı, dodağın püstə, 
Bir cüt nar bitibdir ağ sinən üstə. 


Özün kəs başımı onların üstə, 
Qoy batsın məmələr qana, ceyraınım. 
 
Təzə sərrafıdır zərli ağçanın 
Açıbdır ağzını bağlı boğçanın, 
Mahir bağbanıdır barlı baxçanın, 
Qonaq edər məni ona Ceyranım. 
 
1939-cu il 
 
 
 
TƏRS NƏ DÖNDÜ 
 
Məhəbbət, dostluq, vəfasızlıq və başqa hallarda olan bir çox şerlərimin heç 
birini Böyük Vətən müharibəsindən qayıdanda tapmadım. Yadımda qalanı yalnız 
dörd şerdir. 
 
Bir tərs gündə tərsə səfər eylədim, 
qbalım tərsinə döndü, nə döndü. 
Taleyin tac - taxtı tərsinə dönsün, 
Şə
n günüm tərsinə döndü, nə döndü. 
 
Nə yaman olarmış taleyin fəndi, 
Açılmaz qalası, sökülməz bəndi, 
Zülm ilə boynuma atdı kəməndi, 
Rəhimi tərsinə döndü, nə döndü. 
 
Tale tərs oynadı, tərsinə baxdı, 
Dünyanın ayrılıq dərsinə baxdı, 
Oyaq bəxtim dönüb tərsinə baxdı, 
Həyatım tərsinə döndü, nə döndü... 
 
Tale bir ox atdı dönməz tərsinə, 
Yarıb sinəm başın döndü tərsinə, 
Gözümdən getməz ha tər üz, tər sinə, 
Yazılar tərsinə döndü, nə döndü... 
 
Mahir, gileylənmə tale əlindən, 
Səda gəldi doğma Qazax elindən 
Çox keçməz aşarlar Karpat belindən, 
“Qırmızı” tərsinə döndü, nə döndü! 
 
Rumıniya, 1943-cü il, əsirlikdə 
 


 
YELDAĞ
 
Ə
sirlikdə  Vətən hər dəqiqə gözümün qabağında idi. Pis həyat tərzi 
nəticəsində bərk xəstələndim. Səhərə yaxın necə yuxuya getdiyimi bilmədim. 
Yuxuda Yeldağının başında olduğumu və oradan doğma kəndimizə tərəf 
uçduğumu gördüm. Odurki, Yeldağı adı ilə üzümü Vətənə tutdum. 
 
Məlul könlüm coşub səni arzular, 
Yetişsənə bir haraya, Yeldağı! 
Düşmənim lap çoxdur, mən isə yalqız, 
Alıblar məni araya, Yeldağı! 
 
Gurlasın çayların, bir də gurlasın, 
Buludun Xəzərdən sular götürsün. 
Şə
rqdən qərbə hər bir yanı bürüsün, 
Tay axsın sellərin buraya, Yeldağı! 
 
 
 
  
Bədənim xəstədir, gözlərim yolda, 
Qoy ölüm Qafqazda, ya da Uralda, 
Dostlarım dursunlar sağımda, solda, 
Apar Mahiri sən oraya, Yeldağı! 
 
Rumıniya, 1943-cü il 
 
 
OLA 
 
Vətəndən uzaqda halım pərişan, 
Bu xəstəlik məndən bezərmi ola? 
Cənnətdir Vətənin hər bir bucağı 
Ayaqlarım bir də gəzərmi ola? 
 
Başımın üstünü kəsdirib “ağa” 
Xəstə idim yenə durdum ayağa, 
Çevirdim yönümü “Vüqarlı dağa” 
Boyarın başını əzərmi ola? 
 
Dumanlı, çiskinli ağ saçlı Ləlvər! 
Bostanlı, sünbüllü, güllü Babakər 
Könlümün bülbülü sizlərdə ötər, 
Ömrümün tərlanı süzərmi ola? 
 
Unutmaq olarmı gözəl Maymağı, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə