M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

- Ayə, a bala, tüfəngini də götür, dalımca gəl, tez, tez, gəl, - deyib quzeyin 
dar cığırı ilə üzüyuxarı dikləndi. Qalın quzeyin aşırımına çıxanda qocanın sinəsi 
körük kimi qalxıb-enir, nəfəsi təngiyirdi. Əlini gözünün üstünə qoyub meşənin 
ə
təyilə yığılıb aparılan dana-buzovuna 
hirslə baxdı. Dərhal tüfəngi çiynindən endirib, dalbadal qarasına iki güllə atdı. 
Mızıldana-mızıldana: 
- Aparın görək, - dedi, - kim kimin anasını ağlar qoyacaq. 
Gözünü qan örtmüş qoca tövşüyə-tövşüyə yerə oturub ayağını uzatdı. 
Onların dalınca getməyə nə üzü vardı, nə də cəsarəti. Bir azdan oğlu Hüseyn də 
təngnəfəs özünü yetirdi. Atasının rahatca böyrü üstə uzanan görüb təəccübləndi. 
Həm də sevindi. Getməməyi onun ürəyindən idi. Hüseyndən olsaydı, heç bu 
yoxuşu da çıxıb gəlməzdi. Atasının hay-küyündən qorxub gəlmişdi. O, son vaxtlar 
atasını başa düşə bilmirdi. Qabağına gələni acılayır, yerli-yersiz çığır-bağır salıb 
özündən çıxırdı. Süleyman katdanın ölümündən sonra bəd xasiyyətli Mehdi kişi 
indi daha tünd və acıdil olmuşdu. Bu iki kəndin ağalığını öz ağlı ilə öhdəsinə 
götürmüşdü. Kənddən çıxıb bir yana xeyir-şər işə gedəndə tez qayıtmağa çalışardı. 
Onunla gedənlər soruşanda ki, a kişi, hara tələsirsən, indi gəlmədikmi? O, yad 
adamlar yanında daha da yekəxanalıqla: 
- Nəcə yəni hara tələsirsən, - deyərdi, - canın arxayındı, iki kəndi yiyəsiz 
qoyub gəlmişəm, mənsiz indi görəsən nə oldu, nə keçdi. 
Hamı təəccüblə ona ağız büzər, bunu qocalığına bağışlayar, heç kəs üzünə 
qayıtmazdı. Fikirləşərdilər ki, hansı hökumət, nə vaxt gəlib bu adını yaza bilməyən 
Mehdi kişini kəndə katda, ya da ağa, bəy təyin elədi. 
 
ndi oğlu Hüseyn öz-özünə: Allaha şükür ki, getməyib deyirdi, onların 
dalınca getsəydi, nahaqdan bir qan-qada salardı. Bəlkə Qara Omardan qorxub, 
çəkinib, bilir ki, onun atdığı yerə düşmür. 
Mehdi kişi, həqiqətən, Qara Omarın qorxusundan onların dalınca getmədi. 
Özü yaxşı bilirdi ki, bu gedişlə qızıl gülləyə havayı qurban ola bilərdi. Obada 
mahir atıcılığı ilə ad-san qazanmış Qara Omarın nəfəsi ola-ola onun üstünə 
getməkmi olardı?! 
Böyrü üstə uzanan Mehdi kişi isə Qara Omarı aradan götürmək üçün çarə 
axtarırdı. Dananın aparılması yaddan çıxmışdı. Nəzərləri onlar gedən tərəfə dikilsə 
də, fikri-zikri Qara Omarla əlləşirdi. “Gülləni də nahaq atdım, gərək duyuq 
salmayaydım. Meşə ilə gedib qabaqlarını kəsmək... Yox, ona kimi itib gedərlər. 
Atlar da uzaqdadı, gətirilənə kimi gec olar”. 
Başının üstündə dayanan Hüseyn sakit, qorxaq səslə: 
- Indi neyləmək fikrindəsən, ay dədə? 
- Nəyləyəcəyəm, canına azar, boğazına da dərd eləyəcəyəm. Sənin kimi əfəl 
oğlu olan ata özgə neyləyər. Kişisən, get qabaqlarını kəs, hərəsini bir gülləyə 
qurban elə, malını qaytarıb gətir. Eldə-obada mən də fəxrlə deyim ki, oğlum var, 
ölüb-eləsəm yurdçum qalacaq, -deyib hirslə üzünü yana çevirdi. 
Hüseyn qorxusundan nə ağ, nə də qara dinib-danışmadı. Aşağıda, tikanlıqda 
dəhrə səsi eşidib dinmədi. Kimsə bir-iki dəfə öskürdü də. Mehdi kişi fıkirli-fikirli 
yerində dayanıb gözaltı oğluna baxdı: 
- Bir aşağı bax, gör, kimdi orda öskürən? 


Hüseyn bir neçə addım irəli gedib, xəncər kimi torpağı yarıb çıxan, yanı yaşıl 
mamırlı daşın üstünə çıxdı. Dabanlarını qaldırıb irəli baxdı. Tikanlığın arasındakı 
adamı tanıyıb: 
- Şamxaloğlu Rüstəmdi, - dedi, - tikan qırr. 
- Çağır buraya gəlsin, deynən atam çağırır. - Dözməyib özü ayağa durdu. 
Rüstəmi yanına çağırıb: “Yüyür, Yusifə xəbər elə ki, Nəzir uşağı atanı da, 
qardaşını da öldürdü. Özünü yetirsin”. 
Dəhrə əlində mat-mat Mehdi kişinin üzünə baxan tünəkə Rüstəm: 
- Harda, a Mehdi dayı, - deyib təəccüblə çiynini çəkdi. 
- Canına azarda, qaç, sənə nə deyirlər, get, onu da çatdır. Qoy köməyə 
gəlsin. Tüfəngini götürüb Calanın qılıcını kəssin. - Dərəni sürətlə keçib üzüyuxarı 
kəndə tərəf diklənən Rüstəmin dalınca: 
- Deynən, bir-birini qırdılar, atanı da öldürüblər. 
 
Mehdi kişi üçüncü oğlu Yusifə çox güvənirdi. - Özümə oxşayıb, -deyirdi, - 
vurub-tutandı, dəliqanlıdı. Bircə Yusif vaxtında gəlib çıxsa, bunların anasını ağlar 
qoyacaq. 
Dananın yığılıb kəndin arası ilə aparılmağı, hələ camaatın tamaşaya durması, Nəzir 
uşağının xalxalında ac-acına mələşməsi... Mehdi kişi bunları gözünün qabağına 
gətirəndə əl-ayağını qoymağa yer tapmırdı, dəli kimi yerində hərlənirdi. 
Hüseyn çox udqundu, çox mızıldandı, amma kişiyə açıb heç nə deyə 
bilmədi. Deyə bilmədi ki, ay ata, bu nahaq qanı niyə sahrsan? Beş ağsaqqal 
götürüb qapısına gedərsən, malını alıb gətirərsən, aparıb özünə mal eləməyəcək 
ki... 
Hüseyn bilə-bilə soruşdu: 
- Qara Omar da ordadımı, ay dədə? 
Kişi tərs dəyirman kimi geri fırlandı. Qıp-qırmızı sifətində əzələlər oynadı. Şişmiş 
gözləri hədəqəsindən çıxıb bərəldi. Gücü gəldikcə bağıra-bağıra: 
- Hə, ordadı. Nə olsun, xox, qorxdum, qaç   geriyə, arvad oğlu arvad. Dayın 
köpək oğlu nə idi ki, sən də nə olasan. Getdi, oxşadı, oxşamışıyin ağzına... 
Hirsindən ağlını itirmiş Mehdi kişi yaşına yaraşmayan pis söyüş söydü. Geri 
dönüb, deyinə-deyinə oğlundan aralandı. 
- Mən nə deyirəm, soruşuram ki, ordadımı, yaxşı döyül, hər halda Teymurun 
qaynatasıdı. Qohumuq, həm də günah bizdədi. 
“Günah bizdədi” - bu sözlər Hüseynin ağzından qeyri-ixtiyari çıxdı. Bəxtindən 
xeyli aralanan, hirsindən hələ də öz-özünə danışan atası bu sözləri eşitmədi. 
- Qohumdu,  qohum köpək oğlu belə  qələt eləməz,  kişidi, qohumluğa 
bağışlasın. Elə bil  dədəsi Alı kişi Allah olub, yer yaradıb.Otarma! Otaracam, hələ 
canınızı da alacam. 
Bir xeyli susdular. Xeyli heç biri dinib damşmadı. Ata-bala aşağı dərəyə 
endilər. Gözləri günəyin cığırında qalmışdı. Yusifin gəlişini gözləyirdilər. Ayaq 
səslərindən bir də ətraf quşların səsindən başqa dərədə heç nə eşidilmirdi. Onlar 
dizə çıxan qalın biçənəyi yara-yara irəliləyirdilər. Yal boyunca yığılıb aparılan 
danalar burdan aydın görünürdü.  ki atlı yanınca, biri isə arxasınca gedirdi. Mehdi 
kişi dayanıb yanındakı armud ağacına söykəndi. Tüfəngi alçaqdakı budağın 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə