M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   46   47   48   49   50   51   52   53   54

“qız qapısı, şah qapısı” məsəli işi yubatmışdı. Bu yubatma ikinci dəfədən sonra 
Alışan bəydə kinə və intiqama çevrilmişdi. Elçilər xozeyinin danışığının get-gəl 
olduğunu ona demişdilər. Alışan bəy heç kəsi eşitməyib: 
- Yox, - demişdi, - xozeyin qızı dünya gözəli olsa da, mən üçüncü dəfə ona 
elçi  göndərməyəcəyəm.  Mən ancaq ondan intiqamımı alacağam, - deyib Sarıtelin 
gələcəkdə kiminsə  arvadı olacağını xatırlayan Alışan bəy xəcalətdən heç kəsin 
üzünə baxmayıb candərdi ayağını sürüyərək öz yerinə getdi. Xozeyin Paşa ani 
olaraq yadına salmaq istədi ki, bunu toya kim çağırıb. Mən ki, çağırtdırmamışam. 
Bayaqdan xain-xain xozeyinə baxan Alışan bəy elə bil onun ürəyindəkini duydu, 
yenidən ayağa durub: 
- Toya məni heç kim çağırmayıb, özüm gəlmişəm, aşığa görə, - üzünü aşığa 
tutub: - oxu, aşıq, mənim sifarişimi oxu, al, bu da nəmərin. 
 
Aşıq simlərə toxunub sazı qəhrəmanlıq havası üstə kökləmək istəyəndə 
xozeyin onun əlini tutdu. Aşıq da əlini xozeyinin əlinin üstünə qoyub: 
- Paşa qardaş, qoy nə istəyir oxuyum, cavandı, beyni qandır, fikir vermə. 
Xozeyin hirslə: 
- Sazını kökdən salma, - dedi və bu dəfə üzünü Alışan bəyə tutub: 
- Oğul, sən gəl Allaha bax, mənim evimdə, uşaqlarımın ilk xeyir işinə qan-
qada salma, qoy işimizi görək. 
Alışan bəy hirslə irəli yeridi, xəncəri siyirib sazın simlərinin üzərinə qoydu: 
- Kişisən, Koroğludan oxuma - deyib, qudurğanlıqla bağırdı. Məclisə 
qarışıqlıq düşdü. Pəncərə ağzındakı qadınlardan kimsə qiyyə çəkib qışqırdı. Sarıtel 
doluxsunmuş ala gözlərində yaşı boğub: 
- Ana, sakit ol, - dedi, - heç nə olmaz. 
Ürəyinin dərinliklərində Alışan bəyə olan azacıq məhəbbətini də göz yaşı kimi 
boğub yerə atdı.  ndiyədək bu mahalda hamının hörmət və ehtiramla qarşıladığı 
atası xozeyin Paşanın qabağında heç kəs belə qabarmamışdı. Sarıtel dəmir torlu 
pəncərədən düşüb, başıaşağı göz yaşını anasına sezdirmədən tez qapıya gəldi. 
Adamları yarıb içəri girdi. Üzü Alışan bəyə tərəf dayanmış xozeyin qızının nə vaxt 
içəri girdiyini görmədi. Sarıtelin xəncər üstünə atdığı kəlağayını görəndə kişi ilan 
çalmış kimi diksindi, əlini öz xəncərinə atıb: 
- Rədd ol burdan, - dedi, - doğraram, Quran haqqı. 
Qızının qolundan tutub bayıra atmaq istəyəndə əhvalatdan halı olmayan aşıq araya 
girdi: 
- Xozeyin, mənə bağışla, - dedi, - qızım ağıllı iş gördü. Çox sağ ol, qızım, 
günün xoş, bəxtin ağ olsun. 
Sarıtelə ötəri baxan Alışan bəy xəncəri geri götürüb fəxrlə qınına qoydu. Bəy 
üzündəki ölüm rəngini göstərməmək üçün məclisi tərk etdi. Aşıq kökdən düşmüş 
sazını yenidən nizamlayıb məhəbbət dastanını davam etdirdi.       
 
lahədən yazılıbdı, 
Yolum düşdü sənə, dağlar. 
Sən ol Məcnun, mən də Leyli, 
Gəzək yana-yana, dağlar. 
 


Üstünün qarı ərisin, 
Axsın çaylara yerisin, 
Bir az alçal, yar görünsün, 
Bağrım döndü qana, dağlar. 
 
Yazıq Novruz burda qaldı, 
Boran əsib yolum aldı, 
Bahar olcaq elin gəldi, 
Dönmüsən sultana, dağlar. 
 
Söz-söhbətlə, hay-küylə dağılan məclisdən sonra Sarıtel Alışan bəyin yaxın 
qohumlarından birini tapıb nifrət dolu sifarişini göndərdi: 
-  Bəyə deynən, çox da paslı xəncərinə güvənib, gədəliyini üzə çıxarmasın. 
Hər şeyi atama bağışladım. Onu bilsin ki, iki dünya bir olsa da, məndən ona arvad 
olmayacaq. Heç itimin qulağı kəsilməmiş küçüyünü belə ona layiq bilmərəm. 
Bu xəbəri alan Alışan bəy səhərəcən yatmadı. O başdan ölkəyə yayılmış 
xəbər bu obaya da gəlib çatdı. Bu, birincidən də bəd və acı idi. Cahan müharibəsi 
başlanmışdı. Körpülüdən könüllü tatar süvari alayında cəbhəyə gedən nə Alışan 
bəy, nə də xozeyin Paşanın oğlanları qayıtmadı. Ay ötdü, il keçdi, xozeyin 
oğlanlarının həsrətindən ömrünü nəvələrinə bağışladı. 
Onda Sarıtelin yaşı otuzu haqlamışdı. Sarı təpədə Sarıtelin qara telləri 
ağardı, aydan nur səpilən üzünə yaraşıqlı izlər düşdü, amma qapılarını bir daha heç 
bir elçi döymədi. Və ümidini öz yaxın qohumlarından götürdüyü, özünə son pənah 
saydığı Şahin nəvəsinə bağladı. 
Qarı hər dəfə əlini gözünün üstünə qoyanda nəzərlərinə uzaqlardan, 
dumanlar arasında başı xonçalı gələn elçilər görünürdü. Nə duman aralanır, nə də 
elçi mənzilə çatırdı... 
1977-ci il  
 
 
KÖRPÜLÜ  HƏSRƏT  
 
(və ya onun tarixi haqqında bilgilərdən) 
Eləsi var, dünya tarixini əzbər öyrənir, ancaq  
öz kəndini yaxşı tanımır, nəinki tanımır, onun  
həyatı, tarixi ilə heç maraqlanmır da. Bu,  
nadanlığın ən geniş yayılmış növlərindən biridir, 
Yazırıq ki, heç kəs unudulmayıb, heç nə 
yaddan çıxmayıb. Ancaq görək, bizə həyat vermiş 
ə
cdadlarımızı tanıyırıqmı? Babamızın babasınına 
adını bilirikmi? Axı, bizim yaddaşımız məhz 
onlardan başlayır. 
 
Vasili Belov, 
yazıçı 


 
nsan iki əzizini itirəndə illərlə yuxusu ərşə çəkilir, rahatlığı pozulur. 
Onlardan biri anadır, digəri isə qoynunda dünyaya gəldiyi yurd-yuva, torpaq. Ana 
itkisini başa düşmək olur, çünki dünyaya gələn getmək üçündür. Bu, həyatın 
yazılmamış əzəli və əbədi qanunudur. Dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar 
demişkən: 
 
Bir kesə nə ata qalar, nə əmi,  
Biçilməyə əkilibdi bu zəmi. 
 
Bəs yurd-yuva, torpaq itkisi? Bax, bunu başa düşmək, bu itkinin həsrətini 
qəbul etmək və ona dözmək olmur. 
Bizim itirdiyimiz yurdun intizarı beş-on adamı yox, beş yüz evli Körpülü 
camaatının yuxusunu ərşə çəkib. Bu ağrı xeyir-şər məclisinə yığışan hər bir kəsin 
bitib-tükənməyən söhbət mövzusuna dönüb. Aradan on iki il keçsə də, böyükdən-
kiçiyə - bütün Körpülü camaatı doğulduğu yerin, dədə-baba yurdunun intizarı ilə 
yaşayır. Orada baba, nənə və ata-ana qəbri qoyub gələn oğul, qız dünyanın hansı 
guşəsində firavan yaşasa da, qəlbinin dərinliyindəki, varlığındakı Körpülü odu ilə 
qovrulur. 
Zamanın ab-havası Vətəni siyasətin qurbanı elədi, bu gün kəndi-kəsəyi 
olmayan bizim nəsli isə cəlayi-vətən elədi. 
Təməli 1841-ci ildə qoyulmuş Körpülü kəndinin mərd oğulları ömrü boyu 
ə
trafındakı namərd ermənilərlə mübarizədə olublar. Süleyman katda Ah oğlu (el-
obada Nəziroğlu Süleyman adı ilə məşhur olub), Mehralı Məmmədoğlu, Şəkər 
smayıl oğlu,  sa koxa oğlu Məmməd, Baba Xəlilov, Şamil Adıgözəloğlu, Əsgər 
Nəziroğlu, Qara Omar Alı oğlu, Abutalıb Zeynaloğlu ötən əsrin əvvəllərində 
erməni daşnaklarına qarşı döyüşlərdə ad-san qazanıblar. Bu gün ədəbi aləmdə, 
elmin və kənd təsərrüfatının müxtəlif sahələrində öz dəsti-xəttilə tanınan əməkdar 
müəllim Nadir Nəzirov,  mran Qandalı oğlu, Mehralı Nəzirov, yazıçı Nəriman 
Süleymanov, alimlər Seyfəddin Nəzirov, Rəhim Zeynalov, Sədi Əbdürrəhmanov, 
Ə
bdürrəhman Mehdioğlu, Eldar Əhmədov, Şahin Xəlilov, Şamil Vəliyev, yazıçı-
jurnalist Möhbəddin Səməd, Elşad Qoca, və başqaları Körpülü kəndinin 
yetirmələridirlər. 
Loru nahiyəsinin girəcəyində, kiçik Qafqaz sıra dağlarının ətəklərində 
təpələr qardaş kimi çiyin-çiyinə dayanıblar. Üzü ulu Ləlvər dağına baxan təpələr 
arasında iki kənd vardı: Yuxarı Körpülü və Aşağı Körpülü idi onların adı. Onun 
hüsnünü vaxtilə Molla Əsgər Nəziroğlu (1880-1953) belə vəsf eləmişdi. 
 
Ləlvərdir cənnət ocağı,    
Cövhərnən dolub qucağı,  
Pir olub Yusif ocağı,  
Belə gözələ nə deyim? 
 
Talasına gül düzülür,  
Çeşməsindən can süzülür,  


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə