M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

Qandalım, üç qızını - Səbriyyə, Şəmsiyyə və Hüsniyyəni ali təhsilli ziyalı kimi 
Nəziroğlu  raranın adına layiq böyütdü. 
 
 
MRAN BABA 
 
mran Nəzirlinin ruhuna bağışlayıram 
 
Elə bir ömr elədin, bilənlər bilir, 
Şə
ninə tapmıram söz,  mran baba! 
Yozumsuz illərdən sinədağlıyam, 
Dolaşıq talemi yoz,  mran baba! 
 
Hər dürlü kəlməni nur bilsəm belə, 
Təzə bilsəm belə, tər bilsəm belə, 
Səni ocaq bilsəm, pir bilsəm belə 
Yenə də az olar az,  mran baba! 
 
Ə
riyib, qalmayıb qəlbimin yağı, 
Gecəm ah-nalədi, gündüzüm - ağı, 
Rüşvətxor tənəsi, yad şapalağı 
Hələ də qızardır üz,  mran baba! 
 
Sən gəzən yerlərə izim düşməyib, 
Bir ocaq çatmışdım, közüm düşməyib, 
Özgə işığına gözüm düşməyib, 
ş
ıqdan düşsə də göz,  mran baba! 
 
Özüm öz gözümə kül ələmişəm, 
Ömrümü ələyib kül eləmişəm. 
Mətləb-murazımı güllələmişəm, 
Ruhumu canımdan üz,  mran baba! 
 
Rəşid dərd əhlidir, dərd nədi - bildi, 
Həsrət baş daşından həsrəti sildi... 
Sənə yol gəlirik gör, neçə ildi, 
Sənsiz can üzürük biz,  mran baba!.. 
 
Rəşid Faxralı 
24.12.2001 
 
 
 
LORU DƏRƏS N N FAC ƏS  
 


“Loru dərəsinin faciəsi”ni uzun illər düşünmüşəm. Hadisələr, adamlar, 
kəndimin təbiət lövhələri gözümün önündən çəkilməyib. Hələ ötən əsrin yetmişinci 
illərindən yuxusuz gecələrimi, narahat günlərimi nüfuzlu Nəzirli nəslimin tarixini 
öyrənməklə məşğul olmuşam. Fikirləşmişəm ki, bu əsərimdə nəyi ön plana 
çəkməliyəm, nəyin üzərindən sükutla keçməliyəm, ya da ötəri verməliyəm. 
Zəncirvari düzülən keçmiş hadisələrin hər biri bu günkü gəncliyimiz üçün 
ibrətamiz əhəmiyyət kəsb etdiyinə görə heç nəyi diqqətdən kənarda saxlamaq 
mümkün olmayıb.  lk öncə mənə rahatlıq verməyən nəslimizin müdrik şəxsi Nəzir 
Abdulla oğlunun, Qara Omar Alı oğlunun və Süleyman katda Alı oğlunun taleyi 
olub. Onlar haqqında ağsaqqal və ağbirçəklərdən eşidib qeydə aldığım əhvalatları 
bir daha dəqiqləşdirmək üçün Gürcüstanın Mərkəzi Dövlət Arxivində araşdırmalar 
apardım. Yaddaşların arxiv sənədləri ilə eyniliyinə heyran qaldım. Elə o anlarda 
uzaq-uzaq yol gəlmiş yorğun səyyahlar kimi sonu görünməyən “hadisələr 
dənizinin sahili”ndə dayanıb nəfəs dərdim. Fikirləşdim ki, bu dəryanı “üzüb 
keçməliyəm”.  lahi bir səs isə deyirdi: “üzüb keçmək azdır, sən yüz yetmiş, iki yüz 
il əvvəl bu dəryaya atılmış ləl-cəvahiratı tapmalı və bu günkü nəslə çatdırmalısan”. 
Qarşımda dərya təlatümə gəlib çalxanır, mən isə susurdum. Fikrim, 
düşüncəm əsrlərin burulğanlarında cövlan edirdi. “Dünən və hərəkətə gəl, sükut - 
zəiflik, qorxaqlıq və ölümdür”. Bu, ulu babalarım Süleyman katdanın, Osman 
xozeyinin, Molla Əsgərin, Qara Omarın və  
nəsil-nəcabətinin hökm verən səsi idi. Mən onları eşidib nə sükutu, nə də ölümü 
qəbul etmədim. Əgər qəbul etsəydim nə bu günümdə, nə də əbədiyyətimdə rahatlıq 
tapmazdım. Allahın bir olan adını anıb, gücümü sınağa çəkdim. Yaşadığım 
iyirminci əsri tərk edib, bütün varlığımla babalarımın on səkkiz, on doqquzuncu 
ə
srinə, illərinə qayıtdım. Dahi Vilyam Şekspirin: “öz kökünə xor baxan bir varlıq 
öz-özünü uçuruma atmış olur. Canlı gövdədən kəsilmiş budaqlar ancaq çırpı kimi 
yandırlmağa yararlar” - deyimi əsərin bir parçasını yazmağa güc verdi. 
Ə
fsanələr yurdu türk torpağı Loru nahiyəsinin Körpülü kəndində nənə və 
babalarımızın ölməz ruhu yaşayır. 
1922-ci ilin payızında yeni gələn şura hökuməti nəslimizin qan 
düşmənlərinin fitvası ilə  sa və  smayıl əmimi güllələtdirirlər. Səbəbi də bu olur ki, 
onlar Süleyman ağanın oğlu kimi hökumətə boyun əymirlər.  ki cavanın yasında 
bütün el-oba, kənd ağlayırmış. Amma Zeynəb nənəm heykəl kimi donub qalıbmış. 
Bu məğrur qadın şübhəsiz ki, Tiflisdə gimnaziya və seminariya qurtarmış, 
günahsız öldürülmüş oğlanlarının intiqamını almaq haqqında düşünürmüş... 
Ağlaşmada qadınlardan biri üzünü Zeynəb nənəmə tutub təəccüb və heyrətlə 
deyir:  
- Ay Zeynəb xanım, niyə ağlamırsan, ana deyilsənmi? Günahsız öldürülən 
bu cavanlar sənin deyilmi? 
Gözyaşlarını qəlbinin dərinliklərində boğan nənəm: 
- Oğlanlarım məndən dünyaya gəlib, eldən gedir. El də onları ağlayır, - 
deyir. - Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır. Onlar mənim yox, el-obanın 
balalarıdır. Onları mən itirməmişəm, el itirib. 
 
Bağların divarından, 


Ş
axta gəlir qarından. 
Təzə meyvə yetirdim, 
Yemədim nübarından. 
 
Az sonra nənəm iki oğlunun əvəzinə Daş Salahlı igidi  srafilin köməkliyi ilə 
düşmənin altı nəfərini qanına qəltan elətdirir. 
Onların müasiri olan bir şairin poetik səsi xəyalən məni o yurdda baş vermiş 
hadisələri unutmamağa çağırır: 
 
Bitib-tükənməyir dərd, qüssə burda, 
Qəm məni çağırır o köhnə yurda. 
Geniş qanadilə xəyal baş vurur, 
Məni doğma yurda tərəf uçurur. 
Orda nə zaman ki, qış axşamı bax! 
Közərir ortada yanan bir ocaq, 
Oturub mehriban o mənimkilər 
ntizar içində yolumu gözlər. 
Dalır fikirlərim, xəyalım yenə, 
Bu doğma ellərin əsatirinə. 
Necə ki, Lorudə qədim zamanlar, 
Deyirlər - yaşardı tunc qəhrəmanlar. 
O yerlər gözləyir məni yenidən, 
Ocaq qarşısında nə vaxtdan bəri, 
Orda ki, Lorunin igidlərindən 
Söhbət eləyirlər, qış gecələri... 
 
* * * 
 
Şə
rq adətinə görə iki nəsil arasında tündməzac, dəliqanlı cavanların saldığı 
qan düşmənçiliyinin qarşısını həmişə el ağsaqqalları, ağbirçəkləri alıblar. Ağsaqqal 
söhbəti, ağbirçək məsləhəti iki tayfa arasında qatılaşan buludları duruldub. Qələmə 
aldığım bu olmuş əhvalatda təəssüf  ki, elə deyil... Düşən ədavətin, tökülən nahaq 
qanın səbəbkarı ağsaqqal Mehdi kişi olub. El yaxşı deyib ki, hər saqqalı ağ olana 
ağsaqqal demək olmaz.  ki nəsil arasında olan bu əhvalatlarda mən bəzi adamların 
adını dəyişmişəm. 
1919-cu ilin əvvəllərində guya bu nəsilləri barışdıran ara adamlarının 
“xeyirxahlığı”ndan iki nəsildən doqquz adam öldürülüb. Üstəlik bir-birini sevərək 
yenicə ailə quran iki gənc ömürlük bədbəxt olub. Qəribə burasıdır ki, tökülən 
nahaq qanlardan sonra bu iki nəsil sonralar barışıb, qohumluğu bu gün də davam 
etdirirlər. Yalnız sonralar məlum oldu ki, bu tökülən qanlar nahaq imiş. Dahi 
Ş
ekspir məşhur “Romeo və Cülyetta”sında bu barədə gözəl deyib: 
 
Onların səadəti qara matəmə döndü,  
Onların ölümülə bu ədavət də söndü. 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə