M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

 
B R NC  QURBAN 
(Sənədli povestdən parça) 
 
Dolan gəl sən bu dağla, 
Yolu kəs ten bu dağla. 
Sənə yaxşı deməzlər, 
Mən ölərsəm bu dağla. 
 
Mehdi kişini bu həzin və qəmli səs yuxudan oyatdı. Başını qaldırıb dəyənin 
arxasına baxa-baxa yaralı səsi dinlədi.  ri, domba gözləri hirsindən qıpqırmızı 
olmuşdu. Çarıqlarını geyinib, əsəbi halda alnını övkələdi. Hirs, acıq onu boğurdu. 
Birdən başına vurulmuş kimi bərkdən qışqırdı, dizindən yorğanı atıb cəld çölə 
çıxdı. 
- Bəsdi, bəsdi, səfehin biri səfeh, səhər tezdən nə ağlaşma qurmusan! - Çarıq 
tikə-tikə qüssəli bayatı oxuyan Şəmşinin üstünə yeriyib kürəyinə gücü gəldikcə bir 
təpik ilişdirdi.  kinci təpiyi qaldıranda Şəmşi artıq balaca torpaq uçqununun 
ayağında kürəyini tutub zarıyırdı. Bir ayağı hələ də göydə qalan kişi onun üstünə 
yenidən çəmkirdi: 
 
Rədd ol burdan, itin belindən gəlmiş. Yoxsa and olsun Allaha, səni tikə-tikə 
doğraram,  
- qurşağındakı xəncərin qəbzəsindən bərk-bərk yapışdı. 
Bəli qırıq ilan kimi sərələ qalan Şəmşi quru payız otunun üstünə uzanıb 
zarıya-zarıya ağlayırdı. 
Hay-haraya gələn Nənəş dizlərinə döyə-döyə: 
 
- A qardaş, a qardaş, Nəcə qıyırsan Allahın bu şikəst övladına, deyib o da 
ağlayırdı. - A qardaş, o da bizim kəsiyimizdi. - Nənəş aşağı düşüb üzüüstə torpağa 
sərilən Şəmşinin başını dizinin üstünə qoydu. 
Anadan doğulandan ayağında şikəstliyi olan Şəmşi yetim böyümüşdü. 
Yeriyəndə sol tərəfi üstə elə əyilirdi ki, yağı baxsaydı yazığı gələrdi. Ömrünün 
artıq otuzuncu ilini Mehdi kişiyə dana-buzov otarmaqla başa vururdu. On yaşından 
üzü danlaqlı, kürəyi şallaqlı olmuşdu. Onun tay-tuşlarının özləri boyda oğlu-qızı 
vardı.  lk gəncliyindən məhəbbət bəxti parçalanmaz daşa toxunan bu üzüyola, sakit 
təbiətli insan xoş güzəran nə olduğunu görməmişdi. Həyatında bircə qızı sevmiş və 
qarşısına gələn qızı, gəlini də o adla çağırardı: -Gülzar! 
Bir para adam, xüsusilə Mehdi kişi öz qardaşı oğlunun bu sevgisinə laqeyd 
idi. 
Nənəş ona yalvarıb deyəndə ki, a qardaş, a Mehdi, bu tifili də evləndirək, qoy qara 
damın birindən də onun işığı gəlsin. Onda Mehdi kişi cin atına minirdi. Hirslənib 
deyirdi ki, özü bədbəxtdi, birini də bədbəxt eləsin. Əslində Mehdi kişi qorxurdu ki, 
Şə
mşi evlənsə, arvadı onu yoldan çıxardar, atasından qaima var-dövləti tələb edər. 
Bir də Şəmşi kimi bir qarın çörəyə nökərçilik eləyən başqa adamı hardan tapa 
bilər? 
Cavankən öldürülən atası Zeynaldan sonra Şəmşini himayəsinə alan əmisi 
Mehdi kişi onu özünə ömürlük nökər eləmişdi. 


Məhəbbəti Gülzar yadına düşəndə Şəmşi harda, kimin yanında olmasına 
baxmaz, ağlar, bayatı oxuyar, od tutub yanardı. Həyatda, işıqlı dünyada onun 
gözündə başqa qadın, qız yox idi. Gülzarı isə on ildən çox idi bir acgöz qartal 
caynağına alıb aparmışdı. 
 
Gəmim dəryada qaldı,  
ş
im fəryada qaldı, 
Ölməyimə yanmıram,  
Heyf, yar yada qaldı! 
 
Mehdi kişi geri döndü. Başını Nənəşin dizinin üstə qoyub oxuyan Şəmşiyə 
sərt-sərt baxdı. Qaniçən gözləri məchul bir nöqtəni elə bil nişan almışdı. Rəngi-
ruhu qaraldı. Bir-birinə kilidlənən dodaqları hirsindən səyridi. Ağır-ağır nəfəs alıb, 
- “nəhlət şeytana” - dedi. Şəmşiyə eylədiyi zülm özünü də sarsıtmışdı... Köksü 
titrədi. Deyəsən, ürəyində ağrı, qəlbində isə əzab verən vicdanın səsi baş 
qaldırmışdı. 
Son iki ildə Şəmşinin məhəbbət macərası Mehdi kişiyə daha çox əzab 
verirdi. Xüsusilə, ötən ilki hadisəni xatırlayanda tüstüsü təpəsindən çıxırdı. 
...Suqovuşanın ayağında binələnmişdilər. Dağ seli çox güclü olduğundan 
qıjovdan o yana keçməyə ehtiyat eləyib yarım ayı yaylaq astanasında keçirdilər. 
Günəş inək sağını yerinə çatanda Mehdi kişinin qapısına iki atlı gəldi. Ev 
yiyəsi onları tanımasa da “xoş gəldin” elədi. Balabançı sazı yəhərin qaşından 
ehmallıca endirəndə məlum oldu ki, gələn qonaqlar aşıqdı. 
Pirani aşıq: 
 - Mehdi   qardaş,  -  dedi,  -  məni   deyəsən  tanımadın,   aşıq Məhəmmədəm. Bir 
dəfə sizinlə Şıxlıda toyda olmuşuq. Ruzi üçün çıxmışdıq, Heydərbəylidə idim. 
Eşitdim, sizin köçünüz yaxındadır, dedim, bir qonağın olum. Onda Şıxlıda çalıb-
oxuyanda gördüm, saza-sözə çox diqqət kəsilirsən. Bizim aşıq tayfası hal əhli üçün 
oxumağı özünə ən böyük nemət bilir. 
- Yaxşı eləmisən, xoş da gəlmisən, gözüm üstə yeriniz var. Düzü, mal-qoyun 
nə qədər başımızı qatsa da, yenə yaylaq yeridi, bir də görürsən, adam darıxır. Bu 
gözəl yaylaqda  
çalıb-oxuyarsan, bir az ünyanın  əvvəl-axırından halı olarıq, - üzünü çölə tutub, - 
ay uşaq, 
orda kim var, aşığa çay-çörək gətirin, kişi yol gəlib. 
Süfrə açıldı. Aşıq bir stəkan çaydan sonra balaca mis camdakı san qaymağa 
bal qatıb tərifləyə-tərifləyə yedi. 
- Göyçəli  aşıq Ələsgər demişkən,  ləzzət verir bal  qatanda qaymağa. 
Ac olmasa da, nəzakət xatirinə qonağına yoldaşlıq edən Mehdi kişi fətirlə qaymaq, 
bal  
yeyə-yeyə: 
- Aşıq, - dedi, - Ələsgər dedin, yadıma düşdü. Dururmu aşıq Ələsgər? Son 
vaxtlar heç səs-sorağı gəlmir. 
- Əlbəttə durur. Göyçədə, deyirlər, dəyirmançılıq eləyir, daha qocalıb, uzaq 
məclislərə gedə bilmir. 


- Bu haqq-hesabnan onun yaşı yüzü keçib. Mən bir on il əvvəl onu 
Kəsəməndə toyda görmüşəm, hələ onda qocalmışdı. 
-  ndi neçənci ildi? On altıncı il. Əlbəttə keçmiş olar. – Sonra razılıqla 
süfrənin qırağını qatlayıb, - Allah bol eləsin, həmişə süfrən açıq olsun, - deyib, aşıq 
qara qəlyanını doldurdu. 
Bir-iki qüllab vurub: 
- Mən, - dedi, - ustadımız Aşıq Ələsgəri ötən il Orta Salahlıda Annaq bəyin 
oğlunun toyunda görmüşəm. Uca boylu, enli kürəkli Aşıq Ələsgər qoca olsa da, 
çox gümrah idi. Şirin, məzəli sözü-söhbəti vardı. 
Hər kəlməbaşı atalar sözü işlədərdi. Sazı da solaxay çalırdı. Sinəsi hikmətlə dolu 
bu insan çox nurani, baməzə adam idi. 
Alaçıq isti olduğundan Mehdi kişi uzun dəri papağını başından götürüb 
farmaşın üstünə atdı. 
- Aşıq qardaş, - dedi, - hərə bir cür çörək qazanır, kimi əllə, kimi dillə, kimi 
də... Sizin çörəyi də boğazınız qazanır. Yaxşı, demək ayıb olmasın, bu tütünü ki, 
sən çəkirsən, sənin səsinə zərəri yoxdurmu? 
- Varıydı, indi öyrənmişəm, daha ziyan vermir, iyirmi il qabaq, təzə-tezə 
çəkəndə öskürtüdən gecələr yata bilmirdim.  nan, danı dirigözlü açırdım. 
Zəhrimarı ata da bilmirdim. 
-  Mən bir dəfə, bir beş il əvvəlin söhbətidi, - deyib, Mehdi kişi sir-sifətinə 
ciddi bir görkəm verdi, özünü müdrik adam yerinə qoydu, - Sarvana getmişdim, 
orda bir şəhər adamının söhbətinin şahidi oldum. O deyirdi ki, bunun ikisinin 
tüstüsünü bir ata dalbadal versən, at ölər. Bir də danışırdı ki, adam dalbadal iyirmi 
beş papiros çəksə, on beş saniyədən sonra zəhərlənib ölə bilər. 
Aşıq gülə-gülə: 
- Bunun hamısı sözdü, a Mehdi qardaş, - dedi. - Onda belə çıxır ki, mən 
iyirmi il bundan əvvəl ölməliydim. Ən azı gündə bunun - əlində tutduğu qəlyanı 
göstərdi - səkkizini çəkirəm.  nsanın könlü nə istəyir, iştahı nə çəkirsə, onu qəbul 
edərsə, məncə onun ziyanı olmaz. 
- Nə bilim, vallah, mən onun yalançısıyam, deyir elə yarğandı, düşən geri 
qayıtmaz. Amma o adam çox dərrakəli, savadlı, damşığı da sanballı idi. Dedilər, 
Fitilbörkdə oxuyub. 
- Sən çəkirsənmi? 
-  ndi yox, o kişinin sözündən sonra tövbə eləmişəm. 
- Nəçə il çəkmisən? 
- Bir on beş il. 
- Bəs nə oldu? 
- Yox, niyə aşıq qardaş, zərəri var, səhər duranda ağzın qıcqırmış turşu iyi 
verir. 
Aşıq hiss elədi ki, ev yiyəsi hər kəlməbaşı əsəbiləşir. Hirsdən boynunun qıp-
qırmızı qızardığını görüb söhbəti tamamilə dəyişdi. Dəyəyə göz gəzdirib: 
- Abad olsun, - dedi, - yaman istiləşdi, bir çıxaq, hərlənək, bu gözəl 
yaylaqlara baxaq. 
ki qatlanmış Mehdi kişi qapıdan çıxa-çıxa: 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə