M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   10   ...   54

Nə yatmısan, oyan, ey qoca bəxtim, 
“Bir gün olar yerin dar” - demədimmi? 
Etibar etmə hər üzə gülənə, 
“Örtülü ürəklər var” - demədimmi? 
 
Duru axan sular başdan bulanar, 
Aslanın belinə şahmar dolanar, 
Ş
ahinin yerini yapalaq alar, 
Ovlayar tərlanı sar, demədimmi? 
 
Dostun könlü gərək güllü bağ olsun, 
Qəlbi geniş dərya, həm də ağ olsun, 
Vüqarı əyilməz uca dağ olsun, 
Köksüz ağac verməz bar, demədimmi? 
 
Hərdəmxəyal olub hər yana uçma, 
Mərddən uzaqlaşan namərdə qaçma, 
Dostun düşməninə sirrini açma, 
Olarsan hər yanda xar, demədimmi? 
 
Qanadlanıb uçsan əgər havaya, 
Qol atıb baş vurma dərin dəryaya, 
Uzatma əlini hər bir yuvaya, 
Çalar əqrəb, çayan, mar, demədimmi? 
 
Tay etsən hər kəsi üzük qaşına, 
Başın dəyər onda əhlət daşına. 
Gəl çıxma dumanlı dağlar başına, 
Dondurar boranlı qar, demədimmi? 
 
Namərdin üstünə düşsə güzarım, 
Ə
yilər qamətim, artar azarım, 
Cənnətdə olsa da əgər məzarım, 
Yandırar ruhumu nar, demədimmi? 
 
Namərdə yaz ikən mənə qış olar, 
Yaydan atılan ox daşa tuş olar, 
Dostum yüz olsa da, sonra beş olar, 
Qocaldar Mahiri ar, demədimmi? 
 
 
YAXŞIDIR 
 
Qədəm basıb hansı məclisə getsən, 
Alnı açıq olub gülmək yaxşıdır. 


Başdan nəzər salıb məclis əhlinə, 
Hamının halını bilmək yaxşıdır. 
 
Dikilmişdir sənə neçə - neçə göz, 
Ş
irin söylə, şirin dolan, şirin gəz. 
Ruhu oxşar şirin söhbət, şirin söz, 
Mərd adına dastan demək yaxşıdır. 
 
Aman vermə, namərd çıxsın meydana, 
Sən onunla vuruş mərdi - mərdana, 
Yayı elə tut, oxun dəysin gərdana! 
Oxu hədəfınə atmaq yaxşıdır. 
 
Taleyin gözləsin yaman gözlərdən, 
Bəd sifət adamdan, hər bəd üzlərdən, 
Fitnələr törədən doğru sözlərdən, 
Qan yatırdan yalan demək yaxşıdır. 
 
Mahir deyər, dostlar, qaçın kələkdən, 
Sınsın xain əli iki biləkdən, 
Namərdlərlə yağ, bal, qaymaq yeməkdən 
lan zəhərini yemək yaxşıdır. 
 
29.10. 68. 
 
 
AZAFLI 
 
Aşıq Mikayıl Azaflıya 
 
Bu məğrur xalqımın şirin dilindən, 
Ə
vvəl salam deyim sizə, Azaflı! 
Səhərin mehində bülbüllü bağa, 
Xoş gəlmisən gəzə - gəzə, Azaflı! 
 
Sonun əvvəli var, əvvəlin sonu, 
Biri al geyinir, biri göy donu, 
Təbiətin özü yaratmış bunu, 
Namərdlər çökərlər dizə, Azaflı! 
 
Ş
eriyyət nimçədən incədir, incə, 
Mahir də düşünür hər gün, hər gecə, 
Ş
air aşıq olub görəsən necə, 
Həqiqəti söylə bizə, Azaflı! 
          


  
NƏ MƏNASI VAR 
 
(Divani) 
 
Dostum, xeyir söylə, bir gülsün üzün, 
Bəd - bəd danışmağın nə mənası var, 
Çalış ki, durulsun damarda qanın, 
Qanı qaraltmağın nə mənası var? 
 
Gənckən qocalırsan, çoxalır yaşın, 
Xeyir iş görəndə ağrıyır başın, 
Açılmır eyinin, tökülür qaşın, 
Saralıb - solmağın nə mənası var? 
 
Kimsəyə daş atma, yaralanmasın, 
Bir olan ürəklər aralanmasın, 
Könlündə bəd niyyət qalaqlanmasın, 
Belə gümanlığın nə mənası var? 
 
At qəlbindən kini, mərdə qardaş ol, 
Dosta kəm baxma sən, ona sirdaş ol, 
Şə
rlərdən uzaq gəz, xeyrə yoldaş ol, 
Gölə daş atmağın nə mənası var? 
 
Pis fıkirlə dostun yolunda durma, 
Samanlar üstündə dəyirman qurma, 
Qurub da sonradan boynunu burma, 
Peşiman olmağın nə mənası var? 
 
Özgənin sözünü özgəyə demə, 
Özündən gücsüzə lağ edib gülmə, 
Gecə bilmədiyin sulara girmə, 
Batıb - boğulmağın nə mənası var? 
 
Gəl eşit Mahiri, dinlə könüldən, 
Daha bəsdir, əl çək fitnədən, feldən, 
Mərdlər kimi ad al obadan, eldən, 
Fitnəkar olmağın nə mənası var? 
 
 
DÜZ 
 
Dostum, budur sənə sözüm, 
Dost ilqarın saxla düz. 


Dost yolunda düşsən qara, 
Get, demə dərə, təpə, düz. 
 
Yatma, dur, qəflətdən oyan, 
Namərddir fitnəyə uyan, 
Dostun qabağında dayan, 
Alnı açıq, qaməti düz. 
 
Mahir edir sənə minnət, 
Namərd edəndə xəyanət, 
Onu doğru yola düzəlt, 
Köksünə əlvan inci düz. 
 
 
NƏD  
 
Girsən dost bağına, dos kimi də dər, 
Alma nədi, heyva nədi, nar nədi? 
Dostun düşsə dara, get yetiş dada, 
Alov nədi, atəş nədi, nar nədi? 
 
Zahiri həmişə təmiz görünən, 
Batini ləkəyə, çirkə bürünən, 
Qəlbi xəyanətlə, kinlə döyünən, 
Bilməz namus nədir, qeyrət, ar nədir. 
 
Eşidin Mahirin dədə sözünü: 
Birini bilməyən bilməz yüzünü, 
Ürəyi xainin açmaz üzünü, 
Döylət nədi, şöhrət nədi, var nədi? 
 
 
     
AY K FAYƏ
  
Kəmərli aşıq Şəmistanın qızı aşıq Kifayətə 
 
Kəmərlidən Körpülüyə 
Bir də gəlin, ay Kifayət! 
Köksün üstə sədəfli saz 
Cuşa gəlsin, ay Kifayət! 
 
Yerimiz xalça toxuyur, 
Ə
tri bənövşə qoxuyur, 
El sizə əhsən oxuyur, 
Bunu bilin, ay Kifayət! 


 
Qoy Şəmistan agah olsun, 
Qoca Mahir toya gəlsin, 
ki cavan qoşa gülsün, 
Gəl ol gəlin, ay Kifayət! 
 
08.11.71 
 
 
DOSTLAR 
 
Qasım Əhmədovun toyuna gələn 
Sadaxlı dostlara 
 
Şə
n həyat, hər günün öz qisməti var, 
Nə yaxşı gəldiniz buraya, dostlar! 
Etibarlı dostlar qarşı gələndə, 
Mehribanlıq gəlir araya, dostlar! 
 
Düşsən də taleyin dərin gölünə, 
Aldanma namərdin fıtnə, felinə, 
Yağlı sözlərinə, şirin dilinə, 
Qoy bürünsün namərd qaraya, dostlar! 
 
Fərəhlə döyünsün sinəndə qəlbin, 
Dosta yaman, yalan deməsin dilin, 
Dar gündə dostuna uzansın əlin, 
Dəyişilməz ülfət saraya, dostlar! 
 
Namərdin əlindən bir tikə alsan, 
Ömrün boyu ona borclu qalarsan, 
Özündən küsərsən, peşman olarsan, 
Çağırsan namərdi haraya, dostlar! 
 
Yenə gözəl gəlir, Mahir avazın, 
Gülür yayım, qışım, payızım, yazım, 
Aşıq təcnis desin, mən şer yazım, 
Toplaşaq bir də biz buraya, dostlar! 
 
03.11.71 
 
 
AY PƏR M 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə