M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

Niyaz səsini ucaltmaqla demək istəyirdi ki, mən burdayam, aşıq, mənim 
sifarişimi unutmamısan ki... 
Aşıq çala-çala hərləndi. Mehdi kişiyə baxıb, nə olar, olar, dedi, cəhənnəmə 
ki, bu qədər adamın içində məni öldürməyəcək ha, uzağı haqqını verməyəcək. 
 
 Aşığın yalvaran, qəm püskürən səsi gah zilə qalxdı, gah da bəmə endi, 
“Bəhməni” havası istidə yanan adamları yanar oda salıb qovurdu. 
 
Padəri mehriban, incimə məndən, 
Ölənədək işin ahu zar olsun! 
Yar fərağı möhkəm olsun sinəndə, 
Yeyibnən içdiyin zəhrimar olsun! 
 
Niyaz əlini əlinə sürtüb sevinir, çopur üzü gülürdü. Ondan başqa heç kəs 
“can, can, a nənəm qurban” demirdi. Gah da əlini bardaş qurduğu dizlərinə vurur, 
yanıqlı-yanıqlı başını yırğalayırdı. 
- Birini də, birini də, oh, oh, nə zulum qarğadı, ə bu evi dağılmış. 
Mehdi kişi fikrə getmişdi. Deyəsən, bu qızmar günün altında yavaş-yavaş 
gələn boranı, tufanı hiss edib görürdü. Gözaltı ona baxan aşıq ikinci bəndə keçdi. 
“Yaxşı ki, əvvəlcədən dedim ustadnamədi. Gör nə qanlı-qanlı baxır mənə.  ş bərkə 
düşsə, Xəyyat Mirzənin bu sözünü Dilqəmin adına çıxacam. Deyəcəm, iki yüz il 
bundan qabaq deyilib...” 
 
Uca dağdan əridibsən qarımı,  
Baxçalardan soldurubsan barımı,  
Zülmünən əlimdən aldın yarımı,  
Görüm yarın özgələrə yar olsun! 
 
Aşıq sazını sinəsindən endirdi. Məclisə göz gəzdirə-gəzdirə: 
- A qardaşlar, - dedi, - bir azca izahat verim, görək kimdi bu ata-anasını 
qarğıyan. 
Oturanlar arasında pıçhapıç eşidib dayandı. Hamı gizlincə Mehdi kişiyə tərəf 
baxırdı. Kimi deyirdi: “Ayə, yox, sən öl, indi qoşdu, yalandan deyir ki, 
babalarımızdan qalma ustadnamədi”. Kimi də Niyaza baxıb: “A Niyaz, bu ijmə 
səndən keçib” deyirdi. 
Niyaz özündən razı halda gülümsünür, özünü tox tutaraq başı ilə razılıq 
edirdi. 
Mehdi kişi isə aşığa baxa-baxa içəridən özünü yeyir və fikirləşirdi: 
“Bu boranıdı, görək tufanı nə vaxt gələcək”. O, birdən yerində dikəlib: 
- Əyə, bəsdi, sakit olun görək, Nə olub, tat içinə tərəkəməmi gəlib, nədi. A 
Niyaz, nədi orda, nə bazar açıbsan, - deyib hirsli-hirsli çəmkirdi. 
Mehdi kişinin yanındakılar tamam susdu. Sal daşın üstündə oturanlar isə 
hələ də öcəşirdilər. 
 
- Hə, ay qardaşlar, mənə yazığınız gəlmir, bəlkə özünüzə yazığınız gələ, - 
aşıq sazı endirib sal daşın üstündə öcəşənlərə baxa-baxa qaldı. Məclis adamları 
canavar görmüş hürkək quzu kimi susdu. Hamı matdım-matdım durub aşığa diqqət 


elədi. - Mən heç, mən dəvəsi ölmüş ərəbəm. Bir də ki, aşığın yeri nə qədər isti olsa, 
onun səsi bir o qədər yaxşı çıxır. Aşıq da camış cinsi kimidir, qışda yeri isti 
olmayan camış nə yatar, nə də süd verər, elə ayaq üstə durub monquldayar. Hə, 
keçək əsas mətləbə.  sfahanlı Həzrət paşa ömrünü sizə tapşıranda oğlu Qiyasın üç 
yaşı yox idi. Can verən Həzrət paşa gördü bu azardan ayağa duran şey döyül, 
nökəri göndərdi ki, qardaşım Qurbanı çağır. Nə başınızı ağrıdım, Həzrət paşa son 
nəfəsində yalvara-yalvara oğlu Qiyası qardaşı Qurbana tapşırdı. Dəfn-kəfən 
olandan sonra Qurban uşağı evinə gətirdi. Zalımlıqda, qansızlıqda bütün  sfahanda 
ad çıxaran Qurban bir ilə qardaşının var-dövlətinin itirdiyini itirdi, batırdığını 
batırdı, qalanını da öz adına çıxdı. 
Aşıq dili yüyrək olar. Ay ötdü, il keçdi. Qiyas böyüdü, amma ayağı şikəst 
böyüyürdü. Daha doğrusu, qardaşı oğluna zülm edən Qurban onu nökər kimi 
böyüdürdü. Uşaq doğru-yalan nə desəydi, qapaz başında hazır idi.. 
Mehdi kişi bu yerdə dözə bilməyib, əlini gözünün üstünə qoydu. 
- Aşıq, sözün var, söz oxu, nə hətərən-pətərən danışırsan, başımızı niyə 
yorursan nahaqdan. 
- Bağışla, a Mehdi qardaş, söhbətsiz bu ustadnamənin ləzzəti olmaz. Yağsız 
qayğanaq kimi bir şey olar, - deyib aşıq üzrxahlıq elədi. 
Sal daşın üstündə oturan cavanlardan biri: 
- Aşıq qardaş, - dedi, - bir adamın ayıbını üzə çıxarırsan ha... Mehdi kişi 
bunu eşitdi, amma sözə məhəl qoymadı. Geri dönməyə ar elədi. Bu sözü deyənin 
səsini tanımadığına içəridən od tutub yandı. 
- Hə, qardaşlar, Qiyas qonşu tacir qızı Sənəmin dəli-divanəsi idi. Sənəm də 
onun. Amma zalım Qurban Qiyasın sinəsinə elə bir dağ çəkdi ki, qiyamətəcən 
yana-yana getdi. Onu döydü, təhqir elədi, sən çolaqsan, qız səni istəmir, - deyib, 
Sənəmi öz oğluna aldı, Gecə-gündüz dilində Sənəm olan Qiyas aldı görək əmisi 
oğlunun toyunda nə dedi: 
 
Beytəklif məclisdə söz deməm, haşa!  
Çünki əyleşibdi xan ilə paşa.  
Yandırdın canımı, yaxdın atəşə,  
Qiyamətdə sənin yerin nar olsun! 
 
Başı aşağı oturan Şəmşi aşığın dilindən öz uğursuz həyat faciəsini eşitdikcə 
sakitcə,  
için-için ağlayırdı. 
Qəddi get-gedə əyilən Mehdi kişi cilov gəmirirdi. “Bu itoğlu aşıq hardan 
gəldi? Hər yarağımız vardı, bircə saqqal darağımız çatmırdı”. 
 
Niyaz dizi üstə qalxıb oturdu. Şappıltı ilə dizinə vurub: 
- Pah, atayın gorunu... əmi yiyəsi. - Sonra bilə-bilə, - aşıq, qadan alım, bir o 
nar dedin ey, o nə nardı elə, biz savadsız... 
Aşıq Niyaza tərəf gəldi. 


- Nar, - dedi, - ərəbcə oddu, yəni Qiyas əmisinə deyir ki, məni işıqlı dünyada 
ağlar qoydun. Səni görüm, qiyamətdə cəhənnəm odunayanasan. Əvəzində Niyaz 
razılıqla aşığa göz elədi. Aşıq daha da ürəkləndi. 
- Əmisi Qiyası məclisdən qovdurmaq istəyirdi, - deyib sözünədavam etdi: - 
Məclisdəki paşalardan biri irəli durub etiraz elədi. Toxunmayın ona, - dedi. - Bu, 
haqq aşığıdı, ona toxunmaq günahdı. Üzünü Qiyasa tutub dedi ki, buyur, a bala, 
sözünü bitir. Aldı görək Qiyas nə dedi.   Adətən ustad aşıqlar məclisi 
duvaqqapamaynan bağlayar. Bizim bu günkü məclisin ab-havası kədərli oduğuna 
görə babalarımızın adətinə xilaf çıxıb söhbətimizi ustadnamə ilə bitirirəm. 
Rəhmət ustadlara. 
 
Aşıq neçə illik sirdaşı olan sazı sinəsinə sıxdı, zilini zil elədi, bəmini bəm. 
 
Vəfalı dostların qadasın alım, 
nsafdırmı mən yarımdan oysanım? 
Necə qıydın, ay bimürvət, a zalım, 
Mirzə vətənindən gen-güzar olsun?! 
 
- Of, of, gorbagor ol, a belə əmi, gözün tökülsün, - deyib Niyaz yanan oda 
daha da yağ atırdı. 
Məclis sona yetdi. Mehdi kişi ayağa durdu. Nifrət dolu baxışlarla aşığı 
süzüb, heç nə demədən üzüaşağı dəyələr tərəfə endi. Hamı onun arxasınca baxırdı. 
Yanınca gedən dilli-dilavər Əsli ilk dəfəydi atasına söz deməyə cəsarət eləmirdi. 
Yan yolda atasının qolunu yüngülcə silkələyib: 
- Qonağımız qaldı, ay dədə, - dedi. Hirsindən yerişini itirən Mehdi kişi 
dinmədi. Gecdən-gec: 
- O bizim qonaq döyül, a bala, - dedi, - o, Niyazın qonağıdı. Getsin nəmərini 
de verib yola salsın. 
Vəziyyəti belə görən el özü aşığa nəmər yığdı. Uşaq göndərib, aşığın Mehdi 
kişinin dəyəsinin yanında qolbənd olmuş atını gətirtdilər. Nə qədər təklif, minnət 
elədilər, aşıq gecəni qalmadı. Şəmşinin tay ayağı üstə kəsdiyi erkəyin əti dəyənin 
qabağında pıqqa-pıqla qaynayırdı... 
 
* * * 
 
Şə
mşini xurd-xəşil eləyib geri qayıdan Mehdi kişi dəyənin qabağında 
oturdu. Ağrıdan az qala başı partlayacaqdı. Əllərilə başından yapışıb, nə qədər 
fikirləşdisə də, gördüyü yuxunu yadına sala bilmədi. Bu yandan da iki il əvvəlki 
aşıq əhvalatını xatırladıqca, yumaq kimi bükülürdü. Bayaq hirslənib Şəmşini 
vurmaq üçün götürdüyü çubuğu acıqla qarşısında quyruq bulayan itin təpəsinə 
ilişdirdi.  t zingildəyib boynunu əyə-əyə ondan uzaqlaşdı. Kişinin bircə o yadında 
idi ki, qarmaqarışıq yuxu idi. Yadına sala bilmirdi, yuxuda boğulurdumu, yoxsa 
qana bulaşmışdı? Zorla onu xatırlayırdı ki, çətin yerdə idi, deyəsən, nəfəsi də yox 
idi. Ayaq səsi eşidib başını qaldırdı. Bacısı Nənəş qarşısında dayanmışdı. Bacısının 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə