M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

“Gəlinciyi” keşikdədi. 
Dodaqları bumbuz olub 
Ə
l-ayağı eşikdədi. 
 
Zümrüd qızım yatar doymaz, 
Qızılgülə batar doymaz. 
Axşam-sabah oyuncağı 
Bir-birinə qatar, doymaz. 
 
N ə q a r ət: 
 
Zümrüd qızım dil açacaq, 
Yanaqları gül açacaq. 
Xoşbəxtliyin qapısnı 
Ona Vətən, el açacaq. 
 
Zümrüd qızım, oyan görüm, 
Ayaqüstə dayan görüm! 
O gün olsun ev işində 
Öz anana həyan görüm! 
 
 
Zümrüd qızım nə göyçəkdi, 
Saçları da gül-çiçəkdi! 
Hələ “Qızlar bulağından” 
Mənim balam içəcəkdir. 
 
 
DEM RM  
 
Musiqisi: Zabitə Məmmədovanındır 
 
Dodaq ötmür dil danışmır, 
Qəlb deyəni göz demirmi? 
Budaq ötmür, gül danışmır, 
Tər qönçəni üz demirmi? 
 
Çəmən açıb çiçəklənir, 
Lalə, sünbül ləçəklənir. 
Bütün dünya göyçəklənir- 
Məhəbbətdən söz demirmi? 
 
Hanı yarın, hanı gülün? 
Ş
eh bağlayıb yanı gülün! 
Çöllərdə yox sanı gülün- 


Tellərinə düz demirmi? 
 
N ə q a r ə t: 
 
Yar xəyalı göylər aşır, 
Möhnətinlə qucaqlaşır- 
Yaxınlaşır, uzaqlaşır, 
Səbrin olsun, döz demirmi? 
 
 
GECƏN Z XEYRƏ  
QALSIN 
 
Musiqisi: Tofiq Bakıxanovundur 
 
Gecə keçir yarıdan - 
göyün üzü tərtəmiz. 
Sehirlənib ulduzlar - 
sevənlərin qəlbi tək. 
Uğurludur yolumuz, 
sarsılmazdır cərgəmiz. 
Gülüşlərdə iftixar, 
görüşlərdən gül-çiçək. 
Gecə keçir yarıdan, 
Göyün üzü tərtəmiz. 
Ş
irin olsun yuxumuz, 
xeyrə qalsın gecəmiz. 
 
N ə q a r ə t: 
 
Dünyamızın himnidir 
anaların laylası, 
Gecəniz xeyrə qalsın! 
Yasdığınız dağların 
bənövşəsi, laləsi, 
Gecəniz xeyrə qalsın! 
Gecəniz xeyrə qalsın! 
 
Gecə keçir yarıdan 
xeyrə qalsın gecəniz! 
Görüşərik sabahdan 
tarlalarda yenə biz. 
Dəzgahlarda arzumuz 
ilmə-ilmə toxunar, 
Buruqlarda nəğməmiz 


Yer üzündə oxunar... 
Görüşərik sabahdan 
şə
nliklərdə yenə biz. 
Gecə keçir yarıdan 
xeyrə qalsın gcəniz! 
 
N ə q a r ə t: 
 
Gecə keçir yarıdan 
ş
irin olsun yuxunuz! 
Günəşdən tez oyanıb 
bu gün səhər çoxunuz. 
Alnı açıq, üzüağ, 
halal süfrə, duz, çörək- 
Bayrağımız yan-yana 
bir bayrağı yüz görək! 
Günəşdən tez oyanıb 
bu gün səhər çoxunuz- 
Gecə keçir yarıdan, 
Ş
irin olsun yuxunuz! 
 
6 noyabr 1981 
 
 
NƏĞMƏ 
 
Gözlədiyim, hey axtarır gözüm səni, 
Gəl qönçə tək budağından üzüm səni, 
Ləçəkləyim, gözüm üstə düzüm səni. 
Sən gedəli nisgilim var, nisgilim, yar! 
Səndən özgə de, kimim var, de kimim, yar?! 
 
Bir demirsən gözü yolda qalanım var, 
Nisgilini nisgilimdən alanım var. 
Can eviylən könül mülkü talanım var- 
Məni mənsiz ananım var, ananım, yar! 
Odsuz-közsüz yananım var,yananım, yar! 
 
Gözlədiyim, gözləyirəm yol üstündə, 
Gəl saxlaram sinə üstə, qol üstündə... 
Nə deyirəm, gözlərimin ol üstündə- 
Könül mülkü talanın var, talanın yar! 
Gözü yolda qalanın var, qalanın yar! 
 
dekabr 1983 


 
 
XƏZƏR N LAYLASI 
 
Musiqisi: Tofiq Bakıxanovundur 
 
Gecələr Xəzərə Ay qonaq gələr- 
sevinər ləpələr, 
Bir dünya telini suya səpələr, 
sevinər ləpələr, 
Gecələr o gümüş saçlı gözəlin 
Xoşlayar telini yuya ləpələr... 
 
N ə q a r ə t: 
 
Gecələr 
Ay telini səpələr, 
Sığal çəkər ləpələr 
Ayın gümüş telinə... 
Gecələr 
Suda çimər olub Ay, 
Gümüş kəmər olub Ay 
Xəzərimin belinə... 
 
Ayın ay üzünə vurulub Xəzər, 
sakitdi ləpələr, 
Ay gəlib qoynuna durulub Xəzər, 
sakitdi ləpələr. 
Ay layla çalıb səhərə kimi, 
Yatmayıb gecəni yorulub Xəzər, 
sakitdi ləpələr. 
 
N ə q a r ə t: 
 
Xəzərim 
Aya baxıb durulub, 
Layla çalıb yorulub, 
Beşiyində dincəlir... 
Gecələr 
Xəzərimin qoynuna 
Ləpələrin oynuna 
Tamaşaya Ay gəlir... 
 
 
 


ANA SAZIM 
 
Ana südüm, ana laylam, 
Ana sözüm, ana Sazım! 
Bu dünyaya göz açandan 
Qonub meylim sana, Sazım! 
 
Ruhum sənsən, özüm sənsən, 
Ağlar-gülər gözüm sənsən! 
Qoşmam kimi sözüm sənsən- 
ş
ləyibsən qana, Sazım! 
 
Bugünümsən, əzəlimsən, 
Qılınc çalan öz əlimsən. 
Mənim Əsli gözəlimsən- 
Yüz cilvəli sona Sazım! 
 
Tilsimlidi sarı telin, 
“Müxəmməs”in, “Sarıtel”in. 
Ovsunlayıb yarı telin – 
Sənsən həmdəm ona, Sazım! 
 
Çal oxusun şirin-şirin 
Fərhadını gəzən Şirin! 
Günyazı da siz dindirin, 
Özü gəlsin cana, Sazım! 
 
17 yanvar 1984 
 
 
DÜNYADA BÜTÜN YAXŞI ADAMLAR 
Ş
ER YAZIB 
 
Taleh, əzizim, sən deyəndə ki, Günyazın haqqında özüm yazaram, nə 
gizlədim, sevindim, elə bildim üstümdən dağ götürüldü. Sevindim ona görə ki, 
mənə taleyi kəm əmim oğlu Günyazın haqqında yazmaq çox çətindir. Onu 
düşünəndə istər-istəməz boğuluram. Hələ də heç cür ağlıma sığışdıra bilmirəm ki, 
mənim səbirli, ağır, ləngər yerişli, ağayana təbiətli Günyazım həyatda yoxdur.  
1991-ci ildə Günyazımın “Yazıçı” nəşriyyatında beş çap vərəqi həcmində 
ş
erlər kitabı nəşr olunacaq (təəssüf ki, sonra nəşr olunmadı - Ş.N.). Sən bilsəydin 
ki, mən Günyazımın kitabını hansı ürək ağrısı ilə tərtib etmişəm... Kitaba göz 
yaşlarımla müqəddimə yazmışam... 
lahi, necə çətin imiş onun təkliyini dərk etmək... 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə