M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

Bir üzü qara ürək. 
 
Yanmadı, o yanmadı 
Ş
öhrətə, ada ürək. 
Amma ki, qocalığı 
Hey salır yada ürək. 
Özünə yaxşı tapıb 
Dərd ilə qada ürək. 
Ay həkim, ağrın alım, 
Çatmayır dada ürək. 
Adamı dar ayaqda 
Tez verər bada ürək. 
 
Nə qanır, nə qandırır, 
Yox olsun belə ürək, 
Çıxası deyil, vallah, 
Obaya, elə ürək, 
ncəlib, lap dönübdü 
Bir incə telə ürək. 
Az qalır qopub düşə 
Sinəmdən çölə ürək. 
ynə vur, qadan alım, 
Bir yolluq ölə ürək. 
 
Çırpınır balıq kimi, 
Gəl düşmür tora, həkim. 
Heç baxmır, canıyanmış, 
Xoşluğa, zora, həkim. 
Qorxuram həkdən salıb 
Axırda yora həkim. 
Özüynən aparacaq 
Günyazı gora, həkim. 
Sən allah, elə elə, 
Tək getsin ora ürək, 
Tək getsin gora ürək!.. 
 
16 mart 1983 
 
 
BU QÖNÇƏ 
GÜL  LƏN SƏ
 
Bir qönçə qızılgülsən, 
Bu dodaq, dil ilən sən, 
Könlümdə açmaqdasan 


Ay ilən, il ilən sən... 
 
Ə
trinlə bütün dünya, 
Məst olub, ey nazəndə. 
Bir dünya dünyamısan 
Bu qönçə gül ilən sən?! 
 
Aşiqəm yox günahım, 
Çək məni haqq yoluna. 
Bu şirin dil ilən sən, 
Bu incə bel ilən sən. 
 
stəsən al könlümü, 
Odlara sal könlümü. 
Bu incə bel ilən sən, 
Bu incə tel ilən sən. 
 
Göz yaşım coşar birdən 
Demirsən selə dönər? 
Gözəlim, neyniyərsən 
Bu coşan sel ilən sən?! 
 
Ey Günyaz, yetiribdi 
O gülü bizim ellər – 
Fəxr eylə, gəl fərəhlən 
Bu torpaq, el ilən sən. 
 
7 avqust 1984 
 
* * * 
 
Aldım məktubunu, Səmayə bacı, 
Çox zəhmət çəkmisən, yenə sağ ol sən! 
Görüm ki, dünyada çəkmə bir acı 
Hər yerdə, hər zaman üzüağ ol sən! 
 
O yerdə qovuşur Kür ilə Xram, 
Vaxt gələr, səninlə qohum olaram... 
Çəkdiyin zəhməti heç unutmaram, 
stəyir ya yaxın, ya uzaq ol sən! 
 
Gürcüstan torpağı - bizə dost eli, 
Neyləyər Günyaza yağışı-seli!.. 
Tapşırıb getmişəm bir siyah teli- 
O telli ceyrandan göz-qulaq ol sən! 


 
aprel 1958 
 
 
KÜSMÜŞƏ
 
Eşitsin yaxınım, bilsin uzağım, 
Mənimlə çəkilən addan küsmüşəm. 
O idi evimdə odum, ocağım – 
Andığım, yandığım oddan küsmüşəm. 
 
Günyaz, fəlsəfəni saxla bir anlıq, 
Sözünü açıq de, qoyma qaranlıq: 
Nirfrət eylədiyin bütün nadanlıq 
Demə ki, qohumdan, yaddan küsmüşəm. 
 
1968 
 
 
ÖMRÜMÜZÜN GÜNƏŞ D R 
ANALAR 
 
Ey övladlar, anaları qoruyaq, 
Ürəklərin atəşidir Analar. 
Çələngini ulduzlardan toxuyaq, 
Ömrümüzün Günəşidir Analar. 
 
O xilqətin ziyasında dünya var, 
Bizə dünya bəxş eləyib Analar. 
Cahan özü o günəşlə parlayar, 
Yer üzünə nur ələyib Analar. 
 
Ə
gər qalxıb səmaya da ucalsaq, 
Başımızda qızıl tacdır Analar. 
Hətta bir vaxt bu dünyada qocalsaq, 
Ə
bədi bir ehtiyacdır Analar. 
 
Nə qədər ki, bu həyatda ömrü var, 
Qayğımızı daşıyacaq Analar. 
Biz də ona bəxş eləsək qayğılar, 
Bir ömür də yaşayacaq Analar. 
 
Ey övladlar, anaları qoruyaq, 
Nə qədər ki, hələ sağdır Analar. 
Biz onları qayalar tək bürüyək, 


Vüqarlansın, axı dağdır Analar! 
 
    
  
QIZ  LƏYAQƏT  
 
Nə zərdir, nə ləldir, nə də ki, zinət, 
Bəzəkdir qızlara qız ləyaqəti. 
Onun qüdrətilə tapar ülviyyət, 
Gərəkdir qızlara qız ləyaqəti. 
 
 
Nə lazım camalı boyalı olsun, 
Qoy dağ laləsitək həyalı olsun. 
stəsə dəryatək kamalı olsun, 
Köməkdir qızlara qız ləyaqəti. 
 
Qalar bu dünyada yadigar kimi, 
Bir nəsli bəzəyər o, vüqar kimi. 
Ə
gər desək bunu babalar kimi, 
Örpəkdir qızlara qız ləyaqəti. 
 
Qorunsa heç zaman zay ola bilməz, 
O elə nemətdir pay ola bilməz. 
Onun sevincinə tay ola bilməz, 
Fərəhdir qızlara qız ləyaqəti. 
 
Tökülən piyalə dolarmı daha? 
Gedən gedəcəkdir, qalarmı daha? 
Ürəksiz yaşamaq olarmı daha? 
Ürəkdir qızlara qız ləyaqəti. 
 
 
LALƏLƏR  SLANDI 
 
Lalələr yurduna qonaq gəlmişəm, 
Burda necə gəzim, gül əzilməsin. 
Oxşar gözlərimi o yaqut aləm, 
Çəməndə qırmızı tül əzilməsin. 
 
Bu al ləçəklərin zərif dünyası, 
Ş
erdən incəmi, sözdən incəmi? 
Toxuna bilmirəm, zərifdəryası 
Könüldən incəmi, gözdən incəmi? 
 
Beləcə bənd edib bu güşə məni, 


Nə hicran ağrılı, nə vüsaldayam. 
Lalələr çağırır görüşə məni, 
Bir qədəm atmıram, mən xəyaldayam. 
 
Bu dəm ildırımın parlaq naxışı 
Göyün yaxasını doğrayıb tökür. 
Yağır lalələrə bahar yağışı, 
O, məsum gözəllər boynunu bükür. 
 
Sinəmə qəm yağır, gülşənə yağış, 
Lalələr islanır, könlüm ağlayır. 
Qırılır onları oxşayan baxış, 
Kökçümdə başqa bir duyğu çağlayır!.. 
 
Qoy yağsın yağış da, leysan da, qar da – 
Təbiət hökmünü qoy saxlamasın. 
Təki lalələri çöldə, gülzarda, 
Ölüm yağışları qucaqlamasın... 
 
 
Ə
CƏM  YAD GARI 
 
Bu qədim torpağın hər qarışında 
Sənətin solmayan bir baharı var. 
Ulu tarixində, ulu yaşında 
Gör neçə Əcəmi yadigarı var. 
 
Sənət incisidir Mömünəxatun, 
Zərif dövrəsində illər gəzibdir. 
O bir qüdrətimi bu kainatın, 
Yoxsa ki, hüsnündə əllər gəzibdir? 
 
Heyrət! Əllər ona necə rəng vurub, 
llərlə solmayan təbiəti var. 
Mavi göylər ilə həmahəng vurub, 
Çünki göylər qədər ülviyyəti var. 
 
Burda o memarın məharətilə 
Bir qadın paklığı heykəlləşibdir. 
Könlünün sönməyən hərarətilə 
Daşlar ülviləşib, gözəlləşibdir. 
 
Yurda sədaqətli bir el qızının 
Qəlbidir bu qədər ülvi görünən. 
Ə
rənlər xislətli yer ulduzunun 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə