M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

yanğına qoyub üzünə qaldırdı. Qara Omarı tanıyıb nişan aldı. Əli bərk əsdiyindən 
tətiyi çəkmədi. Uzaq idi, həm də hirsdən əli tir-tir titrəyirdi. Geri dönüb: 
- Bir günəyə bax, - dedi, - bəlkə Yusifin gəlməyini görə bildin. Özün də bəri 
ağacın dalına dur, bizi görməsinlər. Onlar hündürdədi. 
rəlidə tüfəng açıldı. Əvvəl quzeydə, sonra günəyin yalçın qayalarında səs 
ə
ks-səda verib batdı. Dalınca at kişnərtisi eşidildi. Mehdi kişi bir anlıq yerində 
duruxub sevinclə: 
- Aha, deyəsən, Yusif gəlib çatdı, - dedi, - yüyür dalımca, köməyə gedək. 
Ata-bala qaça-qaça aşırıma çıxdılar. Qaşa çıxan kimi tüfəngi əlində hazır 
tutan Mehdi kişinin gözləri Qara Omarı axtardı. O, atın üstündə yox idi. Qara 
Omar al qan içində uzanmışdı. Kürəyindən dəyən güllə onu birdəfəlik 
susdurmuşdu. Atın yüyəni ayağına ilişmişdi, kişnəyə-kişnəyə Qara Omann 
meyidinin dörd tərəfinə hərlənirdi. Tez-tələsik Osmanı nişan aldı. Sağ ayağından 
yaralanan Osman çox da hündür olmayan bir daşa qısılıb Mehdi kişini, oğlu 
Hüseyni gülləyə basırdı. Qara Omarı namərdcəsinə arxadan vuran Yusif isə 
moruqluqla üzü aşağı qaçırdı... 
 
 
K NC  QURBAN 
 
Dustaqxanadan qayıdan Mehdi kişi at yedəyində qaynı Səlimlə fikirli-fikirli 
gedirdi. Nə tez-tez fit verib keçən mis mədəninin vaqonetkaları, nə də balaca 
sənaye şəhərinin hay-küyü onun gözünə görünmürdü. Kişinin yıxılmağından 
ehtiyat edən Səlim ehmallıca onun qolundan tutmuşdu. Axşam üstü gələn çisək 
şə
hərin daş yolunu şüşə kimi parıldadıb sürüşkənləşdirmişdi. Səlim arabir ona 
təsəlli verirdisə də, Mehdi kişi heç bir cavab qaytarmırdı. Ürəyində özünü danlayır, 
bütün günahlarını özündə olduğunu indi - oğlanları tutulandan sonra anlayıb dərk 
edirdi. “Mənim qoca başıma kül, öz əlimlə özümü gətirib oda atdım. Elə bil 
gözümü qan örtmüşdü. Heç kəsin dediyinə məhəl qoymadım. Axrı da bu oldu, 
qolum-qanadım qırıldı - oğlanlarım əldən getdi, Mənə bu yaşda divan-dərə 
qapısına gəlmək yaraşarmı? Mənim taylarım namaz qılır, kasıb-kusuba zəkat 
paylayır, qanı su ilə yuyur. Mən də heç nədən qan salıb qanı qanla yumaq eşqinə 
düşdüm. Günah məndədir, vəssalam!” 
At dəmir yolu yanında gölməçəyə düşüb büdrədi. Səlim də, Mehdi kişi də 
ata acıqlanıb yüyəni dartdılar. Mehdi kişi geri dönüb, yoluna davam etmək 
istəyəndə dostu Ayrımla üzbəüz dayandı. 
- Xoş gördük, ay dost, uğur olsun, bu z                                                                          
aman hardan belə, xeyir ola? 
- Salam, ay dost, salam, - deyib, Mehdi kişi kefsiz cavab verdi. - 
Uşaqların yanına gəlmişdim... 
- Nə olub, uşaqlar hardadır ki?..                                                                                      
- Eh əzizim, başıma qəzavü-qədər gəldi, uşaqları bada verdim. 
- Nəcə yəni bada verdim? - Ayrım həyəcanla soruşdu. 
- Uşaqlar burda, qaladadırlar, Nəzirli tayfası ilə heç nəyin üstündə bir 
qalmaqalımız düşdü. Axırı  şiddətlənib dava-qırğın oldu. Hökumət də, günahkardı, 


- deyib mənim oğlanlarımdan yapışdı. Qərəz, iki oğlumu həbs elədi.  ki qolumu 
birdən kəsdi bu namərd hökumət. 
- Gedək evə, əzizim, gedək, yol gəlmisiniz, çaydan-çörəkdən yeyin, dincəlin, 
sonra ətraflı danışarsan. 
Mehdi kişi hirslə: 
- Əşi, mənim dincəlməyim qara gəldi, daha mənə rahatlıq olmaz, - üzünü 
Səlimə tutub, - ciyərim yanır, bəlkə Ayrımgildə bir stəkan çay içib sonra tərpənək, 
- dedi. 
Mehdi kişi bu adla vaxtı öldürmək istəyirdi. Bilirdi ki, indi düşmən tərəfin 
adamları yolu kəsib. Fikirləşirdi ki, yolu gecə getsə yaxşıdır. Bəlkə ona qədər 
gözləməkdən bezib çıxıb gedələr. 
Çaya oturanda Ayrım: 
Mehdi dayı, - dedi, -  səhv etmirəmsə, siz Nəzirlilərlə qohumsınuz? 
- Bə nədi, bə nədi, - deyib qanıqaralıqla başını yırğaladı. 
- Qohum, özü də gör nece qohumuq, - deyib Səlim söhbətə qarışdı. - Ə kişi, 
qoy lap keçmişlərdən deyə-deyə gəlim. Birincisi, bu Mehdi yeznənin özü onların - 
Bığlı Abdullanın qardaşı qızının oğludur, bu bir. Rəhmətlik Nəzir kişi bunun, 
Mehdi yeznənin qardaşı qızı Pərini 
oğlu Mahmuda alıb, bu iki. Üçüncüsü, bu saat kişinin gəlini Nisə,Qurbanoğlu 
Abbasın qızıdır. 
- Baho, aya, belə bizim Osmanın, onnan da indi düşmənsiniz? - 
Ayrım yanıb tökülürdü. 
- Bəs nəcə, onun - əlilə qəm dəryasına qərq olmuş Mehdi kişini göstərib cır 
səslə: - Əmisi Qara Omarı bunun oğlu Yusif öldürüb. 
- Bah, bah, heç yaxşı iş olmayıb. Bəs Mehdi dayı, siz ağsaqqallar niyə yaxın 
durmadınız?.. 
Mehdi kişi dinmədi. Gözünü üstündə bardaş qurub əyləşdiyi nimdaş 
kilimdən ayırmadan tez-tez köksünü ötürür, ah-uf edirdi. Səlim sözlü adamlar kimi 
Ayrımın üzünə baxdı. Göz-qaş eləyə-eləyə işarə eləyirdi ki, işləri qarışdıran, nahaq 
qan salan bu kaftar köpək oğlunun özüdür. Deyirdilər, Süleyman katdanın 
biçənəyini otarma. Yenə gətirib dana qırılmışını doldurtdururdu onun qoruğuna. 
Qəsdən saymazlıq eləyirdi. Süleyman katda öləndən sonra könlündən katdalıq, 
xozeyinlik keçirdi. Ayrım bir Səlimin, bir də onun üzünə baxıb yenə heyfsiləndi, 
başını buladı. 
Mehdi kişi aramla: 
-  Keçib, - dedi, Allah şeytana lənət eləsin, bizi yoldan çıxartdı.  ndi heç kəs 
şə
ninə sığışdırıb barışmaq istəmir. Hökumət... - əlini irəli uzadıb onunla üzbəüz 
oturan Ayrımın üzünə baxdı. - Hökumətin də başı qarışıb. Rusu gedir, türkü gəlir, 
daşnakı gedir, müsavatı, menşeviki gəlir ki, mənə at ver, azuqə ver, sənə azadlıq 
gətirirəm. Hansı bir Allah bəndəsinə gedib deyəsən ki, gəl bizi barışdır. Kim-kimi 
hansı dərədə tapır, qabağını kəsib öldürür. 
- Hələ Ayrım dayı, bunların qohumluğunun hamısını demədim. - Səlim 
yenidən qohumluqdan söz saldı. - Sonra canım sənə desin, demək Osman 
xozeyinin,  sənin dostuyun oğlu Bəkir bumun  qızı Güləsərə   nişanlıdı. Toy, bax, 
bu payız olmalı idi. El dağdan qayıdanda... 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə