M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

Eləmi qaralar, 
Dağ başını qar alar. 
Dostumu darda görsəm 
Gözlərim də qaralar. 
 
Eləmi səhər oldu, 
Açdı dan, səhər oldu. 
Gəldi könlüm bülbülü, 
Keçdi qış, bahar oldu. 
 
Aşıq, aranı haray, 
Gəzdim aranı haray. 
Dostum məndən küsübdü 
Düzəldin aranı haray! 
 
 
  
Məmiş Nəziroğlunun ən yaralı yeri qardaşı Nəzirin (1913-1942) müharibədə 
həlak olması idi. Ona şerlər də yazmışdı. Nəzir əmi gözəl müəllim olmuşdu. Onun 
haqqında bir xatirəni bu bölməyə daxil etməyi lazım bildik. 
 
 
SEV ML   MÜƏLL M M  NƏZ R HAQQINDA  
XAT RƏLƏR M 
 
1936-cı ilin sentyabr ayı idi. Mən altıncı sinifdə oxuyurdum. Dərs 
başlananda sinfə qarayanız, səliqəli geyimli, iti baxışlı, mədəni davranışlı bir 
müəllim daxil oldu. O, sinfə müraciət edərək dedi: 
- Uşaqlar, mən sizə ana dili dərsini tədris edəcəm. 
Bəli, həmin tədris ilinin sonuna kimi bizə Ana dili fənnini tədris etdi. Bu şəxs 
Nəzir Nəzirov idi. 
Nəzir müəllim bizə hər gün yeni - yeni kitablarla gəlirdi. O, bizə həmin 
kitablardan məlumat verər, maraqlı hadisələrdən söhbət edərdi. Müəllimin 
ş
agirdlərə qarşı səmimiliyi, istiqanlılığı məni ona bağlamışdı. Mənim həm 
müəllimə, həm də kitaba həvəsim artmışdı. Bunu hiss edən Nazir müəllim həmişə 
mənimlə məşğul olar, gətirdiyi kitabları oxumaq üçün mənə də verərdi... 
Nəzir müəllim yaxın qohumumuz Avı Əhmədovun evində qalırdı. Avı 
Ə
hmədov təkcə rayonumuzda deyil, həm də respublikada tanınmış şəxslərdən idi. 
O, sözü keçən, nüfuzlu şəxs olduğu üçün bizim kəndə işləməyə gələn müəllimləri 
öz evində yerləşdirir, onlara hörmət edirdi. Məktəbimiz yeddi illik idi. Bu illərdə 
bizim Çaykənd məktəbində ətrafdakı on dörd kənddən gələn uşaqlar da oxuyurdu. 
Nəzir müəllimin sevimlisi olmuşdum. Mən onunla yalnız dərs zamanı 
təmasda olurdum. Bu illərdə biz müəllimlərə küçədə görünməzdik, müəllim olan 
yerə biz getməzdik. Müəllimi ilahi qüvvə kimi tanıyırdıq. O vaxtlar dərslikdən 
başqa kitab tapmırdıq. Kitabı bizə ancaq müəllimlər gətirirdi. Nəzir müəllim məni 
mütaliəyə həvəsləndirən, mütaliəyə alışdıran ilk səbəbkarım olmuşdur. Budur, o 


illərdən artıq altmış beş il keçmişdir. Mən indi yetmiş altı yaşlı Azərbaycan dili və 
ə
dəbiyyatı müəllimiyəm, üç institut bitirmişəm. Altmış ildir ki, müəllim işləyirəm. 
Işlədiyim ilk illərdən indiyə kimi həmişə Nazir müəllimi xatırlamışam. 
Məndə olan ən yaxşı insani keyfıyyətlərə görə mən Nəzir müəllimə borcluyam. 
Mən bu borcu ömrüm boyu ən çətin və ağır günlərdə də unutmamışam və 
unutmayacağam da. 
1937-ci ilin sonu idi. Məktəbdə və kənddə böyük bir canlanma vardı. Hər 
yerdə qalın şəkilli bir kitab əldən - ələ gəzirdi. Bütün kənddə Nəzir müəllimin 
kitabı kimi sevilən bu kitab Ş. Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsəri 
idi. Nadir tapılan bu kitab bütün ətraf kəndləri gəzirdi. 
Həmin ildə Avı Əhmədovun ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Bu 
uşağın adını Nəzir müəllim Avtandil qoydu.  ndi bu oğlan ali təhsillidir. Hazırda 
Göygöl meşə qovşağında baş meşəçi işləyir, Bakı şəhərində yaşayır. Bu ildə 
qonşuda olan bir qız uşağının da adını Nəzir müəllim Tinatin qoydu. Beləliklə, 
Nəzir müəllimin kəndimizdə adını fəxrlə yad etməyimizin ilk yadigarları var. Bu 
adlar artıq genişlənmiş, uzun bir şəcərə yaratmışdır. 
1938-ci ildə Nəzir müəllimi qonşu Gölkənd kəndinə yeddi illik məktəbə 
direktor təyin etdilər. Avı Əhmədov həmin kənddə bir ev kirayələyib öz qızı 
Çervonu Nəzir müəllimə xidmət etməyə göndərdi. Həmin ildə Nəzir müəllim 
Gölkənddə Molla Nəsibin qızı Ruqiyyəni qaçırdı. Bu işdə mənim böyük qardaşım 
Mustafa Süleymanov da fəal iştirak etmişdi. Onlar qızı Dilican şəhərinə 
aparmışdılar. Onların orada nə qədər qaldığını xatırlamıram. Qız götürüb qaçdığına 
görə Nəzir müəllimi incitməyə Avı Əhmədov, qardaşım Mustafa Süleymanov 
imkan vermədilər. Ondan sonra Nəzir müəllim bizim rayonda işləmədi. O, cəbhəyə 
getdi. Mənim onun haqqında bir xatirəm də var... 
Mən uşaqlıqdan çox şıltaq olmuşam. Ancaq həmişə əlaçı olmuşam. Dərsdə 
fəallığıma görə müəllimlər məni sevirdilər. Mən çox şuluq idim, hətta papiros da 
çəkirdim. 
Bir gün məktəb binasının tinində gizlicə papiros çəkirdim. Birdən zəng 
vuruldu, növbəti dərs Nəzir müəllimin idi. Gecikmək olmazdı. Mən tələm - tələsik 
yanan papirosu yan cibimə qoyub sinfə girdim. Dərs başlandı, bir az keçmiş Nəzir 
müəllim mənə dedi: 
- Qurban, səndən tüstü çıxır, paltarın yanır. 
Mən qızarıb qaldım, işin nə yerdə olduğunu bildim. Cibimdəki papirosu 
söndürdüm. Ancaq müəllim mənə və sinfə papirosun zərəri haqqında elə müdrik və 
yaddaqalan misallar çəkdi ki, mən o gündən papiros çəkməyin daşını birdəfəlik 
atdım. Bu xeyirxah işə görə mən yenə də Nəzir müəllimə minnətdaram. 
 
 Nəzir müəllim mənim üçün həmişə canlı bir vücud kimi, nəhəng bir şəxs 
kimi, gözəl, səmimi bir müəllim kimi yaşayır. Həyatım boyu xeyirxah, elmə sənətə 
qiymət verən müəllimləri görəndə Nəzir müəllim xatirimdə canlanır. Təəssüf ki, 
onun gənc ömrü Böyük Vətən müharibəsi burulğanlarında məhv oldu. 
Nəzir müəllim, Allah Sizə qəni - qəni rəhmət eləsin. Siz həmişə mənim 
qəlbimdə əbədi məskən salmış şəxs kimi yaşayacaqsınız. 
Sizi qəlbində saxlayan, Sizə dərin məhəbbət bəsləyən 
 


Süleymanov Qurban Yusif oğlu. 
Qaraqoyunlu mahalının Çaykənd kənd sakini  
Xatirə 05.01.2002-ci ildə yazılıb 
  
 
 
GÜNYAZI XATIRLA BARI... 
 
Zəka qüdrətinə, mərdliyinə və saflığına 
 güvəndiyim  Günyaz Nəzirlim üçün dost  
yadigarı. 
 
Xəlil Rza Ulutürk 
1978-ci ildə Günyaza yazdığı avtoqraf 
 
Görəsən torpağın varmı xəbəri, 
Qoynunda Günyaz tək bir xəzinə var! 
Günyaz yerişinin dəniz ləngəri 
Qaldı yer üstündə, qaldı yadigar. 
 
Məmməd Elli 
 
- Uğur olsun, əmioğlu, hara belə, deyəsən səfər üstəsən? 
-  stəyirəm, ayaqüstü Qazağa dəyim, ordan Şıxlıya keçib Gəmi qayasından 
Kürə, o tay Qarayazıya tamaşa eləyim. Narahat olma, tez qayıdacağam... 
- Yaxşı eləyirsən, sağ get, salamat qayıt, - deyirdim, daxili təlatümüm o 
gedib qayıdana kimi kəsmirdi. Fikrim, zikrim qalırdı onun yanında. 
Beləcə xəstəhal (iki dəfə infarkt keçirmiş) Günyaz Nəzirli ildə iki-üç dəfə el-
obaya səfər eləyərdi. Ləngərli yerişini saxlayıb bir - birinin dalınca papiros çəkə-
çəkə o tay Qarayazıya tamaşa eləməkdən doymazdı. 
“Tez qayıdacam, əmioğlu”. O, geriyə dönüb gülümsünər, bu üçcə kəlməni 
deməkdən sanki ləzzət alardı. Bilirdi ki, onun xəstəliyinə görə evdə Aşa ana 
narahatdı, Seyid, Xalidə, Vaqif, Aydın və bütün qohumlar intizarda qalır. Bunları 
bilə - bilə el - oba istəyini saxlaya bilmirdi.  
Bəzən yarızarafat, yarıciddi onun “uzaq Qazax səfərindən” narahat olub 
deyərdim: 
- Ay əmioğlu, nəyir var orda, niyə gedirsən, evin yox, ailən yox, nə var? 
- Ayə, - deyərdi, - a insafsız, heç nəyim olmasa da, dolaylarda uşaqlıq 
cığırlarım var, bunlar bəs döyülmü? - Sonra gülümsünər, qoluma girib çox sevdiyi 
“Cığırlarım dolaylardan soruşar” şerindən asta, sakit səslə bir-iki bənd oxuyardı. 
 
O dağlarda obasından qaldığım, 
Sinədolu havasından aldığım... 
Bulaq üstə pərdə-pərdə çaldığım - 
Ürəkdimi, kamandımı, tardımı?! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə