M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

üzünə baxmağa xəcalət çekirmiş kimi, etinasızlıqla aşağılara baxdı. Huşsuzluğu, 
yuxusu ona əzab verirdi. 
- Nə olub, a qardaş, niyə belə bikefsən? Allaha şükür, malın-qoyunun bol, 
oğlun evli, qızın köylü, niyə... 
- Heç nə, - deyib, biganəliklə üzünü çevirdi. Bu iki kəlmə açıq-aydın deyirdi 
ki, rədd ol gözümün qabağından. Amma Nənəş getmədi. Tez hirslənib, tez də 
soyuyan qardaşının dərdini bilmək istədi. 
Mehdi kişi bacısının üzünə baxmadan: 
- Sabahacan, - dedi, - yuxu gördüm, özü də pis-pis yuxular, zəhrimarın biri 
də yadımda qalmayıb. 
- Boy, Allah, mənə ölüm ver, bunun niyə fikrini eləyirsən? A qardaş, elə pis 
yuxu yadına gəlməsə yaxşıdı. Dur, get bulağa, yadına düşdükcə suya danış, 
aydınlıq olsun. Yazıq yetimin də ona görəmi vurub belini qırdın. Nəydi, cavan ölən 
qardaşımın bircəsinin günahı -deyib ağlamsındı, yaylığının ucu ilə gözünü tutdu. - 
A Tanrısız, adam da qardaşının balasını elə vurarmı? Quran haqqı, beli gömgöy 
yanıb. Yağı da baxsa, yazığı gələr. 
  
- Canı çıxsın, dilini dinc saxlasın, xalxın arvadının adını qırx ildi çəkməyi 
bəs döyülmü? Arvad yiyəsi eşidər, gəlib boğazına çatı salıb sürüyər. - Bunu 
deməklə, sanki Şəmşinin təsibini çəkirdi. Amma özü ovcunun içi kimi bilirdi ki, 
Gülzar hələ də ər evində Şəmşi odu ilə yanır.  Dönüb  Nənəşin  üzünə  baxdı.  - 
Hanı,  Nəcə  oldu,   hansı cəhənnəmə getdi, çağır gəlsin, görüm, dananı harda 
qoyub gəlib? 
Nənəş yalvarışla: 
- Allah haqqı, - dedi, - gələsi halı yoxdu.  lan kimi sürünür, qalxa bilmir ha... 
Mehdi kişi hirslə yerindən durdu. Yenidən döyəcəyini güman edən Nənəş çul kimi 
qardaşının ayaqlarına düşüb, bərk-bərk qucaqladı. 
- Qabağında ölüm, ay qardaş, əllərinə qurban olum, məni öldür, ona 
toxunma, Allaha acıq gedər, yetimdi. Ağsaqqal vaxtında özünü qana salma. 
Mehdi kişi hirslə: 
- Çəkil, - deyib ayağı ilə bacısını yana itələdi. - Əl vuran döyüləm, dananın 
yerini soruşacağam. 
Şə
mşinin başına toplaşan irili-xırdalı uşaqlar Mehdi kişinin hirslə gəldiyini 
görüb qorxulu-qorxulu kənara çəkildilər. Şəmşi üzüqoylu düşüb hələ də ağlayırdı. 
Mehdi kişi ayağı ilə onun çiynini qaldırıb: 
- Hanı, - dedi, - danaları hara ötürmüsən? 
Şə
mşi qorxa-qorxa onun üzünə baxıb hönkürdü: 
- Aşağıdadı, - dedi, - calada, çayın qırağında... 
- Sənə min dəfə deməmişəmmi, Nəzir oğlunun biçənəyinə ötür, qoy doyunca 
otlasın, dana acından qırılır. 
- Dünən oraya aparmışdım. Omar əmim gəlib məni danlayıb-dalaşdı. 
- Qələt elədi, başını da daşın yekəsinə döydü. Dur, bu saat get yığışdır, apar 
biçənəyə. Dur, tez ol, səni burda gözüm görməsin. 
Şə
mşi beli qırıq ilan kimi zorla, sürünə-sürünə qalxdı. Onun qolundan tutub 
qalxmağına kömək edən Nənəş: 
- A qardaş, - dedi, - ayıbdı, xalxın yerini zorla niyə otartdırırsan? 


Hələ Omar da gəlib görüb... 
- Cəhənnəmə görüb, qara gora görüb. Dədəsi Allah olub biçənək yaradıb 
nədi? 
- Bıy, nədi danışdığın, a qardaş, Süleyman katda bir ətək qızıl verib yer alıb. 
Elə torpaq yaratmaq kimi bir şeydi. 
- Sənin işin döyül, arvadsan arvad yerində otur, mən bilirəm neyləyirəm. 
Otartdırıram, gələn olar, cavabını da alar. 
- Bunun axırı yaxşı olmaz, qardaş, ayıbdı. Biz axı uzaqdan, yaxından həm 
süd, həm də kök qohumuyuq. 
Mehdi kişi daha cavab qaytarmayıb Şəmşinin dalınca qışqırdı: 
- Səngər dağının quzeyindən otara-otara bəri gətir. 
Nənəş hirsli-hirsli: 
Yaxşı iş görmürsən, qardaş, el-oba adama nə deyər. Bizi qınayarlar ki, 
Süleyman katda ölüb, şatır Mehdi onun yerini zorla otartdırır. Onların da qeyrətlisi 
var, dəliqanlısı var.  rəli çıxıb bir sözüyün qabağına beşini qoyar, heç nədən arada 
inciklik olar. Biz həm də onlarla qudayıq. 
Mehdi kişi cavab verməyib dəyəyə girdi. 
 
* * * 
 
Omar bikef qayıtmışdı. Sırağa gün də gəlib dananı qoruqda görəndə özü 
yığıb Şatır Mehdinin binəsinə endirdi. Şəmşini binədə tapıb danladı. Geri dönəndə 
Zoğal bulağından qayıdan Mehdi kişiylə rastlaşdı. Salam-kəlamdan sonra 
mülayimliklə: 
- A quda, a Mehdi əmi, əyə bu qırılmışınızı niyə buraxırsınız, bizim də 
üzülmüşümüz var, axı bu gün-sabah yaylaqdan qayıdanda harda otlayacaq?! 
Şə
mşiyə tapşır... 
Mehdi kişi onu axıra qədər dinləməyib özündən çıxmışdı, 
- Nə olub, dünya dağılıb, əlli baş dana bir saat yerinizi otlayıb, qiyamətmi 
qopub? 
Ağsaqqal hörməti gözləyən Omar daha da səmimiliklə: 
- Yaxşı, bu dəfə keçək, amma axırıncı olsun, - dedi, - Şəmşiyə tapşır, bir də 
o tərəfə aparmasın. 
Mehdi kişi bozardı, hirslə arxa çevirib, deyinə-deyinə: 
- Yeri, yeri işiyin dalınca get. Danadı, bu gün də otlayar, sabah da. 
Nə olub?.. 
- A Mehdi əmi, a qohum, ağzından qar-boran havası gəlir. Mən bu dəfəni 
qohumluğa bağışlayıram. Sənə bir söz demirəm ki, niyə acı-acı danışırsan? 
Süleyman katdanın yeri... 
- Yaxşı, çıx get, yolundan olma, yoxsa axşama düşərsən, - deyib Omarın 
sözünü ağzında qoyub iti addımlarla uzaqlaşmışdı. 
Səhərisi gəlib danaların yenə həmin yerdə otladığını görəndə atdöşü eləyib 
təpədən o yana ötürdü. Birbaşa kəndə qayıdıb əhvalatı qardaşı Osmana danışdı. 
Ə
vvəlcə sakitliklə Omarı dinləyən Osman birdən hirslə yerindən durdu. 


-Birinci dəfə qaytarıb apardın, tapşırdın. Bəs ikinci dəfə niyə atın döşünə 
salıb gətirmədin? Kənardan baxan sənə nə deyər, əfəlsən, ömrü boyu fağır yaşayıb, 
fağır da öləcəksən. Dur gedək. 
- Ay qardaş, mən qohumluğa bağışladım, nağayrım, sənin qızın onun 
qapısının gəlinidi. 
- Qızım onun gəlinidi, gəlib otursun başımızda, gözüm aydın. Mənə görə, 
qızımın onun gəlini olduğuna görə Süleyman katdanın ruhunu incitməyə heç kəsə 
icazə vermərəm, vəssalam!  Süleyman katdanın yeri otarılsın, sən də ağzını günə 
ver. Qıraqdan baxan adama nə deyər? Dur atını min gedək... - Osman üzünü 
yanında oturan Cəbrayıla tutub: 
- Sən də atlan, durun gedək, - deyib ayağa durdu. 
Cəbrayıl da aparmağından qardaşının pis niyyətlə getdiyini duyan Qara Omar: 
- Neyləmək fikrindəsən? - deyə şübhə ilə soruşdu. 
- Əgər dana yenə bizim biçənəkdədirsə, yığıb gətirərik. 
- Ayıbdı, biz qohumuq, kənardan baxan... 
- Onda Mehdi kişini görüb tapşırarıq, bir də biçənəyi otarmasın. 
Onlar Sarı yala çıxanda çaya qədər uzanıb gedən biçənəklə üzbəüz durdular. 
Biçənəyin tən ortasında bir naxır dananın otladığını görən Osman kinayə ilə, hirslə: 
- Odey, - dedi, - Mehdi bəyin naxırı Süleyman katdanın yerində arxayınca 
otlayır. 
Qara Omar atını bir neçə addım irəli sürüb oyur-oyur oynayan kəhərin başını 
çəkdi, Osmanla yanaşı saxlayıb: 
- Ay qardaş, - dedi, - gəl əvvəlcə o yana aşıb binəyə gedək, Mehdi kişini 
tapıb tapşıraq ki, bir də... 
Osman onun üzünə baxmadan əsəbiliklə: 
- Yox, - qışqırdı, - gəl, bir yalvaraq ona... 
- Yalvarmaq niyə, sözümüzü deyərik, hər halda insandı, eşidər, indi bəlkə 
onu şeytan aldadıb. Bəlkə də rəhmətlik Süleyman katdada acığı varmış, onu çıxır. 
Onlar  binəyə yaxınlaşanda Mehdi kişi qabaqlarına  gəlib nə salamlaşdı, nə də “xoş 
gəldin” elədi. Üzünü Osmana tutub: 
- Nə var, - dedi, - mənim iyirmi-otuz danam bir-iki gün yerinizdə otladı. 
Otunuzmu azaldı? Odey, Xramdan Qara qayaya kimi sizindi, - əlini hirslə 
günbatandan gündoğana uzatdı. - Allahın yerinin bir parçası da bizim olsa, 
dünyamı dağılacaq? Çıxın gedin, nahaq gəlmisiniz. Hələ Muşulun meşəsinə də 
yiyələnmisiniz, - deyib, bağıra-bağıra onlara arxa çevirdi. 
 
Qara Omar: 
- Mehdi  əmi, - dedi, - elə-belə yiyələnməmişik,  rəhmətlik Süleyman katda 
bir çanaq qızıl verib aldı o meşəni. 
Atlılar geri qayıdıb Dəvəboynunu aşdılar. Üç tərəfdən dananı yığışdırıb, 
kəndə tərəf qovdular. Şəmşi yüyürə-yüyürə binə ilə üzbəüz olan təpəyə çıxdı. 
- Ay Mehdi əmi, dananı Nəzir uşağı apardı, - deyib bar-bar bağırdı. 
Mehdi kişi elə bil oturub bu xəbəri gözləyirdi. Dərhal dəyənin sağ küncündə 
asılmış Osmanlı beşaçılanını götürdü. Bulağın başında kalça qovan oğlu Hüseyni 
səslədi. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə