M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

 
15 oktyabr 1976 
 
 
SIĞAL VER GÖZƏL SÖZƏ 
 
Qaşların ilan tək qıvrılıb dursa – 
Hər biri ox olub yaralar məni! 
Gözlər bulaq kimi hərdən durulsa – 
ncitməz o qədər, yaralar məni. 
 
Baxışlar yandırsın qoy imanımı, 
Gözlərə qurbanlıq verim canımı... 
Kipriklər dalbadal tökə qanımı – 
Bu yolda neçə yol yaralar məni. 
 
Günyaz, çox qalanma oda-közə sən, 
Ş
airsən, sığal ver gözəl sözə sən. 
Vədəsi gəlincə gərək dözəsən – 
stəsə qoynuna yar alar məni. 
 
20 dekabr 1976 
 
 
PƏRVANƏ  NT HARDADI 
 
Yığışdı dövrəmə bütün loğmanlar: 
Dedilər əlacın indi yardadı! 
Bir suala cavab verməli onlar: 
Məcnunun Leylisi indi hardadı? 
 
Sel olub gəl mənim sinəmə ax sən, 
Gözümdə şimşək ol, könlümdə çax sən! 
Hicranın, vüsalın oduna bax sən: 
Ş
am yanır - pərvanə intihardadı! 
 
Yanaqlar, dodaqlar yazın laləsi, 
Qaşların hər biri Ayın haləsi! 
Kəsilməz Günyazın ahı, naləsi – 
Neçə ki, gözləri intizardadı! 
 
6 fevral 1977 
 
 
  
DODAQLAR 


 
Canım - gözüm, huşu başdan eyləyir – 
Danışdıqca gülə-gülə dodaqlar! 
Kimi lalə, kimi yaqut söyləyir – 
Bənzəmirmi qızılgülə dodaqlar? 
 
Hər sözündən nazü-qəmzə tökülür – 
Könlüm mülkü kərpic-kərpic sökülür! 
Gah qımışır, gah danışır, gah gülür – 
Çox yaraşır şirin dilə dodaqlar. 
 
Heyif səndən, qara saçım ağ oldu – 
Bəslədiyim yar qoynunda bağ oldu! 
Küsüb getdin - Günyaza dağ oldu – 
Qoy sevinsin innən belə dodaqlar! 
 
21 mart 1977 
 
 
Ə
VVƏLK  TƏK  
QƏLB MDƏSƏ
 
Son görüşdən ay dolandı, il keçdi – 
Ə
vvəlki tək qəlbimdəsən yenə sən! 
Kim unudar ilk sevdanı, ilk eşqi – 
Niyə getdin gözlərimdən genə sən? 
 
Ayrı düşdün, qövr eylədi yaralar – 
Yar könlünü yad sındırar, yar alar! 
Ürəyimi kipriyinlə yaralar – 
Gəncliyimlə qayıdarsan mənə sən! 
 
Vədə çatdı-el yığışdı, köç oldu, 
Ömrüm-günüm niyə belə heç oldu! 
Ay Günyazım, “tez tərpəndim-gec oldu”, 
Bir gəlmədin insafa sən, dinə sən! 
 
Yanvar 1978 
 
  
KÖNLÜM SƏN NLƏD  
 
Unutmazdım, unutmuşam gözəl yar, 
 Bu dünyada sevincimi, kədərimi!  
Sınıq könlü sevindirər, ağladar- 


Səndən sonra, de, sevincmi, kədərmi?! 
 
Bulud gələr bu dağlara çən düşər,  
Yağan yağış göz yaşımla tən düşər.  
Saç ağarar - ömrə-günə dən düşər,  
Dərd dediyin ürəyimdən gedərmi? 
 
Mən Günyazam - hər gözəldə gözüm yox,  
Nədən könlüm səninlədi, özüm yox!  
Sən zalımsan, mən yazıqda dözüm yox- 
Ağlı olan səndən giley edərmi? 
 
Fevral 1978 
 
 
GÖZƏLƏ YARAŞMIR 
 
De görüm, gözlərin niyə qəmlidi - 
Eşqindən bixəbər olanınmı var? 
Yanaqlar islanıb, kiprik nəmlidi - 
Könlünü könülsüz alanınmı var? 
 
Ş
irincə bir candı varın, həm yoxun - 
Daralıb hövsələn, çəkilib yuxun! 
Daşlara toxunub elə bil oxun - 
Yarını qoynuna salanınmı var? 
 
Gözələ yaraşmır dünyanın dərdi! 
Onsuz da ömrümüz gəldi - gedərdi! 
Günyazdan küsməyin billah hədərdi – 
Günyazdan vəfalı qalanınmı var? 
 
Aprel 1978 
 
 
 
GÖZƏL YARADIBDI  
YARADAN 
 
Göz qamaşır, dil dolaşır, huş itir- 
Ə
cəb gözəl yaradıbdı yaradan! 
Gözlərində olsa insaf, insafsız, 
Heç ölmərəm sinəmdəki yaradan! 
 
Hörüklərin qulacını aç üzə- 
Gərdək olsun tel yanağa, saç üzə! 


Camalının şöləsini saç üzə- 
Qoy sökülsün ara ömrüm, ara dan! 
 
Mən Günyazam, bir piltəsiz fanaram- 
Uzaqda dur, əl dəyməmiş yanaram! 
Təkcə səni düşünürəm, anaram- 
Yüz il keçsə, min il ötsə aradan! 
 
29 may 1978 
 
 
GÖZLƏR M YOL ÇƏK R 
 
Gözlərim yol çəkir, ürəyim ağrı- 
Günləri sayıram ay arasında! 
Yaşarıq sən məndən, mən səndən ayrı- 
Ömrümüz - günümüz say arasında! 
 
Dərdlərim çoxaldı dözə bilmədim, 
Sevinci bölmüşdüm, dərdi bölmədim! 
Ə
cəl də yetişdi, yenə ölmədim- 
Ölmərəm baharla yay arasında! 
 
Baxışın yolumdan eylədi məni, 
Kipriyin xəncər tək teylədi məni. 
O şirin dillərin neylədi məni- 
Qalmışam ümmanla çay arasında! 
 
Buxağın atlında xalın göyçəkdi, 
Tellərin Günyazı özünə çəkdi! 
Yataqda dörd yaınım güldü, çiçəkdi- 
Görmədim heç sənə tay arasında! 
 
yun 1978, xəstəxana 
 
 
YANANI YANDIRMA 
 
Mən səni sevirəm bir Günyaz kimi- 
Yan gəzib, yan durma, qurbanın olum! 
Sən saldın odlara kövrək qəlbimi- 
Yananı yandırma, qurbanın olum! 
 
Gözmü var, söyləyim gözündən gözəl, 
Məlhəm yox yarama sözündən gözəl! 


Görmədim bir gözəl özündən gözəl, 
Qananı qandırma, qurbanın olum! 
 
Kipriklər kamana yatar ox kimi- 
Dartılar yay kimi, atar ox kimi! 
Hər biri bağrıma batar ox kimi, 
Sınanı sındırma, qurbanın olum! 
 
Dekabr 1978 
 
 
KÖNLÜMDƏ B R  
D LƏ
 
Bağışla qapına gəlmədiyimi- 
Günahsız günaha batmaq istərəm! 
Unudub unuda bilmədiyimi- 
Olanı-keçəni atmaq istərəm! 
 
Könlümdə bir dilək haraylar məni, 
Haraylar, həftələr, hər aylar məni! 
Özünə çəkdikcə saraylar məni- 
Torpağa baş qoyub yatmaq istərəm! 
 
Günyazam, sinəmin dağına bax sən, 
Ağarmış saçımın ağına bax sən! 
Ömrümün ixtiyar çağına bax sən- 
Ömrümü ömrünə qatmaq istərərəm! 
 
Yanvar 1979 
 
 
 
 
GÖZLƏR NDƏN MUĞAYAT OL 
 
Gözlərindən müğayat ol, göz dəyər
6
 
Gözlərinə baxan gözlər çoxalıb! 
Günahkardı, bilmək olmaz, tez dəyər – 
Nahaq yerə nahaq canlar çox alıb! 
 
 
Qara tellər ətirlənib, ay nədən?! 
                                                 
6
 Martın 10-da iş yerimə gəlmişdi.  lk dəfə idi görürdüm. Gözlərindən çox xoşum gəldi. Yola salanda zarafatla, 
amma ehtiyatla dedim: gözlərindən müğayat ol! Dedi: niyə? Dedim: göz dəyər!.. Gülümsünüb getdi. Sonra isə 
həmin şer yarandı. 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə