M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   54

Məmiş əminin şerləri hər bir Körpülülü üçün doğma və ürəyəyatımlıdır. O, 
ş
erlərin hər birini vaxtilə Körpülü cavanlarının, süsən - sünbüllü qızlarının toy - 
ş
an məclislərində xeyir - dua kimi oxuyub. 
Onun təsvir etdiyi Gen dərədən, Qoşa yaldan, Çinar dərəsindən, 
Qızılqayadan, başı buludlara toxunan yamyaşıl meşələrin ətrini indi onun 
ş
erlərindən alırıq. Bu şerlərin hər birində Körpülü həsrəti, doğma yerlərin ab - 
havası var. Vətən məhəbbəti ilə müharibənin od - alovundan keçən Məmiş Əhməd 
oğlu 1946-cı ildə Donbas şəhərindən yazırdı: 
 
Sızlayır qəlbimin incə telləri, 
Düşmüşəm sizlərdən aralı, haray! 
Doğma Körpülüdən bir xəbər verin, 
Bütün ömrüm olsun baharlı, haray! 
 
Körpülü kəndinin göy meşəsindən, 
O allı - yaşıllı xoş sinəsindən, 
Sarı nərgizindən, bənövşəsindən, 
Həsrət könlüm istər bar alı, haray! 
 
 
 
 
 
Doğma yerləri bizə tez - tez xatırladan, bizə Körpülüdən yadigar qalan şirinli 
- acılı xatirələr, göynərtilər, bir də Nəzirli ocağının şerləri oldu. Gecə yuxumuz 
ə
rşə çəkilib yata bilməyəndə durub o şerləri oxuyur, özümüzə toxtaqlıq verib 
rahatlıq tapırıq. Yuxularımızda bu şerlərin bənd və misralarında təsvir olunan 
kəndimizin təmiz səmasından nur alır, gur bulaqlarından su içir, nərgiz, bənövşə 
qoxuyur, yaşıl ormanlarından keçirik. 
Tanrımıza şükr edirik ki, tale bizim nəslə də qələm tutan, təbli, müdrik söz 
ustaları verib. Bu şerlər bizə düşmən əlində olan Körpülü adlı dünyamızın odu, 
ocağı, həsrəti, təsəllisidir. 
1906-cı ildə Körpülü kəndində dünyaya gələn Məmiş Əhməd oğlu Nəzirli 
1921-22-ci illərdə ikinci Şıxlıda Molla Bilalın məktəbində ibtidai   təhsil   alıb. 
1923-24-cü illədə isə doğma  kəndi Yuxarı Körpülüdə görkəmli maarifçi, məşhur 
Qori seminariyasının məzunu Qoca bəy Süleymanovun məktəbində oxuyub. 
Təhsilini artırmaq üçün Bakıya gələn Məmiş Nəzirli 1925-ci ildə Azərbaycan 
Mərkəzi Türk Şura məktəbinə daxil olub. 1928-ci il mayın 8-də həmin məktəbi 
bitirməsi haqqında verilən vəsiqəni Azərbaycan  Kommunist(b) Partiyası 
Komitəsinin birinci katibi  Əliheydər Qarayev, məktəbin müdiri M.Ağayev və 
tədris hissə üzrə müavin  S.Gülücanski imzalamışlar. 
Bizim Nəzirli ocağının 250-300 illik varlığından cəmisi üç şairin şerləri 
ə
limizə gəlib çatıb. Heç şübhəsiz ki, nəslin şair oğulları yalnız bunlar deyil. Onlar 
ə
srlərin dolanbac yollarında tədqiq olunmadığına görə unudulub, yaddan çıxıb. 
Məmiş əmim iftixarla deyərdi ki, mənim az - çox şer demək, söz yazmaq 
qabiliyyətim babamız Nəzirdən gəlmədir. Onun müdrik kəlamlarını, 
hazırcavablığını, bədahətən şer deməyini ağsaqqallar həmişə məsəl çəkərdilər. 
 
 
 
 
 
 
 
 
 
 
  


DAĞLARIN 
 
Könlüm fərəhlənib qalxır, ucalır, 
Düşəndə yadıma başı dağların. 
Çıxarmı yadımdan heç ömrüm boyu, 
Qoşa silsiləli qaşı dağların. 
 
Ə
zəldən vurğunam çəmənə, çölə, 
Göllərin gözəli ayna Göygölə. 
Onun sinəsində bitəndə lalə, 
Boyanır al rəngə döşü dağların. 
 
Səyyahlar dağlara eylədi səfər, 
Külünglər oynadı salındı zəfər. 
Yerin qatlarından tapıldı cövhər, 
Cəvahir, gövhərdi daşı dağların. 
 
Gözümü açandan mən səni gördüm, 
Yatıb dincəlməyə sinəni gördüm. 
Alışıb yananı, sönəni gördüm, 
Görəsən, neçədir yaşı dağların? 
 
O məxmər sinəli, o ellər yurdu, 
Zəfər əllərini başıma vurdu. 
Fəxr eylədi qəlbim qürurla vurdu, 
lham verdi mənə işi dağların. 
 
Bir zaman ellərim gülmədi səndə, 
Axtardı bəxtini dumanda, çəndə. 
Abbasın, Qəribin adı gələndə 
Qurudu gözündə yaşı dağların. 
 
Dostlar! Mahir deyir, bax, gülə - gülə: 
Hüsnünə heyranam əvvəldən belə, 
Sayrışan ulduzlu qəhrəman elə, 
Xub yaraşır yazı, qışı dağların. 
 
1958 
     
 
  
KƏKL Y  
 
mran Qandalı oğluna 
 
Havalanıb könlüm seyrə çıxanda, 


Boynu buraq gördüm sona kəkliyi. 
Ürküdüb yuvadan zalım ovçular, 
Ayırmış baladan ana kəkliyi. 
 
Səsinə heyranam onun əzəldən, 
Ə
l saxla, ay ovçu, qıyma ona sən, 
Qoy oxşasın onu bu ana Vətən, 
Bulama qırmızı qana kəkliyi. 
 
Qaşa vesmə, gözə sürmə çəksinlər, 
Qaqqıldaşıb daşdan daşa səksinlər, 
Təhlükə duymayıb azad gəzsinlər, 
Gəl bürüyək əlvan dona kəkliyi. 
 
Belədir Mahirin söhbəti, sözü, 
Axtarma, ey ovçu, dağları, düzü, 
Sürmələnib qaşı, sinəsi, gözü 
Nə gözəl bəzəmiş həna kəkliyi. 
 
1958, aprel ayı 
 
 
DAĞLAR! 
 
Müəllim yoldaşım Axundov Ələsgər (Zahir) yaxın dostum idi. O, hələ 
evlənməmişdi. Ancaq öz məhəbbətinı bir qıza vermişdi, onunla evlənmək, aılə 
qurmaq arzusunda idi. O, öz şerlərində qızı “Məhbub” adlandırmışdı. 1934-cü il 
mayın axırları idi, yanıma gələndə dostumu qəmgin gördüm. Bunun səbəbini 
soruşanda dostum mənə beş bənddən ibarət bir şerini oxudu. Belə məlum oldu ki, 
“Məhbub”gillər köçüb dağa (yaylağa) gedib, dostum onun ayrılığına dözə bilmir. 
Mən ona təsəlli verdim: - Heç fikir etmə, qoy dağları gəzsin, daha da 
gözəlləşsin.  ndi onun da qəlbi sənin məhəbbətinlə döyünür. Dağlarda pərvazlanan 
həqiqi sevgi ana qəlbi kimi təmlz olar. Bir də ki, iki ay yarımdan sonra dağların 
boranı qalxacaq. Çiçəkləri solacaq, qayıdıb gələcək. Niyə darıxıb qaşqabaq 
tökürsən. 
Mənim təsəllimə baxmayaraq, hey fikirli olurdu. Dostumun bu halı məni də 
kədərləndirdi. Odur ki, “Dağlar” şerini yazdım. 
 
Çox güvənmə, sinəm yaşıldır deyə 
Az keçər, başını qar alı, dağlar! 
Ə
skilməz çiskinin, dumanın sənin 
Ə
lvan çiçəklərin saralı, dağlar! 
 
Qızıldır daşların, çoxdur yaqutu 
Görmüşəm səndə mən qeyrəti, zatı, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə