M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

- Siz burda hərlənin, baxın, - dedi, - mən çayın qırağına enib qayıdıram. Bir 
inəyin buzovu tərs gəlib, deyirlər, ona baş çəkim, indi gəlirəm. Sonra məclisimizə 
başlarıq. Hələ axşama çox var. Etirazın yoxdu ki,  aşıq  qardaş,  bəlkə yol  gəlib  
yorulmusan,  axşama 
saxlayaq. 
- Yox, axşama niyə saxlayaq, yorulub eləməmişik. Biz elə oxumaq üçün 
gəlməmişikmi? 
nəyə baş çəkib geri qayıdan Mehdi kişi o taydakı dəyələrin yanına çıxanda aşığı 
Niyazla söhbət edən görüb, dodaqaltı onun qarasınca söydü: 
-  t oğlu it, - dedi, - indi ərşdən-gürşdən basıb-bağlayır. Burda kimin nə ayıbı 
varsa, hamısını bir-bir aşığın ovcuna qoyur. 
Buzovları dəyənin dalından aşağı endirən Şəmşi axsaya-axsaya gəlib aşıqla, 
balabançı ilə görüşdü. Şəmşi aralanan kimi Niyazın aşığa nəsə danışdığını Mehdi 
kişi o taydan görüb daha da cin atına mindi. Aşıq sağ əli bığında düşüncəli-
düşüncəli Şəmşinin dalınca baxırdı. Niyaz isə aşığın o yanına, bu yanına keçib 
yalan-gerçək elə hey üyüdürdü. Xəflənən Mehdi kişi tövşüyə-tövşüyə tez özünü 
onlara yetirdi. Kişinin üzünü boz görən Niyaz yalançı təbəssümlə: 
- Həmişə qonaqlı-qaralı, a Mehdi, - deyib ona əl verdi, elə bil, toya-təbrikə 
gəlmişdi. 
Mehdi kişi nə ağ dedi, nə də qara. Niyazın sözünə məhəl qoymadan, üzünü aşığa 
tutdu. 
- Qoy sağın qurtarsın, - dedi, - elə burda dəyələrdən yuxarıda duvaq kimi 
yastı, xırman boyda yeri göstərdi, - oxuyarsan, uşaqlar da dövrə vurub oturarlar. - 
Geri dönüb dəyənin qabağındakı arvad-uşağına acıqlı, sərt səslə: 
- Sağından sonra kilimdən, palazdan əlinizə nə keçir, götürün gedin Canavar 
vurulana, aşığa bir yaxşı da çay dəmləyin, Şəmşiyə də tapşırın, o bordaq 
toğlusundan birini kəssin. 
 
 - Çolağınımı, a Mehdi? - Niyaz istədi zarafatla kişinin acığına sərin su 
səpsin. Bayaqdan onu acılamağa bəhanə axtaran Mehdi kişi qəfil geri dönəndə 
Niyaz ödünü yedi. Sanki qorxudan ürəyi ayağının altına düşdü. Dediyi iki 
kəlmənin burda yersiz olduğunu dərk edib peşiman oldu. Ürəyində isə özünə 
təskinlik verib dedi ki, anasını elə ağlatmışam, indi aşıq buna bir divan qursun, 
tamaşasına Cəlaloğlu camaatı gəlsin. Varlığı vahiməli olan Niyaz qarşısında sal 
qaya kimi sərt duran Mehdi kişinin üzünə hırıl0dadı. O, ürəyindəki kini, küdurəti 
özündə məharətlə gizlədə bilirdi. Qoysana o ala erkəyi... Mehdi kişi hirslə: 
- Arxac iti kimi hər gələnə quyruq bulayırsan ha... 
Niyazın aşıqla söhbətindən sonra Mehdi kişini yandıran “ocağın” alovu püskürüb 
ağzından çıxdı, qarsalayıb qarşısındakı Niyazın üz-gözünü, varlığını yandırdı. 
Aşıq söhbətin xoşagəlməz hal aldığını görüb aralandı. Niyaz da onun dalınca getdi. 
Mehdi kişi isə dəyəyə yaxınlaşıb: 
- A qızım, a Əsli, aşığa çay hazırladınmı? 
Ə
sli şeytan-şeytan gülümsünüb: 
-  ndicə hazır olar, - dedi, - ay dədə, bizi də aparacaqsanmı? - Bə nədi, a 
qızım, aşıq bizimdi, biz getməyəndə bə kim gedəcək. Niyazın qarasınca - Çömçə 
gəmirənin oğlu üçün aşıqmı gətirmişəm?! Allah qoysa, sənin toyunda dədən bu 


aşığı düz bir ay oxudacaq, - sonra fəxr və vüqarla, - özümün dostumdu, mənim 
adımı deyib gəlib. Görürsən, heç ismarıc-zad eləməmiş gəlib... 
Sağın qurtardı. Buzovlar öz səmtinə ötürüldü. Naxır arxacda qaldı. Hamı 
üzüyuxarı Canavar vurulana doğru dırmanırdı. Kimi əlində yastıq, kimi xalça, kimi 
də kilim aparırdı. 
Aşıq meydana girdi. Samovarın sağ-solunda Mehdi kişi xalça döşətdirib ailəsini 
yerləşdirmişdi. Niyaz da samovarın yanında - Mehdi kişinin uşaqlarının arasında 
özünə yer eləmişdi. Bilirdi ki, aşıq hər dəfə nəfəs dərəndə, boğazını yaşlamaq üçün 
bir hortum çaya mütləq gələcək. 
Gözü aşığın üzündə qalan Niyaz fürsət tapıb “mənim sifarişim” işarəsilə ona 
göz vururdu. 
Bir neçə dəfə çaya gələn aşıq zorla seziləcək dərəcədə razılığını bildirdi. Bu 
razılıqda həm qorxu, həm də gözlə “görək nə olur” vardı. 
Aşıq oxuya-oxuya gözaltı Şəmşiyə də baxırdı. Şəmşinin dərdi onun bütün 
sevincini, şadlığını əlindən almışdı. Dünyada, deyirdi, dərdli adam, yazıq insan 
görmüşdüm, amma beləsini yox.  nsan da insana bu qədər zülm edərmi?  şıqlı 
dünyada Şəmşini yandıran məhəbbət odu, Mehdi kişi kimisini gərək haqq dünyada 
yeddi qatlı cəhənnəm odunda yandıra. Dönüb Mehdi kişiyə baxdı, oxuya-oxuya, 
asta addımlarla onlara tərəf gəldi. O, ata məhəbbətilə sağ qolunu qızı Əslinin 
boynuna salıb, arabir də qızılı saçlarını tumarlayırdı. Aşığın onlara belə diqqətlə 
baxdığını görən Mehdi kişi xoflanıb hirsləndi: “Mənə niyə belə baxır?” Birdən qızı 
yadına düşdü. “Bu aşıq tayfası şorgöz olur” deyə şübhəyə düşdü. - Qıza göz-qaş 
eləyər, Quran haqqı doğraram. - Əyilib qızın üzünə baxdı. Əsli qıpqırmızı olub 
pörtmüşdü. Üzüyuxarı atasına işvə ilə baxan qız: 
- Ay dədə, - dedi, - yaman istidi. Sən də aşıq oxutmağa yer tapdın. Bu 
günəqarşıda, özü də günortaüstü aşıq oxudarlar? 
Mehdi kişi ailədə kimin sözündən çıxsa da, Əslinin bir dediyi iki olmazdı. 
Uşaqlıqdan naz-nemət içində dəcəl böyümüş bu qız atasının üzünə ağ olmaz, 
amma atasının qüsur və səhvlərini üzünə deməkdən çəkinməzdi. Ailədə, nəsildə 
ondan başqa heç bir kişi Mehdi kişinin səhvini üzünə deməyə cürət edə bilməzdi. 
O, sol əlilə qızının çənəsini özünə tərəf döndərdi. Qızın payız alması kimi yetişmiş 
yanaqlarını görüb, bu gözəllikdən sarsıldı. Elə bil qızının bu qədər gözəl olduğunu 
indiyədək görməmişdi. “Mən də elçilərə deyirəm, hələ uşaqdı”. Tərdən Əslinin üz-
gözünə yapışmış birçəkləri kobud əlilə geri elədi. 
- Eybi yoxdu, - dedi, - qızım... 
Ə
sli atasının əlini geri eləyib: 
- Dayan görək, a kişi, danışma, bir bu aşığa diqqət elə, gör nə deyir. 
Aşıq meydanda hərlənə-hərlənə deyirdi: 
- Camaat, indi də bir ustadnamə oxumaq istəyirəm. Gün də yaman qızıb, 
hamınız da dağ adamı, lap pörtmüsünüz, görürəm, əziyyət çəkirsiniz. Biz aşıqların 
adətidi, məclisi babalarımızın ustadnaməsi ilə açıb onunla da bağlarıq... 
Niyaz yerində qurcalandı. Bir-iki dəfə öskürüb bərkdən: 
- Hə, aşıq qardaş, nənəmin o kor toğlusunu sənə qurban kəsərəm, bizi bu 
qaynar qazandan çıxar. Ha dərdin alım, de gəlsin. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə