M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

 
Baxtı qara, qara baxtım, 
Aparırsan, hara baxtım?! 
Hara getdim, hara baxdım – 
Başdan-başa qara gördüm! 
 
Min bir dər var, min bir qada! 
Sızıldayıb salma yada! 
Ay Günyazım, bu dünyada 
Bir ölümü çara gördüm! 
 
16 iyun 1979 
 
 
KÖNLÜM K M  
NEÇƏ YERDƏ
 
Yenə dünya mehvərindən 
Ayrı düşüb, aralamb... 
Könlüm kimi neçə yerdən 
Para-para paralanıb... 
 
Ürəyimin yarasından, 
Məni tapdın harasından?! 
Gözləriyin qarasından 
Qara bəxtim qaralanıb... 
 
Gözəlsənmiş sən çoxundan!.. 
Bu dünyanın var yoxundan... 
Kipriklərin hər oxundan 
Bağrım başı yaralanıb. 
 
Ay Günyazım, naçar olan, 
Qismətindən qaçar olan, 
Məhəbbətə duçar olan- 
Məhəbbətlə çaralanıb. 
 
2 oktyabr l981 
 
 
SƏNDƏN KÖNÜL 
UMAN KÜSÜB 
 
Gülüm, titrət sarı simi, 
Tarı dindir, kaman susub! 


Xeyli vaxtdı Günyaz kimi 
Heç danışmır, yaman susub! 
 
Könül vermə könülsüzə, 
Könül ala, könül üzə! 
Özün söylə o gül üzə- 
Səndən könül uman susub! 
 
Məni atdın-məni unut, 
Nə səcdə qıl, nə ucuz tut! 
Göy kişnəyər, ağlar bulud, 
Elə bilmə duman susub! 
 
Günah çatmaz günahıma, 
Kimsə dözməz bu ahıma! 
Bu günümdən sabahıma 
Yox gümanım, güman susub! 
 
Bəxtim dönük, könlüm süstdü! 
Dərgahından könlüm küsdü! 
Bir dəryadır köksüm üstü 
Dalğa coşub, ümman susub! 
 
26 noyabr 1981 
 
 
NEYLƏS N 
 
Göz görə-görə, dara çəkib 
Kiprik dağlayır-qaş neyləsin. 
Göz gülə-gülə, nalə çəkib 
Özü ağlayır-yaş neyləsin. 
 
Mən o ceyrana kəmənd atdım, 
Geri çəkildi addım-addım. 
Gördüm boylanır maddım-maddım, 
Ürək daşdırsa-daş neyləsin. 
 
Günyaz, günahın başdan olub: 
Demə ki, ürək daşdan olub. 
Uğursuzluğun yaşdan olub 
Sən qocalırsan-yaş neynəsin? 
 
10 sentyabr 1982 
 


 
GÜNYAZA 
 
Kimdən küsüb, nədən küsüb 
Odsuz-közsüz yanan Günyaz? 
Qocaldıqca eşqə düşüb 
Gəncliyini anan Günyaz! 
 
Tez boşalıb, tez də dolub, 
Tez açılıb, tez də solub. 
El dərdinə şərik olub 
Öz dərdini danan Günyaz. 
 
Zəmanənin gərdişini, 
Ruzigarın hər işini, 
Bu dünyaya gəlişini 
Təzə-təzə qanan Günyaz! 
 
11 iyun 1984 
 
 
HAYIF ZƏNN MƏ 
 
Açardın qapımı haylı-haraylı, 
Gah qoşma deyərdin, gah da gəraylı!... 
 
Nə yaxşı ölmədim, tanıdım səni, 
Lap zatı qırığın birisənmiş ki! 
Qoy deyim, hamıya tanıdım səni- 
Sıpanın özündən irisənmiş ki! 
 
Sənin tək heyvanın böylədi dölü: 
y verib ilənər içiynən çölü! 
Dirini görəndə ölüdən ölü- 
Ölünü görəndə dirisənmiş ki! 
 
Zatını tanıdım: tulasan tula, 
Günyazdan uzaqda get quyruq bula. 
stərsən anqır sən, istərsən ula- 
Mənim bir yerimin kirisənmiş ki! 
 
7 may 1984 
 
 
NAMƏRDL K  SÜDÜNDƏ


QANINDA VARMIŞ 
 
M.S.-yə 
 
Sənə “fil” deyərlər-heyif o addan! 
Filin bir qulağı səndən yaxşıdı! 
Çox ucuz gedərsən qatırdan, atdan 
Həmədan ulağı səndən yaxşıdı! 
 
Maşallah, öküzsən boyda-buxunda, 
Öküzlük mod olub indi çoxunda 
Ağzını şirinlət özgə po... 
Köpəyin yalağı səndən yaxşıdı! 
 
Nacinslik adında, sanında varmış, 
Yaltaqlıq yekəpər canında varmış, 
Namərdlik südündə, qanında varmış, 
Arvad darbalağı səndən yaxşıdı! 
 
Lotusan, qədəşsən, sən öl, cəyilsən! 
Bir pillə qalxarsan bir də əyilsən! 
Ayısan-düzələn zibil deyilsən, 
Pambığın alağı səndən yaxşıdı! 
 
Günyazın çörəyi gəlsin gözündən, 
Kimə neyləyibsən? - soruş özündən! 
Anlayan anlayar bircə sözündən 
tin dal ayağı səndən yaxşıdı! 
 
15 mart 1982 
 
 
B R ŞERƏ CAVAB 
 
Yağ, balın içində bəslənən oğlan, 
Neyləyim, hörrəyə-yala qalmışam! 
Hay-haray çatmamış səslənən oğlan, 
Köç geri dönəndə dala qalmışam! 
 
Nə “dağdan ayrılmış dağ pələngiyəm”, 
Nə Fərhad, Koroğlu, Ərəb-Zəngiyəm! 
Nə yüyən, nə yəhər, nə “üzəngiyəm”- 
Nə “uçub zirvədən yala, qalmışam”! 
 
Görürəm “uşaqsan”, “körpəsən” hələ, 


Yenicə qələmi alıbsan ələ, 
Sənət dünyasına salma vəlvələ- 
Alınmaz qalayam, qala qalmışam! 
 
Mən yenə “qağayam”, yenə Günyazam- 
Özgə nəyim olub, özgə nə yazam! 
Aşıq Aydın bilir-qafiyəbazam- 
ynəsi qırılmış vala qalmışam! 
 
15 avqust 1977 
 
 
B R NADANA 
 
.T-a 
 
Boynuyoğun, dişi seyrək, gözü göy, 
Bu timsalda az tapılar tay sənə. 
Dar ayaqda başı tərpət, gözü döy- 
Qanacaqdan düşməyibdir pay sənə. 
 
Hamı bilir: iş gələndə karın yox, 
Namusun yox, vicdanın yox, arın yox. 
Ölülərin ehsanından qarın tox- 
Ə
cəb gəlir yasxanalar toy sənə? 
 
Müftə halva, müftə plov-təp getsin, 
ç ayranı, yediklərin çəp getsin. 
Naçalnikin orasını öp getsin- 
Kəmfürsətdir deməsinlər qoy sənə. 
 
Günyaz görüb: qulaqların şeşədir 
Aravurmaq səndə köhnə peşədir. 
Heyvərəsən, vallah yerin meşədir- 
Qamışlıqlar yaman verər boy sənə. 
 
7 may 1981 
 
  
F K RDƏN AĞARIB 
BAŞI DAĞLARIN 
 
Dağlar oğlu, şair ürəkli alim dostum  
Malik Mirzəyevin ağ saçları həmin  
dağları xatırlatdığı üçün qoşma ona –  


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə