M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Ay üzündə bədirlənib Ay nədən?! 
Qaşlarında qoşalanıb yay nədən – 
Kamandımı kirpiyindən ox alıb?! 
 
Baxışınla könlüm oda qalandı, 
Köz-köz olub köz üstünə qalandı! 
Elə bilmə bu gözəllik qalandı – 
Bir də gördün Günyaz kimi yox olub! 
 
Mart 1980 
 
 
UZAQ GƏZMƏ  
SƏN  SƏNS Z ANANDAN 
 
Mənim meylim-saçlarında, telində, 
Sənin meylin-çiçəknəndi, gülnəndi! 
Hər niskilim gözlərimin selində, 
Səndən sonra çiçəkləndi, gülləndi! 
 
Insaf eylə, bir də qataq söz - sözə, 
Gəl alışaq, gəl qarışaq göz-gözə! 
Görüşümüz - baxmaq olur göz-gözə, 
Ayrılığın həftəynəndi, ilnəndi! 
 
Uzaq gəzmə səni sənsiz anandan, 
Qocaldıqca eşq oduna yanandan! 
O Günyazdı, yaxşı-yaman qanandan, 
Fikri-zikri dodaqnandı, dilnəndi! 
 
May 1980 
 
 
 
MƏHƏBBƏT SÖZÜNDƏN  
YARANIB ADIN 
 
“Gözələ baxmağın savabdı özü” – 
Məsəldi, deyərlər, el arasında. 
Kor olmuş fələyin hardaymış gözü – 
Ağarmış tel gördüm tel arasında! 
 
Məhəbbət sözündən yaranıb adın... 
Sən mənim bəxtimə qismət olmadın! 
Vaxtından tez açdın-yenə solmadın, 
Hələ də qönçəsən gül arasında! 


 
Ay mənim Günyazdan küsüb-umanım, 
Sevgi yollarında çənim, dumanım! 
Bu gündən sabaha yoxdu gümanım – 
Ay ötür, gün keçir il arasında... 
 
yul 1980 
 
 
BƏYAZ GÖRDÜM,  
GÖZƏL  D  
 
Gözlərində kədər gördüm, qəm gördüm, 
Qızılgülün yanağında xar kimi! 
Dodağında gülüşünü kəm gördüm – 
Talan olmuş dövlət kimi, var kimi! 
 
Yazan yazıb yazımızı tərsinə, 
Dönük bəxtin avandı nə, tərsi nə?! 
Bəyaz gördüm, gözəl idi tər sinə - 
Zirvədəki əlyetməyən qar kimi! 
 
Bu hüsnünlə məni məndən almısan, 
Sən Günyazı yanar oda salmısan. 
Ürəyində həmişəlik qalmısan – 
Dərilməmiş çiçək kimi, bar kimi! 
 
1 avqust 1980 
 
            
 
  
VAQ FSAYAĞ
 
Ey əsən küləklər, siz deyin barı – 
Qürbətdə Günyazı ananım gəlsin! 
Könlümə düşübdü könlümün yarı, - 
Mənim tək odlara yananım gəlsin! 
 
O boyu sürahım, o incə bellim, 
O şirin dodaqlım, o şirin dillim, 
O bəyaz gərdənlim, o siyah tellim, 
Sözü işarədən qanaınım gəlsin! 
 
Qaşları kamanım, gözü göyçəyim, 
Saçları pərişan - özü göyçəyim. 
Buxağı göyçəyim, üzü göyçəyim, 


Öz yarım, öz canım, cananım gəlsin! 
 
12 avqust 1980 
 
 
GÖZLƏR  GÖYÇƏ
 
Gözümdən getmirsən, gözləri göyçək, 
Gecəli-gündüzlü xəyalımdasan! 
Özümdən bir əsər qalmayıb gerçək – 
Özüm də sən oldun, xəyalım da sən! 
 
Bir zərif məxluqsan şirin dil ilən, 
Oturub-duranda sözünü bilən! 
Astadan danışan, astadan gülən – 
smətlim də sənsən, həyalım da sən! 
 
Anasız tifil tək ağlaram, gözəl, 
Sulara qarışıb çağlaram, gözəl. 
Ahımla dünyanı dağlaram, gözəl, 
Günyaza gərəksən bu halımda sən! 
 
22 avqust 1980 
 
 
DODAQLARIN BEÇƏ 
 BALDI 
 
Müşki-ənbər qoxusu var teliyin, 
Yanaqların necə aldı, ay gözəl! 
Ş
irinlikdə əvəzi yox diliyin, 
Dodaqların beçə baldı, ay gözəl! 
 
Niyə deyləm ürəyinin parası?! 
Bəxtim olub gözləriyin qarası! 
Çox gözəldi qaşlarıyın arası – 
Yaraşığı xırda xaldı, ay gözəl! 
 
Dəyişmərəm yüz gözəlin yüzünə, 
Həsrət idim, həsrət qaldım üzünə! 
Günyaz kimi baş qoyaydım dizinə - 
Görən deyə: bu nə haldı, ay gözəl! 
 
5 sentyabr 1980 
 


 
SÖZÜMDƏN DÖNƏN  
DEY LƏ
 
Bir qərib eldəyəm yardan aralı, 
Gör çəkib özünə haralar məni?! 
Sinəsi dağlıyam, qəlbi yaralı – 
Yar da bir tərəfdən yaralar məni! 
 
Kimsəsiz yaşaram bu gen dünyada, 
Ruhuma dar gəlir bu gen dünya da! 
Bu abad dünyada, bu şən dünyada – 
Yad atar, yad satar, yar alar məni! 
 
Eşqin göylərindən enən deyiləm, 
Eşqinlə alışdım, sönən deyiləm! 
Günyazam, sözümdən dönən deyiləm – 
Asalar, kəsələr, yaralar məni! 
 
Vladimir şəhəri, 
27 sentyabr 1980 
 
 
  
QAŞLARIN HƏR B R   
Q BLƏGAHIMDI 
 
Gözümdən getməmiş düşürsən yada, 
Ürəyim istəyir nə yaman səni! 
Özgə bir kimim var mənim dünyada – 
Qorxuram itirim, ay aman səni! 
 
Yaxın gəl, əzizim, duraq yanaşı, 
Sabahı bu gündən quraq yanaşı! 
Ömrü məhəbbətlə vuraq yanaşı – 
Namərdəm unutsam nə zaman səni! 
 
Günyazın hər ahı mənim ahımdı, 
Varsa bir günahı - öz günahımdı! 
Qaşların hər biri qibləgahımdı – 
Gözündən görsəm də peşiman səni! 
 
26 oktyabr 1980 
 
 
O F TNƏKAR GÖZ 


 
Ay insafsız, o gözlərin yenə nədən 
Məni görcək kiprik altdan kölgələndi?! 
Baxışların doğma idi mənə məndən 
Niyə belə birdən-birə özgələndi?! 
 
Ş
ümşad boyun qiyamətdi başdan-başa, 
Gül dodaqla al yanağın bir tamaşa! 
Qorxmursanmı, dil dolaşa, göz qamaşa 
Ay camalın Aya baxıb güzgüləndi! 
 
Çox dözmüşəm qaşlarıyın ədasına, 
Hay vermədin ürəyimin sədasına! 
Rəvadırmı Günyazıyın qəlbi sına – 
Ümu-küsüm o fıtnəkar göz iləndi! 
 
14 dekabr 1980 
 
    
 
F K RL SƏN N YƏ SƏN ? 
 
Ürəyini oxuyuram gözündən: 
ki yolun ayrıcında qalıbsan!.. 
Məni soruş özgədən yox, özündən- 
Nə gündəydim, nə günlərə salıbsan! 
 
ncidirsən nahaq yerə, nahaqdan, 
Çalın-çarpaz, dağ çəkirsən uzaqdan! 
Yolmu yoxdu sizin yerə Qazaxdan? 
Elə bilmə ağlı tamam alıbsan?! 
 
Baş açmıram, fıkirlisən niyə sən? 
Məramını bəlkə açıb deyəsən?! 
Ay Günyazım, boş xəyaldı deyəsən!.. 
Çalınmamış bir çalğını çalıbsan! 
 
15 iyul 1981 
 
 
GÖZƏLLƏR NAZ SEV R... 
 
Bir gözəl könlümə toxunub yenə, 
nciyib, küsmüşəm sözündən onun! 
Yüz dəfə yalvara-yaxara mənə 
Bir dəfə öpmərəm gözündən onun! 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə